Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
    • Əzadarlıq məclisləri
      Çap versiyası  ;  PDF
       
      Əzadarlıq məclisləri

       

      Sual 1440: Əksər bölgələrin, xüsusilə də, kəndlərin məscid və hüseyniyyələrində qədim bir ənənə kimi Kərbəla hadisələri səhnələşdirilərək nümayiş etdirilir (şəbihçıxarma). Bu səhnələrin nümayişi bəzən insanlar üzərində müsbət təsir qoyur. Bunun hökmü nədir?
      Cavab: Əgər bu səhnələrin nümayişində yalan və əsassız mətləblərə yol verilməzsə və bu səhnələrin nümayişi fəsada səbəb olmazsa, həmçinin dövrün tələblərini nəzərə alaraq haqq məzhəbin əsaslarının süst və zəif göstərilməsinə səbəb olmazsa, maneəsi yoxdur. Amma bununla belə, yaxşı olar ki, bu səhnələrin nümayişi əvəzinə əzadarlıq məclislərində moizə deyilsin, İmam Hüseynin (ə) müsibətlərindən danışılsın, mərsiyyələr oxunsun.

       

      Sual 1441: Əzadarlıq məclislərində və dəstələrin yürüşündə təbil, sinc və şeypurdan, həmçinin tikanlı zəncirlərdən istifadə etməyin hökmü nədir?
      Cavab: Əgər tikanlı zəncirlərdən istifadə etmək insanlar qarşısında məzhəbin əsaslarının süst və zəif göstərilməsinə səbəb olarsa, yaxud bədənə ciddi bir ziyanı olarsa, bu zəncirlərdən istifadə etməyə icazə verilmir. Amma şeypur, təbil və sincdən adi qaydada istifadə etməyin maneəsi yoxdur.

       

      Sual 1442: Matəm günlərində bəzi məscidlərdə çoxlu bahalı işləmələri olan bayraqlardan istifadə edilir. Bəzən bunun fəlsəfəsi barəsində dindarlarda sual yaranır. Bu, təbliğat proqramlarında xələl yaradır, hətta məscidin müqəddəs hədəfləri ilə ziddiyyət təşkil edir. Bu barədə şəri hökm nədir?
      Cavab: Əgər bu bayraqları məsciddə qoymaq məscidin ürfi qaydalarına zidd olarsa, yaxud namazqılanlar üçün maneəçilik törədərsə, bunun maneəsi vardır.

       

      Sual 1443: Əgər bir şəxs Seyyidüş-şühədanın (ə) əzadarlıq məclisi üçün bir bayraq nəzir etsə, hüseyniyyənin məsullarını onu qəbul etməkdən imtina edə bilərlərmi?
      Cavab: Bu nəzir, hüseyniyyənin məsullarının və idarə heyətinin bu bayrağı qəbul etmələrini vacib etmir.

       

      Sual 1444: Seyyidüş-şühədanın (ə) əzadarlıq məclislərində bayraqdan istifadə etməyin, belə ki, bayrağı məclisdə qoymaq və ya dəstələrin yürüşündə qaldırıb gəzdirməyin hökmü nədir?
      Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur. Amma bu işlər dinin göstərişlərindən hesab olunmamalıdır.

       

      Sual 1445: Əgər mükəlləf əzadarlıq məclislərində iştirak etdiyinə görə bəzi vacibatları əldən verərsə, məsələn, sübh namazını qəza edərsə, bundan sonra bu məclislərdə iştirak etməməsi daha yaxşıdır, yoxsa onun bu məclislərdə iştirak etməməsi Əhli-beytdən (ə) uzaq düşməsinə səbəb olar?
      Cavab: Məlum məsələdir ki, vacib namaz Əhli-beytin (ə) əzadarlıq məclislərində iştirak etməyin fəzilətindən önəmlidir. İmam Hüseyn (ə) əzadarlığında iştirak etmək bəhanəsilə namazı tərk etmək və ya qəza etməyə icazə verilmir. Amma əzadarlıq məclislərində namaza maneəçilik törtməyəcək bir şəkildə iştirak etmək mümkündür və bu məclislərdə iştirak etmək təkid edilən müstəhəb əməllərdəndir.

       

      Sual 1446: Bəzi dini heyətlərdə mötəbər tarixi mənbədə qeyd edilməyən, həmçinin heç bir alimdən və mərcəyi-təqliddən eşidilməyən Əhli-beyt (ə) müsibətlərinin mərsiyyələri oxunur. Mərsiyyəxandan bu hadisənin hansı mənbədə qeyd edildiyini soruşduqda belə cavab verir: “Bunları Əhli-beyt (ə) bizə çatdırmış və başa salmışdır. Kərbəla hadisələri yalnız tarixi mənbələrdə qeyd edilənlərdən və alimlərin danışdıqlarından ibarət deyildir. Əksinə, bəzi vaxtlar Hüseyn məddahı və ya xətibi üçün bəzi mətləblər ilham və mükaşifə yolu ilə aydın olur”. Sualım budur ki, hadisələri bu yolla nəql etmək düzgündürmü, yoxsa yox? Əgər düzgün deyildirsə, dinləyicilərin vəzifəsi nədir?
      Cavab: Əgər nəql edilən hadisə heç bir hədisdə və ya tarixi mənbədə qeyd edilməyibsə, sozügedən yolla hadislərin nəql edilməsi şəri yol deyildir. Amma əgər məddah və ya xətib bu hadisələri öz qənaəti olaraq “zəbani-hal” (vəziyyəti bəyan etmək) ünvanında nəql edərsə və bunun həqiqətə zidd olduğunu bilməzsə, bu hal istisnadır. Dinləyicilərin vəzifəsi isə, “pis işlərdən çəkindirmək”dir, bu şərtlə ki, “pis işlərdən çəkindirmə”nin mövzusu və şərtləri onlar üçün öz təsdiqini tapmalıdır.

       

      Sual 1447: Hüseyniyyədən Quran qiraəti və İmam Hüseynin (ə) əzadarlıq məclisinin səsi səsucaldan vasitəsilə yayımlanır, belə ki, bu səs şəhər xaricində də eşidilir. Bu, hüseyniyyənin qonşuluğunda yaşayanların narahatlığına səbəb olur. Hüseyniyyənin məsulları və xətiblər isə bunun belə davam etməsində israrlıdırlar. Bu işin hökmü nədir?
      Cavab: Baxmayaraq ki, dini mərasimlərin və ayinlərin münasib zamanlarda hüseyniyyələrdə təşkil edilməsi ən yaxşı işlərdən və təkid edilən müstəhəb əməllərdəndir, amma mərasimi təşkil edənlər və əzadarlar qonşuluqda yaşayanlara narahatçılıq törətməkdən mümkün qədər çəkinməlidirlər. Məsələn, səsucaldanın səsini azalda və ya onun istiqamətini hüseyniyyənin daxilinə yönəldə bilərlər.

       

      Sual 1448: Məhərrəm ayının gecələrində əzadarlıq dəstələrinin təbil və ney çalaraq gecə yarısına qədər yürüş etmələri barəsində sizin nəzəriniz nədir?
      Cavab: Seyyidüş-şühəda (ə) və onun köməkçiləri üçün əzadarlıq dəstələrinin yürüş etmələri və bu kimi mərasimlərdə iştirak etmək olduqca bəyənilən bir əməldir və insanı Allaha yaxınlaşdıran ən böyük əməllərdəndir. Amma başqalarının narahatçılığına səbəb olan, yaxud şəri baxımdan öz-özlüyündə haram olan hər bir əməldən çəkinmək lazımdır.

       

      Sual 1449: Əzadarlıq məclislərində musiqi alətlərindən, məsələn, sintizatordan, sincdən və s. istifadə etməyin hökmü nədir?
      Cavab: Musiqi alətlərindən istifadə etmək Seyyidüş-şühədanın (ə) əzadarlıq məclisinə uyğun deyildir və yaxşı olar ki, əzadarlıq məclisi qədimdə təşkil olunduğu adi qaydada təşkil olunsun.

       

      Sual 1450: İmam Hüseynə (ə) əzadar olmaq ünvanında bədəni deşib qıfıl və çəki daşı asmağa icazə verilirmi?
      Cavab: Məzhəbin əsaslarını süst və zəif gösərən bu kimi işlərin görülməsinə icazə verilmir.

       

      Sual 1451: Əgər insan İmamların (ə) ziyarətgahlarında özünü yerə atsa və bəziləri kimi qan axana qədər üzünü və sinəsini yerə sürtsə, sonra bu vəziyyətdə hərəmə daxil olsa, bu əməlin hökmü nədir?
      Cavab: Kədəri izhar etmək, ənənəvi əzadarlıq və İmamlara (ə) sevgi hesab olunmayan bu kimi əməllər şəri baxımdan əsassızdır. Hətta əgər bədənə ciddi ziyanın dəyməsinə, yaxud məzhəbin əsaslarının süst və zəif göstərilməsinə səbəb olarsa, bu kimi əməllərə icazə verilmir.

       

      Sual 1452: Bəzi bölgələrdə qadınlar “Həzrət Əbülfəzl (ə) süfrəsi” adlı mərasim təşkil edir və bəzi əməllər yerinə yetirirlər, yaxud “Xanım Fatimənin (ə) toy məclisi” adlı mərasim təşkil edir və bu mərasimdə toy şeirləri oxuyur, əl çalır, sonra da rəqs edirlər. Belə mərasimləri təşkil etməyin hökmü nədir?
      Cavab: Əgər bu mərasimlərdə yalan və yanlış mətləblər deyilməzsə, həmçinin məzhəbin əsaslarının süst və zəif göstərilməsinə səbəb olmazsa, belə mərasimləri təşkil etməyin öz-özlüyündə maneəsi yoxdur. Amma rəqs etməyə gəlincə, bunun hökmü 1167-ci məsələdə qeyd edildi.

       

      Sual 1453: İmam Hüseynin (ə) Aşura mərasimi üçün yığılan xərclərin artıq qalanı hansı yerə sərf edilməlidir?
      Cavab: Qalan pulları hədiyyə verənlərin icazəsi ilə xeyriyyə işlərinə sərf etmək, yaxud gələn ilin əzadarlıq məclislərinə sərf etmək üçün saxlamaq olar.

       

      Sual 1454: Məhərrəmlikdə xeyriyyəçi insanlardan pul yığmaq və onları paylara ayırıb bir qismini Quran qarisinə, mərsiyyəxana və dini söhbət edənə, digər qismini isə məclisin təşkil edilməsinə sərf etmək olarmı?
      Cavab: Əgər mal sahiblərinin razılığı ilə olarsa, maneəsi yoxdur.

       

      Sual 1455: Qadınlar hicablarını qoruyaraq və bədənlərini örtən xüsusi geyimlər geyinərək sinəzən və zəncirzən dəstələrində iştirak edə bilərlərmi?
      Cavab: Qadınların sinəzən və zəncirzən dəstələrində iştirak etmələri bəyənilmir.

       

      Sual 1456: Əgər İmamların (ə) əzadarlığında qəmə vurmaq insanın ölümünə səbəb olarsa, bu əməl intihar hesab olunurmu?
      Cavab: Əgər bu əməl adətən ölümlə nəticələnmirsə, intihar hökmünü daşımır. Amma əgər elə əvvəlcədən insan üçün həyat təhlükəsi qorxusu mövcud olarsa və bununla belə, o, bu əməli yerinə yetirərsə və bu əməl onun ölümü ilə nəticələnərsə, intihar hökmünü daşıyır.

       

      Sual 1457: İntihar edərək dünyasını dəyişən bir müsəlmanın yas məclisində iştirak etmək olarmı? Onun qəbri üstündə Fatihə oxumağın hökmü nədir?
      Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur.

       

      Sual 1458: İmamların (ə) mövlud bayramlarında və Məbəs bayramında dinləyiciləri qəhərləndirən və onların ağlamalarına səbəb olan şeirləri və mədhiyyələri oxumağın hökmü nədir? Bu məclis iştirakçılarının başına pul tökməyin hökmü nədir?
      Cavab: Dini bayramlarda şeirlər və mədhiyyələr oxumağın maneəsi yoxdur. Məclis iştirakçılarının başına pul tökməyin də maneəsi yoxdur. Hətta əgər sevinci izhar etmək və möminlərin qəlbini şad etmək məqsədilə olarsa, bu işin savabı vardır.

       

      Sual 1459: Əgər qadın bilsə ki, naməhrəm kişilər onun səsini eşidirlər, o, əzadarlıq məclislərində mərsiyyə oxuya bilərmi?
      Cavab: Əgər fəsad qorxusu olarsa, bu işdən çəkinməlidir.

       

      Sual 1460: Aşura günü qəmə vurmaq, ayaqyalın oda və yanar közə daxil olmaq kimi mərasimlər təşkil edilir. Bu, İslam məzhəblərinin alimləri və ardıcılları, həmçinin dünya ictimaiyyətinin nəzərində şiə məzhəbinin pis ad çıxarmasına səbəb olmaqla yanaşı, bu işləri görən insanlara cismi və ruhi zərərlər də vurur. Eləcə də, məzhəbi alçaltmaq hesab olunur. Sizin bu barədə nəzəriniz nədir?
      Cavab: İnsana zərər yetirən, yaxud din və məzhəbin əsaslarının süst və zəif göstərilməsinə səbəb olan hər bir iş haramdır. Möminlər belə işlərdən çəkinməlidirlər. Gizli deyildir ki, bu işlərin əksəriyyəti Əhli-beyt (ə) məzhəbinin pis ad çıxarmasına və məzhəbin əsaslarının süst və zəif göstərilməsinə səbəb olur. Bu isə ən böyük zərər və xəsarətdir.

       

      Sual 1461: Gizli şəkildə qəmə vurmaq halaldırmı? Yoxsa sizin fətvanız ümumidir?
      Cavab: Qəmə vurmaq həm ürfə görə kədər və hüznün təzahürlərindən hesab olunmur, həm də İmamların (ə) dövründə və sonrakı dövrlərdə bu iş yerinə yetirilməmişdir və bu barədə heç bir Məsumdan (ə) nə xüsusi, nə də ümumi şəkildə bir dəlil-sübut əlimizə gəlib çatmamışdır. Bundan əlavə, hazırkı dövrdə bu iş məzhəbin əsaslarının süst və zəif göstərilməsinə və məzhəbin pis ad çıxarmasına səbəb olur. Buna görə də, bu işə heç bir şəkildə icazə verilmir.

       

      Sual 1462: “Zərər”in – istər cismi zərər, istərsə də ruhi zərərin - şəri meyarı nədir?
      Cavab: Meyar, ürfdə etina olunacaq zərərdir.

       

      Sual 1463: Bəzi müsəlmanların etdikləri kimi bədənə zəncir vurmağın hökmü nədir?
      Cavab: Əgər adi qaydada olarsa və ürfə görə əzadarlıqda hüzn və kədərin izharı hesab olunan bir şəkildə olarsa, bunun maneəsi yoxdur.

       

    • Mövludlar və bayramlar
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /