Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
      • Günəşin doğması
      • İlk uşaqlıq günləri
      • Məktəbə və ibtidai təhsilə doğru
      • Susuzdan da susuz
      • Dini dərslərin öyrənilməsi
      • Tədris kürsüsündə
      • Ustadların hüzurunda
      • Nəcəf elm mərkəzinə yola düşmə
      • Doğma diyara qayıtma
      • Bilik üçün susayanlar
      • Böyük dini rəhbərin əsərləri
      • Siyasi mübarizələr dövrü
      • İmam Xomeyni ilə birlikdə 1341-ci ilin siyasi mübarizələri
      • İşgəncə illəri
      • Başqa bir cəhd
        Çap versiyası  ;  PDF
        Başqa bir cəhd
        1349-cu ildə, yəni Ayətullah Həkimin vəfatından sonra İmamın kursunun və mərcəiyyətinin təbliği və onun ictihada yetişməsi və İslam inqilabının rəhbərinə münasibətdə ona sadiq qalmağın nümayiş etdirilməsindən ötrü növbəti bir fürsət yaranmışdı. Ancaq o, yenə də həbs olundu. Zindandan çıxdıqdan sonra isə yenə də etibarlı adamların, habelə təşkilatçıların yetişdirilməsi ilə məşğul olur, fəal və döyüşkən dəstələrlə əlaqələr yaradır, həmçinin bütün bu işləri asanlaşdırmaq üçün imamlığı və tədris məsələlərini də qəbul edir.1
        Əvvəlcə Məşhəd bazarında yerləşən və “Türklər məscidi” kimi tanınana Siddiqilər məscidində “Təfsir” dərsini başladı. Az bir müddətdən sonra adamların sayı xeyli artdığından onlar Mirzə Cəfər mədrəsəsinə, kitabxana salonunun ikinci mərtəbəsinə köçdü və dərsi davam etdirdi. Bu dərsdə tələbələrlə yanaşı, bəzi möminlər və dini məsələlərlə maraqlanan bir qisim şəxslər iştirak edirdilər. 1349-cu ildə baş verən həbslər müvəqqəti olaraq həmin dərslərin dayandırılmasına gətirib çıxardı.
        1349-cu ildə baş verən bu həbs dörd aydan çox davam etdi və azadlığa çıxandan sonra yenidən fəaliyyətə başladı. 1350-ci ildə şahlıq rejiminin 2500 illik yubileyi ilə əlaqədar keçirilən təntənələrdə elektrik dirəklərinin partladılması əməliyyatından sonra həzrəti həbs edirlər və bu dəfə onu ağır işgəncələrə məruz qoyurlar. Onu qaranlıq bir zindanda, heç bir işıqlandırma olmadan saxlayırlar və o, təxminən iki aya yaxın burada qalmalı olur. Bundan sonra isə onu azad edirlər.
        Həzrət yenidən İmam Həsən (ə) məscidində fəaliyyət göstərməyə başlayır və bir müddətdən sonra onu Məşhəddə Nadir bağının yaxınlığında yerləşən Kəramət məscidinə icma başçısı dəvət edirlər. Bu məntəqə şəhərin ən həssas və ən narahat yerlərindən biri olmasına baxmayaraq, həzrət həmin təklifi qəbul edir. Burada həddən artıq adamların toplaşmasını və onu çoxsaylı insanların qarşılamasını nəzərə alan SAVAK məscidi müəyyən müddətədək bağlayır.
        Bütün bunlar ona gətirib çıxardı ki, SAVAK onu nəzarət altına götürür və ardıcıl olaraq ya çağırıb sorğu-sual edir, ya da mənzilini mühasirəyə alıb, adamların gedib-gəlmələrinə maneə törədirdilər. Tədricən SAVAK onun dərslərini də dayandırdı. Nəhayət, 1353-cü ilin dey ayında həbs edib Tehrana gətirdilər və burada zindanda, yəni SAVAK-ın təxribatçı məhbusların saxlanıldığı qorxulu işgəncə məhbəsinə saldılar. Onun zindanda qalması iki aydan da bir qədər çox çəkdi və bu müddət ərzində fərdi, yaxud iki-üç nəfərlik kameralarda ağır işgəncələrə məruz qaldı.
        Zindandan azad olunduqdan sonra həzrət yenidən Məşhədə qayıtdı və öz yorulmaq bilməyən mübarizəsinə və cihada başladı. Ancaq bu dəfə daha ağır məsuliyyətin altına girmişdi.
        Mübarizə şiddətləndikcə 1356-cı ildə ruhanilərin və adamların islami birlik yaratmaq istəyi ilə Məşhəddə İmamın rəhbərliyi, habelə ruhanilərin idarəçiliyi ilə həmin birliyin ilk özəyi yaradıldı və inqilabi forma aldı.
        Həzrət bu barədə deyir:
        – 1356-cı ilin yayında Məşhəddə qardaşlarımızdan ikisi ilə oturmuşduq, mərhum Rəbbani Əmləşi və Mövhədi Kirmani bildirdilər ki, nə üçün rejimə qarşı mübarizə aparan əsas qüvvələr, xüsusilə ruhanilər mütəşəkkil deyillər?
        Həmin vaxt təklif olundu ki, birlikdə bir təşkilat yaradaq. Həmin iclasda bildirildi ki, əgər cənab Behişti bu təşkilatda olsa, həmin qurumun sonu çox yaxşı olacaqdır və mütləq bir nəticə əldə ediləcəkdir.
        Xoş təsadüfdən həmin vaxt cənab Behişti və cənab Bahönər də orada idilər. Ona görə də Məşhəddəki həmin toplantı bu möhtərəm insanların iştirakı ilə keçirildi və islami birliyin bünövrəsi qoyuldu.
        Təşkilatın yaranması xəbərini zindanlarda yatan alimlərə, o cümlədən Haşimi Rəfsəncamiyə çatdırdılar və onlar bu birliyi təqdir etdilər.
        Şəhid Motəhərri də həmin il İmam tərəfindən göndərilən müraciətə əsasən müəyyən təcrübəsi olan mübariz insanları öz ətrafına topladı. Bu əlaqələr sonradan 1356-1357-ci il hadisələrinin baş verməsinə gətirib çıxardı. Böyük dini rəhbərin bu birliyin yaradılmasında mühüm rolu olmuşdur. Əlbəttə, bu birlik hakimiyyətpərəstlik, yaxud yüksək məqam və vəzifələr əldə etmək üçün yox, Allah-Təala, cihad və şəhadət naminə yaradılmışdı.

        1 Bir qayda olaraq 1347-1350-ci illərdə inqilabi mədəni fəaliyyətlər və səylər çox aram idi ki, dini rəhbər bu illəri “məxfi fəaliyyətlərin həyəcanlı illəri” adlandırır

      • Başqa bir sürgün
      • Yeddi saat ayaq üstündə çıxış etdi və kommunistlərin mənhus planı nəticəsiz qaldı
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /