Xəbərlər
Ümmətin Şəhid İmamının dəfn və vida mərasimi münasibətilə müraciət
Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei İran və İraq xalqlarına müraciət ünvanlayaraq “İranın Şəhid Rəhbəri”nin dəfn mərasimindəki onlarla milyonluq izdihamlı iştiraka görə səmimi qəlbdən təşəkkür edib.
İslam İnqilabının Şəhid Rəhbəri İmam Rza (ə) hərəmində dəfn olundu
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin pak nəşi torpağa tapşırıldı. Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəd şəhərlərində on milyonlarla insanın iştirakı ilə təqribən bir həftə davam edən vida və ziyarət mərasimlərindən sonra Şəhid Rəhbərin nəşi 19 tir (10 iyul), cümə günü sübh tezdən İmam Əli ibn Musa ər-Rzanın (ə) mübarək məzarının ətrafına təvaf etdirildikdən sonra İmam Rza (ə) hərəminin Darüz-zikr zalında dəfn olundu.
Şəhid İmamın anım və yas mərasimi
İslam İnqilabının Şəhid Rəhbərinin xatirəsinin əziz tutulması məqsədilə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei tərəfindən təşkil edilən anım mərasimi bu gecədən (19 tir - 10 iyul cümə günündən) başlayaraq üç gün müddətinə məğrib və işa namazlarından sonra Həzrət İmam Rza (ə) hərəminin “Peyğəmbəri-Əzəm” səhnində keçiriləcək.
Müqəddəs Məşhəd şəhərində Şəhid İmamın pak nəşi ilə vida və dəfn mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xamenei və onun şəhid olmuş ailə üzvlərinin qarşılanma və vida mərasimi 18 tir (9 iyul), cümə axşamı saat 14:00-da İmam Rza (ə) küçəsindən müqəddəs hərəm istiqamətində başladı.
Müqəddəs Kərbəlada İranın Seyyidüşşühədasının pak cənazəsi ilə vida mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin pak nəşi təxminən 70 illik intizar və ayrılıqdan sonra İraqın milyonlarla əzadar sakini və din alimlərinin müşayiəti ilə, nəhayət, İmam Hüseyn (ə), Həzrət Əbülfəzl-Abbas (ə) və Kərbəla şəhidlərinə qovuşdu.
Nəcəf-i Əşrəfdə Şəhid İmamın pak cənazəsi ilə vida mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Xameneinin cənazəsi ilə vida mərasimi bu gün – 17 tir (08 iyul), çərşənbə günü səhər erkən saatlardan etibarən Nəcəf-i Əşrəfdə keçirilir.
İraqda Şəhid İmamın pak cənazəsinin rəsmi qarşılanma mərasimi
Bu gün axşam saatlarında İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma İmam Seyid Əli Xameneinin müqəddəs cənazəsinin rəsmi qarşılanma mərasimi İraq hökumətinin baş naziri Əli əz-Zeydi, ölkəmizin prezidenti Məsud Pezeşkiyan, habelə bir qrup yüksək rütbəli siyasi və hərbi rəsminin, Nəcəf elmi hövzəsinin böyük alimlərinin və İraq əşirətlərinin iştirakı ilə Nəcəf-i Əşrəf Beynəlxalq Hava Limanında baş tutdu.
Müqəddəs Qum şəhərində Şəhid Mücahid Rəhbərin pak cənazəsi ilə vida mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma İmam Seyid Əli Hüseyni Xamenei və onun şəhid olmuş ailə üzvlərinə cənazə namazı və vida mərasimi keçirildi. Mərasim 16 tir, çərşənbə axşamı Qum və Cəmkəranda milyonlarla insanın iştirak etdiyi tarixi bir izdihamla baş tutdu.
Tehranda İnqilabın Şəhid Rəhbərinin pak cənazəsi ilə vida mərasimi
Dünya müsəlmanlarının Rəhbəri Şəhid Həzrət Ayətullah-üzma İmam Seyid Əli Hüseyni Xamenei və onun dörd şəhid ailə üzvünün pak nəşləri bu gün səhər saatlarında yaşlı nəslin nümayəndələrindən tutmuş gənc nəslə qədər milyonlarla insanın iştirak etdiyi böyük bir izdihamın müşayiəti ilə Tehranda son mənzilə yola salındı. Xəbər hazırlanan saatlara qədər vida mərasimi hələ də davam edir.
Məhkəmə Hakimiyyəti sədrinin təyinatı haqqında fərman
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei imzaladığı fərmanla Höccətül-İslam vəl-müslimin Muhsin Ejeini yenidən Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin etdi.
İslam İnqilabının Şəhid Rəhbərinin cənazə namazı
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Xamenei və onun şəhid olmuş ailə üzvlərinin cənazə namazı bu gün səhər saatlarında İmam Xomeyni (r.ə) adına müsəlla və ətraf küçələrdə toplaşan milyonlarla insanın iştirakı ilə qılındı.
İmam Xomeyni (r.ə) müsəllasında ümmətin Şəhid Rəhbərinin pak cənazəsi ilə vida
İslam ümmətinin Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma İmam Seyid Əli Hüseyni Xameneinin pak cənazəsi ilə ümumi vida mərasimi şənbə günü sübh tezdən başlayıb.
İslam İnqilabının Şəhid Rəhbəri ilə Vida Mərasimi
İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin pak cənazəsinin ziyarət mərasimi bu gün səhər saatlarında xarici ölkələrin rəsmi nümayəndə heyətləri və yüksək rütbəli rəsmilərinin iştirakı ilə Tehranın İmam Xomeyni adına Müsəllasında rəsmi olaraq başladı.
İmam Xomeyni (r.ə) adına hüseyniyyə yaxınlığında İslam İnqilabının Şəhid Rəhbəri ilə vida mərasimi
Bu gecə (cümə axşamı gecəsi) dərin hüzn və kədər içində olan minlərlə dəyərli şəhid ailəsinin iştirakı ilə Şəhid Rəhbərin pak cənazəsi ilə vida mərasimi baş tutdu.
Ali Məqamlı Rəhbərin Məhkəmə Həftəsi və Ayətullah Beheşti və onun silahdaşlarının şəhadətinin ildönümü münasibətilə müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Məhkəmə Hakimiyyəti Həftəsi və Ayətullah Beheşti və onun silahdaşlarının şəhadətinin ildönümü münasibətilə müraciət ünvanlayıb.
1405-ci ilin Məhərrəm əzadarlığı mərasiminin axırıncı gecəsi
Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) əzadarlıq mərasiminin altıncı və sonuncu gecəsi baş tutdu. Mərasim Həzrət Zeynülabidinin (ə) şəhadət gecəsi Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətə qovuşduğu məkanın yaxınlığında təşkil olundu.
1405-ci ilin Şami-Qəriban mərasimi
Əhli-beyt (ə) aşiqi olan minlərlə insan İslam İnqilabının Şəhid Rəhbəri Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətə ucaldığı məkanın yaxınlığında toplaşaraq Şami-Qəriban mərasimi keçirdi.
İmam Hüseynin (ə) Aşura gecəsi mərasimi 1405-ci il
İmam Hüseynin (ə) Aşura gecəsinə həsr edilmiş matəm mərasimi cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyənin yaxınlığında – İslam İnqilabının Şəhid Rəhbərinin şəhadətə ucaldığı məkanda baş tutdu.
