Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Sionist rejimin İrana hücumundan sonra İnqilabın Rəhbərinin xalqa ünvanladığı üçüncü telemüraciət
Sionist rejimin İrana hücumundan sonra İnqilabın Rəhbərinin xalqa ünvanladığı üçüncü telemüraciət
İslam İnqilabının Ali Rəhbəri xalqa ünvanladığı üçüncü telemüraciətində xalqımızin sionist rejim üzərindəki qələbəsinin, Silahlı Qüvvələrin bu rejimə vurduğu öldürücü zərbələrin, habelə ABŞ rejimi üzərindəki qələbənin və onların İranın nüvə obyektlərinə etdikləri nəticəsiz hücumlarına cavab olaraq İslam Respublikası tərəfindən sərt sillə almalarının təbrikə layiq məsələlər olduğunu dedi.
Sionist rejimin İrana hücumundan sonra Ali Rəhbərin xalqa ünvanladığı 2-ci telemüraciət
Sionist rejimin İrana hücumundan sonra Ali Rəhbərin xalqa ünvanladığı 2-ci telemüraciət
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta saatlarında televiziya vasitəsilə etdiyi müraciətdə sionist düşmənin sonuncu əbləh və alçaqcasına hücumu zamanı İran xalqının vaxtında nümayiş etdirdiyi təmkinli və cəsarətli davranışı yüksək qiymətləndirərək bunu xalqın yetişkənliyinin, rasionallığın və mənəviyyatın möhkəmlənməsinin göstəricisi olduğunu dedi.
İran xalqına telemüraciət
İran xalqına telemüraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu axşam İran xalqına ünvanladığı telemüraciətdə vurğuladı: “Alçaq və xəbis sionist rejim böyük bir səhvə yol verdi və bunun nəticələri onu çarəsiz vəziyyətə salacaq. Böyük İran xalqı əmin olsun ki, Silahlı Qüvvələr xalqın dəstəyi ilə qüdrət nümayiş etdirərək bu rejimə ağır zərbələr endirəcək. Bu rejim bu murdarlıqdan salamat çıxmayacaq.
Allah evinin ziyarətçilərinə müraciət
Allah evinin ziyarətçilərinə müraciət
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei builki Həcc mövsümü münasibətilə ünvanladığı müraciətində şüurlu şəkildə həyata keçirilən Həcc mərasimi və onun dərslərinin İslam dünyasının bugünkü dərdlərinin əlacı olduğunu dedi.
Bəndər-Abbasın Şəhid Rəcai limanında baş vermiş hadisə ilə bağlı müraciət
Bəndər-Abbasın Şəhid Rəcai limanında baş vermiş hadisə ilə bağlı müraciət
Bəndər-Abbasın Şəhid Rəcai limanında baş vermiş faciəvi yanğın hadisəsi ilə bağlı ünvanladığı müraciətdə faciə yaşamış ailələrə başsağlığı verən Həzrət Ayətullah Xamenei təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının məsul şəxslərinə hadisədə hər hansı səhlənkarlıq və ya qəsdin olub-olmamasının tam şəkildə araşdırılıb müəyyən edilməsini və qanunlara uyğun tədbirlər görülməsini tapşırdı.
Beynəlxalq Qüds Günü ərəfəsində telemüraciət
Beynəlxalq Qüds Günü ərəfəsində telemüraciət
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə televiziya vasitəsilə etdiyi müraciətdə əvvəlki illərlə müqayisədə builki Qüds Günü yürüşünün daha böyük əhəmiyyət daşıdığını dedi: “İnşallah, builki yürüş ən yaxşı, ən əzəmətli və ən izzətli Qüds Günü yürüşlərindən biri olacaq”.
Böyük mücahid şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin dəfn mərasiminin keçirilməsi münasibətilə müraciət
Böyük mücahid şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin dəfn mərasiminin keçirilməsi münasibətilə müraciət
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei böyük mücahid şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin dəfn mərasimi münasibətilə ünvanladığı müraciətdə müqavimətin bu iki böyük şəhidini hörmətlə yad edərək vurğulamışdır: “Düşmən bilməlidir ki, qəsb, zülm və imperializmə qarşı müqavimət heç vaxt bitməyəcək, məqsədə çatana qədər davam edəcək.
XXXI Ümumrespublika Namaz Konfransına müraciət
XXXI Ümumrespublika Namaz Konfransına müraciət
Həzrət Ayətullah Xamenei XXXI Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə səmimi fəaliyyətlərinə görə Höccətül-İslam vəl-muslimin Möhsün Qəratiyə təşəkkürünü bildirərək namazın qəlbə, ruha, fərdi və sosial fəaliyyətlərə təsir etməsi üçün namaz qılanlara ilk vaxtda namaz qılmağı, diqqət və qəlbin hüzurunun qorunmasını tövsiyə etdi. O, bu sözlərini hər kəsdən daha çox gənclərə ünvanladığını vurğuladı.
Cəsur və fədakar mücahid Seyid Haşim Səfiyəddinin şəhadəti münasibətilə müraciət
Cəsur və fədakar mücahid Seyid Haşim Səfiyəddinin şəhadəti münasibətilə müraciət
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei müqavimət cəbhəsinin gənclərinə ünvanladığı müraciətdə Livan Hizbullahının İcra Şurasının rəhbəri Seyid Haşim Səfiyəddini (Allah ondan razı olsun) hörmətlə yad edərək dedi: “Bu gün də Hizbullah Livanın ən güclü müdafiəçisi və uzun zamandır Livanı parçalamaq məqsədi güdən sionist rejimin tamahkarlığının qarşısını kəsən ən möhkəm sipərdir”.
Qəhrəman mücahid, komandan Yəhya Sinvarın şəhadəti ilə bağlı müraciət
Qəhrəman mücahid, komandan Yəhya Sinvarın şəhadəti ilə bağlı müraciət
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei müsəlman xalqlara və bölgənin qeyrətli gənclərinə ünvanladığı müraciətdə qəhrəman mücahid, komandan Yəhya Sinvarı hörmətlə yad edərək vurğuladı: “Müqavimət cəbhəsi, daha öncə öz görkəmli şəxsiyyətlərinin şəhadətinə baxmayaraq, irəliləməkdə davam etdiyi kimi, Allahın izni ilə Sinvarın şəhadətindən sonra da qətiyyən dayanmayacaq. Həməs diridir və diri qalacaq.
İnqilabın Rəhbərinin övladları Ali Rəhbərin müraciətini çatdırmaq üçün Hizbullahın Tehrandakı ofisinə getdilər
İnqilabın Rəhbərinin övladları Ali Rəhbərin müraciətini çatdırmaq üçün Hizbullahın Tehrandakı ofisinə getdilər
İslam İnqilabının Ali Rəhbərinin övladları oktyabr ayının 1-i çərşənbə axşamı Livan Hizbullahının Tehrandakı ofisinə gedərək bu hərəkatın lideri cənab Abdullah Səfiyəddinlə görüşdülər. Onlar Həzrət Ayətullah Xameneininin Hizbullahın baş katibi, böyük mücahid və müqavimətin bayraqdarı cənab Höccətül-İslam vəl-mülimin seyid Həsən Nəsrullah və şəhid yoldaşlarının böyük şəhadəti münasibətilə ünvanladığı təbrik və başsağlığı müraciətini çatdıraraq şəhidlərin pak ruhlarına “Fatihə” və Quran hədiyyə etdilər.
Böyük mücahid və müqavimətin bayraqdarı Höccətül-İslam Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə müraciət
Böyük mücahid və müqavimətin bayraqdarı Höccətül-İslam Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə müraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei böyük mücahid və müqavimətin bayraqdarı Höccətül-İslam Seyid Həsən Nəsrullahın şəhadəti münasibəti ilə bağlı etdiyi müraciətində Hizbullahın misilsiz rəhbərinin şəhadəti münasibətilə bütün müqavimət cəbhəsinə və İslam ümmətinə təbrik və başsağlığı verərək ölkədə beş günlük matəm elan etdi: “Onun Livanda qoyduğu təməl və digər müqavimət mərkəzlərinə verdiyi istiqamət, əziz müqavimət liderinin itkisi ilə nəinki yoxa çıxmayacaq, əksinə, onun və bu hadisənin digər şəhidlərinin qanı sayəsində daha da güclənəcək. Müqavimət cəbhəsi sionist rejiminin tənəzzülə uğramaqda olan gücsüz bədəninə daha sarsıdıcı zərbələr endirəcək”.
Livandakı son hadisələrlə bağlı mesaj
Livandakı son hadisələrlə bağlı mesaj
Livanda müdafiəsiz insanların qətlə yetirilməsi quduz sionist itinin yırtıcı xislətini hər kəsə bir daha göstərməklə yanaşı, qəsbkar rejimin rəhbərlərinin dar düşüncəliliyini və axmaq siyasətini sübut etdi. Sionist rejimi idarə edən terrorçu dəstə Qəzzada apardığı bir illik cinayətkar müharibədən dərs almadı.

Seçilmiş ünvanlar