
Xəbərlər


İslam İnqilabının Ali Rəhbəri Korona ilə Milli Mübarizə Qərargahının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər prezident və Korona ilə Milli Mübarizə Qərargahının üzvləri ilə görüşdə göstərdiyi xidmətlərə görə qərargaha təşəkkür etdikdən sonra mühüm tövsiyələr verdi.

Ali Rəhbər Silahlı Qüvvələrin ali hərbi məktəblərinin buraxılış mərasimində iştirak etdi
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər İmam Əli (ə) adına Hərbi Akademiyada təşkil edilən Silahlı Qüvvələrin ali hərbi məktəblərinin müştərək buraxılış mərasiminə videokonfrans formatında qoşuldu.

Ali Rəhbərin təlim-tərbiyə və təhsil işləri üzrə məsul şəxslərlə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər təhsil naziri, nazirin müavinləri, nazirliyin şöbə müdirləri və rəhbər işçiləri ilə vidoe bağlantı vasitəsilə təşkil edilmiş otuz dördüncü təhsil konfransı tədbirində gigiyenik qaydalara əməl edərək İmam Hüseynə eşq və coşqu ilə matəm saxladığına və böyük mənəvi hərəkat yaratdığına görə xalqa səmimi qəlbdən təşəkkür etdi.

İnqilabın Ali Rəhbərinin “Hökumət həftəsi” münasibətilə nazirlərlə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xümeneinin Hökumət həftəsi münasibətilə bu gün (bazar) səhər dövlət başçısı və hökumət rəhbərləri ilə vidoekonfransı oldu.

İslam İnqilabının Ali Rəhbəri İraqın baş nazirini qəbul etdi
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Mustafa əl-Kazimi ilə görüşdə İran və İraq arasındakı əlaqələrin zəngin tarixi, dini və mədəni ortaqlıqlara, ortaq adət və ənənələrə əsasən, sözün həqiqi mənasında qardaşcasına olduğunu dedi: “İkitərəfli münasibətlərdə İran İslam Respublikası üçün ən çox əhəmiyyət daşıyan məsələ İraqda şəraitin yaxşılaşması, regional güc, maraqlar, mənfəətlər, təhlükəsizlik və izzətdir”.

Ali Rəhbərin İslam Şurası Məclisinin üzvləri ilə videokonfrans şəklində görüşü oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər İslam Şurası Məclisinin üzvləri ilə videokonfrans şəklində keçirdiyi görüşdə on birinci çağırış parlamentinin xalqın ümid və gözləntisinin simvolu olduğunu dedi.

İslam İnqilabının Ali Rəhbərinin Məhkəmə Sisteminin məsul şəxsləri ilə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (şənbə) səhər Məhkəmə Sisteminin sədri və məsul şəxsləri, habelə respublikanın bütün prokurorluq orqanlarının rəhbərləri ilə videokonfransda son bir ildə həyata keçirilmiş tədbirlərdən razı qaldığını bildirdi.

Ali Rəhbərin İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə teleçıxışı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə birbaşa yayımlanan teleçıxışında dəyişmək istəyi, marağı və dəyişiklik yaratmaq cəhdinin əzəmətli İmam Rahilin (r.ə) mühüm xüsusiyyətlərindən olduğunu dedi: “İnqilabın diri qalması üçün İmamın bu əhəmiyyətli və əməli xüsusiyyətini rəhbər tutaraq dəyişmək strategiyasını, daha yaxşı olma və sıçrayış hərəkətinə doğru daha sürətlə istiqamətlənmə bütün sahələrdə, xüsusilə geri və hərəkətsiz qaldığımız sahələrdə izləməliyik”.

İslam İnqilabının Ali Rəhbərinin “Beynəlxalq Qüds günü” münasibətilə canlı teleçıxışı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə) “Beynəlxalq Qüds Günü” münasibətilə etdiyi çıxışında İslam İnqilabının qələbəsindən, müqavimət cəbhəsinin təşəkkülündən və güc balansının mübarizlərin xeyrinə dəyişməsindən sonra Fələstin uğrunda aparılan mübarizə sahəsində yeni bir fəsl açıldığına işarə edərək hazırkı böyük və müqəddəs mübarizənin davam etdirilməsi ilə bağlı yeddi mühüm tövsiyə verdi: “Ən əsas tövsiyə mübarizənin davam etdirilməsi və cihad cəbhəsinin bütün Fələstin torpağına yayılması ilə bağlıdır. Heç şübhəsiz, sionizm virusunun ömrünə az qalıb, gənclərin qətiyyəti, imanı və qeyrəti sayəsində bu virusun kökü regiondan kəsiləcək”.

İslam İnqilabının Ali Rəhbəri Korona ilə Milli Mübarizə Qərargahı ilə canlı əlaqə yaratdı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Korona ilə Milli Mübarizə Qərargahının üzvləri və 21 əyalətin rəhbərinin iştirakı ilə təşkil edilmiş iclasa birbaşa internet üzərindən canlı qoşuldu.

İnqilabın Ali Rəhbəri yeddi istehsal kompleksi ilə 3 saatlıq canlı bağlantı yaratdı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər iş və zəhmətkeşlər həftəsi münasibətilə yeddi istehsal kompleksi ilə 3 saatlıq canlı əlaqə yaratdı. O, istehsalın keyfiyyəti və kəmiyyətinin artımı və sağlam bir iqtisadiyyat sistemində sərvət yaradılması istiqamətində işçlənin yeri, işçi ilə sahibkar arasındakı qarşılıqlı vəzifələrin rolu və əhəmiyyətini vurğulayaraq bu ilin istehsal sıçrayışı adlandırılmasının səbəbi, bu şüarın gerçəkləşdirilməsinin zəruri şərtləri və onlar üzərində təmərküzləşmiş sahələrlə bağlı bir neçə nüansa aydınlıq gətirdikdən sonra bu sahənin məsul şəxslərinin vəzifələrindən danışdı.

İslam İnqilabının Ali Rəhbəri həkim və tibb işçilərinə təşəkkür etdi
İslam İnqilabının Ali Rəhbəri bu gün (cümə axşamı) səhər həkim və tibb işçilərinə ünvanladığı müraciətdə koronavirusla mübarizə aparan Səhiyyə Nazirliyi, nazirliyin əməkdaşları, həkimlər, tibb işçiləri, tibbi heyətlər və ölkənin tibb sahəsinin bütün əməkdaşlarına səmimi qəlbdən təşəkkür etdi: “Bu çox qiymətli zəhmətləriniz həkim və tibb işçilərinin cəmiyyətdəki mövqeyini daha da yüksəldir, daha doğrusu, yüksəltmiş, eyni zamanda da ilahi savab və mükafata səbəb olacaq”.

Ali Rəhbər 1356-cı il 29 bəhmən qiyamının ildönümü münasibətilə Təbriz əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Şərqi-Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdə Parlament seçkilərindəki iştirakı xalqın hər tək-tək fərdinin şəri, milli, inqilabi vəzifəsi və mülki hüququ olduğunu bildirərək iki mühüm sütun olan izdihamlı iştirak və yaxşı seçkidən danışdı: “Seçkilər ümumi bir cihad, ilahi nemət və imtahandır. Əgər xalqın maksimum iştirakı ilə müşayiət olunsa, İslam dövlətinin abrı, ölkənin güclənməsi və məkrli planlara qarşı mühafizəsinə və İranın güclənməsinə səbəb olacaq”.

İslam İnqilabının Ali Rəhbəri minlərlə Əhli-beyt (ə) məddahı ilə görüşdü
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud ildönümü günü İmam Xomeyni (r.ə) adına hüseyniyənin salonu Böyük Peyğəmbərin (s) əziz qızının adı və xatirəsinin rayihəsi ilə ətirləndi. Əhli-beyt (ə) şair və məddahları İslamın o böyük xanımına həsr etdikləri şeirlərini oxudular.

İnqilabın Rəhbəri Hava Hücumundan Müdafiə Qüvvələrinin bir qrup komandanı ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanları və şəxsi heyətindən bir qrupu ilə görüşdə qeyd etdi ki, 1357-ci il 19 bəhmən (08.02.1979) hadisəsi İmam Xomeyni (r.ə) və mübarizlərin ilahi vədə inamının nəticəsidir: “Əgər Allahın öz vədinə xilaf çıxmayacağı fikri cəmiyyətə hakim olmasa və məsul şəxslər ayıqcasına əməl etsələr, təhdidlər fürsətə çevriləcək və sanksiya ölkənin neft asılılığından xilas amili və bir çox problemlərin həlli ola bilər”.

Ali Rəhbər əhalinin müxtəlif təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər əhalinin ayrı-ayrı təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə qeyd etdi ki, 22 bəhmən yürüşü və İslam Şurası Məclisinə seçkilər İran xalqının iki böyük sınağıdır.

İslam İnqilabının Rəhbəri Elmi-Teoloji Mərkəzlərin Ali Şurasının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Elmi-Teoloji Mərkəzlərin Ali Şurasının üzvləri ilə görüşdə gənc tələbələr arasında daha yüksək intellektual istedadların öyrənilməsi və onlardan istifadə edilməsi üçün proqram hazırlanmasının zəruri olduğunu vurğuladı.

İslam İnqilabının Ali Rəhbəri Həcc ziyarəti üzrə məsul şəxslərlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Həcc ziyarəti üzrə məsul şəxslərlə görüşdə vurğuladı ki, İslam Respublikasının yeni sözünü, yəni dini demokratiya modelini dünyaya çatdırmaq üçün həcc fürsətindən istifadə etmək lazımdır: “İran İslam Respublikasının ABŞ-a müqavimət göstərməsi və İran xalqının zorakılığı qəbul etməməsi dünya üçün cəzbedici bir həqiqətdir. Bu cazibədən İslam və İran xalqının həqiqətlərini yaymaq üçün isitfadə etmək lazımdır”.
