Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
    • Dövlət əmlakı
    • Dövlət müəssisələrində işləmək
    • Dövlət qanunları
      Çap versiyası  ;  PDF
       
      Dövlət qanunları

       

      Sual 1977: Əgər bir fəhlə mütəxəssis məsul işçi işdə olmadığı vaxtlarda onun işlərini yerinə yetirsə və bu yolla özü bu sahədə ustalaşıb bu sahəsinin mütəxəssisi olarsa, bu ixtisasın məziyyətlərindən faydalanmaq üçün mütəxəssisliyini isbatlayan yazılı şəhadətnamə almaqdan ötrü yuxarı vəzifəli məsul şəxslərə müraciət edə bilərmi?
      Cavab: İş təcrübəsinin və mütəxəssisliyin məziyyətlərindən faydalanmaq və yuxarı vəzifəli məsullardan şəhadətnamə almaqla mütəxəssisliyi isbatlamaq aidiyyatı qanunlara bağlıdır. Amma əgər şəhadətnamə həqiqi olmazsa, yaxud qanuna zidd olarsa, bu şəhadətnaməni almağa səy göstərməməlidir. Həmçinin belə bir şəhadətnamədən isifadə edə bilməz.

       

      Sual 1978: Ticarət Nazirliyinin tabeliyində olan İqtisadiyyat Otağı dövlət qiymətinə satışa çıxarılsın deyə, müəyyən ev əşyalarını, o cümlədən, xalça, soyuducu və s. mağazaların birinə vermişdir. Amma bazarda tələbin yuxarı olduğunu nəzərə alan mağazanın məsulu sözükeçən əşyaların satışı üçün püşkatma kağızları çap etdirmişdir. Pükşatma kağızları müəyyən qiymətə satılmışdır və onların satışından əldə edilən gəlirin xeyriyyə işlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Sözükeçən əşyaların püşkatma yolu ilə satışının şəriət baxımından maneəsi vardırmı? Satışa çıxarılan əşyalara aid olan püşkatma kağızlarının satışının şəriət baxımından maneəsi vardırmı?
      Cavab: Mağaza məsulunun sözükeçən əşyaları aidiyyatı məsul şəxslərdən aldığı şərtlər altında satışa çıxarması vacibdir. Onun satış şərtlərini dəyişdirməyə və özündən şərtlər qoymağa haqqı yoxdur. Püşkatma kağızlarının satışından əldə edilən gəlirin xeyriyyə işlərinə sərf edilməsi sözükeçən əşyaların satışı üçün başqa şərtlər qoymağa əsas vermir.

       

      Sual 1979: Dövlətin çörəkçilərə güzəştli qiymətlə verdiyi unun satılmasına icazə verilirmi?
      Cavab: Əgər dövlət çörəkçiyə bu unu satmasına icazə vermirsə, çörəkçi onu sata bilməz və camaatın da bu unu almasına icazə verilmir.

       

      Sual 1980: Əgər mağazada olan malların qiyməti təbii şəkildə və ya qəfildən artarsa, bu malları indiki qiymətlə satmaq olarmı?
      Cavab: Əgər dövlət tərəfindən bu mallara qiymət təyin edilməyibdirsə, bu malların indiki ədalətli qiymətlə satmağın maneəsi yoxdur.

       

      Sual 1981: Əgər şəriətin hökmü ilə dövlət qanunu ziddiyyətdə olarsa – necə ki, torpaq sahiblərinin razılığı olmadan dövlətin camaatın abad torpaqlarına sahiblənmə məsələsində bu ziddiyyət mövcuddur – bu alış və sahiblənmənin hökmü nədir?
      Cavab: Müəyyən qanunlar əsasında dövlətin şəxsi mülkə sahiblənməsinin icazəli olması və dövlətin və Şəhər İcra Hakimiyyətinin ümumi layihələri həyata keçirmək üçün ehtiyac duyduğu torpaqların alınması və onlara sahiblənməsi şəxsi mülkiyyət, yaxud mülk sahibinin şəri və qanuni haqqları ilə ziddiyyət təşkil etmir.

       

      Sual 1982: Bir şəxs başqa bir şəxsə çəkdiyi zəhmətlərin qarşılığında əntiqə bir əşya vermişdir və həmin şəxs vəfat etdikdən sonra bu əntiqə əşya onun varislərinə irs çatmışdır. Bu əşya varislərin şəri əmlakı hesab olunurmu? Bu əntiqə əşyanın dövlətin ixtiyarına verilməsinin daha uyğun olduğunu nəzərə alaraq, varislər bu əşyanı dövlətə təhvil vermək qarşılığında bir şey tələb edə bilərlərmi?
      Cavab: Bir əşyanın əntiqə olması ilə onun şəxsi əmlak olması arasında ziddiyyət yoxdur və əşyanın əntiqə olması onun şəri mülkiyyətdən xaric olmasına səbəb olmur. Bu şərtlə ki, sahibi bu əşyanı şəri yolla əldə etməlidir. Belə olduğu təqdirdə, əntiqə əşya onun mülkiyyətində qalır və şəxsi əmlakın şəri hökmləri ona aid olur. Amma əgər nəfis əşyaların və tarixi irsin qorunmasına dair dövlət tərəfindən müəyyən qanunlar qəbul edilibdirsə, bu qanunlara əməl edilərkən əmlak sahibinin şəri haqqlarına da riayət olunmalıdır. Yox əgər şəxs sözükeçən əşyanı qeyri-şəri və İslam dövləti qanunlarının ziddinə olan bir yolla əldə edibdirsə - hansı ki, bu qanunlara riayət etmək vacibdir - bu təqdirdə şəxs bu əşyanın sahibi deyildir.

       

      Sual 1983: Fars körfəzi ölkələrinin sakinlərinə satılması üçün İslam Respublikasından istehlak mallarının - məsələn, geyim, düyü və s. - qaçaqmalçılığına icazə verilirmi?
      Cavab: İslam Respublikasının qanunlarına qarşı çıxmağa icazə verilmir.

       

      Sual 1984: Əgər dövlət idarələri islam hökmlərinə müəyyən qədər zidd olan qanunlar qoyarsa, işçilər bu qanunlara əməl etməyə bilərlərmi?
      Cavab: İslam Respublikasında heç kimin islam hökmlərinə zidd olan qanunlar qoymağa və ya göstəriş verməyə haqqı yoxdur. İdarə müdirinin göstərişinə tabe olmaq bəhanəsilə aydın ilahi hökmlərə qarşı çıxmağa icazə verilmir. Amma bizim bildiyimiz qədər dövlət idarələrinin mövcud qanunları arasında islam şəriətinə zidd olan qanun mövcud deyildir. Hər kim islam hökumətinə zidd olan bir qanunun mövcud olmasından xəbərdar olarsa, bu problemin həlli və islam hökmlərinə zidd olan qanunların aradan qaldırılması üçün bu barədə yuxarı vəzifəli şəxslərə məlumat verməlidir.

       

      Sual 1985: Əgər hansısa bir iş işçinin nəzərinə görə qanuna ziddirsə, amma yuxarı vəzifəli məsul şəxs bu işin maneəsiz olduğunu iddia edir və onun yerinə yetirilməsini tələb edirsə, bu məsələnin hökmü nədir?
      Cavab: Heç kimin dövlət idarələrinin mövcud qanunlarına əməl etməmək və bu qanunların ziddinə əməl etmək haqqı yoxdur. Heç bir məsul şəxs işçidən qanuna zidd işi yerinə yetirməsini tələb edə bilməz. İdarənin məsulunun bu barədə rəyi əhəmiyyət kəsb etmir.

       

      Sual 1986: Dövlət idarələrinin işçiləri bəzi müraciət edənlər barəsində kiminsə tapşırığını qəbul edə bilərlərmi?
      Cavab: İdarə işçilərinin müraciət edənlərin müraciətlərinə baxmaları və onların işlərini qanuna müvafiq şəkildə yerinə yetirmələri vacibdir. Qanuna zidd olduğu, yaxud başqalarının haqqı tapdalandığı təqdirdə, heç bir idarə işçisi kiminsə tapşırığını qəbul edə bilməz.

       

      Sual 1987: Yol hərəkəti qaydalarını, ümumiyyətlə, dövlət qanunlarını pozmağın hökmü nədir? Qanun pozuntusuna yol verilən hallar barəsində “yaxşı işlərə dəvət” və “pis işlərdən çəkindirmək” vəzifəsi yaranırmı?
      Cavab: Birbaşa olaraq İslam Şurası Məclisinin qəbul etdiyi və Konstitusiyanın Mühafizə Şurasının təsdiqlədiyi, yaxud aidiyyatı qurumların qanuni icazəsinə əsasən qəbul edilən İslam dövlətinin qanunlarını pozmaq heç kimə icazə verilmir. Hər kim qanun pozuntusuna yol verərsə, başqaları onu xəbərdar etməli və pis işdən çəkindirməlidir. (Söz yox ki, “pis işdən çəkindirməy”in şərtlərinə riayət olunmalıdır.)

       

      Sual 1988: Bəzi xarici ölkələrdə universitetin xarici ölkə vətəndaşı olan tələbələri öz ölkəsinin vətəndaşlığından çıxıb həmin ölkənin vətəndaşlığına keçmək üçün müraciət etdikdə, müraciət qəbul edildiyi təqdirdə, o, təhsil zamanı universitetin tələbələrinə aid olan bütün imtiyazlardan faydalanacaqdır. Həmin dövlətin qanununa əsasən, bu şəxs yenə də vətəndaşlığını dəyişə və əvvəlki vətəndaşlığına qayıda bilər. Bu işin şəri hökmü nədir?
      Cavab: İslam dövlətinin vətəndaşlarının öz vətəndaşlığını dəyişməsi əgər mövcud qanunlara zidd deyildirsə, həmçinin bu işin bir fəsadı yoxdursa və İslam dövlətinin zəifləməsinə səbəb olmazsa, bu işin maneəsi yoxdur.

       

      Sual 1989: Xarici şirkətlərdə işləyən işçinin, yaxud xarici şirkətlərlə ticarət edən şəxsin onların qanunlarına riayət etməməsinə icazə verilirmi? Xüsusilə də, əgər bu iş İslama və müsəlmanlara qarşı bədbinliyə səbəb olacaqdırsa?
      Cavab: Hər bir mükəlləfə başqalarının, hətta qeyri-müsəlmanların belə, haqlarına riayət etmək vacibdir.

       

    • Vergilər və rüsumlar
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /