Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
    • Əmr bil-məruf və nəhy ənil-munkərin vacib olma şərtləri
    • Əmr bil-məruf və nəhy ənil-munkər etməyin qaydaları
    • Əmr bil-məruf və nəhy ənil-munkərin müxtəlif məsələləri
      Çap versiyası  ;  PDF
       
      Əmr bil-məruf və nəhy ənil-munkərin müxtəlif məsələləri

       

      Sual 1077: Bacım bir müddətdir ki, namaz qılmayan bir kişi ilə izdivac etmişdir. Bacımın əri davamlı olaraq bizim evə get-gəl etdiyinə görə onunla söhbət etmək və ünsiyyətdə olmaq məcburiyyətindəyəm. Bəzən də məndən kömək istəyir və mən də ona kömək edirəm. Sualım budur ki, şəri baxımdan mən onunla ünsiyyətdə ola, onunla söhbət edə və ona kömək edə bilərəmmi? Ona qarşı mənim vəzifəm nədir?
      Cavab: Sizin vacib vəzifəniz yalnız - əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri mövcud olduğu təqdirdə - əmr bil-məruf və nəhy ənil-munkər etməkdir. Əgər onunla ünsiyyətdə olmaq və ona kömək etmək namazı tərk etməsinə daha çox təşviq olunmasına səbəb olmazsa, bunun maneəsi yoxdur.

       

      Sual 1078: Əgər böyük alimlərin zalımlarla və zalım hökumət başçıları ilə əlaqə qurmaları onların zülmünün azalmasına səbəb olarsa, alimlər onlarla əlaqə qura bilərlərmi?
      Cavab: Əgər alim üçün sübuta yetsə ki, onun zalımla əlaqə qurması onun zülmünün qarşısını alacaq və onu pis işdən çəkindirməkdə təsirli olacaqdır, yaxud zalımın mühüm bir məsələyə əhəmiyyət verməsinə və onu araşdırmasına səbəb olacaqdır, onunla əlaqə qurmasının maneəsi yoxdur.

       

      Sual 1079: Mən bir neçə ildir ki, ailə qurmuşam və dini məsələlərə çox əhəmiyyət verirəm. İmam Xomeyniyə (r.ə) təqlid edirəm. Amma təəssüflər olsun ki, həyat yoldaşım dini məsələlərə çox əhəmiyyət vermir. Bəzən aramızda düşən söz-söhbətdən sonra bir dəfə namazını qılır, sonra yenə də qılmır. Onun bu hərəkəti məni çox incidir. Mənim ona qarşı vəzifəm nədir?
      Cavab: Sizin vəzifəniz onun islahı üçün mümkün olan hər şəraiti və vasitəni hazırlamaqdır. Onunla əsla tünd və qaba davranmamalısınız. Əmin olun ki, dini məclislərdə iştirak etməyin və dindar ailələrlə get-gəl etməyin onun islah olunmasında çox böyük təsiri olacaqdır.

       

      Sual 1080: Bir kişiyə bəzi dəlil-sübutlara əsasən məlum olur ki, onun həyat yoldaşı bir neçə uşaq anası olmasına baxmayaraq, gizli şəkildə iffətə zidd əməllər yerinə yetirir. Amma kişinin bunu sübut etmək üçün şəri dəlili - məsələn, bu işə şahidlik edən bir şahidi - yoxdur. Onun övladlarının belə bir qadının tərbiyəsi altında böyüdüyünü nəzərə alaraq, bu kişi bu qadınla necə rəftar etməlidir? Əgər şəxs və ya şəxslərin bu rüsvayçı və ilahi şəriətə zidd əməli yerinə yetirdikləri məlum olarsa, amma dini məhkəməyə təqdim edilə biləcək dəlil-sübutlar mövcud olmazsa, belə şəxslərlə necə davranmaq lazımdır?
      Cavab: Sui-zənn etmək və zənni dəlil-sübutlara əsaslanmaqdan çəkinmək vacibdir. Şəriətdə haram buyurulan əməlin yerinə yetirildiyi dəqiqləşdiyi təqdirdə, xəbərdarlıq etmək və öyüd-nəsihət etməklə bu əməli yerinə yetirən şəxsi pis işlərdən çəkindirmək vacibdir. Əgər nəhy ənil-munkər təsir etməzsə, tutarlı dəlillər mövcud olduğu təqdirdə məhkəməyə müraciət etmək olar.

       

      Sual 1081: Dini hüdudlara riayət edərək bir gənc qız bir gənc oğlana dərslərində və ya başqa işlərində kömək edə bilərmi?
      Cavab: Sualda qeyd edilənlərə əsasən, bu işin maneəsi yoxdur. Amma şeytanın aldatmaları və vəsvəsələrindən ciddi surətdə qorunmaq lazımdır və şəriətin bu barədə olan hökmlərinə - məsələn, naməhrəmlə xəlvət bir məkanda olmamaq kimi – riayət olunmalıdır.

       

      Sual 1082: Əgər idarə və müəssisə işçiləri iş yerində məsul işçilərin idarə və şəriətin qanunlarına zidd əməllər yerinə yetirdiklərini görsələr, onların vəzifələri nədir? Əgər bir işçi nəhy ənil-munkər etdiyi təqdirdə məsul işçi tərəfindən ona zərər dəyəcəyindən qorxsa, nəhy ənil-munkər vəzifəsi bu işçinin üzərindən götürülürmü?
      Cavab: Əgər əmr bil-məruf və nəhy ənil-munkərin şəraiti mövcud olarsa, əmr bil-məruf və nəhy ənil-munkər etməlidirlər. Əks təqdirdə, bu xüsusda onların bir vəzifəsi yoxdur. Həmçinin ziyandan ciddi qorxu mövcud olduğu təqdirdə də şəri vəzifə onların üzərindən götürülür. Bu hökm İslam hakimiyyətinin iqtidarda olmadığı təqdirdədir. Amma bu ilahi vəzifəyə əhəmiyyət verən İslam hakimiyyəti iqtidarda olduqda əmr bil-məruf və nəhy ənil-munkər etməyə qadir olmayan şəxslərə aidiyyatı qurumlara məlumat vermək və fəsad törədən şəxslər zərərsizləşdirilənə və fəsadın kökü kəsilənə qədər məsələ ilə maraqlanmaq vacibdir.

       

      Sual 1083: Əgər dövlət idarələrinin birində dövlət əmlakının (beytülmal) mənimsənməsi baş verirsə, digər tərəfdən də bir şəxs həmin idarənin müdiri olduğu təqdirdə bu vəziyyəti islah edə biləcəyinə inanırsa, amma onun müdir ola bilməsi yalnız məsul işçilərdən birinə rüşvət verməklə həyata keçə bilərsə, dövlət əmlakının mənimsənməsinin qarşısını almaq üçün rüşvət vermək olarmı, yoxsa olmaz? Bu, əslində, “daha pis iş”in qarşısını “pis iş” ilə almaqdır.
      Cavab: Qanun pozuntusundan xəbər tutan şəxslərin vəzifəsi - “nəhy ənil-munkər”in şərtlərinə və qaydalarına riayət edərək - “nəhy ənil-munkər” etməkdir. Hər hansı bir iş üçün, hətta fəsadın qarşısını almaq üçün rüşvət vermək və bu kimi qeyri-qanuni yollara əl atmağa icazə verilmir. Əlbəttə, İslam hakimiyyətinin iqtidarda olduğu bir ölkədə şəriətə və qanuna zidd olan belə bir iş baş verdikdə, şəxsən əmr bil-məruf və nəhy ənil-munkər etməyə qadir olmadıqlarına görə bu ilahi vəzifə vətəndaşların üzərindən götürülmür. Onlara aidiyyatı qurumlara məlumat vermək və məsələ ilə maraqlanmaq vacibdir.

       

      Sual 1084: “Munkər”, yəni “pis iş” nisbi məsələdirmi? Belə ki, bir-birilə müqayisədə iki mühitdən biri digərindən daha pis olduğuna görə, nisbətən yaxşı mühitdə bəzi pis işlərə qarşı nəhy ənil-munkər etmək tərk edilə bilər və başqa pis işlərlə müqayisədə bunların haram və pis işlər hesab olunmadığını əsas götürərək onların qarşısı alınmaya bilərmi?
      Cavab: Pis iş olmaq baxımından pis işlər arasında heç bir fərq yoxdur. Amma eyni halda, bir-birilə müqayisədə onların bəzilərinin haramlığı daha çox ola bilər. Hər halda, nəhy ənil-munkərin şəraiti mövcud olduğu təqdirdə nəhy ənil-munkər etmək bir şəri vəzifədir və bu vəzifəni tərk etməyə icazə verilmir. Bu hökmdə pis işlər arasında, həmçinin müxtəlif mühitlər (universitet, idarə və başqa mühitlər) arasında heç bir fərq yoxdur.

       

      Sual 1085: İslam ölkəsində bəzi müəssisələrdə işləyən xarici mütəxəssislərin öz mənzillərində və ya onların qalması üçün ayrılan yerlərdə spirtli içkilər içmələrinin, həmçinin donuz ətindən yeməklər hazırlayıb yemələrinin hökmü nədir? Onların iffətə və camaata hakim olan dəyərlərə zidd işlər görmələrinin hökmü nədir? Onların işlədikləri müəssisələrin məsullarının və onlarla ünsiyyətdə olan işçilərin vəzifələri nədir? Müəssisənin məsullarına və bölgədə olan aidiyyatı qurumlara bu barədə məlumat verildikdən sonra əgər onlar heç bir tədbir görməzlərsə, şəri vəzifə nədir?
      Cavab: Müəssisənin məsulları onlara göstəriş verməlidir ki, spirtli içki içdiklərini və haram ətlər yediklərini büruzə verməsinlər. Həmçinin müəssisənin məsulları onların aşkar şəkildə bu içkilərdən və qidalardan istifadə etmələrinin qarşısını almalıdır. İffətə zidd olan işlər görmələrinə gəlincə isə, buna heç bir vəchlə icazə verilməməlidir. Hər halda, aidiyyatı qurumlar bu barədə lazımi tədbirlər görməlidir.

       

      Sual 1086: Bəzi qardaşlar əmr bil-məruf və nəhy ənil-munkər etmək, öyüd-nəsihət vermək və maarifləndirmək məqsədilə bəzi məkanlara gedirlər ki, orada hicabsız qadınlar da olur. Onlar əmr-bil məruf etmək məqsədilə ora getdiklərinə görə hicabsız qadınlara baxa bilərlərmi?
      Cavab: Bir məqsəd olmadığı təqdirdə birinci baxışın maneəsi yoxdur. Amma üz və biləyə qədər əllər istisna olmaqla, qadının başqa üzvlərinə bilərəkdən baxmağa, hətta əmr bil-məruf etmək məqsədilə olsa belə, icazə verilmir.

       

      Sual 1087: Oğlan və qız tələbələrin birgə təhsil aldıqları universitetlərdə müşahidə etdikləri fəsadlar qarşısında mömin gənclərin vəzifəsi nədir?
      Cavab: Fəsada bulaşmaqdan özlərini qorumaqla yanaşı, əmr bil-məruf və nəhy ənil-munkərin şərtləri mövcud olduğu və bu işi görməyə qadir olduqları təqdirdə bu şəri vəzifəni yerinə yetirməlidirlər.

       

  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /