Xəbərlər
Ali Məqamlı Rəhbər cənab Hüseyn Məhəmmədinin qardaşının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Hüseyn Məhəmmədinin qardaşının vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər ölkə universitetlərinin professor və müəllim heyəti, elmi tədqiqatçıları ilə görüşdü
Bu gün (çərşənbə günü) günortadan sonra ölkə universitetlərində çalışan yüzlərlə professor və müəllim Ali Məqamlı Rəhbərlə görüşərək elm, ali təhsil, mədəniyyət, sosial həyat, iqtisadiyyat və siyasətlə bağlı müxtəlif mövzular ətrafında söhbət edib fikir mübadiləsi apardılar.
Ali Məqamlı Rəhbər qarilər, hafizlər və Quran ustadları ilə görüşdü
Rəhmət və ilahi ziyafət ayı, Quranın baharı sayılan mübarək Ramazan ayının ilk günündə İmam Xomeyni (r.ə) adına hüseyniyə nurlu Quran ayələrinin rayihəsinə qərq oldu, hafizlərdən, qarilərdən və Qurani-Kərim ustadlarından bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin hüzurunda Quranla gözəl bir ünsiyyət məclisi qurdular.
Ali Məqamlı Rəhbər 7 tir hadisəsində şəhid olmuş insanların, eləcə də Tehran şəhidlərinin ailə üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 7 tir hadisəsi nəticəsində həlak olmuş insanların, eləcə də paytaxt Tehrandan olan şəhid və veteranların ailə üzvləri ilə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə ölkə və cəmiyyətin şəhidlərin mesajını dərk edib daim izləməli olduqlarını vurğulayaraq bildirdi ki, xalq şəhidlərin nurlu və unudulmaz yoluna sadiq qalmaqda davam etdiyi müddətdə imperializmin məkrli planları da puç olmaqda davam edəcək.
Ali Məqamlı Rəhbər Məhkəmə Hakimiyyətinin sədri və rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Məhkəmə Hakimiyyətinin sədri və yüksək vəzifəli rəsmiləri, habelə ostan mərkəzlərinin məhkəmə sədrləri və baş prokurorları ilə görüşdü.
Ali Məqamlı Rəhbər Xarici Əlaqələr Strateji Şurasının yeni üzvlərini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici Əlaqələr Strateji Şurasının yeni üzvlərinin təyin olunması barədə sərəncam imzaladı.
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Fəşarəkinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Fəşarəkinin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər İmam Mehdi Sahibəzzamanın (ə.f) mübarək mövludu ərəfəsində bir qrup məhkumun cəzasını əfv etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət Höccət ibn Həsən Əsgərinin (ə.f) mübarək mövludu ərəfəsində Ümumi və İnqilab Məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən məhkum edilmiş 1052 nəfər məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsi təklifinə razılıq verdi.
Ali Məqamlı Rəhbər “Darülhədis” müəssisəsinin elmi-tədqiqat işlərini əks etdirən sərgiyə baxış keçirdi
Bu gün (çərşənbə günü) – bəşəriyyətin xilaskarı Həzrət Sahibəzzamanın (ə.f) mübarək mövludu ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Darülhədis” (Hədis evi) elmi müəssisəsində aparılan elmi-tədqiqat işlərini əks etdirən sərgiyə baxış keçirdi.
Ali Məqamlı Rəhbər Akademik Cihad Təşkilatının sədri, rəhbər işçiləri və təşkilatda təmsil olunan universitet xadimləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Akademik Cihad Təşkilatının sədri, rəhbər işçiləri və təşkilatda təmsil olunan universitet xadimləri ilə bu gün (bazar ertəsi) səhər baş tutan görüşündə qeyd etdi ki, ölkənin elmi hərəkatını düzgün kurs üzrə və sürətli templə davam etdirmək üçün cihad ruhlu əmək və idarəetməyə, dini-inqilabi tendensiyanın qorunması şərti ilə “Biz bacaracağıq!” ruhiyyəsinin gücləndirilməsinə, “Kompleks elmi plan” çərçivəsində mövqe və vəzifələrin dəqiqliklə müəyyən edilməsinə ehtiyac var.
Ali Məqamlı Rəhbər adsız şəhidlərin analarına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Tehranın bütün mədəniyyət evlərində keçiriləcək “Gözü yolda qalan analar” adlı xüsusi tədbirlə əlaqədar olaraq, adsız şəhidlərin analarına sonsuz hörmət və qədirdanlıq ifadə etmək məqsədilə bu böyük ürəkli analara rəsmi müraciət etdi.
