Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
    • Dövlət əmlakı
    • Dövlət müəssisələrində işləmək
      Çap versiyası  ;  PDF
       
      Dövlət müəssisələrində işləmək

       

      Sual 1969: İdarə işçiləri rəsmi iş saatında camaat namazı təşkil edə bilərlərmi? Buna icazə verilmədiyi təqdirdə, əgər onlar rəsmi iş saatı qurtardıqdan sonra namaza sərf etdikləri vaxt qədər əlavə işləyəcəklərini öz öhdələrinə götürsələr, rəsmi iş saatında namaz qıla bilərlərmi?
      Cavab: Gündəlik namazların xüsusi əhəmiyyətini və namazın vaxtın əvvəlində qılınmasına təkid edildiyini, həmçinin camaat namazının fəzilətini nəzərə alaraq, işçilərə iş saatı əsnasında vacib namazı camaatla vaxtın əvvəlində və qısa bir müddətdə qıla bilmək üçün münasib bir yol seçmək tövsiyə olunur. Amma bu işin müqəddiməsini elə bir şəkildə yerinə yetirməlidirlər ki, vaxtın əvvəlində camaat namazı qılması müraciət edənlərin işlərinin təxirə salınmasına bir bəhanə və ya səbəb olmamalıdır.

       

      Sual 1970: Bəzi təhsil müəssisələrində müşahidə olunur ki, müəssisənin işçisi olan müəllim və ya müavin yuxarı məsul şəxsin razılığı ilə öz rəsmi iş saatlarında başqa təhsil müəssisələrində tədris edir və aylıq əmək haqqından əlavə tədris haqqı da alır. Bu işi görmək və bu işin qarşılığında ücrət almaq olarmı?
      Cavab: Yuxarı məsul şəxsin müəssisə işçisinin rəsmi iş saatlarında onun tədrislə məşğul olmasına icazə verməsi, bu məsul şəxsin qanuni səlahiyyətlərinə bağlıdır. Amma dövlət qulluqçusunun öz rəsmi iş saatları qarşılığında hər ay əmək haqqı aldığını nəzərə alaraq, onun eyni saatlarda başqa təhsil müəssisələrində tədris etmək qarşılığında ücrət almağa haqqı yoxdur.

       

      Sual 1971: Nəzərə alsaq ki, rəsmi iş saatı günorta saat üçün yarısına qədər davam edə bilər, idarədə iş əsnasında bir dəfə yemək yeməyin hökmü nədir?
      Cavab: Əgər çox vaxt tələb olunmazsa və idarənin işlərinin dayanmasına səbəb olmazsa, maneəsi yoxdur.

       

      Sual 1972: Əgər idarədə iş yerində işçinin boş saatları çox olarsa və bu saatlarda başqa şöbələrdə işləmək icazəsi olmazsa, boş vaxtlarda o öz şəxsi işlərini görə bilərmi?
      Cavab: İş yerində iş saatlarında şəxsi işləri yerinə yetirmək idarənin qanunlarına və aidiyyatı məsul şəxsin icazəsinə bağlıdır.

       

      Sual 1973: Dövlət idarələri və müəssisələrində işçilər camaat namazı, yaxud əzadarlıq məclisləri təşkil edə bilərlərmi?
      Cavab: Camaat namazı təşkil etməyin və camaat namazına toplaşdıqda şəriət hökmlərini, dinin təlimlərini və bu kimi məsələləri açıqlamağın - xüsusilə də, mübarək ramazan ayında və ilahi günlərdə - maneəsi yoxdur. Bu şərtlə ki, müraciət edənlərin haqqı tapdalanmamalıdır.

       

      Sual 1974: Biz bir hərbi hissədə işləyirik və iş yerimiz iki ayrı-ayrı yerdədir. Bəzi həmkarlarımız bir yerdən digər yerə gedərkən yolda öz şəxsi işlərini görürlər və bu işlərə çox vaxt gedir. Şəxsi işləri görmək üçün icazə almaq lazımdırmı, yoxsa yox?
      Cavab: İş vaxtı sayılan rəsmi iş saatlarında şəxsi işləri görmək üçün icazə vermək səlahiyyətinə malik olan yuxarı vəzifəli məsul şəxsin icazəsi lazımdır.

       

      Sual 1975: Bizim idarənin yaxınlığında bir məscid vardır. Camaat namazında iştirak etmək üçün rəsmi iş saatlarında bu məscidə gedə bilərikmi?
      Cavab: İdarənin özündə camaat namazı təşkil edilmədiyi təqdirdə, namaz vaxtının əvvəlində camaat namazında iştirak etmək üçün məscidə getməkdən ötrü idarədən xaric olmağın maneəsi yoxdur. Amma namazın müqəddimələri elə bir şəkildə yerinə yetirilməlidir ki, camaat namazı qılmaq üçün işçinin rəsmi iş saatlarında idarədən xaric olduğu müddət mümkün qədər az olmalıdır.

       

      Sual 1976: Əgər bir idarə işçisi hər ay təxminən otuz-qırx saat əlavə işləyirsə, idarənin məsulu işçiləri təşviq etməkdən ötrü onların əlavə iş saatlarını iki misli qədər hesablaya bilərmi? Məsələn, hər ay onlara yüz iyirmi saat əlavə iş saatı hesablaya bilərmi? Əgər bunun maneəsi olarsa, əlavə iş saatları müqabilində işçinin aldığı ücrətin hökmü nədir?
      Cavab: Həqiqət olmayan hesabatı vermək və işin görülmədiyi əlavə iş saatları qarşılığında işçinin pul almasına icazə verilmir. İşçinin haqqı olmayan əlavə pulların geri qaytarılması vacibdir. Amma əgər qanuna görə idarə məsulunun əlavə işləyən işçinin əlavə iş saatlarını iki misli qədər hesablamaq icazəsi olarsa, o, bu işi görə bilər. Belə olduğu təqdirdə, işçi idarə məsulunun onun əlavə iş saatları barəsində yazdığı hesabata müvafiq ücrəti ala bilər.

       

    • Dövlət qanunları
    • Vergilər və rüsumlar
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /