Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
      • Günəşin doğması
      • İlk uşaqlıq günləri
      • Məktəbə və ibtidai təhsilə doğru
      • Susuzdan da susuz
      • Dini dərslərin öyrənilməsi
      • Tədris kürsüsündə
      • Ustadların hüzurunda
        Çap versiyası  ;  PDF
        Ustadların hüzurunda
        Böyük dini rəhbər  (Allah-Təala xeyir-duasını əbədi etsin) ibtidai təhsilindən ən ali təhsil illərinədək ona təlim verən müəllimləri haqda belə buyurur: “Müqəddəs Məşhəd şəhərində 1343-cü ildən etibarən özüm də təhsilimi davam etdirməyimə baxmayaraq, tədrislə də məşğul olurdum və 1349-cu ilədək fiqh (islam qanunvericiliyi) dərsində iştirak edirdim.
        “Unmuzəc” və “Səmədiyyə” kitablarını Məşhəddəki Süleymanxan mədrəsəsində, tibb sahəsində təhsilini davam etdirən Ulum adlı bir alimin yanında oxudum. Ondan sonra yenə də həmin mədrəsədə Məsud adlı bir şəxsin yanında “Süyuti”ni oxudum və qismən də olsa “Muğni”dən təhsil aldım. Böyük qardaşımın Nəvvab mədrəsəsində otağı olduğundan həmin yerə getdim və orada “Süyuti”ni oxumağa, habelə “Muğni”dən dərs almağa başladım.
        Həmin vaxt atam təklif etdi ki, Mühəqqiq Hillinin “Şəraye-ul İslam” kitabından mənə dərs versin. Bu kitabın dərslik olmamasına baxmayaraq, atam hiss edirdi ki, mənim irəliyə getməyimdə onun böyük əhəmiyyəti ola bilər və həqiqətən də belə oldu. Yəni o, bu kitabın əvvəlindən “Həcc” kitabınadək mənə dərs verdi. Həmin vaxt atam qardaşıma “Şərhe lümə” dən Həcc bölməsini dərs verirdi və o zaman mənə dedi:
        – Gəl, sən də “Şərhe lümə” dərsində iştirak et. Mən dedim ki, axı bu dərsi başa düşə bilmərəm. O isə dedi ki, başa düşə bilərsən. Ona görə də mən də bu dərsi öyrənməyə başladım və təsadüfən başa düşə bildim. Beləcə həmin kitabın dörddə üç hissəsini atamın yanında öyrəndim, qalan hissəsini isə mərhum Ağa Mirzə Əhməd Müdərris Yəzdinin (O, Nəvvab mədrəsəsində “Şərhe lümə” və Qəvanin kitablarının məşhur müəllimi idi.) yanında oxudum. Bu dərsi başa vurduqdan sonra mərhum Ayətullah Hacı Şeyx Haşim Qəzvininin (O, mərhum Ağa Mirzə Mehdi İsfəhaninin şagirdi olub, Məşhədin birinci dərəcəli müəllimlərindən sayılırdı. Son dərəcə möhtərəm şəxs olub, Məşhədin adlı-sanlı adamları arasında çox azad, təmiz qəlbli adam kimi tanınırdı.) yanında “Məkasib” və “Rəsayil” dərslərini oxudum. O, çox bəlağətli və ünsiyyətcil şəxs idi. Mən Nəcəfdə, eləcə də Qumda dərslərin böyük hissəsini başa vurandan sonra da onun kimi natiq görməmişdim.
        Beləliklə mən “Məkasib”, “Rəsayil” və “Kifayə” dərslərinin böyük hissəsini onun yanında oxudum. Ona görə böyük hissəsini deyirəm ki, qalanını atamın yanında oxumuşdum. Deməliyəm ki, atamın mənə etdiyi köməkliyin dərslərdə irəlil-əməkdə çox faydası oldu. Mənim rəsmən tələbəliyə qədəm qoyub “Xaric” dərsinə başladığım vaxtadək beş il yarım keçdi. Bu müddətdə “Səth” dövrünü tam beş il yarımda başa vurdum və “Xaric” dərsini Məşhəddə çox bilikli və təhqiqatçı şəxs olan mərhum Ayətullah Milanidən almağa başladım.
        1337-ci ilin sonunadək onun yanında bir il dinin Usul və iki il yarım fiqh dəsrlərini öyrəndim və Qum şəhərinə getdim. Onu da qeyd etməliyəm ki, Məşhəddə bir müddət də Ayətullah Hacı Şeyx Haşim Qəzvininin yanında “Xaric” dərsini aldım. Yəni o özü bizim israrımızla Usulun bir dövrə Xaric dərsini tədris etməyə başladı. Mərhum Hacı Şeyx Haşim geniş bir mövzu ilə bütün fikirləri söyləyir  sonra isə onları inkar edirdi. Məşhəddə başqa bir dərsə də getdim ki, bu da Ayətullah Mirzə Cavadağa Tehraninin fəlsəfə dərsi idi. O, mərhum Hacı Molla Hadi Səbzevarinin “Mənzumə və mətaleb” kitabından dərs keçərək, onun fikirlərini inkar edirdi. Belə bir vaxtda Qum şəhərində fəlsəfə dərsi keçmiş dostlarımdan biri dedi:
        – Sənin Mirzə Cavadağanın “Mənzumə” dərsinə getməyin doğru deyil, çünki onun özü “Mənzumə”ni inkar edir. Buna görə də sən fəlsəfə terminlərini öyrənə bilməyəcəksən, odur ki, fəlsəfəyə inanan bir şəxsin yanına getməli və ondan dərs almalısan. Mən də dostumun sözünü qəbul etdim və Ağa Şeyx Rza İsmi adlı bir şəxsin yanına getdim. Bu şəxs Məşhəddə yaşayırdı və yaşlı, ağıllı bir müəllim idi, fəlsəfəyə də çox bağlı adam idi. Onun yanında “Mənzumə” dərsinə başladım və həmin müəllim fəlsəfəyə kamil etiqadı olan bir şəxs kimi mövzuları şərh edirdi.

      • Nəcəf elm mərkəzinə yola düşmə
      • Doğma diyara qayıtma
      • Bilik üçün susayanlar
      • Böyük dini rəhbərin əsərləri
      • Siyasi mübarizələr dövrü
      • İmam Xomeyni ilə birlikdə 1341-ci ilin siyasi mübarizələri
      • İşgəncə illəri
      • Başqa bir cəhd
      • Başqa bir sürgün
      • Yeddi saat ayaq üstündə çıxış etdi və kommunistlərin mənhus planı nəticəsiz qaldı
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /