Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
    • Hamiləliyin qarşısının alınması
    • Uşaq saldırmaq
      Çap versiyası  ;  PDF
       
      Uşaq saldırmaq

       

      Sual 1261: İqtisadi çətinliklərə görə uşaq saldırmaq olarmı?
      Cavab: İqtisadi çətinliklərə görə uşaq saldırmağa icazə verilmir.

       

      Sual 1262: Həkim hamiləliyin ilk aylarında qadını müayinə etdikdə ona demişdir ki, hamiləliyin davam etməsinin onun həyatı üçün təhlükəsi vardır. Həmçinin demişdir ki, hamiləlik davam etdiyi təqdirdə, onun övladı qüsurlu dünyaya gələcəkdir. Bu səbəbdən həkim uşağı saldırmağı təyin etmişdir. Bu işi görmək olarmı? Ruh verilməmişdən qabaq uşağı saldırmaq olarmı?
      Cavab: Uşağın qüsurlu dünyaya gələcəyi uşağı saldırmaq üçün – hətta ruh verilməmişdən qabaq – şəri icazə hesab olunmur. Amma əgər mütəxəssis və etibarlı həkimin nəzərinə görə hamiləliyin davam etməsinin ananın həyatı üçün təhlükəsi olarsa, ruh verilməmişdən qabaq uşağı saldırmağın maneəsi yoxdur.

       

      Sual 1263: Mütəxəssis həkimlər yeni üsullardan və aparatlardan istifadə edərək hamiləlik dövründə dölün qüsurlarını təyin edə bilirlər. Qüsurlu dünyaya gələn uşaqların həyatı boyu qarşılaşacaqları çətinlikləri nəzərə alaraq, mütəxəssis və etibarlı həkimin qüsurlu olduğunu təyin etdiyi dölü saldırmaq olarmı?
      Cavab: Sırf qüsurlu olduğuna və həyatda çətinliklərlə qarşılaşacağına görə inkişafının heç bir mərhələsində dölü saldırmağa icazə verilmir.

       

      Sual 1264: Uşaqlığa düşən mayalanmış nütfəni “qan laxtası” mərhələsinə çatmamışdan qabaq – belə ki, bu, təxminən qırx gün çəkir – tələf etmək olarmı? Ümumiyyətlə, aşağıdakı mərhələlərin hansı birində uşağı saldırmaq haramdır:
      1) Uşaqlığa düşən mayalanmış nütfə;
      2) qan laxtası (ələqə);
      3) döyülmüş ət parçası (muzğə);
      4) izam (ətsiz sümük; ruh verilməmişdən qabaq).
      Cavab: Uşaqlığa düşən mayalanmış nütfəni, həmçinin inkişafının sonrakı mərhələlərinin heç birində dölü saldırmağa icazə verilmir.

       

      Sual 1265: Bəzi ər-arvadların qan xəstəlikləri vardır və qüsurlu genə sahibdirlər, nəticədə, bu xəstəlikləri öz övladlarına ötürürlər. Bu uşaqların ağır xəstəliklərə düçar olma ehtimalı çox böyükdür. Belə uşaqlar doğulduqları andan etibarən ömürlərinin sonuna qədər daim çox əziyyətli bir vəziyyətdə yaşayırlar. Məsələn, hemofiliya xəstələri kiçik bir zərbə almaq nəticəsində şiddətli qanaxmaya tutula bilərlər və bu da ölümlə, yaxud iflic olmaqla nəticələnə bilər. Hamiləliyin ilk həftələrində bu xəstəliyi təyin etməyin mümkün olduğunu nəzərə alaraq, belə hallarda uşaq saldırmağa icazə verilirmi?
      Cavab: Əgər döldə xəstəliyin mövcud olduğu qətiləşərsə və belə bir uşağa sahib olmaq və onu saxlamaq böyük əziyyətə səbəb olarsa, bu halda ruh verilməmişdən qabaq dölü saldırmağa icazə verilir. Amma ehtiyata görə, onun diyəsi verilməlidir.

       

      Sual 1266: Uşaq saldırmağın hökmü nədir? Hamiləliyin davam etməsinin ananın həyatı üçün təhlükəsi olarsa, bunun hökmü nədir?
      Cavab: Uşaq saldırmaq şəri baxımdan haramdır və bu işə heç bir vəchlə icazə verilmir. Yalnız hamiləliyin davam etməsinin ananın həyatı üçün təhlükəsi olduğu halda buna icazə verilir. Bu halda da ruh verilməmişdən qabaq uşağı saldırmağın maneəsi yoxdur. Amma ruh veriləndən sonra uşağı saldırmaq məsələsi düşündürücü məsələdir, baxmayaraq ki, bu halda da uşaq saldırmağın icazəli olması uzaq ehtimal deyildir.

       

      Sual 1267: Bir qadın zinadan hamilə qaldığı yeddiaylıq uşağı atasının tələbi ilə saldırmışdır. Ona diyə vacib olurmu? Əgər diyə verilməlidirsə, diyəni vermək ananın, yoxsa atanın öhdəsindədir? Hal-hazırda sizin nəzərinizə görə diyənin miqdarı nə qədərdir?
      Cavab: Qadın zinadan hamilə qalsa belə, uşağı saldırmaq haramdır. Atanın uşağı saldırmağı tələb etməsi, bu işi icazəli etmir. Əgər uşağı salmaqda ananın birbaşa iştirakı olarsa, diyə ananın öhdəsindədir. Amma sualda qeyd edilənləri nəzərə alaraq, diyənin miqdarı barəsində tərəddüd edilir. Əhvət budur ki, bu barədə müsalihə edilməlidir. Bu diyə “varisi olmayan şəxsin irsi” hökmündədir.

       

      Sual 1268: İki ay yarımlıq dölü bilərəkdən saldırdıqda, onun diyəsi nə qədərdir? Diyə kimə verilməlidir?
      Cavab: Əgər qan laxtası (ələqə) mərhələsində olarsa, onun diyəsi qırx dinardır. Əgər döyülmüş ət parçası (muzğə) mərhələsində olarsa, diyəsi altmış dinardır. Əgər ətsiz sümük (izam) mərhələsində olarsa, diyəsi səksən dinardır. Diyə, “irsin təbəqələri” riayət olunmaqla uşağın varisinə verilir. Amma uşağın salınmasında birbaşa iştirakı olan varisə diyədən pay düşmür.

       

      Sual 1269: Əgər hamilə qadın damağını və ya dişlərini müalicə etdirmək məcburiyyətində olarsa və mütəxəssis həkimin təyini ilə cərrahiyyə əməliyyatına ehtiyac olarsa, bihuş edilmənin və rentgenə düşmənin ana bətnində olan dölün qüsurlu olmasına səbəb olduğunu nəzərə alaraq, qadın uşağı saldıra bilərmi?
      Cavab: Sözügedən səbəb uşağı saldırmaq üçün şəri icazə hesab olunmur.

       

      Sual 1270: Əgər uşağın ana bətnində öldüyü qətiləşərsə və onun həmin vəziyyətdə ana bətnində qalmasının ananın həyatı üçün təhlükəsi olarsa, onu saldırmaq olarmı? Əgər bu qadının əri bu vəziyyətdə uşağı saldırmağı icazəli bilməyən bir müctəhidə təqlid edirsə, amma qadın və onun qohumları bu vəziyyətdə uşağı saldırmağı icazəli bilən bir müctəhidə təqlid edirlərsə, bu zaman kişinin vəzifəsi nədir?
      Cavab: Sualda qeyd edilənlərə əsasən, məsələ “uşağın təklikdə qəti ölümü” ilə “uşaq və anasının birlikdə qəti ölümü” arasında qərar tutduğu üçün həll yolu, uşağı saldırmaqla ananın həyatını xilas etməkdir. Sualda qeyd edilənlərə əsasən, ərin öz zövcəsinə bu işi qadağan etməyə haqqı yoxdur. Amma mümkün qədər elə etmək lazımdır ki, uşağın qətli kimsəyə aid olmasın.

       

      Sual 1271: Qeyri-müsəlman bir şəxsdən “vəty bi-şubhə”[1] ilə əmələ gələn uşağı, yaxud zinadan əmələ gələn uşağı saldırmaq olarmı?
      Cavab: Olmaz.
       

      [1] Vəty bi-şubhə – mükəlləfin ona haram olan bir şəxs ilə cinsi əlaqədə olmasıdır: ya bu şəxsi öz həyat yoldaşı güman edibdir, ya da hökmü bilməyibdir.
    • Süni mayalanma
    • Cinsiyyəti dəyişdirmək
    • Meyitin yarılması və üzv köçürülmə
    • Sünnət etmək
    • Tibbi təhsil
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /