Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər İranın Yunan-Roma güləşi üzrə yığma komandasını dünya çempionluğunu qazanmaları münasibətilə təbrik etdi
Ali Məqamlı Rəhbər İranın Yunan-Roma güləşi üzrə yığma komandasını dünya çempionluğunu qazanmaları münasibətilə təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yunan-Roma güləşi üzrə Özbəkistanda keçirilən dünya çempionatında dünya birinciliyini qazanmış İran yığmasına təbrik müraciəti ünvanlayaraq milli komandanın üzvlərini və texniki heyətini bu qürurverici qələbə münasibətilə təbrik etdi.
Məhkəmə Hakimiyyətinin, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədrləri, Keşikçi Şuranın baş katibi və Höccətül-İslam Seyid Həsən Xomeyni Ali Məqamlı Rəhbəri ziyarət etdilər
Məhkəmə Hakimiyyətinin, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədrləri, Keşikçi Şuranın baş katibi və Höccətül-İslam Seyid Həsən Xomeyni Ali Məqamlı Rəhbəri ziyarət etdilər
Bu gün (bazar ertəsi) günortadan sonra Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədri Ayətullah Haşimi Rəfsəncani, Keşikçi Şuranın katibi Ayətullah Cənnəti və Höccətül-İslam Seyid Həsən Xomeyni Ali Məqamlı Rəhbərin yatdığı xəstəxanaya gələrək onu ziyarət etdilər.
Ali Məqamlı Rəhbərin həkim heyətinin sədri cərrahiyyə əməliyyatından sonra müsahibə verdi
Ali Məqamlı Rəhbərin həkim heyətinin sədri cərrahiyyə əməliyyatından sonra müsahibə verdi
Ali Məqamlı Rəhbərin bu gün səhər keçirdiyi cərrahiyyə əməliyyatından sonra onun sağlıq durumuna cavabdeh olan həkim heyətinin sədri Dr. Mərəndi müsahibə verərək baş tutan əməliyyatdan tam razı qaldığını bildirdi və dedi: “Əməliyyat narkozsuz – yerli anesteziya üsulu ilə həyata keçirilmişdir. Ali Məqamlı Rəhbərin ümumi vəziyyəti yaxşı və normaldır”.
Ali Məqamlı Rəhbər həcc ziyarətinin ölkə üzrə təşkilatçıları ilə görüşdü
Ali Məqamlı Rəhbər həcc ziyarətinin ölkə üzrə təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin təşkilinə ölkə üzrə cavabdeh olan rəsmilərlə bu gün (bazar günü) səhər baş tutan görüşündə qeyd etdi ki, həcc ziyarəti İslam ümmətinin vəhy diyarının mənəvi gözəlliklərindən bəhrələnməsi, Allah-Taala ilə arasında olan rabitəni möhkəmləndirməsi, eləcə də müsəlmanların İslam dünyasındakı problemlərin aradan qaldırılması naminə öz aralarında fikir mübadiləsi aparmaları üçün böyük bir fürsətdir.
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin üzvləri ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə ölkə, region və dünyadakı vəziyyəti, yeni qlobal sistemin formalaşmasından xəbər verən göstəriciləri hərtərəfli təhlil edərək hazırkı qlobal sistemi, Qərb ağalığının əməli və ideoloji əsaslarının sarsıtmış əsl səbəbləri açıqladı.

Seçilmiş ünvanlar