Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
      • Günəşin doğması
      • İlk uşaqlıq günləri
      • Məktəbə və ibtidai təhsilə doğru
      • Susuzdan da susuz
      • Dini dərslərin öyrənilməsi
        Çap versiyası  ;  PDF
        Dini dərslərin öyrənilməsi
        Həzrət həmin islam mədrəsəsində şəriət elmlərini, habelə ərəb ədəbiyyatını öyrənməyə başlayır. Öncədən “Şərhe əmsele”ni anasının yanında öyrənmişdi. “Sərfe mir” və “Təsrif”i atasından mənimsəmişdi və “Əvamel”i, eləcə də “Unmuzəc”i mədrəsədə müəllimlərdən ikisinin yanında mənimsəmişdi. Sonra o, Süleymanxan dini elmlər mədrəsəsinə gedərək, orada “Səmədiyyə”ni, Süyutini və qismən də “Muğni”ni öyrənməyə başlayır.
        “Şəraye” dərsini də atasının yanında alır və “Ketabe həcc”ə yetişəndə atası onlara deyir ki, “Şərhe lümə” dərsində həcc mövzusuna çatanda iştirak etsinlər və öz din qardaşları ilə elmi müzakirəyə başlasınlar. O, Süleymanxan mədrəsəsindən sonra Nəvvab dini elmlər mədrəsəsinə gedir və orada “Səth” dərsini başa çatdırır. Bundan sonra mərhum Ayətullah Milaninin “Xaric” dərsində iştirak edir.
        Ayətullah Xameneyi məhz atasının sayəsində və onun zəhməti hesabına bu müvəffəqiyyətləri əldə etdiyini bildirir: “Bu nurlu və işıqlı yolu seçməyimin başlıca səbəbkarı atam olmuşdur. Anam da dinə bağlı bir insan idi. Mən dərslərimə başlayanda mənim yaşımla atamın yaşı arasında böyük fərq var idi. Düz qırx beş il, bundan əlavə atam yüksək elmi dərəcəyə çatmışdı və müctəhidlər, ali dərəcəli şagirdlər yetişdirmişdi. Buna görə də belə bir yüksək elmi dərəcəyə malik olan bir şəxsin mənə – ibtidai dini dərslərə başlayan bir şagirdə dərs öyrətməsi düzgün deyildi. Onun bu kimi işlərə hövsələsi də yox idi. Lakin bizim tərbiyəmizə olan diqqət və marağına görə mənə, böyük qardaşıma, eləcə də kiçik qardaşlarımıza dərs verməyə başladı. Qardaşlarımın, xüsusilə mənim təhsilimdə və tərbiyəmdə onun həqiqətən də böyük haqqı vardır. Əgər o olmasaydı, mən dini təhsildə bu qədər böyük uğurlara nail ola bilməzdim.
        Əlbəttə, Qum şəhərinə getməmişdən qabaq atamın yanında dini dərs almaqla yanaşı, Məşhəddə ümumi dərslərə də hazırlaşırdım. Yay fəslində bu cür məktəblərdə tətil olanda atam bu dərslərin əvəzində mənə yeni dərslər verirdi və özü də həmin dərsləri keçirdi.
        Buna görə də mən yalnız ümumi məktəblərdə dərs alan şagirdlərin əksinə olaraq təhsildə heç bir boşluğa yol verməmişdim və on altı yaşımda ikən bütün “Səth” dərslərini başa vurmuş və “Xaric” dərslərə başlamışdım”.1

        1 Həzrət Ayətullah Xameneyinin ictihada yetişməsi haqda görkəmli alimlərin və fəqihlərin fikri, səh.35-36

      • Tədris kürsüsündə
      • Ustadların hüzurunda
      • Nəcəf elm mərkəzinə yola düşmə
      • Doğma diyara qayıtma
      • Bilik üçün susayanlar
      • Böyük dini rəhbərin əsərləri
      • Siyasi mübarizələr dövrü
      • İmam Xomeyni ilə birlikdə 1341-ci ilin siyasi mübarizələri
      • İşgəncə illəri
      • Başqa bir cəhd
      • Başqa bir sürgün
      • Yeddi saat ayaq üstündə çıxış etdi və kommunistlərin mənhus planı nəticəsiz qaldı
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /