Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
    • Üç yol: Ehtiyat, ictihad, təqlid
      Çap versiyası  ;  PDF
       
      Üç yol: Ehtiyat, ictihad, təqlid
       
      Sual 1: Təqlid məsələsi sırf əqli məsələdir, yoxsa onun şəri dəlilləri də vardır?
      Cavab: Təqlidin şəri dəlilləri vardır. Həmçinin əql də hökm edir ki, şəriətin hökmlərini bilməyən şəxs camiuş-şərait müctəhidə[1] müraciət etməlidir.

       

      Sual 2: Sizin nəzərinizə görə ehtiyata əməl etmək[2] daha yaxşıdır, yoxsa təqlid etmək[3]?
      Cavab: Ehtiyata əməl etmək ehtiyatın yerlərini və qaydasını bilməyə bağlı olduğuna görə, habelə, bu iş çox vaxt tələb etdiyinə görə yaxşısı budur ki, şəriət hökmlərində mükəlləf[4] camiuş-şərait müctəhidə təqlid etsin.

       

      Sual 3: Şəriət hökmlərində ehtiyata əməl edərkən hansı hüdudlaradək fəqihlərin[5] fətvaları nəzərə alınır? Yəni keçmiş fəqihlərin fətvalarına da əməl etmək lazımdırmı?
      Cavab: Şəriət hökmlərində ehtiyata əməl etmək dedikdə, bütün fiqhi ehtimallara riayət etmək nəzərdə tutulur. Belə ki, mükəlləf öz şəri vəzifəsinə əməl etdiyinə əmin olmalıdır.

       

      Sual 4: Qızım tezliklə şəri vəzifə yaşına çatacaqdır və o, özünə mərcəyi-təqlid[6] seçməlidir. Amma təqlid məsələsini dərk etmək onun üçün çətindir. Onun qarşısında bizim üzərimizə düşən vəzifə nədir?
      Cavab: Əgər o, bu barədə olan öz şəri vəzifəsini təklikdə müəyyən edə bilmirsə, sizin vəzifəniz onu yönəltməkdir.

       

      Sual 5: “Əhkamın mövzularını müəyyən etmək mükəlləfin öz öhdəsindədir və müctəhidin vəzifəsi hökmü müəyyən etməkdir” fikri fəqihlər arasında məşhurdur. Amma bununla belə, müctəhidlər bir çox hallarda əhkamın mövzularının müəyyən edilməsində də fikir bildirirlər. Əhkamın mövzusu barəsində müctəhidin nəzərinə tabe olmaq vacibdirmi?
      Cavab: Əhkamın mövzusunu müəyyən etmək mükəlləfin öz nəzərinə həvalə olunur və mövzunun müəyyən edilməsi barəsində müctəhidin nəzərinə tabe olmaq vacib deyildir. Əlbəttə, əgər müctəhidin nəzərinə qarşı mükəlləfdə əminlik yaranarsa, yaxud mövzu fiqh mənbələrindən əldə edilən mövzu olarsa, bu hallar istisnadır.

       

      Sual 6: Əgər bir şəxs ona lazım olan şəriət hökmlərini öyrənməkdə səhlənkarlıq etsə, günahkardırmı?
      Cavab: Əgər şəriət hökmlərini öyrənməmək vacib bir əməli tərk etmək və ya haram bir işi yerinə yetirməklə nəticələnərsə, günahkardır.

       

      Sual 7: Bəzən şəriət hökmləri barəsində məlumatı az olan şəxslərdən hansı müctəhidə tədlid etdiyi soruşulur və onlar “bilmirəm” deyə cavab verirlər. Yaxud da “filan müctəhidə təqlid edirəm” deyirlər, halbuki həmin müctəhidin risaləsini (“Şəriət hökmlərinin izahı” kitabını) oxumur və nəticə etibarilə, həmin müctəhidin fətvalarına əməl etmirlər. Belə şəxslərin əməllərinin hökmü nədir?
      Cavab: Əgər onların yerinə yetirdikləri əməllər “ehtiyat”a müvafiqdirsə, yaxud keçmişdə təqlid etməli olduqları və ya hal-hazırda təqlid etməli olduqları müctəhidin nəzərinə müvafiqdirsə, bu hallarda onların yerinə yetirdikləri əməllər düzgün hesab olunur.

       

      Sual 8: Bilirik ki, hansı məsələdə bir ə`ləm müctəhidin[7] nəzəri “ehtiyat-vacib”[8] olsa, həmin məsələdə ondan sonrakı ə`ləm müctəhidə müraciət edə bilərik. Əgər həmin məsələdə sonrakı ə`ləm müctəhidin də nəzəri “ehtiyat-vacib” olsa, ondan sonrakı ə`ləm müctəhidə müraciət etmək olarmı? Əgər üçüncü müctəhidin də nəzəri əvvəlkilərlə eyni olsa, ondan sonrakı ə`ləm müctəhidə müraciət etmək olarmı? Bu şəkildə davam etməyə icazə verilirmi? Xahiş edirəm, bu məsələni izah edəsiniz.
      Cavab: Əgər bir məsələdə ə`ləm müctəhidin nəzəri “ehtiyat” olarsa, həmin məsələdə nəzəri “ehtiyat” olmayan, əksinə, birbaşa “fətva” verən müctəhidə “əl-ə`ləm fəl-ə`ləm”[9] ardıcıllığına riayət edərək müraciət etməyin maneəsi yoxdur
       

      [1] Camiuş-şərait müctəhid, yəni mərcəyi-təqlidin şərtlərinə malik olan müctəhid.
      Müctəhid - İslam şəriətinin hökmlərini “təfsili dəlillər”dən (Quran, sünnə, əql və icma) əldə edə bilən şəriət aliminə deyilir.
      [2] Burada “ehtiyat” dedikdə, şəriət hökmlərinə əməl etmək üçün üç yoldan biri nəzərdə tutulur. Belə ki, mükəlləf öz şəri vəzifəsinə əməl etdiyinə yəqin edir. (Bu üç yol, yuxarıda qeyd olunduğu kimi, ehtiyat, ictihad və təqliddir.)
      [3] Şəriət hökmlərində təqlid etmək, müctəhidin fətvasına tabe olmaq və ona əməl etmək deməkdir.
      [4] Şəri vəzifəsi olan şəxs.
      [5] Şəriət alimləri.
      [6] Şəriət hökmlərində mükəlləfin müraciət və təqlid etdiyi müctəhid.
      [7] Yəni daha bilikli müctəhid. Belə ki, başqa müctəhidlərlə müqayisədə o, ilahi hökmləri tanımaqda və onları dini mənbələrdən əldə etməkdə daha bacarıqlıdır. Həmçinin öz dövrünün vəziyyətindən daha çox məlumatlıdır.
      [8] Burada “ehtiyat-vacib”, “ehtiyat-müstəhəb”in müqabilindədir. Ehtiyat-vacib, fətva ilə yanaşı olmayan ehtiyatdır. Ehtiyat-müstəhəb isə, fətva ilə yanaşı olan, başqa sözlə, fətvadan sonra qeyd olunan ehtiyatdır.
      [9] Elmi səviyyə nəzərə alınaraq bir ə`ləm müctəhiddən sonrakı pillədə dayanan ə`ləm müctəhid və bu qayda ilə irəliləyərək.
    • Təqlidin şərtləri
    • İctihadın və ə`ləmliyin sübuta yetməsi yolları Müctəhidin fətvasını əldə etməyin yolları
    • Üdul etmək – yəni təqlidi bir müctəhiddən başqa bir müctəhidə dəyişmək
    • Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq
    • Müxtəlif məsələlər
    • Mərcəiyyət və rəhbərlik
    • Vəliyyi-fəqih və hakimin hökmü
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /