Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
    • Üç yol: Ehtiyat, ictihad, təqlid
    • Təqlidin şərtləri
    • İctihadın və ə`ləmliyin sübuta yetməsi yolları Müctəhidin fətvasını əldə etməyin yolları
      Çap versiyası  ;  PDF
       
      İctihadın və ə`ləmliyin sübuta yetməsi yolları Müctəhidin fətvasını əldə etməyin yolları

       

      Sual 24: Əgər bir müctəhidin mərcəyi-təqlid olmağa səlahiyyətinin çatması iki ədalətli şəxsin şəhadəti vasitəsilə dəqiqləşərsə, bu barədə başqa şəxslərdən də soruşub-araşdırmağa lüzum varmı?
      Cavab: Bir müctəhidin mərcəyi-təqlid olmağa səlahiyyətinin çatması və onun camiuş-şərait müctəhid olması barədə iki ədalətli mütəxəssisin şəhadət verməsi, həmin müctəhidə təqlid edə bilmək üçün kifayət edir və başqa şəxslərdən soruşub-araşdırmağa ehtiyac yoxdur.

       

      Sual 25: Mərcəyi-təqlidi seçməyin və fətvanı əldə etməyin yolları hansılardır?
      Cavab: Bir müctəhidin ictihad dərəcəsinə[1] çatdığı və ə`ləm olduğu bu yollarla dəqiqləşir:
      1. İmtahan etmək;
      2. Yəqinliyin hasil olması: hətta bu yəqinlik bilgiyə və ya əminliyə faydalı olan “məşhurluq”[2] vasitəsilə hasil ola bilər;
      3. İki ədalətli mütəxəssisin şəhadət vermələri.
      Müctəhidin fətvasını əldə etməyin yolları isə aşağıdakılardan ibarətdir:
      1. Müctəhidin özündən eşitmək;
      2. Bir ədalətli şəxsin və ya bir etibarlı şəxsin müctəhidin özündən və ya onun etibarlı risaləsindən xəbər verməsi;

      3. Etibarlı risaləyə müraciət etmək.

       

      Sual 26: Mərcəyi-təqlidi seçməkdə vəkil olmaq, məsələn, atanın oğula və ya müəllimin şagirdə vəkil olması düzgündürmü?
      Cavab: Əgər “vəkil olmaq” dedikdə, camiuş-şərait müctəhidi müəyyən etməkdən ötrü araşdırma aparmaq vəzifəsinin ataya, müəllimə və ya başqalarına həvalə olunması nəzərdə tutulursa, bunun maneəsi yoxdur. Əgər onların nəzəri bu xüsusda bilgiyə və ya yəqinliyə yararlı olarsa, yaxud bəyyinənin[3] və şəhadətin şərtlərinə malik olarsa, onların nəzəri şəri baxımdan etibarlıdır və dəlil-sübut hesab olunur.

       

      Sual 27: Müctəhid olan bir neçə alimdən ə`ləm bir müctəhid barəsində soruşuldu. Onlar dedilər ki, filan müctəhidə müraciət etmək nəticəsində mükəlləf öz üzərinə düşən vəzifəyə əməl etmiş olur. Əgər həmin müctəhidin ə`ləm olması barədə mənim şəxsən məlumatım yoxdursa, yaxud onun ə`ləmliyinə şübhəm varsa, yaxud da onun ə`ləm olmadığına əminliyim varsa – çünki oxşar dəlil və bəyyinə ilə ə`ləmliyi sübuta yetən başqa fərdlər vardır – mən o alimlərin sözünə etimad edə və həmin müctəhidə təqlid edə bilərəmmi?
      Cavab: Əgər camiuş-şərait müctəhidin ə`ləmliyi barədə şəri bəyyinə mövcud olarsa, bu bəyyinə ilə zidd olan başqa bir şəri bəyyinə ortaya çıxmayana qədər sözügedən bəyyinə şəri dəlildir və ona etimad olunur, baxmayaraq ki, bilgi və ya əminliyin hasil olmasına səbəb olmamışdır. Bu təqdirdə, sözügedən bəyyinəyə zidd olan bəyyinəni araşdırıb-axtarmağa və onun mövcud olmadığını dəqiqləşdirməyə lüzum yoxdur.

       

      Sual 28: Müctəhid tərəfindən xüsusi icazəsi olmayan, həmçinin fətvaları və şəriət hökmlərini bəyan edərkən bəzi hallarda səhvə yol verən bir şəxs müctəhidin fətvasını demək və şəriət hökmlərini bəyan etmək vəzifəsini yerinə yetirə bilərmi? Əgər bu şəxs şəriət hökmlərini risaləyə (“Şəriət hökmlərinin izahı” kitabına) baxıb deyərsə, bu halda bizim vəzifəmiz nədir?
      Cavab: Müctəhidin fətvasını demək və şəriət hökmlərini bəyan etmək vəzifəsini yerinə yetirmək üçün xüsusi icazənin olması şərt deyildir. Amma əgər bir şəxs hansısa bir şəri məsələni bəyan edərkən səhvə yol verərsə, səhvə yol verdiyini başa düşdüyü təqdirdə, o öz səhvini imkan daxilində düzəltməlidir. Hər halda, dinləyən şəxsə icazə verilmir ki, şəriət hökmlərini bəyan edən şəxsin sözlərinin doğruluğuna əmin olmadan onun dediklərinə əməl etsin.
       

      [1] İslam şəriətinin hökmlərini təfsili dəlillərdən (Quran, sünnə, əql və icma) əldə edə bilmək elmi dərəcəsi.
      [2] Yəni camaat arasında camiuş-şərait müctəhid kimi ad çıxarması.
      [3] Bəyyinə - elə şahidlərdir ki, onların şahidliyi müəyyən bir məsələni sübuta yetirə bilər.
    • Üdul etmək – yəni təqlidi bir müctəhiddən başqa bir müctəhidə dəyişmək
    • Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq
    • Müxtəlif məsələlər
    • Mərcəiyyət və rəhbərlik
    • Vəliyyi-fəqih və hakimin hökmü
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /