Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər görkəmli şair Əli Baqirzadəyə həsr olunmuş konfransa müraciət etdi
Ali Məqamlı Rəhbər görkəmli şair Əli Baqirzadəyə həsr olunmuş konfransa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Bəqa təxəllüsü ilə yazan poeziya ustadı Əli Baqirzadəyə həsr olunmuş konfransa ünvanladığı müraciətdə qeyd edir ki, bu görkəmli şair və ədibə yüksək ehtiram ifadə etmək şeir və ədəbiyyatın haqqını vermək, poetik dilini, rəvan təbini yalnız düzlük və yaxşılıq yolunda işlətmiş uca bir insanı layiqincə dəyərləndirmək deməkdir.
Ali Məqamlı Rəhbər ustad Müşfiq Kaşaniyə həsr olunmuş konfransa müraciət etdi
Ali Məqamlı Rəhbər ustad Müşfiq Kaşaniyə həsr olunmuş konfransa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ustad Abbas Keyməneşə (Müşfiq Kaşani) həsr olunmuş konfransa ünvanladığı müraciətdə ölkənin bu görkəmli şairinin yaradıcılığındakı bəzi qabarıq xüsusiyyətlərə toxunaraq qeyd edir ki, böyük şairlərə layiqli dəyər verilməsi, onlara yüksək ehtiramın göstərilməsi fars şeiri və ədəbiyyatının inkişafına, gənc istedadların həvəsləndirilməsinə səbəb olur. Müraciətdə deyilir: “Cənab Müşfiqin yaradıcılığının mühüm xüsusiyyətlərindən biri dini və inqilabi hədəflərə xidmət etməkdir”.
Ali Məqamlı Rəhbər yeni ilin təhvil olması münasibəti ilə xalqa müraciət etdi
Ali Məqamlı Rəhbər yeni ilin təhvil olması münasibəti ilə xalqa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1392-ci ilin başlaması münasibəti ilə xalqa ünvanladığı müraciətdə ötən il İran xalqının bütün sferalarda, özəlliklə də imperialist dünyası ilə siyasi və iqtisadi mübarizədə nail olduğu irəliləyişə toxunaraq qeyd edir ki, qarşıdan gələn 1392-ci il inkişaf, dinamizm və təcrübə ilə, iqtisadiyyat və siyasət arenalarında İran xalqının cihad əzmli hərəkatı ilə müşayiət olunan ümidverici perspektivlərlə dolu bir il olacaq. O vurğulayır: “Məhz bu baxımdan da 1392-ci ili “İqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq ili” adlandırıram”.
Ali Məqamlı Rəhbər “Ürvə” kitabının müəllifi Əllamə Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı
Ali Məqamlı Rəhbər “Ürvə” kitabının müəllifi Əllamə Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Ürvə” kitabının müəllifi Əllamə Ayətullah Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunan konfransa ünvanladığı müraciətdə mərhum Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdi məfkurəsini tədqiq etməyin, onun şəxsiyyətinin müxtəlif aspektlərini insanlara tanıtmağın vacib olduğunu vurğulayır.
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Seyid Müctəba Musəvi Larinin vəfatı ilə əlaqədar başsağlığı verdi
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Seyid Müctəba Musəvi Larinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra görkəmli din alimi, mücahid qələm sahibi, vəli-fəqihin Laristan ostanı üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Hacı Seyid Müctəba Musəvi Larinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Əllamə Seyid Nemətullah Cəzayirinin xatirəsinə həsr olunmuş konfransa müraciət etdi
Ali Məqamlı Rəhbər Əllamə Seyid Nemətullah Cəzayirinin xatirəsinə həsr olunmuş konfransa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əllamə Seyid Nemətullah Cəzayirinin xatirəsinə həsr olunmuş konfransa ünvanladığı müraciətdə bu böyük alimin elmi və ədəbi məqamını yüksək dəyərləndirir, onun şiə hədisləri sahəsində dəqiq fiqhi yanaşma əsasında dərin biliklərə malik olduğunu qeyd edərək vurğulayır: “Mərhum Seyid Nemətullah Cəzayirini yüksək dəyərləndirmək, əslində, dini elm və bilgiləri yüksək dəyərləndirmək deməkdir”.
Ali Məqamlı Rəhbər iranlı güləşçiləri dünya kubokunda qazandıqları qələbə münasibəti ilə təbrik etdi
Ali Məqamlı Rəhbər iranlı güləşçiləri dünya kubokunda qazandıqları qələbə münasibəti ilə təbrik etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehranda keçirilən dünya kubokunda İranı təmsil etmiş qəhrəman güləşçilərə, onların məşqçilərinə, komandaların rəsmilərinə bu axşam (cümə günü) ünvanladığı müraciətdə ölkənin sərbəst güləş üzrə milli yığmasını kubokda qazandığı birincilik, Yunan-Roma güləşi üzrə milli yığmanı isə vitse-çempion adı qazanması münasibəti ilə təbrik edir.
Ali Məqamlı Rəhbər Ayətullah Xoşvəxtin vəfatı ilə əlaqədar başsağlığı verdi
Ali Məqamlı Rəhbər Ayətullah Xoşvəxtin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Şeyx Əzizullah Xoşvəxtin vəfatı ilə əlaqədar ünvanladığı başsağlığı müraciətində qeyd edir ki, bu rəbbani alimin, Allaha doğru mənəvi yüksəliş yolunun yolçusunun vəfatı o dahi insanın mənəvi məqamına bələd olan şəxslər üçün kədər dolu bir müsibət, bu Tanrı arifinin şagirdləri, onun feyz dolu şəxsiyyətinə mənən bağlı olanlar üçün böyük bir itkidir.

Seçilmiş ünvanlar