Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
    • Vəkillik
      Çap versiyası  ;  PDF
       
      Vəkillik

       

      Sual 1803: Mən bir şirkətin vəkiliyəm. Şirkətin mənə verdiyi əmək haqqının müqabilində mən şirkətin məhsullarının təbliği, satışdan sonra göstərilən xidmətlər, beynəlxalq sərgilərdə iştirak etmək və bu kimi işləri yerinə yetirirəm. Şirkətdən aldığım əmək haqqının hökmü nədir?
      Cavab: Şirkətə aid işləri yerinə yetirmək müqabilində vəkillik əmək haqqını almağın maneəsi yoxdur, bu şərtlə ki, həmin işlər mübah işlər olmalıdır.

       

      Sual 1804: Bir şəxs bir torpaq sahəsini onun sahibinin vəkilindən kredit şəklində almışdır. O, kreditləri verib qurtardıqdan sonra vəkil tutan şəxs (yəni torpaq sahəsinin sahibi) sövdələşməni pozduğunu və torpaq sahəsini öz mülkiyyətinə qaytardığını iddia edir. Onun bu iddiası düzgündürmü?  Yoxsa alıcının bu torpaq sahəsini ondan tələb etməyə haqqı vardır?
      Cavab: Torpaq sahəsinin sahibinin vəkili ünvanında vəkilin etdiyi sövdələşmə düzgündür və sövdələşməyə əməl olunmalıdır. Satılan mal alıcının mülküdür və vəkil tutan şəxs onu alıcıya təhvil verməlidir. Vəkil tutan şəxs sövdələşməni pozmaq ixtiyarına malik olduğunu sübuta yetirməyənədək, sövdələşmə əqdini pozmağa və torpaq sahəsini öz mülkiyyətinə qaytarmağa haqqı yoxdur.

       

      Sual 1805: Bir vəkil onu vəkil tutan şəxsin bir neçə torpaq sahəsini adi (qeyri-rəsmi) sənədlə satmışdır. Torpaq sahəsinin sahibi vəkilə alıcıların heç birinə rəsmi sənəd verməməsini tapşırmışdır. Torpaq sahəsinin sahibi vəfat etdikdən sonra onun varisləri bu torpaq sahələrinin alıcıların mülkü olduğunu iqrar edir, amma iddia edirlər ki, alıcılara rəsmi sənədin verilməsi vəkilin öhdəsindədir. Nəzərə alsaq ki, vəkil torpaq sahələrini satdığı vaxt pulu alıb onu vəkil tutan şəxsə təhvil vermişdir, amma hal-hazırda (alıcılar) ondan torpaq sahələrinin rəsmi sənədini, həmçinin (varislər) bu torpaq sahələrinin indiki qiymətini tələb edirlər. Deyilənləri nəzərə alaraq, torpaq sahələrini alıcıların adına rəsmi qeydiyyata keçirmək varislərin öhdəsindədir, yoxsa vəkilin? Varislərin bu torpaq sahələrinin pulunu və ya indiki qiymətlərlə olan qiymət fərqini vəkildən tələb etmək haqları vardırmı?
      Cavab: Torpaq sahələrinin rəsmi sənədini alıcıların adına keçirmək və bunun xərcləri vəkilin öhdəsində deyildir. Torpaq sahələrinin puluna gəlincə, əgər bu pulu alıcılardan alıb onu vəkil tutan şəxsə təhvil verdiyi sübuta yetərsə, varislərin bu pulu vəkildən tələb etməyə haqqı yoxdur. Həmçinin alıcıların ondan bir şey tələb etməyə, varislərin də indiki qiymətlərlə olan qiymət fərqini ondan tələb etmək haqları yoxdur.

       

      Sual 1806: Bir müctəhid tərəfindən təyin edilən vəkil həmin müctəhid həyatda ikən “şəri haqları” (xüms, zəkat və s.) başqa bir müctəhidə verə bilərmi?
      Cavab: Bir müctəhid tərəfindən təyin edilən vəkil şəri haqlar ünvanında təhvil aldığı hər bir şeyi onu vəkil təyin edən müctəhidə verməlidir.

       

      Sual 1807: Qardaşımı mənə telefon almaqda özümə vəkil etdim və telefonun birinci kreditini ödəməsi üçün ona müəyyən məbləğ pul verdim. O da bu pulu aidiyyatı idarəyə ödədi. Qalan kreditləri isə özüm şəxsən ödədim. Sonra qardaşım vəfat etdi və hal-hazırda telefon aidiyyatı idarədə onun adınadır. Qardaşımın varislərinin bu telefonu məndən tələb etmək haqları vardırmı?
      Cavab: Əgər qardaşınız sizin verdiyiniz pul ilə telefonun birinci kreditini ödəyib, onu sizin vəkiliniz olaraq sizin üçün alıbdırsa, telefon sizə aiddir və qardaşınızın varislərinin bu telefonda heç bir haqqı yoxdur. Amma əgər bu idarə telefonu müraciət edən və qeydiyyata düşən şəxsə verirsə, sizin bu telefonda haqqınız yoxdur. Siz yalnız ödədiyiniz pulları tələb edə bilərsiniz.

       

      Sual 1808: Mən vəkillik ücrəti ünvanında müəyyən məbləğ pulu vəkilə verdim və ondan ödənişin edildiyini təsdiqləyən qəbz istədim. O bildirdi ki, etdiyi vəkilliyə görə kimsəyə qəbz vermir. Bir müddətdən sonra bu vəkil işini yerinə yetirməmiş vəfat etdi. Mən verdiyim pulu onun varislərindən tələb edə bilərəmmi?
      Cavab: Sualda deyilənlərə əsasən, vəkilə verdiyiniz pulu onun varislərindən tələb edə bilərsiniz və bu məbləği vəkilin əmlakından (mərhumun irsindən) ödəmək onun varislərinə vacibdir.

       

      Sual 1809: Vəkillik əqdi vəkilin və ya vəkil tutan şəxsin ölümü ilə pozulurmu?
      Cavab: Vəkillik əqdi bu ikisindən birinin ölümü ilə pozulur.

       

      Sual 1810: Bir kişi Asiya ölkələrindən birinə etdiyi səfər zamanı yol qəzasında dünyasını dəyişir. Onun varisləri (anası və həyat yoldaşı) hadisəni araşdırmaq üçün məni vəkil tutdu. Araşdırma üçün mən həmin ölkəyə səfər etməliyəm. Həmin ölkəyə səfərin xərclərini mərhumun irsindən götürə bilərəmmi? Yoxsa bu xərcləri həmin dövlətin mərhumun varislərinə verdiyi puldan götürməliyəm?
      Cavab: Sizin vəkillik ücrətinizi və bu iş üçün çəkilən digər xərcləri hadisəni araşdırmaq üçün sizi vəkil tutan şəxslər öz əmlaklarından verməlidirlər. Amma əgər öncədən başqa bir şəkildə razılığa gəlmisinizsə, bu hal istisnadır.

       

      Sual 1811: Bir vəkillik müqaviləsində hazırda mövcud olan qanuna müvafiq olaraq, “vəkillikdən kənarlaşdırılmayacaqdır” cümləsi birbaşa qeyd edilibdir. Əlbəttə, bu, bir “ibtidai müstəqil vəkillik”dir. Başqa sözlə, əqd əsnasında tərəflər arasında qoyulan şərt şəklində deyildir. Müqavilədə bu cümlənin qeyd edilməsi ilə vəkillik “caiz əqd”dən[1] “lazım əqd”ə[2] çevrilirmi və vəkillikdən kənarlaşdırmaq haqqı ortadan qalxırmı?
      Cavab: “Lazım vəkillik” odur ki, lazım əqd əsnasında nəticənin şərti olaraq şərt qoyulur. Buna görə də, “vəkillikdən kənarlaşdırılmayacaqdır” cümləsinin qeyd edilməsi vəkilliyin “lazım əqd”ə çevrilməsində təsiri yoxdur və vəkillikdən kənarlaşdırmaq haqqı ortadan qalxmır.

       

      Sual 1812: Bir şəxs məhkəmədə vəkil qismində çıxış etməyə rəsmi icazəsi olmayan bir şəxsi məhkəmədə araşdırılan mülki iş və ya cinayət işi üçün vəkil tuta bilərmi? Qeyd etməliyik ki, Ədliyyə Nazirliyindən vəkillik sertifikatı olan şəxslər vəkillik ücrəti ala bilmək üçün xüsusi şərtlərə və keyfiyyətlərə malik olmalıdırlar. Belə bir icazəsi olmayan şəxslərin onları vəkil tutan şəxslərin məhkəmə davalarını araşdırmaq müqabilində ücrət almaq haqları vardırmı?
      Cavab: Vəkalət verilməyə qabil olan işlərdə vəkillik etməyin öz-özlüyündə şəriət baxımından maneəsi yoxdur. Məhkəmə davalarının araşdırılması da bu qəbildəndir. Ücrətin təyin edilməsi isə tərəflərin razılığına bağlıdır. Amma mülki işin və ya cinayət işinin araşdırılmasında vəkillik etmək üçün rəsmi qurumlara və dövlət məhkəmələrinə müraciət etmək lazım gəldiyinə görə əgər qanun baxımından rəsmi icazə tələb olunursa, belə bir icazəyə malik olmayan şəxsi vəkil etməyə və onun vəkilliyini qəbul etməyə icazə verilmir. Hər bir halda, əgər rəsmi icazəsi olmayan bir şəxs başqa bir şəxsin istəyi ilə ücrət düşən bir işi yerinə yetirərsə, onun işinin ücrətül-misli qarşı tərəfin öhdəsindədir.

       

      Sual 1813: Nəzərə alsaq ki, bəzən vəkil hansısa bir məsələnin və ya davanın araşdırılması, yaxud hansısa bir işin yerinə yetirilməsi istiqamətində vaxt qoyub səy göstərsə də, get-gəl xərclərini çəksə də, vəkil tutan şəxsin xeyrinə olan bir nəticə hasil olmur. Bu işlə əlaqədar göstərdiyi səyə görə vəkilə vəkillik ücrəti ünvanında pul verməyin və onun da bu ücrəti almasının hökmü nədir?
      Cavab: Vəkilliyin şəriət baxımından düzgün olması və vəkil tutan şəxsin istəyi ilə yerinə yetirdiyi vəkillik üçün vəkilin ücrətül-müsəmma[3] və ya ücrətül-misl[4] almaq haqqı vəkil tutan şəxsin gözlədiyi nəticənin hasil olmasına bağlı deyildir. Amma əgər öncədən başqa bir şəkildə razılığa gəliblərsə, bu hal istisnadır.

       

      Sual 1814: Rəsmi məhkəmə şöbələrinin əksəriyyətində qayda budur ki, vəkilliyin hüdudları müəyyən edilir. Məsələn, yazılır: “Filan yerdə yerləşən filan evin satılmasına vəkildir”. Həmçinin digər hüdudlar da müəyyən edilir. Amma bəzi əlyazma vəkalətnamələrdə bu cümlə yazılır: “Filan şəxs vəkil təyin edildiyi məsələyə aid bütün işlərdə vəkildir”. Nəticədə, vəkil ilə vəkil tutan şəxs arasında əksər hallarda ixtilaf yaranır, belə ki, filan iş və ya müdaxilə vəkalətə daxildir, yoxsa daxil deyildir? Sual budur ki, əgər vəkil təyin edildiyi məsələ barəsində vəkil üçün xüsusi işlər müəyyən edilməzsə, vəkil bu məsələ barəsində hər bir işi və müdaxiləni yerinə yetirə bilərmi?
      Cavab: Bir vəkil, vəkil təyin edildiyi məsələdə, vəkillik əqdinin birbaşa olaraq və ya zahirə görə - hətta “haliyyə qərinə”lər və ya “məqaliyyə qərinə”lərin[5] köməkliyi ilə - şamil olduğu işlərlə kifayətlənməlidir; hətta bu qərinələr vəkillik ilə bir sıra işlər arasında bağlılığın olduğuna dair mövcud adət-ənənə olsa belə. Qısaca desək, vəkillik bir neçə şəkildə təsəvvür oluna bilər:
      a) Vəkillik hər iki cəhətdən – həm əməl, həm də mütəəlləq (vəkilliyin təyin edildiyi məsələ) cəhətindən xüsusidir.
      b) Vəkillik sözügedən hər iki cəhətdən ümumidir.
      c) Yalnız bir cəhətdən ümumidir.
      ç) Yalnız əməl və müdaxilə cəhətindən mütləqdir. Məsələn, belə desin: “Sən yalnız mənim evim barəsində vəkilsən”.
      d) Yalnız mütəəlləq cəhətindən mütləqdir. Məsələn, belə desin: “Sən mənim mülkümün satışında vəkilsən”.
      e) Hər iki cəhətdən mütləqdir. Məsələn, belə desin: “Sən mənim malımdan istifadə etməkdə vəkilsən”.
      Vəkil bu bəndlərin hər birində yalnız vəkillik əqdinin ümumiliyi və ya xüsusiliyi və ya mütləqliyinin şamil olduğu işlərlə kifayətlənməli və ondan kənara çıxmamalıdır.

       

      Sual 1815: Bir kişi öz həyat yoldaşını vəkil etmişdir ki, onun bir torpaq sahəsini və bir neçə evini satsın və bunların pulu ilə onun azyaşlı övladı üçün bir yaşayış evi alıb, uşağın adına keçirsin. Amma qadın bu vəkalətdən sui-istifadə edərək, aldığı evi öz adına keçirmişdir. Qadının gördüyü işlər şəriət baxımından düzgündürmü? Nəzərə alsaq ki, sözügedən ev kişinin əmlakının satışından əldə edilən pul ilə alınmışdır, bu kişi vəfat etdikdən sonra bu ev onun azyaşlı övladının mülküdür, yoxsa bütün varislərin mülküdür?
      Cavab: Əri tərəfindən vəkil olaraq qadının gördüyü işlər - o cümlədən, torpaq sahəsinin və evlərin satışı - düzgündür və keçərlidir. Evi öz adına keçirməsinin isə, şəriət baxımından heç bir etibarı yoxdur. Buna görə də, əgər o, vəkilliyə müvafiq olaraq bu evi əri həyatda ikən və onun pulu ilə azyaşlı övladı üçün alıbdırsa, sövdələşmə (alğı-satqı) düzgündür və keçərlidir. Bu ev təkcə azyaşlı uşağa aiddir. Yox əgər bu evi əri həyatda ikən və onun pulu ilə özü üçün alıbdırsa, yaxud əri vəfat etdikdən sonra bu evi azyaşlı uşağı üçün alıbdırsa, sövdələşmə “füzuli”dir və icazə lazımdır. Əlbəttə, birinci halda kişi vəfat etdikdən sonra onun varislərinin icazəsi keçərli deyildir, çünki alış zamanı pulun sahibi deyildilər. Amma ikinci halda, əgər varislər bu işə icazə versələr, mümailə onların hər birinin irsdən olan payı nisbətində baş tutmuş olur.

       

      Sual 1816: Bir neçə şəxs Zeydi vəkil edirlər ki, qəza namazlarını qıldırmaq və qəza oruclarını tutdurmaq üçün əcir tutsun. Yəni Zeyd bu şəxslərdən pulu alıb, əcir olan şəxslərə verməli idi. Amma Zeyd əmanətə xəyanət edir və bu iş üçün heç kimi əcir tutmur. İndi isə o, bu əməlinə görə peşman olubdur və borcdan çıxmaq istəyir. O, həmin iş üçün bir neçə nəfəri əcir tutmalıdırmı? Yoxsa bu işin ücrətini indiki qiymətlə hesablayıb, pul sahiblərinə qaytarmalıdır? Yoxsa ancaq aldığı məbləğdə pulu onlara borcludur? Əgər onun özü qəza namazlarını qılmaq və qəza oruclarını tutmaq üçün əcir olubsa və bu işi yerinə yetirməmişdən qabaq vəfat edibsə, vəzifə nədir?
      Cavab: Əgər əcir tutmaq üçün vəkil olan şəxsin vəkillik müddəti qəza namazı və ya orucu üçün kimisə əcir tutmamışdan qabaq başa çatarsa, bu halda o, yalnız aldığı pula zamindir və onu geri qaytarmalıdır. (Əlbəttə, pulun dəyərdən düşməsi və inflyasiya miqdarı hesablanmalıdır.) Bundan qeyri halda isə o, aldığı pul ilə qəza namazları və orucları üçün əcir tuta bilər və ya vəkillik müqaviləsini ləğv edib, aldığı pulu sahibinə qaytara bilər. (Əlbəttə, pulun dəyərdən düşməsi və inflyasiya miqdarı hesablanmalıdır.)
      Amma qəza namazları və orucları üçün əcir olan şəxsə gəlincə, əgər bu işləri şəxsən özü yerinə yetirəcəyini öhdəsinə götürərsə, onun ölümü ilə icarə əqdi pozulur və aldığı pul onun irsindən qaytarılmalıdır. (Əlbəttə, pulun dəyərdən düşməsi və inflyasiya miqdarı hesablanmalıdır.) Amma əgər bu işləri şəxsən özünün yerinə yetirəcəyini öhdəsinə götürməyibsə, bu işləri yerinə yetirməyi borclu qalır. Onun varisləri bu işlərin yerinə yetirilməsi üçün onun irsi ilə – əlbəttə, əgər ondan irs qalıbsa – kimisə əcir tutmalıdırlar. Amma əgər ondan irs qalmayıbsa, bu halda varislərin öhdəsinə heç nə düşmür.

       

      Sual 1817: Bəzi şirkətlərin işə götürdükləri bəzi vəkillərin vəzifəsi davaları və şikayətləri araşdırmaq üçün şirkət tərəfindən məhkəmədə iştirak etməkdir. Əgər şirkətin hansısa bir iddiası vəkilin nəzərinə görə düzgün əsasa malik deyildirsə, o, bu məsələdə şirkəti müdafiə edə bilərmi? Öz nəzərinə görə düzgün olmayan bir davada şirkəti müdafiə etdiyi təqdirdə, bu müdafiəsinə görə - hətta əgər məhkəmə “əleyhinə dava açılan tərəf”in xeyrinə hökm çıxarsa belə – məsuliyyət daşıyırmı? Öz nəzərinə görə düzgün olmayan bir davanın müdafiəsi müqabilində aldığı ücrət haramdırmı?
      Cavab: Düzgün olmayan bir məsələni müdafiə etməyə və onun haqq olduğunu isbatlamaq üçün səy göstərməyə icazə verilmir. Haram əməlin mahiyyəti məhkəmənin “əleyhinə dava açılan tərəf”in xeyrinə hökm çıxarması ilə dəyişmir. Düzgün olmayan məsələnin müdafiəsi müqabilində alınan ücrət haramdır.

       

      Sual 1818: Bir şəxs başqa bir şəxsə vəkil olmağı bu şərtlə qəbul edir ki, ücrətini iş görməmişdən qabaq alacaqdır. Əgər vəkil heç bir iş görməzsə, bu pul şəriət baxımından ona halaldırmı?
      Cavab: Vəkillik əqdinin bağlanması ilə vəkil ücrətül-müsəmmanın sahibi olur və vəkil təyin edildiyi işi yerinə yetirməmişdən qabaq bu ücrəti tələb etməyə haqqı vardır. Amma əgər vəkil təyin edildiyi işi yerinə yetirməzsə və beləcə, bu işin vaxtı keçərsə, yaxud onun vəkillik müddəti başa çatarsa, buna görə vəkillik əqdi pozulur. Vəkil aldığı ücrəti onu vəkil tutan şəxsə qaytarmalıdır.
       

      [1] Caiz əqd – bu müqavilədə tərəflərdən birinin və ya hər ikisinin müqaviləni pozmaq haqqı vardır.
      [2] Lazım əqd – bu müqavilədə tərəflərdən heç birinin müqaviləni pozmaq haqqı yoxdur.
      [3] Ücrətül-müsəmma - əqd əsnasında təyin edilən ücrət.
      [4] Ücrətül-misl – yəni ürfün nəzərində bir iş üçün və ya bir şeyi icarəyə götürmək üçün ödənilən ücrət miqdarı.
      [5] “Sarifə-qərinə” (yəni sözü həqiqi mənadan məcazi mənaya yönəldən əlamət, sübut) 2 qismdir: 1) Əgər “söz və kəlam” olarsa, “məqaliyyə və ya ləfziyyə qərinə” adlanır. 2) Əgər halət (vəziyyət və durum) olarsa, “məqamiyyə və ya haliyyə qərinə” adlanır.
    • Həvalə
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /