Xəbərlər
Ali Məqamlı Rəhbər Livanın prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Livan Respublikasının prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə bu ölkənin regionda xüsusi əhəmiyyətə və həssaslığa malik olduğunu qeyd etdi. O dedi: “Bəzi xarici qüvvələr regionun bəzi ölkələrindəki problemləri Livana sirayət etdirməyə çalışırlar. Livandakı partiya və tayfaların birliyi və əməkdaşlığı, mühüm bir dəyər olan müqavimətin üzərində möhkəm durmaları bu manevrləri uğursuzluğa düçar edə bilər”.
Ali Məqamlı Rəhbər Zimbabve Respublikasının prezidenti ilə görüşdü
Zimbabve Respublikasının prezidenti bildirdi ki, İranın Qoşulmama hərəkatına sədrlik etməsi ədalət, azadlıq və istiqlal tələb edən ölkələrə 4 cəhətdən ümid vermiş çox yaxşı bir xəbərdir.
Bu gün (cümə axşamı) günortadan sonra Həzrət Ayətullah Xameneinin görüşünə gələn cənab Muqabu Ali Məqamlı Rəhbərin sammitin açılış iclasında etdiyi çıxışın yüksək səviyyəli, öyrədici, dərin fəlsəfi məqamları ehtiva edən stimulverici bir çıxış olduğunu dedi. O, əlavə etdi: “Biz çox şadıq ki, hərəkatın sədrliyi Qərbin imperialist dövlətlərinə qarşı mübarizədə parlaq təcrübəyə imza atmış bir ölkəyə həvalə olunub”.
Ali Məqamlı Rəhbər Tacikistan Respublikasının prezidenti ilə görüşdü
Həzrət Ayətullah Xamenei Tacikistan Respublikasının prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, region xalqlarının dərin, köklü, müştərək dil və mədəniyyəti iki və çoxtərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi, daha gözəl gələcəyin quruculuğu üçün münasib zəmindir.
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Türkmənistan prezidenti ilə bu gün (cümə axşamı) günortadan sonra baş tutan görüşündə bildirdi ki, İran İslam Respublikası öz qonşularına münasibətdə dostluq və əməkdaşlıq siyasəti yürüdür.
Münasibətlərin genişləndirilməsini alqışladığını bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hər iki ölkənin geniş və çoxcəhətli potensialı əməkdaşlıqların genişləndirilməsi üçün şərait yaradır”.
Ali Məqamlı Rəhbərin iştirakı ilə Qoşulmama Hərəkatına üzv olan ölkələrin başçılarının 16-cı sammiti işə başladı
Qoşulmama Hərəkatına üzv olan ölkələrin başçılarının 16-cı sammiti bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Tehranda öz işinə başladı.
Ali Məqamlı Rəhbər Hindistanın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Hindistanın baş naziri Man Muhan Sinq və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə İran və Hindistan dövlətləri arasındakı mədəni, emosional, sivil və tarixi əlaqələrin keçmişinə toxunaraq aşağıdakıları vurğuladı: “İran xalqı Hindistana daim müsbət yanaşıb. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin əvvəlkindən də artıq genişləndirilməsi üçün çox münasib zəmindir”.
Ali Məqamlı Rəhbər BMT-nin baş katibi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günortadan sonra BMT-nin baş katibi cənab Ban Ki Mun və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Görüş zamanı İran sivilizasiyası və mədəniyyətinin tarixi keçmişinə toxunan Ali Məqamlı Rəhbər dedi: “İranın sivil-mədəni məsələlərdəki mühüm və yüksək mövqeyini nəzərə alaraq demək olar ki, İran İslam Respublikası İslam dinindən qaynaqlanan bəşər sivilizasiyası və mədəniyyətini genişləndirmək üçün müsbət zəminə malikdir”.
Ali Məqamlı Rəhbər ölkə prezidenti və nazirlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə dövlətin bəzi güclü cəhətlərini sadalayaraq müqavimət iqtisadiyyatının ölkənin inkişaf tempini davam etdirmək üçün yeganə yol olduğunu bildirdi.
Ali Məqamlı Rəhbər Ramazan bayramı münasibəti ilə əfv fərmanı imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan bayramı münasibəti ilə Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin xahiş məktubuna əsasən, ölkənin Ümumi və İnqilab Məhkəmələri, İqtisadi Cinayətlər Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş bir qrup məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.
Ali Məqamlı Rəhbər hökumət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) xalqın müxtəlif təbəqələrini təmsil edən bir qrup insan, hökumət nümayəndələri və müsəlman ölkələrinin Tehrandakı səfirləri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər regionun hazırkı həssas və taleyüklü şəraitini düzgün qiymətləndirməyin, imperialist cəbhəsinin son dərəcə dolaşıq hiylə və planlarına qarşı sayıq olmağın vacibliyini vurğuladı.
Ali Məqamlı Rəhbər Tehranda qılınan möhtəşəm Fitr bayramı namazına imamətlik etdi
Müvəhhid möminlərin ən sevincli bayramında vüqarlı İran mənəviyyat və ibadət nuruna qərq oldu. Paytaxt Tehranın imanlı əhalisi bir aylıq orucluq və ibadətin şükrü olaraq, Ali Məqamlı Rəhbərin imamətliyi ilə yaddaşlarda qalacaq bir təntənə və möhtəşəmliklə mübarək Fitr bayramı namazını qıldı.
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi bayram gününü elan etdi
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi sabah – 19 avqust 2012-ci il tarixinin şəvval ayının ilk günü, mübarək Ramazan bayramı olması ilə bağlı elamnamə yaydı.
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan vilayətinin rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei zəlzələdən zərər çəkmiş Şərqi Azərbaycan vilayətinə səfərinin yekunu olaraq, bu gün (cümə axşamı) günortadan sonra vəli-fəqihin bölgə üzrə nümayəndəsi, Şərqi Azərbaycan valisi və vilayətin digər rəsmilərinin iştirakı ilə valiliyin inzibati binasında iclas keçirdi.
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycanda zəlzələdən zərər çəkmiş bölgələrin əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Şərqi Azərbaycan vilayətinin zəlzələdən ziyan görmüş bölgələrinə baş çəkərək əhali ilə görüşdü. İnsanların dərdinə şərik olduğunu ifadə edən Ali Məqamlı Rəhbər xəsarətin həcmi, zəlzələ nəticəsində zərər çəkmiş insanlara göstərilən yardım tədbirləri ilə yaxından tanış oldu.
Ali Məqamlı Rəhbər azadələrlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günortadan sonra yüzlərlə vüqarlı azadə ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər yenidən bir neçə gün öncə Şərqi Azərbaycanın bəzi bölgələrində baş vermiş zəlzələ nəticəsində ziyan çəkən insanlarla həmdərd olduğunu ifadə edərək Qüds məsələsini İslam dünyasının əsas problemi adlandırdı.
Ali Məqamlı Rəhbər Azərbaycanda baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin şimal-qərb regionunda baş vermiş zəlzələ ilə əlaqədar olaraq, təbii fəlakət nəticəsində xəsarət almış insanlara, vəfat edənlərin yaxınlarına başsağlığı müraciəti ünvanladı, Uca Yaradandan onlara səbir və əcr dilədi.
