Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Ali Rəhbərinin imamlığı ilə Cümə namazı qılındı
İslam İnqilabının Ali Rəhbərinin imamlığı ilə Cümə namazı qılındı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın Tehranda qılınan dini-siyasi Cümə namazındakı böyük və əzəmətli izdihamı qarşısında etdiyi çıxışı zamanı müsəlmanların birliyi və həmrəyliyinin ilahi rəhmət, izzət və düşmənlər üzərində qələbəyə səbəb olduğunu dedi: “İslamın müdafiə hökmlərinə, İslam Respublikasının konstitusiyasına və beynəlxalq qanunlara əsasən, İranın Silahlı Qüvvələrinin qaniçən sionist rejimi cəzalandırmaq üçün həyata keçirdiyi parlaq iş tamamilə qanuni idi. İslam Respublikası bu istiqamətdə vəzifə bildiyi hər bir addımı yubanmadan və tələsmədən, qüdrət, əzm və qətiyyətlə həyata keçirəcək”.
Böyük mücahid, şəhid Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah və yoldaşlarının anım mərasimi
Böyük mücahid, şəhid Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah və yoldaşlarının anım mərasimi
İslam İnqilabının Ali Rəhbərinin rəhbərliyi ilə bu gün (cümə günü) səhər saatlarında İmam Xomeyni (r.ə) adına müsəllada İslam ümmətinin əziz seyyidi, Allah yolunun mücahidi, şəhid Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah və yoldaşları, habelə şəhid Nilforuşanın əziz xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.
Şami-qəriban matəm mərasimi
Şami-qəriban matəm mərasimi
Allahın ailəsinin matəm və hüzn gecəsi olan Şami-qəriban axşamı Həzrət Əbaəbdillahı (ə) və onun ailəsini sevən xalqın bir qrup nümayəndəsi İmam Xomeyni (r.ə) adına hüseyniyəyə toplaşaraq İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə matəm keçirdi.
Aşura gecəsinin əzadarlıq məclisi
Aşura gecəsinin əzadarlıq məclisi
İslam İnqilabının Ali Rəhbəri və şəhidlər sərvərinin (ə) bir qrup əzadarının iştirakı ilə bu axşam (bazar ertəsi) İmam Xomeyni (r.ə) adına hüseyniyədə “Hüseyn (ə) Aşurasının axşamı” adlı matəm mərasimi keçirildi.
14-cü prezident seçkilərində iştirak
14-cü prezident seçkilərində iştirak
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 14-cü prezident seçkilərinin ilk dəqiqələrində səsverməyə qatılaraq İmam Xomeyni (r.ə) adına hüseyniyədə səs verdi.
İnqilabın Rəhbəri İmam Xomeyninin (r.ə) otuz beşinci ildönümü mərasimində çıxış etdi
İnqilabın Rəhbəri İmam Xomeyninin (r.ə) otuz beşinci ildönümü mərasimində çıxış etdi
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər Həzrət İmam Xomeyninin (r.ə) səmalara yüksəlişinin otuz beşinci ildönümünə toplaşmış böyük insan izdihamı qarşısında çıxışı zamanı mərhum İmamın baxışları və yanaşmalarında Fələstin məsələsinin mühüm əhəmiyyət daşıdğını vurğuladı: “Böyük İmamın 50 il bundan öncə Fələstinlə bağlı verdiyi proqnoz tədricən gerçəkləşməkdədir; möcüzə yaradan “Əl-Əqsa fırtınası” əməliyyatı düşmənlərin regiona və İslam dünyasına ağalıq etmək üçün çəkdikləri geniş planı alt-üst edərək sionist rejimi məhv etməkdədir.
İmam Xomeyni (r.ə) adına hüseyniyədə xidmət şəhidlərinə məclis keçirildi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə xidmət şəhidlərinə məclis keçirildi
İslam İnqilabının Rəhbərinin iştirakı ilə bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə mərhum prezident cənab Höccətül-İslam vəl-müslimin Rəisi, mərhum xarici işlər naziri cənab doktor Əmir Abdullahiyan, Təbrizin mərhum imam cüməsi Höccətül-İslam vəl-müslimin Ali Haşim, Şərqi-Azərbaycan əyalətinin mərhum valisi cənab doktor Malik Rəhməti, prezidentin mühafizə dəstəsinin və uçuş heyətinin mərhum komandiri general Seyid Mehdi Musəvi, ikinci briqada generalı pilot Seyid Tahir Mustəfəvi, ikinci briqada generalı pilot Mohsin Dəryanuş və texniki polkovnik-leytenant Behruz Qədiminin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.

Seçilmiş ünvanlar