Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
      • Günəşin doğması
      • İlk uşaqlıq günləri
      • Məktəbə və ibtidai təhsilə doğru
      • Susuzdan da susuz
      • Dini dərslərin öyrənilməsi
      • Tədris kürsüsündə
      • Ustadların hüzurunda
      • Nəcəf elm mərkəzinə yola düşmə
      • Doğma diyara qayıtma
      • Bilik üçün susayanlar
      • Böyük dini rəhbərin əsərləri
      • Siyasi mübarizələr dövrü
      • İmam Xomeyni ilə birlikdə 1341-ci ilin siyasi mübarizələri
      • İşgəncə illəri
        Çap versiyası  ;  PDF
        İşgəncə illəri
        Böyük dini rəhbər xatirələrinin davamı olaraq deyir:
        – O gün ilk olaraq minbərdə olan xətib nitqini çox uzatdı və çox gec aşağı düşdü. Mənim üçün yarım saat vaxt qalmışdı. Mövzuya başlayanda həyəcandan əssəm də, əsla qorxmurdum və insanların vəziyyəti də mənə çox təsir edirdi. İnsanlar yanğı ilə ağlayırdılar və mən minbərdən aşağı düşəndə onlar məni dövrəyə aldılar ki, şahın adamları həbs etməsinlər.
        Minbərdəki bu söhbət şəhərdə böyük səs salır və ertəsi gün şəxsi mənzildə növbəti toplantı keçirilir, buraya da xeyli adam gəlir və yenə də gündəlikdə olan məsələ müzakirəyə çıxarılır.
        Böyük dini rəhbər bu barədə deyir: “Bircənddə Təhami adlı məşhur bir ruhani həmin gün mənə dedi: Mən bu şəhərdə hamıdan daha çox məlumatlı olmağıma baxmayaraq, bunlardan xəbərim yox idi və əgər sizdən savayı başqa birisi bunları desəydi, inanmazdım. Həm də heç bir hadisə ilə əlaqədar bu qədər ağlamamışam».
        Həzrət doqquzuncu günün səhərisi Tasua günü çox gərgin bir vəziyyətdə minbərə çıxır və bundan sonra həbs edilir. Onu iki gün Bircənddə saxlayırlar, sonra isə Məşhədə aparıb SAVAK-a təhvil verirlər. Oradan da hərbi polisin boşaldılmış zindanına aparırlar və o, burada əvvəlki zindandakı imkanlardan da məhrum edilir.
        Beləcə, o, on gün bu zindanda qalmalı olur və özü də bu barədə belə deyir: “Pis deyildi, ancaq mənim üçün yeni idi. SAVAK-la, müstəntiqlərlə, mübahisələrlə, narahatedici ovqatlarla, kəskin alçaltmalarla, bir sözlə, siyasi mübarizənin narahatlıqları ilə dolu yeni bir dünya idi mənim üçün”.
        Həzrət azadlığa çıxandan sonrakı fəaliyyəti haqda buyurur:
        – Azadlığa çıxandan sonra oturduq və dostlarla belə qərara gəldik ki, bu dəfə doğru-düzgün, hesablanmış, ölçülüb-biçilmiş qərarla hər birimiz ölkəmizin bir nöqtəsinə gedək, həqiqətləri bəyan edək, əlbəttə, əks-təsir də çox idi. Dövlət strukturları da bizi məhv etməyə hazır idilər, həmin vaxt adamlar hələ on beş xordad hadisəsinin təsiri altındaydılar. Adamların kəskin şəkildə təzyiq altında saxlanılması, habelə rejimin cinayətləri bəzilərini mühafizəkarlığa vadar edirdi. Bütün bunlara baxmayaraq, bir qisim şəxslər başqa adamları daha çox müqavimət göstərməyə və böyük cihada səsləyirdilər.
        1342-ci ilin ramazan ayı bəhmən ayı ilə üst-üstə düşürdü və şah tərəfindən keçirilən saxta referendumun ildönümü idi. İmam Xomeyni təcrid olunmuşdu və mübarək ayla əlaqədar hər hansı bir planlaşdırma da apara bilməmişdi. Ona görə də ruhanilər, xüsusilə də İmama yaxın olan şagirdləri planlaşdırdıqları kimi yola düşdülər.
        Həzrət bu barədə belə deyir:
         “Qumdan yola düşəndə içərisində otuz nəfər tələbə olan bir avtobusla hərəkətə başladıq. Avtobusda müxtəlif dərəcəyə malik olan tələbələr əyləşmişdi. Həmin qayda ilə yol üstündə onlar avtobusdan düşürdülər. Mən axıra qalmışdım və Kirmanda düşməliydim”.
        O, Kirmanda 2-3 gün çıxışlar edir, alimlərlə, tələbələrlə, və mübariz insanlarla müzakirələr aparır, sonra isə maşınla Zahidana gedir. Həhayət, ramazan ayının 15-də, yəni Həzrət İmam Həsən Moctəbanın (ə) təvəllüd günü çox kəskin, məzmunlu və həyəcanlı bir nitq söyləyir. SAVAK-ın məntəqə üzrə yerli nümayəndəliyi həmin günün axşamı, yəni ramazan ayının on altısı axşam onu həbs edib, təyyarə ilə Tehrana göndərirlər. Bir gecə şahlığın qarnizonunda saxlayırlar və ertəsi gün onu Qızılqala zindanına aparırlar. Bu zindanlıq dövrü təxminən iki ay davam edir və o, azadlığa çıxandan sonra əslində Qeytəriyyədə ev dustağı olan İmamın görüşünə gedir və özü də bu barədə deyir:
        – Bütün yorğunluğum aradan qalxdı, o qədər zövq almışdım ki, ağlayırdım. İmam isə çox mehribançılıq edirdi. İmama dedim ki, onun olmamasına görə ramazan ayından lazımi səviyyədə istifadə olunmamışdır. Ona görə də indidən gələcək məhrumiyyətlər barədə düşünürdü.
        Bundan sonra 1346-cı ilin fərvərdin ayının on dördündə böyük dini rəhbəri “Gələcək İslamın təsiri altındadır” kitabını tərcümə etdiyinə görə yenidən həbs edirlər və zindana salırlar. O, dörd ay zindanda qalır və SAVAK-ın kəskin təzyiqləri ilə üzləşir. Ancaq Allah-Təalanın köməkliyi ilə SAVAK-ı aldadırlar və SAVAK ondan heç bir şey öyrənə bilmir.
        Böyük dini rəhbər həmin il, yəni 1346-cı ildə Qumda “İmam Həsənin (ə) sülhü”, “Gələcək İslamın təsiri altındadır” və “Müsəlmanlar Hindistan hərəkatında” kitablarına görə dəfələrlə həbs olunur, ancaq elə həmin gün azad edilir.

      • Başqa bir cəhd
      • Başqa bir sürgün
      • Yeddi saat ayaq üstündə çıxış etdi və kommunistlərin mənhus planı nəticəsiz qaldı
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /