Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Ayətullah Hacı Seyidhəsən Tahiri Xorrəmabadinin vəfatı ilə əlaqədar başsağlığı verdi
Ali Məqamlı Rəhbər Ayətullah Hacı Seyidhəsən Tahiri Xorrəmabadinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid alim Ayətullah Hacı Seyidhəsən Tahiri Xorrəmabadinin vəfatı ilə əlaqədar etdiyi rəsmi başsağlığı müraciətində bu böyük alimin İmam Xomeyni (r.ə) hərəkatındakı rolunu, eləcə də İslam İnqilabının qələbəsindən sonrakı sədaqətli və effektiv fəaliyyətini yüksək qiymətləndirərək vurğulayır: “Sayıqlıq və mətinliklə yanaşı olan təqva və ixlas bu mücahid və mübariz ruhaninin qabarıq xüsusiyyətlərindən idi”.
Ali Məqamlı Rəhbər ölkədə keçirilən 22-ci Ümummilli Namaz Konfransına müraciət etdi
Ali Məqamlı Rəhbər ölkədə keçirilən 22-ci Ümummilli Namaz Konfransına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə keçirilən 22-ci Ümummilli Namaz Konfransına ünvanladığı müraciətdə qeyd edir ki, namaza mənəvi keyfiyyət bəxş etmək, onu əhali arasında yayaraq kütləviləşdirmək möminlərin başda duran vəzifəsidir. Ali Məqamlı Rəhbər həmçinin vurğulayır: “Bu böyük vəzifəni ziyalılar və qələm sahibləri danışmaq və yazmaqla, media təmsilçiləri, tribunalardan geniş auditoriyaya səslənmək imkanına malik olan şəxslər cəlbedici və peşəkar layihələri ilə, nəhayət hökumət strukturlarının rəsmiləri də rəhbərlik etdikləri strukturun fəaliyyət sferasına uyğun şəkildə yerinə yetirə bilərlər.
Ali Məqamlı Rəhbər görkəmli şair Əli Baqirzadəyə həsr olunmuş konfransa müraciət etdi
Ali Məqamlı Rəhbər görkəmli şair Əli Baqirzadəyə həsr olunmuş konfransa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Bəqa təxəllüsü ilə yazan poeziya ustadı Əli Baqirzadəyə həsr olunmuş konfransa ünvanladığı müraciətdə qeyd edir ki, bu görkəmli şair və ədibə yüksək ehtiram ifadə etmək şeir və ədəbiyyatın haqqını vermək, poetik dilini, rəvan təbini yalnız düzlük və yaxşılıq yolunda işlətmiş uca bir insanı layiqincə dəyərləndirmək deməkdir.
Ali Məqamlı Rəhbər ustad Müşfiq Kaşaniyə həsr olunmuş konfransa müraciət etdi
Ali Məqamlı Rəhbər ustad Müşfiq Kaşaniyə həsr olunmuş konfransa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ustad Abbas Keyməneşə (Müşfiq Kaşani) həsr olunmuş konfransa ünvanladığı müraciətdə ölkənin bu görkəmli şairinin yaradıcılığındakı bəzi qabarıq xüsusiyyətlərə toxunaraq qeyd edir ki, böyük şairlərə layiqli dəyər verilməsi, onlara yüksək ehtiramın göstərilməsi fars şeiri və ədəbiyyatının inkişafına, gənc istedadların həvəsləndirilməsinə səbəb olur. Müraciətdə deyilir: “Cənab Müşfiqin yaradıcılığının mühüm xüsusiyyətlərindən biri dini və inqilabi hədəflərə xidmət etməkdir”.
Ali Məqamlı Rəhbər yeni ilin təhvil olması münasibəti ilə xalqa müraciət etdi
Ali Məqamlı Rəhbər yeni ilin təhvil olması münasibəti ilə xalqa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1392-ci ilin başlaması münasibəti ilə xalqa ünvanladığı müraciətdə ötən il İran xalqının bütün sferalarda, özəlliklə də imperialist dünyası ilə siyasi və iqtisadi mübarizədə nail olduğu irəliləyişə toxunaraq qeyd edir ki, qarşıdan gələn 1392-ci il inkişaf, dinamizm və təcrübə ilə, iqtisadiyyat və siyasət arenalarında İran xalqının cihad əzmli hərəkatı ilə müşayiət olunan ümidverici perspektivlərlə dolu bir il olacaq. O vurğulayır: “Məhz bu baxımdan da 1392-ci ili “İqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq ili” adlandırıram”.
Ali Məqamlı Rəhbər “Ürvə” kitabının müəllifi Əllamə Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı
Ali Məqamlı Rəhbər “Ürvə” kitabının müəllifi Əllamə Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Ürvə” kitabının müəllifi Əllamə Ayətullah Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdinin xatirəsinə həsr olunan konfransa ünvanladığı müraciətdə mərhum Seyid Məhəmmədkazım Təbatəbayi Yəzdi məfkurəsini tədqiq etməyin, onun şəxsiyyətinin müxtəlif aspektlərini insanlara tanıtmağın vacib olduğunu vurğulayır.

Seçilmiş ünvanlar