Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
      • Günəşin doğması
      • İlk uşaqlıq günləri
        Çap versiyası  ;  PDF
        İlk uşaqlıq günləri
        Onun uşaqlıq illəri çox ciddi və tələbkar, amma eyni zamanda çox sevimli və mehriban atasının, habelə son dərəcə mehriban və istiqanlı anasının tərbiyəsi altında, ancaq ehtiyac və yoxsulluq şəraitində keçmişdir.
        O özü də bu barədə deyir:
        – Uşaqlıq illərim həddən artıq ehtiyac içində keçirdi, xüsusilə də ona görə ki, mənim uşaqlığım müharibə illərinə təsadüf edirdi. Məşhəd şəhərinin müharibə gedən döyüş meydanlarına yaxın olmasına baxmayaraq, ölkənin digər şəhərləri ilə müqayisədə orada hər şey ucuz və bol idi. Bununla belə, ailəmizin vəziyyəti elə idi ki, biz hətta həmişə buğda çörəyi ala bilmirdik. Adətən, arpa çörəyi yeyirdik, bəzən də arpa və buğdadan hazırlanmış çörəkdən istifadə edirdik, çox nadir hallarda buğda çörəyi alırdıq.
        Mən uşaqlıq illərimin axşamlarını yadıma salanda xatırlayıram ki, o vaxtlar evimizdə şam olmazdı, bəzən isə anam nənəmizin mənə, yaxud qardaş və bacılarımdan birinə verdiyi xırda pulla bir qədər kişmiş və ya süd alırdı, biz də onu çörəklə yeyərdik...
        Həzrət atasının evi barədə belə buyurur:
        – Mənim də dünyaya gəldiyim atamın evi (mənim 4-5 yaşımadək) Məşhəd şəhərinin yoxsullar yaşayan məhəlləsində 60-70 m2 olan mənzildən ibarət idi, yalnız bir otağı və bir qaranlıq zirzəmisi var idi. Atamın yanına qonaqlar gələndə (bir qayda olaraq, atam ruhani olduğundan və bura insanların müraciət etdiyi ünvana çevrildiyindən onun həmişə qonaqları var idi) biz hamımız qonaqlar gedənədək aşağıda – zirzəmidə qalırdıq. Sonralar atama sadiq olan bir qrup adam bu evin yanındakı kiçik torpaq sahəsini alıb evimizə əlavə etdilər və beləcə bizim mənzilimiz üçotaqlı oldu.
        Həzrət evlərində geydikləri paltarlar haqda belə deyir:
        – Ailəmizdə geyim baxımından da vəziyyət eyni qaydada idi. Anam atamızın köhnə paltarlarından bizə elə bir şey düzəldirdi ki, çox əcayib və qəribə görünürdü: nə ləbbadə idi, nə də uzunətəkli köynək, dizdən aşağıya düşən uzun bir paltar idi, əksər yerlərində də yamaq var idi. Əlbəttə, deməliyəm ki, atam da tez-tez paltarlarını dəyişdirmirdi. Məsələn, o, bir ləbbadəsini dörd il müddətində geyinmişdi.

      • Məktəbə və ibtidai təhsilə doğru
      • Susuzdan da susuz
      • Dini dərslərin öyrənilməsi
      • Tədris kürsüsündə
      • Ustadların hüzurunda
      • Nəcəf elm mərkəzinə yola düşmə
      • Doğma diyara qayıtma
      • Bilik üçün susayanlar
      • Böyük dini rəhbərin əsərləri
      • Siyasi mübarizələr dövrü
      • İmam Xomeyni ilə birlikdə 1341-ci ilin siyasi mübarizələri
      • İşgəncə illəri
      • Başqa bir cəhd
      • Başqa bir sürgün
      • Yeddi saat ayaq üstündə çıxış etdi və kommunistlərin mənhus planı nəticəsiz qaldı
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /