Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
    • Hamiləliyin qarşısının alınması
      Çap versiyası  ;  PDF
       
      Hamiləliyin qarşısının alınması

       

      Sual 1255:
      1) Sağlam bir qadın nütfənin mayalanmasının qarşısını alan vasitələrdən və ya maddələrdən istifadə edib müvəqqəti olaraq hamiləliyin qarşısını ala bilərmi?
      2) Hamiləliyin qarşısını hansı şəkildə aldığı indiyədək məlum olmayan, amma hamiləliyin qarşısını alan vasitə kimi tanınan vasitələrdən birindən istifadə edərək hamiləliyin qarşısını almağın hökmü nədir?
      3) Hamiləliyin təhlükəsindən qorxan qadın hamiləliyin qarşısını daimi olaraq ala bilərmi?
      4) Qüsurlu, yaxud genetik fiziki və ya ruhi xəstəliklərə düçar olan uşaqlar dünyaya gətirməsi mümkün olan qadın hamiləliyin qarşısını daimi olaraq ala bilərmi?
      Cavab:
      1) Əgər ərin razılığı ilə olarsa, maneəsi yoxdur.
      2) Əgər uşaqlığa düşən mayalanmış nütfənin məhv edilməsinə səbəb olarsa, yaxud haram baxışı və toxunuşu lazımlı edərsə, icazə verilmir.
      3) Sözügedən halda hamiləliyin qarşısını almağın maneəsi yoxdur. Əksinə, əgər hamiləliyin ananın həyatı üçün təhlükəsi olarsa, ixtiyari olaraq hamilə qalmasına icazə verilmir.
      4) Əgər məntiqi bir məqsədlə olarsa və ciddi bir ziyanı olmazsa, habelə, ərin icazəsi ilə olarsa, maneəsi yoxdur.

       

      Sual 1256: Kişinin sperma kanallarını bağlatdırmasının hökmü nədir?
      Cavab: Əgər bu iş məntiqi bir məqsəd daşıyarsa və ciddi bir ziyanı da olmazsa, öz-özlüyündə maneəsi yoxdur. Amma cəmiyyət artımının qarşısını almaq üçün bu işi etmək qınanılır.

       

      Sual 1257: Əgər bir qadın sağlamdırsa və hamiləliyin ona zərəri yoxdursa, məninin xaricə tökülməsi, yaxud uşaqlıq daxili vasitəni qoydurmaq, yaxud dərman preparatından istifadə etmək, yaxud da uşaqlıq borularını bağlatdırmaq yolu ilə hamiləliyin qarşısını ala bilərmi? Əri onu məninin xaricə tökülməsindən qeyri bir yoldan istifadə etməyə məcbur edə bilərmi?
      Cavab: Məninin xaricə tökülməsi yolu ilə hamiləliyin qarşısının alınmasının öz-özlüyündə maneəsi yoxdur. Həmçinin digər yollardan istifadə etmək, əgər məntiqi bir məqsədlə olarsa və ciddi bir ziyanı olmazsa, habelə, ərin icazəsi ilə olarsa və haram toxunuşa və baxışa lüzum olmazsa, maneəsi yoxdur. Amma ərin öz zövcəsini bu işə məcbur etməyə haqqı yoxdur.

       

      Sual 1258: Uşaqlıq borularını bağlatdırmaq niyyətində olan hamilə qadın uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirə və cərrahiyyə əməliyyatı zamanı borularını bağlatdıra bilərmi?
      Cavab: Uşaqlıq borularını bağlatdırmağın hökmü əvvəlki məsələdə açıqlandı. Amma qeysəriyyə əməliyyatının icazəli olması ona ehtiyacın olmasına, yaxud hamilə qadının istəyinə bağlıdır. Hər bir halda, qeysəriyyə əməliyyatı edərkən və uşaqlıq borularını bağlayarkən zəruri hal istisna olmaqla, naməhrəm kişinin qadına toxunması və baxması haramdır.

       

      Sual 1259: Qadın ərinin icazəsi olmadan hamiləliyin qarşısını alan vasitələrdən istifadə edə bilərmi?
      Cavab: Məhəlli-işkaldır.

       

      Sual 1260: Dörd övladı olan bir kişi sperma kanallarını bağlatdırmışdır. Əgər zövcəsi buna razı olmazsa, kişi günahkar hesab olunurmu?
      Cavab: Bu iş zövcənin razılığına bağlı deyildir və kişinin öhdəsinə heç nə düşmür.

       

    • Uşaq saldırmaq
    • Süni mayalanma
    • Cinsiyyəti dəyişdirmək
    • Meyitin yarılması və üzv köçürülmə
    • Sünnət etmək
    • Tibbi təhsil
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /