Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
    • Əmr bil-məruf və nəhy ənil-munkərin vacib olma şərtləri
      Çap versiyası  ;  PDF
       
      Əmr bil-məruf və nəhy ənil-munkərin vacib olma şərtləri

       

      Sual 1053: Əgər əmr bil-məruf və nəhy ənil-munkər etmək vacib əməli tərk edən və ya haram işi yerinə yetirən şəxsin abrının getməsinə və camaatın yanında hörmətdən düşməsinə səbəb olarsa, hökmü nədir?
      Cavab: Əgər əmr bil-məruf və nəhy ənil-munkərin şərtlərinə və qaydalarına riayət edilərsə və sərhədlər gözlənilərsə, əmr bil-məruf və nəhy ənil-munkər etməyin maneəsi yoxdur.

       

      Sual 1054: Nəzərə alsaq ki, İslam Respublikası dövlətində vətəndaşların vəzifəsi dildə əmr bil-məruf və nəhy ənil-munkər etməklə kifayətlənməkdir və bu işin digər mərhələləri məsul şəxslərin öhdəsindədir, bu, dövlət tərəfindən alınan qərardır, yoxsa fətvadır?
      Cavab: Fiqhi fətvadır.

       

      Sual 1055: Əgər pis və haram işin qarşısını almaq yalnız bu iş ilə onu görənin arasında maneə yaratmaqla mümkün olarsa və bu da, həmin şəxsi döyməyə, yaxud onu həbs edib incitməyə, yaxud da onun malına müdaxilə etməyə – hətta malını tələf etməyə - bağlı olarsa, bu halda şəri-hakimdən icazə almadan nəhy ənil-munkər ünvanında bu işləri görmək olarmı?
      Cavab: Bu məsələnin müxtəlif surətləri vardır. Ümumiyyətlə, əgər əmr bil-məruf və nəhy ənil-munkərin mərhələləri haram işi yerinə yetirən şəxsin özünə və ya malına ziyan dəyməsilə nəticələnən bir iş görməyə bağlı olmazsa, kimsədən icazə almağa ehtiyac yoxdur. Əksinə, bu miqdar bütün mükəlləflərə vacibdir. Amma əgər dildə yaxşı işə dəvət etmək və ya pis işdən çəkindirməkdən daha çox bir iş görməyə bağlı olarsa, bu təqdirdə əgər mükəlləf İslam hökuməti olan və bu vacib əmələ əhəmiyyət verilən bir ölkədə yaşayarsa, şəri-hakimin, aidiyyatı məsul şəxslərin, polisinin və məhkəmənin izninə ehtiyac vardır.

       

      Sual 1056: Əgər çox mühüm işlərdə - məsələn, insan həyatını qorumaq üçün - nəhy ənil-munkər etmək hücum edən şəxsi döyməyə bağlı olarsa və onun yaralanması, hətta qətli ilə nəticələnərsə, bu halda da şəri-hakimin izni şərtdirmi?
      Cavab: Əgər insan həyatını qorumaq və qətlin qarşısını almaq üçün təcili və birbaşa müdaxilə etmək lazımdırsa, bu işə icazə verilir, hətta insan həyatını qorumaq baxımından bu iş vacibdir. Şəri-hakimdən icazə almağa və ya onun bu barədə əmrinin olmasına bağlı deyildir. Amma əgər insan həyatını qorumaq hücum edən şəxsin qətlə yetirilməsinə bağlı olarsa, bunun müxtəlif surətləri vardır ki, onların hər birinin fərqli hökmləri ola bilər.

       

      Sual 1057: Əgər bir şəxs başqa bir şəxsi yaxşı işə dəvət etmək və pis işdən çəkindirmək istəsə, buna qadir olmalıdırmı? Əmr bil-məruf və nəhy ənil-munkər etmək nə vaxt ona vacib olur?
      Cavab: Yaxşı işə dəvət edən və pis işdən çəkindirən şəxs yaxşı və pis işi tanımalıdır. Həmçinin pis və günah işi görən şəxsin bu işi bilərəkdən və heç bir şəri üzr olmadan gördüyünü bilməlidir. Əmr bil-məruf və nəhy ənil-munkərin qarşı tərəfə təsir edəcəyi ehtimalı olduğu təqdirdə bu işi görmək ona vacib olur. Həmçinin bu işi görməyin onun özünə bir ziyanı olmamalıdır və bu halda, ehtimali ziyan ilə dəvət etdiyi yaxşı işin və ya çəkindirdiyi pis işin əhəmiyyətini müqayisə etməli və nəzərə almalıdır. Əks təqdirdə, əmr bil-məruf və nəhy ənil-munkər etmək ona vacib olmur.

       

      Sual 1058: Əgər qohumlardan biri davamlı surətdə günah işlədərsə və bu işə əhəmiyyətsiz yanaşarsa, onunla əlaqə saxlamaq və get-gəl etmək baxımından bizim vəzifəmiz nədir?
      Cavab: Əgər ehtimal versəniz ki, onunla müvəqqəti olaraq əlaqəni və get-gəli kəssəniz o, günahdan çəkinəcəkdir, əmr bil-məruf və nəhy ənil-munkər ünvanında bu işi görmək sizə vacibdir. Əks təqdirdə, qohumlarla əlaqəni kəsməyə icazə verilmir.

       

      Sual 1059: İşdən çıxarılma qorxusuna görə əmr bil-məruf və nəhy ənil-munkəri yerinə yetirməmək olarmı? Məsələn, bir şəxs universitetdə gənc tələbələrlə ünsiyyətdə olan bir məsul şəxsin şəriətə zidd əməllər yerinə yetirdiyini, yaxud orada günah işlərə şərait yaratdığını görür. Amma qorxur ki, əgər bu məsul şəxsi yaxşı işə dəvət edərsə və pis işdən çəkindirərsə, onun işdən çıxarılmasına səbəbkar olacaqdır.
      Cavab: Ümumiyyətlə, əgər bir şəxs əmr bil-məruf və nəhy ənil-munkər edəcəyi təqdirdə ona ciddi bir ziyanın dəyəcəyindən qorxarsa, bu işi görməsi vacib deyildir.

       

      Sual 1060: Əgər universitetdə yaxşı işlər tərk edilərsə və günah işlər geniş yayılarsa, eyni zamanda, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək üçün şərait mövcud olarsa, amma yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək istəyən şəxs subay bir fərd olarsa, subay olduğuna görə əmr bil-məruf və nəhy ənil-munkər etmək vəzifəsi onun üzərindən götürülürmü, yoxsa yox?
      Cavab: Əgər günah işlər görülərsə, eyni zamanda, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək üçün şərait mövcud olarsa, bu ictimai və insani vəzifəni yerinə yetirmək bütün mükəlləflərin vacib şəri vəzifəsidir. Mükəlləfin müxtəlif vəziyyətləri, o cümlədən, subay və ya ailəli olması burada rol oynamır. Sırf subay olduğuna görə, bu vəzifə mükəlləfin üzərindən götürülmür.

       

      Sual 1061: Əgər bir şəxs xüsusi ictimai nüfuza və mövqeyə malik olarsa, belə ki, ona etiraz edənlərə zərər yetirmək iqtidarında olarsa, eyni zamanda, onun günah və şəriətə zidd işlər gördüyünə, yalan danışdığına dair sübutlar və şahidlər olarsa, belə bir vəziyyətdə biz onu yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək vəzifəsini tərk edə bilərikmi? Yoxsa onun bizə zərər yetirəcəyindən qorxsaq belə, onu yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək bizə vacibdir?
      Cavab: Əgər zərərdən olan qorxu məntiqi bir qorxu olarsa, əmr bil-məruf və nəhy ənil-munkər etmək vacib deyildir və şəri vəzifə sizin üzərinizdən götürülür. Amma tövsiyə olunmur ki, vacib əməli tərk edən və ya haram işi yerinə yetirən bir şəxsin mövqeyini nəzərə alıb, yaxud onun tərəfindən cüzi bir zərərin dəyə biləcəyini güman edib, mömin qardaşa öyüd-nəsihət etməyəsiniz və onu qəflətdən ayıltmayasınız.

       

      Sual 1062: Bəzən günah işlədən şəxsi yaxşı işlərə dəvət edəndə və pis işlərdən çəkindirəndə, İslam əhkamını və vacib əməlləri bilmədiyinə görə onda dinə qarşı ikrah yaranır. Digər tərəfdən də, əgər onu öz halına buraxsaq, fəsada və başqalarının günah işlətməsinə zəmin yaradacaqdır. Bu halda bizim vəzifəmiz nədir?
      Cavab: Lazımi şərtlərə riayət edərək əmr bil-məruf və nəhy ənil-munkər etmək İslam əhkamını və cəmiyyətin sağlamlığını qorumaq üçün ümumi şəri vəzifədir. Günah işlədən şəxsdə və ya kimlərdəsə dinə qarşı ikrah yaranacağı düşüncəsi, bu mühüm vəzifənin tərk edilməsinə əsas vermir.

       

      Sual 1063: Əgər fəsadın qarşısını almaq vəzifəsini daşıyan dövlət məmurları öz vəzifələrini yerinə yetirməkdə səhlənkarlıq göstərsələr, camaatın özü bu işi görə bilərmi?
      Cavab: Təhlükəsizlik və hüquq orqanlarının vəzifələri hesab olunan işlərə adi vətəndaşların müdaxilə etmələrinə icazə verilmir. Amma əmr bil-məruf və nəhy ənil-munkərin hüdudlarına və şərtlərinə riayət edərək camaatın bu işi görməsinin maneəsi yoxdur.

       

      Sual 1064: Adi camaatın vəzifəsi ancaq dildə əmr bil-məruf və nəhy ənil-munkər etməklə kifayətlənməkdirmi? Əgər ancaq dildə əmr bil-məruf və nəhy ənil-munkər etməklə kifayətlənmək vacib olarsa, bu məsələ, “Şəriət hökmlərinin izahı” adlı kitablarda, xüsusilə də, “Təhrirul-vəsilə”də qeyd olunanlarla ziddiyyət təşkil etmirmi? Yox əgər lazım olduqda əmr bil-məruf və nəhy ənil-munkərin digər mərhələlərini də icra etməyə icazə verilirsə, onda lazım olduqda “Təhrirul-vəsilə”də qeyd edilən bütün mərhələləri icra etmək olarmı?
      Cavab: Nəzərə alsaq ki, İslam hakimiyyətində əmr bil-məruf və nəhy ənil-munkərin “dildə əmr və nəhy etmək mərhələsi”ndən sonrakı mərhələləri təhlükəsizlik və hüquq orqanlarına həvalə etmək mümkündür, xüsusilə də, günahın qarşısını almaqdan ötrü güc tətbiq etmək, o cümlədən, haram işi yerinə yetirən şəxsin malını müsadirə etmək, yaxud ona şallaq vurmaq və həbs etməkdən başqa çıxış yolu olmadıqda, bu kimi hallarda mükəlləflərin dildə əmr bil-məruf və nəhy ənil-munkər etməklə kifayətlənmələri vacibdir. Güc tətbiq edilməsinə ehtiyac olduğu təqdirdə, təhlükəsizlik və hüquq orqanlarında aidiyyatı şöbələrə müraciət etməlidirlər. Bu məsələnin İmam Xomeyninin (r.ə) fətvası ilə heç bir ziddiyyəti yoxdur. Amma İslam hakimiyyətinin iqtidarda olmadığı zamanlarda və məkanlarda mükəlləflərə şərait mövcud olduğu təqdirdə ardıcıllığa riayət edərək əmr bil-məruf və nəhy ənil-munkərin bütün mərhələlərini məqsəd hasil olanadək icra etmək vacibdir.

       

      Sual 1065: Bəzi sürücülər maşında ğina və haram musiqilər diski oxutdururlar və onlara öyüd-nəsihət etsən də media pleyeri söndürmürlər. Xahiş edirəm ki, bu kimi hallarda bu sürücülərlə uyğun davranış qaydasını açıqlayardınız. Onlarla sərt davranmaq olarmı, yoxsa yox?
      Cavab: “Pis işlərdən çəkindirmək” şəri vəzifəsinin şərtləri mövcud olduğu təqdirdə, sizə ancaq dildə pis işlərdən çəkindirmək vacib olur. Əgər sözünüzün təsiri olmazsa, ğina və haram musiqiyə qulaq asmaqdan çəkinməlisiniz. Əgər qeyri-ixtiyari olaraq ğina və haram musiqini eşidirsinizsə, sizə heç bir günahı yoxdur.

       

      Sual 1066: Mən xəstəxanaların birində müqəddəs peşə olan tibb bacısı işləyirəm. Bəzən xəstəxananın bəzi palatalarında xəstələrin haram musiqilər dinlədiklərini görürəm. Mən onlara bu işi görməmələrini tövsiyə edirəm. Növbəti dəfə tövsiyədən sonra sözümün təsiri olmadığı təqdirdə, kaseti maqnitafondan çıxarır və musiqiləri sildikdən sonra kasetləri onların özünə qaytarıram. Bu davranış düzgündürmü, yoxsa düzgün deyildir?
      Cavab: Kasetdən haram istifadənin qarşısını almaqdan ötrü kasetdəki haram musiqiləri silmək olar. Amma bu işi görmək kaset sahibinin və ya şəri-hakimin icazəsinə bağlıdır.

       

      Sual 1067: Bəzi mənzillərdən musiqi səsləri eşidilir və bu musiqilərin halal olub-olmadığı məlum deyildir. Bəzən də musiqi səsləri çox ucadan gəlir, belə ki, möminlərin narahatçılığına səbəb olur. Bu halda bizim vəzifəmiz nədir?
      Cavab: Camaatın evinin daxilinə müdaxilə etməyə icazə verilmir. Əmr bil-məruf və nəhy ənil-munkər etmək günah iş yerinə yetirildiyi, həmçinin əmr və nəhyin şərtlərinin mövcud olduğu təqdirdə vacibdir.

       

      Sual 1068: Hicabı kamil olmayan qadınlara əmr bil-məruf və nəhy ənil-munkər etməyin hökmü nədir? Əgər insan belə qadınlara dildə əmr bil-məruf və nəhy ənil-minkər etdiyi vaxt şəhvətinin təhrik olunmasından ehtiyatlanarsa, bu işi yerinə yetirməyin hökmü nədir?
      Cavab: Əmr bil-məruf və nəhy ənil-munkər etmək üçün naməhrəm qadına reybə[1] ilə baxmaq lazım deyildir. Hər bir mükəlləf haram işdən çəkinməlidir, xüsusilə də, vacib əməl olan nəhy ənil-munkər işini yerinə yetirdiyi vaxt.
       

      [1] Fəsada və günaha düşmək qorxusu.
    • Əmr bil-məruf və nəhy ənil-munkər etməyin qaydaları
    • Əmr bil-məruf və nəhy ənil-munkərin müxtəlif məsələləri
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /