
Xəbərlər


Şəhidlər sərvərinin qəriblər axşamı mərasimi
Bu gecə (bazar günü gecə) İmam Xomeyni adına (r.ə) hüseyniyədə Alullahı (ə) sevənlərdən bir qrupunun iştirakı ilə Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinin qəriblər axşamı mərasimi keşirildi.

1447-ci hicri qəməri ilinin Aşura gecəsi mərasimi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei və xalqın ayrı-ayrı təbəqlərindən olan bir qrup insanın iştirakı ilə İmam Hüseynin (ə) Aşura gecəsinə həsr edilmiş matəm mərasimi keçirildi.

İmam Hüseynin (ə) Tasua gecəsi əzadarlıq mərasimi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil edilən Həzrət İmam Hüseyn (ə) və onun şəhid səhabələrinin matəm mərasiminin üçüncü gecəsinə təsadüf Tasua gecəsi tədbirində çıxış edən Höccətül-İslam Təbatəbainəjad mübarək “Nisa” surəsinin 66-cı ayəsinə istinad edərək Allahın əmr və göstərişlərindən boyun qaçırılmasının nəticələri, Allahın göstərişlərinə itaət göstərilməsinin bərəkət və nəticələrindən danışdı: “Allaha itaət edən adamlar sabitlik və qətiyyət tapırlar.

1447-ci hicri qəməri ilinin Məhərrəm ayının ikinci əzadarlıq gecəsi
Bu axşam (cümə axşamı gecə) İmam Xomeyni adına (r.ə) hüseyniyədə Məhərrəm ayının səkkizinci gecəsinə təsadüf edən Həzrət Seyyidüşşühədanın (ə) matəm mərasiminin ikinci gecəsi keçirildi.

1447-ci hicri qəməri ilinin Məhərrəm ayının birinci əzadarlıq gecəsi
Məhərrəm ayının yeddinci gecəsinə təsadüf edən bu axşam (çərşənbə günü gecə) İmam Xomeyni adına (r.ə) hüseyniyədə Həzrət Əbaəbdillah Hüseyn (ə) və onun şəhid səhabələrinin matəm mərasiminin birinci gecəsi keçirildi.

İmam Xomeyninin (r.ə) vəfatının 36-cı ildönümü mərasimi
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər İmam Xomeyninin (r.ə) pak hərəminə toplaşmış böyük və izdihamlı xalq kütləsi qarşısında çıxış edərək İslam İnqilabının bu gün dünyada gedən proseslərə hiss olunan şəkildə təsir göstərdiyini vurğulayaraq dedi: “Əzəmətli İmam (r.ə) imanından qaynaqlanan dərin düşüncəsi və rasionallığı sayəsində İnqilabın və ölkənin izzətli və müqtədir hərəkətinin davamlılığının əsas prinsiplərini “milli müstəqillik” anlayışının əsas məzmununa sığışdırdı.

Şəhid Rəisi və xidmət şəhidlərinin anım mərasimi
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər şəhid Rəisi və digər xidmət şəhidlərinin, habelə son onilliklərdə şəhid olmuş məsul şəxslərin ailələri ilə görüşdə şəhidlərin anılmasının və hörmətlə yad edilməsinin əsas məqsədinin düşünmək və dərs almaq olduğunu dedi.

İmam Cəfər Sadiqin (ə) şəhadətinin ildönümü münasibətilə matəm mərasimi
İmam Cəfər Sadiqin (ə) şəhadətinin ildönümünə həsr edilmiş əzadarlıq məclisi bu gün 4 ordibehişt 1404-cü il tarixində, cümə axşamı günü günortadan əvvəl İslam İnqilabının Rəhbərinin iştirakı ilə keçirildi.

İnqilabın Ali Rəhbərinin imamlığı ilə Mübarək Fitr Bayramı namazı qılındı
Mübarək Fitr Bayramının namazı bu gün səhər vətənimizin hər yerində mömin və izzətli xalqımızın izdihamlı iştirakı və yadda qalan bir əzəmətlə qılındı.

Ağac əkimi günü və Təbii Sərvətlər Həftəsi münasibətilə ağac əkimi
İslam İnqilabının Rəhbəri bugün səhər saatlarında Ağac əkimi günü münasibətilə üç fidan əkdi.

Mübarək Ramazan ayının birinci günü “Quranla ünsiyyət” tədbiri
İslam İnqilabının Ali Rəhbəri Ramazan ayının ilk günü, yəni bu gün günortadan sonra təşkil edilmiş “Quranla ünsiyyət” tədbirində beynəlxalq səviyyədə tanınan Quran qariləri və ustadları qarşısında çıxış edərkən fərdi, ictimai və milli səviyyədə Quranın şəfaverici təlimlərinə ehtiyac olduğunu vurğulayaraq dedi: “Fəaliyyətləri Quranla bağlı olan insanlar elə davranmalıdırlar ki, Allahın kitabının mənəvi bulaqları qəlblərə və düşüncələrə, nəticədə isə bütün insanların əməl və davranışlarına axsın”.

Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi
İslam İnqilabının Ali Rəhbəri və Əhli-beyt (ə) səvərlərdən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi
Həzrət Siddiqeyi-Kübranın (ə) məzlumcasına şəhadətə yetdiyi axşamın ildönümü münasibətilə Əhli-beyt (ə) səvərlərdən bir qrupu İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Rəhbəri ilə birlikdə matəm məclisi keçirdi.

Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş matəm mərasimi
Həzrət Zəhrayi-Mərziyyənin (ə) şəhadət gecəsi İslam İnqilabının Ali Rəhbəri və Əhli-beyt (ə) səvərlərdən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə xanımlar xanımının şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi.

Həzrət Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin ikinci gecəsi
İslam İnqilabının Rəhbəri və Əhli-beyti (ə) sevən insanlardan bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Zəhranın (s.ə) şəhadət ildönümünə həsr edilmiş matəm mərasiminin ikiinci gecəsi keçirildi.

Həzrət Fatimeyi-Zəhranın (s.ə) matəm mərasiminin birinci gecəsi
İslam İnqilabının Ali Rəhbəri və ismət və paklıq ailəsinin (ə) matəmini saxlayan insanlardan bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə həzrət Fatimeyi-Zəhraya (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.

İslam İnqilabının Ali Rəhbərinin imamlığı ilə Cümə namazı qılındı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın Tehranda qılınan dini-siyasi Cümə namazındakı böyük və əzəmətli izdihamı qarşısında etdiyi çıxışı zamanı müsəlmanların birliyi və həmrəyliyinin ilahi rəhmət, izzət və düşmənlər üzərində qələbəyə səbəb olduğunu dedi: “İslamın müdafiə hökmlərinə, İslam Respublikasının konstitusiyasına və beynəlxalq qanunlara əsasən, İranın Silahlı Qüvvələrinin qaniçən sionist rejimi cəzalandırmaq üçün həyata keçirdiyi parlaq iş tamamilə qanuni idi. İslam Respublikası bu istiqamətdə vəzifə bildiyi hər bir addımı yubanmadan və tələsmədən, qüdrət, əzm və qətiyyətlə həyata keçirəcək”.

Böyük mücahid, şəhid Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah və yoldaşlarının anım mərasimi
İslam İnqilabının Ali Rəhbərinin rəhbərliyi ilə bu gün (cümə günü) səhər saatlarında İmam Xomeyni (r.ə) adına müsəllada İslam ümmətinin əziz seyyidi, Allah yolunun mücahidi, şəhid Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullah və yoldaşları, habelə şəhid Nilforuşanın əziz xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.
