Xəbərlər
Böyük mücahid və müqavimətin bayraqdarı Höccətül-İslam Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə müraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei böyük mücahid və müqavimətin bayraqdarı Höccətül-İslam Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə bağlı etdiyi müraciətində Hizbullahın misilsiz rəhbərinin şəhadəti münasibətilə bütün müqavimət cəbhəsinə və İslam ümmətinə təbrik və başsağlığı verərək ölkədə beş günlük matəm elan etdi: “Onun Livanda qoyduğu təməl və digər müqavimət mərkəzlərinə verdiyi istiqamət, əziz müqavimət liderinin itkisi ilə nəinki yoxa çıxmayacaq, əksinə, onun və bu hadisənin digər şəhidlərinin qanı sayəsində daha da güclənəcək. Müqavimət cəbhəsi sionist rejiminin tənəzzülə uğramaqda olan gücsüz bədəninə daha sarsıdıcı zərbələr endirəcək”.
Livandakı son hadisələrlə bağlı mesaj
Livanda müdafiəsiz insanların qətlə yetirilməsi quduz sionist itinin yırtıcı xislətini hər kəsə bir daha göstərməklə yanaşı, qəsbkar rejimin rəhbərlərinin dar düşüncəliliyini və axmaq siyasətini sübut etdi. Sionist rejimi idarə edən terrorçu dəstə Qəzzada apardığı bir illik cinayətkar müharibədən dərs almadı.
Müqəddəs Müdafiə həftəsi və “Lalələrin ziyafəti” günü münasibətilə müraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə həftəsi və “Lalələrin ziyafəti” günü münasibəti ilə verdiyi müraciətində uca şəhidlərin xatirəsini yad etməyin İran xalqının hərəkət xəttinin sağlamlığının və İnqilab xəttindən yayınmamağın qarantı kimi qiymətləndirdi.
Təbəs mədənində baş vermiş faciəli qəza münasibətilə başsağlığı müraciətı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Təbəsdə mədənin partlaması və bir neçə işçinin ölümü ilə nəticələnən acı faciədən sonra matəmə batmış ailələrə verdiyi başsağlığı müraciətində fəhlələrə yardım göstərilməsi üçün maksimum dərəcədə səy göstərilməsinin vacibliyini vurğulayıb.
Ali Məqamlı Rəhbərin Ərbəin zəvvarlarını öz evlərində qonaqlayan sadə İraq vətəndaşlarından bir qrupu ilə görüşü zamanı etdiyi çıxis
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei öz müraciətində İmam Hüseynin Ərbəin mərasimi günlərində ziyarətçilərə ev sahibliyi etmiş sadə vətəndaşlara və böyük İraq xalqına təşəkkür etdi. İran İslam Respublikasının Prezidenti cənab doktor Məsud Pezeşkiyan bu gün səhər 21 şəhrivər 1403-cü il tarixində (11.09.2024) İraqa etdiyi səfəri zamanı bu müraciətin lövhəsini və ərəbcə mətnini İraqın baş nazirinə təqdim etdi.
Böyük mücahid cənab İsmail Həniənin şəhadəti münasibətilə ilə başsağlığı mesajı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei HƏMAS-ın siyasi bürosunun rəhbəri, böyük mücahid cənab İsmail Həniənin şəhadəti münasibətilə verdiyi başsağlığı mesajında İslam ümmətinə, müqavimət cəbhəsinə və şərəfli Fələstin xalqına bu cəsur rəhbər və tanınmış mücahidin şəhadəti münasibətilə başsağlığı verdi: “Cinayətkar və terrorçu sionist rejim bu addımı ilə ağır cəza almaq üçün zəmin yaratdı. Cənab İsmail Həniə İran İslam Respublikasının ərazisində şəhid edildiyi üçün onun qisasını almağı özümüzə borc bilirik”.
Avropadakı tələbələrin İslami Assosiasiyalar İttifaqının 58-ci qurultayına müraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının 58-ci qurultayına ünvanladığı müraciətdə dünyanın faktiki mürəkkəb məsələlərinə işarə edərək bu tələbələrin böyük məsələlərdəki effektivliyinin motivasiya, iman və özgüvənlə şərtləndiyini vurğulayıb.
İran xalqının XIV prezident seçkilərindəki hərarətli iştirakı ilə bağlı müraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei XIV prezident seçkilərinin keçirilməsi münasibətilə ünvanladığı müraciətdə İran xalqını, seçilmiş prezidenti və bu həssas səhnənin bütün fəallarını təbrik edərək hər kəsə ölkənin gündən günə artmaqda olan izzəti və inkişafı naminə əməkdaşlıq etməyi və yaxşı düşüncədə olmağı tövsiyə etdi: “Yaxşı olar ki, seçki rəqabətləri rəqabət normalarına çevrilsin. Hər kəs ölkənin maddi və mədəni abadlığı üçün çalışmalıdır”.
Dünya müsəlmanlarının rəhbəri Allah evinin ziyarətçilərinə müraciət ünvanladı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei böyük və əzəmətli Həcc konqresinə ünvanladığı müraciətdə “insan izdihamı” və “İslamın mənəvi amilinin gücü” prinsiplərinin vacib Həcc ayininin iki yönü olduğunu dedi və müasir tarixdə misli olmayan Qəzza faciələrinə işarə edərək vurğuladı: “Sionist rejim və onun himayədarlarına, xüsusilə ABŞ-a nifrət şüarı Həcc ayinləri və miqatlarını aşaraq bütün müsəlman ölkələri, şəhərləri və bütün dünyada davam etdirilərək bütün insanlara sirayət etdirilməlidir”.
İnqilabın Rəhbəri ABŞ universitetlərindəki vicdanlı tələbələrə məktub ünvanladı
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Amerika universitetlərində Fələstin xalqına dəstək verən vicdanlı tələbələrə ünvanladığı bir məktubda bu tələbələrin anti-sionist etirazlarına həmrəyliyini ifadə edərək onların müqavimət cəbhəsinin bir parçası olduğunu bildirmişdir.
İnqilabın Rəhbəri Seyid Həsən Nəsrullahın anasının vəfatı münasibətilə başsağlığı verdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullahın əziz anasının vəfatı münasibətilə başsağlığı verdi.
İnqilabın Rəhbəri XII çağırış İŞM-nin işə başlaması münasibətilə müraciət ünvanladı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei XII çağırış parlamentin işə başlaması münasibətilə ünvanladığı müraciətdə balanslaşdırılmış bir parlamentin formalaşmasının digər qüvvələrlə nizam-intizamlı və səmimi əlaqələrin, qanunverici qüvvənin daxilində düzgün və səbirli kollektiv davranışın olması ilə şərtləndiyini dedi: “Parlament daim rahatlıq və ümid yaratmalı, qətiyyətli qərarları motivasiya etməli, ölkənin ümumi mühitində qardaşlıq və həmrəyliyə çağırış etməlidir”.
İnqilabın Rəhbəri XM-nin VI dövr fəaliyyətə başlaması münasibətilə müraciət ünvanladı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Xübriqan Məclisinin VI dövr fəaliyyətə başlaması münasibətilə ünvanladığı müraciətdə bu məclisi İslam demokratiyasının simvolu adlandırdı.
Prezidentin və onu müşayiət edən rəsmilərin şəhadəti ilə bağlı başsağlığı
İslam İnqilabının böyük rəhbəri Ayətullah Xamenei helikopter qəzasında həyatını itirən İran İslam Respublikasının Prezidenti Höccətül-İslam vəl-müslimin Seyid İbrahim Rəisi, Xarici İşlər Naziri Doktor Əmir Abdullahian, Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Ali-Haşim, Şərqi Azərbaycanın İcra Başçısı Doktor Rəhməti və onların əziz yol yoldaşlarının ölümü ilə bağlı başsağlığı verdi. İslam İnqilabının ünvanladığı başsağlığının mətni belədir:
10.04.2024-cü il Şəvval ayının birinci günü, Fitr bayramıdır
Ali Rəhbərlik İdarəsi 10.04.2024-cü ilin (çərşənbə günü) şəvval ayının ilk günü və mübarək Fitr bayramı olduğunu elan etdi.
İnqilabın Rəhbəri general Zahidi və onun döyüş yoldaşları ilə bağlı başsağlığı verdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei qəsbkar və mənfur sionist rejim tərəfindən şəhid edilmiş İslamın yüksək dərəcəli generalı, Keşikçilər Korpusunun generallaırndan olan general-mayor Məhəmmədrza Zahidi və onun döyüş yoldaşları ilə bağlı verdiyi başsağlığı mesajında vurğuladı: “Allahın gücü və qüvvəsi sayəsində onları bu və bənzər cinayətlərinə görə peşman edəcəyik”.
İslam İnqilabının Rəhbəri yeni ilin gəlişi münasibəti ilə xalqı təbrik etdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 1403-cü ilin gəlişi münasibətilə ünvanladığı müraciətində İran xalqını, xüsusilə şəhid ailələrini və “Novruzu” bayram edən bütün xalqları “Novruz bayramı” münasibətilə təbrik etdi. O, yeni ili “Xalqın iştirakı ilə müşayiət olunan istehsal sıçrayışı” ili adlandırdı.
İslam İnqilabının Rəhbərinin 30-cu Ümumrespublika Namaz Konfransı ilə bağlı müraciəti
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 30-cu Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətində bu böyük vacibin müsəlman fərdi və cəmiyyətinin cari ehtiyaclarından daha üstün bir ehtiyac, insan üçün ruh və hava kimi vacib olduğunu dedi: “Gənclər və yeniyetmələrlə iş üzrə təşkilatların rəhbərləri namazın öyrədilməsi, qılınması və daha keyfiyyətli edilməsi yollarını gənclər üçün hamarlaşdırmalıdırlar”.
