
Xəbərlər


Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və üzvləri ilə bu gün (cümə axşamı günü) səhər baş tutan görüşündə 12 isfənd parlament seçkiləri günü xalqın tam zamanında, müdriklik və uzaqgörənliklə həyata keçirdiyi əzəmətli hərəkatı sonsuz təqdir edərək bu möhtəşəm iştirakın hansı təsir və mesajlara malik olduğunu açıqladı.

Ali Məqamlı Rəhbər Kiberməkan Ali Şurasının təsis edilməsi haqda sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidentinə Kiberməkan Ali Şurasının yaradılması ilə bağlı müvafiq göstəriş verməklə yanaşı, şuranın həqiqi və hüquqi üzvlərini təyin etdi.

Ali Məqamlı Rəhbər ağacəkmə aksiyasında iştirak etdi
Bu gün (çərşənbə axşamı) – Təbii resurslar həftəsi çərçivəsində qeyd olunan Ağacəkmə günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei də aksiyaya qoşularaq 2 ting əkdi.

Ali Məqamlı Rəhbər 9-cu çağırış İslami Şura Məclisinə seçkilərdə iştirak etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 9-cu çağırış İslami Şura Məclisinə seçkilərin başladığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyədə quraşdırılmış səyyar seçki qutusuna yaxınlaşaraq səs verdi.

Ali Məqamlı Rəhbər xalqın müxtəlif təbəqələrinin nümayəndələri, şəhid ailələri, əlil və veteranlarla görüşdü
Xalqın müxtəlif təbəqələrinin minlərlə nümayəndəsi, şəhid ailələri, əlil və veteranlarla bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cümə günü baş tutacaq parlament seçkilərinin əvvəlki çağırışlara seçkilərlə müqayisədə daha həssas əhəmiyyət daşıdığını bildirdi. 9-cu çağırış İslami Şura Məclisinə səsvermədə xalqın genişmiqyaslı iştirakının son dərəcə əhəmiyyətli olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Allahın lütfü ilə, cümə günü baş tutacaq seçkidə İran xalqı imperializmə 22 bəhməndəkindən daha möhkəm bir sillə vuracaq, öz güclü əzmini və iradəsini düşmənə sübut edəcək ki, imperialist bloku bu xalqın əleyhinə heç nə edə bilməyəcəyini anlasın”.

Ali Məqamlı Rəhbər ölkənin nüvə alimləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər İranın Atom Enerjisi Təşkilatının sədri və rəhbər işçiləri, habelə ölkənin nüvə alimlərindən bir qrupu ilə görüşdü. O bildirdi ki, İranın nüvə alimlərinin nüvə elmi və texnologiyası sahəsində əldə etdiyi ən böyük uğur onların ölkədə milli qürur hissini formalaşdırmaları, dünya və region xalqları üçün bir xalqın təzyiqlər qarşısında müqavimət göstərmək, müstəqil olmaq, imperialist dövlətlərin elmi monopoliyasını qırmaq bacarığına gözəl bir nümunə nümayiş etdirmələridir.

Ali Məqamlı Rəhbərə qızılla işlənmiş nəfis bir əlyazma Quran hədiyyə olundu
Bu gün (bazar ertəsi) günorta İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə qızılla işlənmiş nəfis bir əlyazma Quran hədiyyə olundu. Həzrət Ayətullah Xamenei ona təqdim olunmuş bu dəyərli sənət əsərini müqəddəs İmam Rza (ə) məqbərəsinin fonduna bağışladı.

Ali Məqamlı Rəhbər şəhid Qaşqayinin ailə üzvləri ilə görüşdü
Şəhid Mustafa Əhmədirouşənin dostu və həmkarı olmuş şəhid Rza Qaşqayinin ailə üzvləri bu gün (bazar günü) günorta İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə mənəvi-emosional bir atmosferdə görüşdülər.

Ali Məqamlı Rəhbər vəli-fəqihin Zəncan vilayəti üzrə nümayəndəsini təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Hacı Şeyxəli Xatəminin vəli-fəqihin Zəncan vilayəti üzrə nümayəndəsi və şəhərin imam-cüməsi postuna təyin edilməsi ilə bağlı sərəncam imzaladı.

Ali Məqamlı Rəhbər Azərbaycan əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Azərbaycan əhalisini təmsil edən müxtəlif təbəqələrin nümayəndələri, din alimləri və rəsmilərlə görüşdü. Builki 22 bəhmən yürüşündə xalqın 10 milyonlarla nümayəndəsinin həmişəkindən daha izdihamlı və emosional iştirak etdiyinə toxunan Ali Məqamlı Rəhbər qeyd etdi ki, dəyərli İran xalqının əzəmətinin, belə ecazkar addımlara imza atmasının səbəbi onun uzaqgörənliyi və lazımi anı dəyərləndirmə bacarığıdır.

Ali Məqamlı Rəhbər Fələstinin baş naziri İsmayıl Həniyəni qəbul etdi
Fələstinin qanuni hökumətinin baş naziri cənab İsmayıl Həniyə bu səhər (bazar günü) İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Hökumət nümayəndələri və xarici ölkələrin səfirləri ilə görüş
Böyük İslam peyğəmbəri Məhəmməd Mustafanın (s) və Həzrət İmam Sadiqin (ə) mübarək milad günü olan rəbiüləvvəl ayının 17-si ərəfəsində – bu gün (cümə günü) hökumət rəsmiləri, xalqın müxtəlif təbəqələrinin nümayəndələri, həmçinin 25-ci İslami Vəhdət Konfransında iştirak edən qonaqlar və müsəlman ölkələrini təmsil edən səfirlər Ali Məqamlı Rəhbərlə görüşdülər.

Ali Məqamlı Rəhbər bir qrup məhkumun əfvinə razılıq verdi
İslam İnqilabının qələbəsinin 33-cü ildönümü, İslam peyğəmbəri Xatəmülənbiya Məhəmməd Mustafanın (s) mübarək miladı ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisad Məhkəməsi tərəfindən mühakimə edilmiş 761 məhkumun cəzasının əfvinə və ya yüngülləşdirilməsinə razılıq verdi.

Ali Məqamlı Rəhbər Ordunun Hava Qüvvələrinin komandanları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İran İslam Respublikası Ordusunun Hava Qüvvələrinin yüksək rütbəli rəsmiləri, zabit-komandan heyəti ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Baş Komandan bildirdi ki, Ordunun Hava Qüvvələrinin 1357-ci il 19 bəhmən günü (1979-cu il 8 fevral) avanqardlıq edərək cəsarətlə atdığı addımdan alınan ən mühüm dərs təşəbbüskarlığın, vaxtında hərəkətə keçməyin, gələcəyə ümidlə baxaraq irəliyə getməyin verə biləcəyi effektin dərk olunmasıdır.

İslami oyanış mövzulu beynəlxalq poeziya festivalının iştirakçıları ilə görüş
Əziz İslam peyğəmbərinin (s) mövludunun bayram edildiyi, Vəhdət həftəsinin qeyd olunduğu bu ərəfədə islami oyanış mövzusuna həsr edilmiş beynəlxalq poeziya festivalının iştirakçıları İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Ayətullah Xameneinin imamətliyi ilə Tehranda cümə namazı qılındı
İslam İnqilabının qələbəsinin 33-cü ildönümü ərəfəsində, Fəcr ongünlüyünün yaşandığı bu günlərdə Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Tehranda möhtəşəm izdihamlı cümə namazı qılındı. Namazın xütbələrində İslam İnqilabının qazandığı nailiyyətləri, ölkədaxili məsələləri, düşmənlərin təhdidlərini, regionda və beynəlxalq arenadakı vəziyyəti ətraflı təhlil edən Həzrət Ayətullah Xamenei parlamentin 9-cu çağırışına seçkilərlə bağlı məqamlara da toxundu.

Fələstin İslam Cihadı Təşkilatının baş katibi ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstin İslam Cihadı Təşkilatının baş katibi cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, ötən bir il ərzində baş verən dəyişiklikləri və islami oyanışı nəzərə almaqla dünyanın hazırkı reallığını Qərbin günü-gündən artan zəifliyi, İslam dünyasının isə qüdrətlənməsi kimi dəyərləndirmək olar.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi
İslam İnqilabının Fəcr ongünlüyü, İmam Xomeyninin (r.ə) öz müsəlman vətəninə tarixi qayıdışının ildönümü ərəfəsində – bu gün (çərşənbə axşamı) səhər mərhum imamın müqəddəs məqbərəsini ziyarət edən Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq İran İslam Respublikasının banisinin xatirəsini ehtiramla yad etdi.
