Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
      • Günəşin doğması
      • İlk uşaqlıq günləri
      • Məktəbə və ibtidai təhsilə doğru
      • Susuzdan da susuz
      • Dini dərslərin öyrənilməsi
      • Tədris kürsüsündə
      • Ustadların hüzurunda
      • Nəcəf elm mərkəzinə yola düşmə
      • Doğma diyara qayıtma
      • Bilik üçün susayanlar
      • Böyük dini rəhbərin əsərləri
      • Siyasi mübarizələr dövrü
      • İmam Xomeyni ilə birlikdə 1341-ci ilin siyasi mübarizələri
      • İşgəncə illəri
      • Başqa bir cəhd
      • Başqa bir sürgün
      • Yeddi saat ayaq üstündə çıxış etdi və kommunistlərin mənhus planı nəticəsiz qaldı
        Çap versiyası  ;  PDF
        Yeddi saat ayaq üstündə çıxış etdi və kommunistlərin mənhus planı nəticəsiz qaldı
        İstibdad rejiminin son günlərində kommunistlər belə bir fikrə düşdülər ki, fürsətdən istifadə edib öz nümayəndələrini yaratmaqla İslam inqilabının dəyişdirilib, necə deyərlər, demokratik xalq inqilabına çevrilməsinə nail olsunlar. Bu məqsədlə də yaxşı bir yer – Kərəc yolundakı “General-Motors” zavodunu seçdilər. Ona görə ki, həmin yer Tehrandan uzaqda idi, mərkəzdə isə mömin müsəlmanlar qiyam etmişdilər. Onlar istəyirdilər ki, kommunistləri və başqa əks-inqilabçı qüvvələri mömin şəxslərin gözlərindən uzaq bir yerdə toplasınlar. Bununla da öz xam xəyallarına görə sonradan Tehrana tərəf hərəkət edib, son dərəcə həssas olan bu məntəqəni ələ keçirməyə çalışırdılar. Beləcə, ölkədə kommunist hökumətini bərqərar etmək fikrində idilər. Əlbəttə, bu plan baş tutmadı, ancaq son dərəcə həssas olan günlərdə, yəni bəhmən ayının 19-22-də tamamilə məhv edilməkdə olan rejimə özünün ən böyük köməyini göstərə bilərdi. Bununla da xalqın uğurları əldən gedə və istibdad rejiminə yeni bir fürsət verilə bilərdi ki, özünün növbəti planlarını həyata keçirsin.
        Beləcə, onlar kommunist əqidəsinə malik olan təxminən beş yüz tələbəni, qulluqçuları, məmurları və müxtəlif peşələrə malik olan digər şəxsləri zavodda toplayaraq, özlərinin vadaredici çıxışları ilə fəhlələri də ətraflarına yığa bildilər. Həmçinin qəzetlərdə müraciətlərlə çıxış edərək, bütün demokratik və xalq qüvvələrini də dəvət etdilər ki, həmin xalq kütlələrinin inqilabına qoşulsunlar.
        Bu xəbər İmamın təbliğat üzrə dəftərxanasına çatanda bir neçə ilahiyyatçı, habelə tir ayının yeddisində şəhid olanlardan cənab Dəyalemə həmin məntəqəyə yollandılar, ancaq onlar bir iş görə bilmədilər.
        Belə olduqda böyük dini rəhbər həmin əraziyə getdi. O, günorta vaxtı özü maşını idarə edərək zavoda tərəf hərəkət etdi və çörək yemədiyinə görə yolda bir qədər çörək və pendir alıb, maşını sürə-sürə yeməyə başladı. Zavoda yetişəndə qısa bir çıxış edib geri qayıtdı. Amma bəhmən ayının 20-də vəziyyət çox təhlükəli bir həddə gəlib çatdı. Beş yüz nəfər kommunist, habelə zavodun səkkiz yüz nəfər fəhləsi bir yerə toplaşmışdılar və hətta onların silahlanmaları da tam yəqin idi. Ən qorxulusu isə bu idi ki, onlar silahlanıb rejimlə son mübarizədə ölkə daxilində müharibə törədə bilərdilər. Kommunistlər tərəfindən belə bir xəyanətin törədilməsi istisna deyildi. Buna görə də şəhid Dəyalemə İmamın təbliğat üzrə dəftərxanasına gəlib narahatçılıqla dedi: “Vəziyyət çox təhlükəlidir və mütləq ciddi tədbir görülməli və bu işin öhdəsindən gələ biləcək bir şəxs həmin yerə getməlidir”.
        Böyük dini rəhbər şəxsən bu işi öz öhdəsinə götürdü və tələsik zavoda getdilər. Rifah mədrəsəsindən də bir Hizbullah qrupunu onlara arxa olmaq üçün məntəqəyə göndərdilər. Böyük dini rəhbər axşam zavoda çatanda böyük bir zəhmətlə və cəsarətlə tribunaya qalxıb nitq söyləməyə başladı və suallara cavab verdi.
        O, suallara cavab verərkən kommunistləri kəskin şəkildə ittiham etdi. Ona görə də onlar bu çıxılmaz vəziyyətdən yaxa qurtarmaq üçün kollektiv şəkildə kommunist nəğmələri oxumağa və əllərini başlarının üstünə qaldırıb möhkəm “əl çalmağa” başladılar. Ancaq həzrət tribunanı tərk etmir və öz çıxışını davam etdirməkdə idi. Axşam düşəndə azan oxundu və camaat namazı qılındı.
        Kommunistlər yaranmış vəziyyətin onların xeyrinə olmadığını görüb, həzrətin sözlərini fəhlələrin eşitməməsindən ötrü işığı söndürürlər. Qaranlıqda böyük dini rəhbər səsucaldıcını silahdaşlarından birinə verib, özü uca səslə bildirdi ki, narahat olmayın, heç bir şey yoxdur, mənim sözlərimə qulaq asın. Sonra o, masaların üstündən bir-birinə keçərək şüarlar söyləyir, söhbətlər edir, fəhlələri başa salmağa çalışırdı. O deyirdi: “Hər halda biz camaat üçün namaz qılacağıq”.
        Onlar mübahisə etməyə başlayırlar. Fəhlə geyimində olan bir tələbə sual verəndə o, belə buyurur: “Vəsiqəni göstər”. Həmin adam çıxılmaz vəziyyətdə qaldıqda hər şey məlum olur. Daha bir neçə nəfəri də bu qaydada ifşa edir. Sonra isə belə bir fikrə gəlirlər ki, fəhlələrin böyük əksəriyyəti müsəlman olduqlarından onları kommunistlərdən ayırmaq lazımdır. Bunun üçün isə ən yaxşı yol camaat namazıdır.
        Buna görə də elan edirlər ki, müsəlman və namaz əhli olan hər bir kəs zavodun həyətində toplaşsınlar. Nəhayət, axşam saat 20:30-da məğrib namazından iki saat sonra camaat həzrətin imamlığı ilə zavodun həyətində toplaşır. Beləcə, fəhlələr namaz qılmağa gəlirlər və kommunistlər zavodun zalında qalırlar. Həzrət uca və ürəyə yatımlı olan səsi ilə fəhlələrin halını dəyişdirir, namazdan sonrakı dualar isə şəraiti tamamilə dəyişdirir. Onlar yaranmış bu fürsətdən istifadə edərək fəhlələri məscidə dəvət edirlər. Sonra hamısı zavodun məscidinə gedir və orada Rifah mədrəsəsindən gətirilmiş hizbullahçılarla birləşirlər. Onlar həzrətin rəhbərliyi ilə kommunistlərin əleyhinə çıxırlar və ertəsi günü fəhlələr kötəklə kommunistləri zavoddan qovurlar. İnqilabın qızğın vaxtında daxili müharibənin başlanmasını və rejimə özünü yenidən qüvvətləndirmək imkanı verilməsini nəzərdə tutan həmin böyük plan həzrətin fədakarlığı və bəsirəti sayəsində aradan qaldırıldı.
        Burada ən əhəmiyyətlisi odur ki, həmin axşam Ayətullah Xameneyi yeddi saat ayaq üstdə dayanıb nitq söylədi və sübhədək fəaliyyət göstərdi ki, yaranmış təhlükəni aradan qaldırsın.1 
        Böyük dini rəhbər həmin günləri belə xatırlayır: “Biz “Ələvi-ye İslami” məktəbində daha bir qərargah yaratdıq ki, onlar təbliğat işləri ilə məşğul olsunlar, yaxud zavodlara nümayəndələr göndərsinlər. Əsas məqsəd isə fəhlələri başa salmaq və onları zavodlardakı dağıdıcı fəaliyyətlə məşğul olan şəxslərin təsirindən qurtarmaq idi. Həmin gün İmamın təbliğat dəftərxanası, İslam Təbliğat Təşkilatı, Şəhid Motəhhəri mədrəsəsi və başqa təşkilatlar öz fəaliyyətləri zamanı məhz bu qərargaha istinad edirdilər.
        Bir gün mən bir işi görmək üçün bu məntəqələr arasında gedib-gələrkən dostlardan biri məni saxlayıb dedi: “Siz burada öz işlərinizlə məşğulsunuz. Ancaq kommunistlərin səlahiyyətli nümayəndələri zavodlara gedərək, fəhlələri təhrik edir və dağıdıcı fəaliyyət göstərirlər”. Həmin günlər hər an o qədər böyük hadisələr baş verirdi ki, insanın bütün bunları görməyə və ya onlar haqda məlumat toplamağa belə gücü çatmırdı. Həmin bir neçə gün ərzində ölkədə baş verən hadisələr məhz bu kiçik məkanda özünü büruzə verirdi. Sonra bu məsələlər kiçik bir qrupa tapşırılırdı ki, onlar həmin məsələlərin həlli ilə məşğul olsunlar. Həqiqətən də heç bir kəsin belə bir imkanı yox idi, çünki çox ağır və çətin günlər idi. Ona görə də məsələ mənim üçün o qədər də ciddi görünmədi, həssaslıqla yanaşmadım və həmin məntəqəyə getdim. Ələvi məktəbində həmin qeyd etdiyim qardaşlarımızla bərabər başqa bir şəxs də mənim yanıma gəlib ətraflı məlumat verdilər. Mən hiss etdim ki, nə isə ciddi bir hadisə baş verib. Ona görə də həmin yerə gedib, yaxından vəziyyətlə tanış olmaq istədim. Soruşdum ki, harada vəziyyət daha həssasdır? Bir zavodun adını çəkdilər və bildirdilər ki, orada bir qrup insan vardır. Həmin zavodda səkkiz yüz nəfər fəhlə vardır. Siz də bilirsiniz ki, Tehranda fəhlə məntəqələrinin hər hansı birində çoxlu zavodlar vardır və onlar bir-birinə yaxın olduqlarından hər hansı birində bir hadisə baş verəndə sürətlə başqa zavodlara da bu barədə məlumat yayılırdı və öz təsirini göstərirdi. Məlum olurdu ki, onlar özləri üçün bir dayaq məntəqəsi yaratmaq istəyir və həmin yeri özlərinə qərargah seçirdilər. Onlar həmin zavodların məsul şəxslərini ölümlə hədələyərək  qorxudurdular ki, fəhlələr qələbə əhval-ruhiyyəsində olsunlar və onlar öz planlarını həyata keçirə bilsinlər.
        Mən gedib vəziyyəti belə gördükdə problemləri həll etməyə başladım”.

        1 Həzrət Ayətullah Xameneyinin ictihada çatması haqda görkəmli alimlərin və fəqihlərin fikri, səh.61-63

    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /