Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
      • Günəşin doğması
      • İlk uşaqlıq günləri
      • Məktəbə və ibtidai təhsilə doğru
      • Susuzdan da susuz
      • Dini dərslərin öyrənilməsi
      • Tədris kürsüsündə
      • Ustadların hüzurunda
      • Nəcəf elm mərkəzinə yola düşmə
      • Doğma diyara qayıtma
      • Bilik üçün susayanlar
      • Böyük dini rəhbərin əsərləri
      • Siyasi mübarizələr dövrü
        Çap versiyası  ;  PDF
        Siyasi mübarizələr dövrü
        Böyük dini rəhbər cəsur və mömin bir mücahid idi və bütün zəngin həyatı boyu həmişə öz qələmi, sözü və silahı ilə cihadda idi, xüsusilə möhtərəm İmamın böyük İslam hərəkatına başladığı 1341-ci ildən etibarən bir an belə səylərini dayandırmamışdır. Əziz rəhbər bu barədə belə deyir:
        – Siyasi mübarizə meydanına girdiyim və siyasi məsələlərlə məşğul olduğum 1331-1332-ci illərdə eşitdim ki, mərhum Nəvvab Səfəvi Məşhədə gəlib. O zaman gizli bir qüvvə məni mərhum Nəvvaba tərəf çəkib apardı. Onunla görüşməyə çalışırdım. Həmin vaxt belə bir xəbər gətirdilər ki, Nəvvab Süleymanxan mədrəsəsinə gəlmək istəyir. Mən də həmin mədrəsədə təhsil aldığımdan mərhum Nəvvabın Süleymanxan mədrəsəsinə gəldiyi günü həyatımın unudulmaz günlərindən biri hesab edirəm.
        O, başlarına xüsusi dəri papaq qoymuş bir qrup İslam fədailəri ilə mədrəsəyə gələndə həyətdə dayanıb, şüar söyləyə-söyləyə çıxış etməyə başladı. Onun nitqinin başlıca məğzi bu idi ki, İslam mütləq yaşamalı və İslam hakimiyyətdə olmalıdır. Bu məqamda o, onları – şahı, ingilisi və məmləkətin məsul şəxslərini yalançılıqda ittiham edərək dedi: “Bu adamlar müsəlman deyillər”.
        Mərhum Nəvvabın dilindən birinci dəfə bu sözləri eşidəndə o qədər ürəyimə yatdı ki, onunla həmişə bir yerdə olmaq istədim. Həmin yerdə bildirildi ki, sabah cənab Nəvvab Mehdiyədən Nəvvab mədrəsəsinə gedəcəkdir. Həmin günün səhərisi mərhum Nəvvab bir qrup adamla Mehdiyədən Nəvvab mədrəsəsinə tərəf hərəkət etdi və yol üstündə camaata müraciət edərək usa səslə şüar səsləndirir və deyirdi:
        – Qeyrətli müsəlman qardaşlarım, İslam hakimiyyətdə olmalıdır. Heyət Nəvvab mədrəsəsinə yetişəndə orada da bütün qüvvəsi ilə yığcam və heyrətləndirici bir nitq söylədi. Nitqdən sonra ona camaat namazına rəhbərlik etmək təklif olundu. O da bu təklifi qəbul etdi və biz hamımız onun rəhbərliyi ilə namaz qıldıq. Mərhum Nəvvab Məşhəddən getdikdən sonra biz ondan xəbər tuta bilmədik. Bu xəbərsizlik onun şəhid olmasınadək davam etdi və biz Məşhəddə onun şəhadətə çatması xəbərini eşitdikdə qəzəbdən çox həyəcanlandıq və mədrəsənin həyətində şüarlar söyləyərək, şahı yamanlamağa başladıq. Burada ən maraqlısı odur ki, mərhum Ayətullah Hacı Şeyx Haşim Qəzvini Məşhəddə yeganə ruhani idi ki, öz səmimiliyi və alicənablığı sayəsində mərhum Nəvvabın şəhadəti ilə əlaqədar olaraq etiraz səsini ucaltdı. O, həmçinin dərs zamanı mərhum Nəvvab Səfəvinin və onun tərəfdaşlarının hakim qüvvələr tərəfindən şəhadətə yetirilməsini kəskin tənqid edərək, onların öldürülməsindən çox təəssüfləndiyini bildirib dedi: “Məmləkətimizdə iş o yerə gəlib çatıb ki, peyğəmbər övladını haqqı söylədiyinə görə öldürürlər!” Ona görə də həmin vaxtdan etibarən Nəvvab Səfəvinin vasitəsilə məndə İslam inqilabının qığılcımının əlamətləri yaranmağa başladı.
        Heç bir şübhəm yoxdur ki, bizim qəlbimizdə ilk atəşi məhz mərhum Nəvvab alovlandırdı. Buna görə də mərhum Nəvvabın təsiri ilə həmin 1334, yaxud 1335-ci ildə bizim ilk mübarizə hərəkatımız başladı. Belə ki, həmin vaxt Fərrux adlı bir ostandar (vilayətin rəhbəri – Ə.B.) Məşhədə gəlmişdi və bu şəxs heç bir dini qaydalara və əlamətlərə ehtiram etmirdi. O cümlədən məhərrəm və səfər aylarında Məşhəddə kino-teatrlar, bir qayda olaraq, istirahət etməli olduqları halda əvvəlcə məhərrəm ayının 14-dək tətil elan etdi. Sonra bir qədər səs-küy baş verdiyindən məhərrəm ayının 20-dək tətil elan etdi. Buna görə də biz bir neçə nəfər oturub xeyirxah işlərə çağırış və pis əməllərdən uzaqlaşma ilə əlaqədar bir bəyannamə yazaraq poçtla müxtəlif yerlərə göndərdik.1

        1 Həzrət Ayətullah Xameneyinin ictihada çatması haqda görkəmli alimlərin və fəqihlərin fikri, səh.42-43

      • İmam Xomeyni ilə birlikdə 1341-ci ilin siyasi mübarizələri
      • İşgəncə illəri
      • Başqa bir cəhd
      • Başqa bir sürgün
      • Yeddi saat ayaq üstündə çıxış etdi və kommunistlərin mənhus planı nəticəsiz qaldı
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /