
Xəbərlər


Ali Baş Komandan hərbi akademiyaların buraxılış mərasimində iştirak etdi
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün səhər Xatəmül-ənbiya (s) adına Hava Hücumundan Müdafiə Akademiyasında təşkil edilmiş İran İslam Respublikasının hərbi akademiyalarının müdavimlərinin on altıncı birgə məzun və andiçmə tədbirində iştirak etdi.

İmam Hüseynin “Ərbəin” mərasimi keçirildi
Şəhidlər sərvərinin “Ərbəin” ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyə ölkənin bütün bölgələrindən gəlmiş tələbə heyətlərinə ev sahibliyi etdi. Matəm saxlayan tələbələr İslam İnqilabının Ali Rəhbərinin hüzurunda Uca Kərbəla zəvvarlarının səsinə səs verərək “Ləbbeykə Ya Hüseyn” şüarını səsləndirdilər.

Ali Baş Komandan İmam Hüseyn (ə) adına Hərbi Akademiyada oldu
Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının müdavimlərinin buraxılış mərasimi keçirildi.

Həzrət Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi
Abidlərin zinəti Həzrət İmam Səccadın (ə) şəhadət gecəsi İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Əba Əbdillaha (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

Şami-qəriban mərasimi keçirildi
“Şami-qəriban” axşamı İslam İnqilabının Ali Rəhbəri, dövlət rəsmiləri, qəlbində Əhli-beyt (ə) sevgisi olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər ağası və öndəri Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasimi keçirildi.

Həzrət İmam Hüseynə (ə) həsr edilmiş Aşura gecəsi mərasimi
Şəhidlər ağası Həzrət Hüseynin (ə) Aşura gecəsində İslam İnqilabının Ali Rəhbəri, dövlət rəsmilərindən bir qrupu və Əhli-beytə (ə) sevgisi olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi təşkil olundu.

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni adına (r.ə) hüseyniyyədə İmam Hüseynə (ə) həsr edilmiş Tasua axşamı mərasimi keçirildi
Dövlət rəsmilərindən bir qrupu və İmam Hüseynə (ə) matəm saxlayan minlərlə insanın iştirak etdiyi bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali ilahi sınaqlar zamanı doğru duruş formasının necə olmasından danışdı: “İlahi vəd, peyğəmbələr və Allah dostlarının həyatının tarixi təcrübəsi göstərir ki, əgər ictimai təqvamız olsa, Allaha təvəkkül etsək və ilahi rəhbərdən ayrı düşməsək, Allah-taala problemləri adlamağımız üçün imkan yaradar”.

Ali Rəhbərin iştirakı ilə İmam Xomeyni adına hüseyniyyədə matəm mərasimi keçirildi
Məhərrəm ayının səkkizinci gecəsi İamam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Ali Rəhbəri, üç qüvvənin rəhbərləri və xalqın ayrı-ayrı siniflərinin nümayəndələrinin iştirakı ilə şəhidlər sərvəri Həzrət Seyyidüşşühədaya (ə) həsr edilmiş matəm mərasimi keçirildi.

İmam Hüseynə (ə) həsr edilmiş birinci matəm gecəsi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.

Ali Rəhbər İmam Rzanın (ə) məqbərəsinin toz alma mərasimində
Məhərrəm ayı və şəhidlər sərvərinin matəm günlərinin başlanması ərəfəsində, bu gün (şənbə) səhər İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Allahın səkkizinci höccəti Həzrət Əli ibn Musa ər-Rzanın (ə) qəbri-şərifinin tozalma mərasimi keçirildi.

İslam İnqilabının Ali Rəhbərinin Allah evinin ziyarətçilərinə müraciəti
Həzrət Ayətullah Xamenei Allah evinin ziyarətçilərinə ünvanladığı müraciətində qeyd edib ki, başda ABŞ olmaqla imperialistlərə qarşı nifrət səsinin ucaldılmasının mənası məzlum insanların öldürülməsi və müharibəçi fəaliyyətlərə nifərt, İŞİD və ABŞ-ın Bləkvoter kimi terrorçu mərkəzlərinin qınanması, İslam ümmətinin uşaq qatili olan sionizm və onun havadarları və himayədarlarına qarşı təhdid səsini ucaltması, ABŞ və köməkçilərinin həssas Qərbi Asiya və Şimali Afrika regionunda müharibə odunu qızışdıran davranışlarının qınanması deməkdir. O vurğulayıb ki, müsəlmanların bütün siyasi məsələlərinin başında Fələstin problemi dayanmalıdır:

İslam İnqilabının Ali Rəhbəri Fitr bayramının namazını qıldı
Təkallahlı bəndələrin bayramı olan Mübarək Fitr bayramı günü İran İslam dövlətinin mömin əhalisi bir aylıq orucluğun və Allaha-taalaya ibadətin şükrünü yerinə yetirmək üçün namaza durdu və Kərim olan Allahdan ən yaxşı arzularını dilədi.

İslam İnqilabının Rəhbəri İmam Xomeyninin (r.ə) hərəmində böyük xalq kütləsi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra İmam Xomeyninin (r.ə) pak hərəmində xalqın ayrı-ayrı təbəqlərini təmsil edən böyük bir insan izdihamı ilə görüşdü.

İmam Əlinin (ə) şəhadətinin ildönümü qeyd edildi
Təqvalıların rəhbəri Həzrət Əmirül-möminin İmam Əlinin (ə) şəhadətinin ildönümü günü İslam İnqilabının Ali Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o əzəmətli imama həsr edilmiş matəm mərasimi keçirildi.

İmam Əlinin (ə) şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi
Mübarək Ramazan ayının – təkallahlıların rəhbəri Həzrət Əli ibn Əbutalibin (ə) məzlumcasına şəhadətinin ildönümünə təsadüf edən - iyirmi birinci günü İslam İnqilabının Ali Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o həzrətin matəm mərasimi keçirildi.

Təqvalıların rəhbəri İmam Əliyə (ə) matəm mərasimi keçirildi
Təqvalıların rəhbəri Həzrət Əmirül-möminin İmam Əlinin (ə) zərbətlənməsinin ildönümü günü İslam İnqilabının Ali Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o əzəmətli imama həsr edilmiş matəm mərasimi keçirildi.

İslam İnqilabının Rəhbəri “Qurani-Kərimlə ünsiyyət” adlı nurlu məclisdə iştirak etdi
Mübarək Ramazan ayı ərəfəsində İmam Xomeyni (r.ə) adına hüseyniyyə vəhy kəlanımım ürək oxşayan rayihəsi ilə ətirləndi. Quran qariləri, minacatçıları və mədhiyyəçiləri İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə üç saat davam edən Qurani-Kərimlə ünsiyyət məclisi təşkil etdilər.

İslam İnqilabının Ali Rəhbəri iki meyvə ağacı əkdi
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) günorta “Təbii sərvətlər həftəsi və ağacəkmə günü” münasibəti ilə iki meyvə ağacı əkdi.
