Xəbərlər
Ali Məqamlı Rəhbər Cənab Əkbər Türkanın atasının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azad Ticarət və İqtisadiyyat Zonaları Arasında Koordonasiya Şurasının katibi cənab Əkbər Türkanın atasının vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər ölkə başçısı və hökumət nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidenti və hökumət kabinetinin üzvləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, cəmiyyətdə mənəvi-psixoloji rahatlığın təmin olunmasını, inflyasiyanın kontrolda saxlanmasını, milli valyutanın dəyərinin sabitləşdirilməsini və səhiyyə sistemi ilə bağlı dövlət proqramının icrasını ötən 1 ildə 11-ci hökumətin həyata keçirdiyi dəyərli və təqdirəlayiq tədbirlər sırasında qeyd etmək olar.
Ali Məqamlı Rəhbər Şəhid Əsnaf və Tacirlər Milli Konqresinin icraiyyə komitəsinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şəhid Əsnaf və Tacirlər Milli Konqresinin icraiyyə komitəsinin üzvləri ilə 26 xordad 1393-cü ildə keçirdiyi görüş zamanı etdiyi çıxışın mətni bu gün səhər eyni məqsədlə Milli Teleradionun konfrans zalında baş tutan iclasda oxundu.
Ali Məqamlı Rəhbər Ayətullah Mehdəvi Kənini xəstəxanada ziyarət etdi
Bu gün (bazar günü) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran xəstəxanalarından birində yatan Ayətullah Mehdəvi Kənini ziyarət etdi.
Ali Məqamlı Rəhbər Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin səlahiyyət müddətinin uzadılması barədə sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 157-ci maddəsini rəhbər tutaraq Ayətullah Hacı Şeyx Sadiq Amoli Laricaninin növbəti səlahiyyət müddəti üçün Məhkəmə Hakimiyyətinin sədri vəzifəsinə təyin olunması barədə sərəncam imzaladı.
Ali Məqamlı Rəhbər Xarici İşlər Naziri, İİR-in xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinin rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici İşlər Naziri, İİR-in xarici ölkələrdəki səfirlik və nümayəndəliklərin rəsmiləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, ölkənin diplomatik korpusu İranın milli mənafeyini, hədəflərini və kapitalını müdafiənin ön sıralarında durur.
Ali Məqamlı Rəhbər dövlət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) dövlət rəsmiləri, müsəlman ölkələrinin İrandakı səfir və attaşeləri, habelə xalqın müxtəlif təbəqələrini təmsil edən yüzlərlə insanla görüşdü.
Ali Məqamlı Rəhbərin imaməti ilə Ramazan bayramı namazı qılındı
Bu gün İran xalqının öz müsəlman ölkəsinin dörd bir yanında qıldığı möhtəşəm bayram namazı ilə Ramazan bayramı ikiqat gözəlləşdi.
Ali Məqamlı Rəhbər Ramazan bayramı münasibəti ilə əfv fərmanı imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan bayramı münasibəti ilə Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin xahiş məktubuna əsasən, ölkənin Ümumi və İnqilab Məhkəmələri, İqtisadi Cinayətlər Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş bir qrup məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.
Ali Məqamlı Rəhbər görkəmli fəqih Ayətullah Hacı Şeyx Hüseyn Şəbzendedarın vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mömin və pərhizkar fəqih Ayətullah Hacı Şeyx Hüseyn Şəbzendedarın vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Hacı Şeyx Əzizullah Ütaridi Quçaninin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ruhani alim Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Əzizullah Ütaridi Quçaninin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər tələbələrlə görüşdü
Bu gün günortadan sonra ölkənin müxtəlif universitet və ali təhsil müəssisələrini təmsil edən minə yaxın tələbə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə üz-üzə görüşərək tələbə ictimaiyyətinin narahat edən məsələləri, öz rəy və görüşlərini onunla bölüşdülər.
Ali Məqamlı Rəhbər yeni təyinatla bağlı sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Məhəmməd Səidikiyanın növbəti 5 illik müddətə Yoxsul Əhaliyə Dəstək Fondunun sədri təyin olunması barədə sərəncam imzaladı.
Ali Məqamlı Rəhbər Həzrət Əlinin (ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Müvəhhidlərin mövlası Həzrət Əli ibn Əbu Talibin (ə) məzlumcasına şəhid edildiyi günün ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Həzrət Əlinin (ə) xatirəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Müttəqilərin mövlası Həzrət Əmirəl-möminin Əlinin (ə) qılınc zərbəsi aldığı günün ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə xalqın müxtəlif təbəqələrindən olan insanların və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə o həzrətə həsr olunmuş matəm mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər ölkə başçısı və nazirlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə bu gün (bazar ertəsi) günortadan sonra baş tutan görüşündə “Nəhcül-bəlağə”nin dərin mənalı, ali təlimlərindən bəziləri haqda söhbət açdı, həmçinin bir neçə mənəvi-əxlaqi məqama toxundu.
Ali Məqamlı Rəhbər mədəniyyət xadimləri, qocaman və gənc şairlərlə görüşdü
Həzrət İmam Həsən Müctəbanın (ə) mövludu gecəsində mədəniyyət xadimlərindən, fars şeiri və ədəbiyyatının ustadlarından, ölkənin qocaman və gənc qələm sahiblərindən, eləcə də Tacikistan, Hindistan, Əfqanıstan və Pakistanın farsdilli şairlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
