Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
    • Üç yol: Ehtiyat, ictihad, təqlid
    • Təqlidin şərtləri
    • İctihadın və ə`ləmliyin sübuta yetməsi yolları Müctəhidin fətvasını əldə etməyin yolları
    • Üdul etmək – yəni təqlidi bir müctəhiddən başqa bir müctəhidə dəyişmək
    • Dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq
    • Müxtəlif məsələlər
    • Mərcəiyyət və rəhbərlik
    • Vəliyyi-fəqih və hakimin hökmü
      Çap versiyası  ;  PDF
       
      Vəliyyi-fəqih və hakimin hökmü

       

      Sual 56: “Vilayəti-fəqih” prinsipinə etiqad bəsləmək – istər anlayış, istərsə də predmet baxımından - əqli məsələdir, yoxsa şəri məsələdir?
      Cavab: Vilayəti-fəqih - ədalətli və dinşünas fəqihin hakimiyyətindən ibarətdir. Bu məsələ təəbbüdi[1] şəri hökmdür və ağıl da bu məsələni təsdiqləyir. Bu hökmün nümunəsini (yəni vəliyyi-fəqihi) müəyyən etmək üçün əqli üslublar mövcuddur və bu üslublar İran İslam Respublikasının Konstitusiyasında açıqlanmışdır.

       

      Sual 57: Vəliyyi-fəqih müsəlmanların ümumi mənafeyini nəzərə alıb şəriət hökmlərinə zidd olan bir hökm verə bilərmi? Şəriət hökmləri dəyişdirilə və icrası dayandırıla bilərmi?
      Cavab: Bu məsələnin müxtəlif surətləri vardır.

       

      Sual 58: İslam hökumətində kütləvi informasiya vasitələri vəliyyi-fəqihin, yaxud dini elmlər hövzəsinin, yaxud başqa bir qrumun nəzarəti altında olmalıdırmı?
      Cavab: Kütləvi informasiya vasitələri vəliyyi-fəqihin nəzarəti və əmri altında idarə edilməli, İslam və müsəlmanlara xidmət və dəyərli dini maarifin yayılması istiqamətində fəaliyyət göstərməlidir. Həmçinin kütləvi informasiya vasitələri müsəlman cəmiyyətinin ideoloji yetkinliyi, cəmiyyətin problemlərinin həlli, müsəlmanların birliyi, müsəlmanlar arasında qardaşlığın artması və bu kimi istiqamətlərdə iş aparmalıdır.

       

      Sual 59: “Mütləq vilayəti-fəqih” (yəni vəliyyi-fəqihin mütləq hakimiyyəti) məsələsinə etiqad etməyən şəxs həqiqi müsəlman sayılırmı?
      Cavab: İmam Zamanın (ə.f) qeybi dövründə “mütləq vilayəti-fəqih” məsələsinə etiqad etməmək – istər ictihad, istərsə də təqlid əsasında olsun – dindən çıxmağa səbəb olmur.

       

      Sual 60: Vəliyyi-fəqihin hansısa bir səbəbə görə - məsələn, müsəlmanların ümumi mənafeyinə görə - dini hökmləri aradan qaldıra bilmək kimi bir səlahiyyəti vardırmı?
      Cavab: Həzrət Peyğəmbərin (s) vəfatından sonra İslam dininin hökmlərinin aradan qaldırılması mümkün deyildir. Hökmün tətbiq edildiyi məqamın dəyişməsi, yaxud zərurət və məcburiyyət halının yaranması, yaxud hökmün icrası üçün müvəqqəti maneənin ortaya çıxması hökmün aradan qaldırılması hesab olunmur.

       

      Sual 61: “Həsbiyyə işlər”[2] istisna olmaqla, digər məsələlərdə vilayəti-fəqihə etiqadı olmayan şəxslərə qarşı bizim vəzifəmiz nədir? Bunu da qeyd edək ki, onların bəzi nümayəndələri bu baxışı cəmiyyətdə yayırlar.
      Cavab: Müsəlman cəmiyyətinə rəhbərlik etmək və müsəlmanların ictimai işlərini idarə etməkdə “vilayəti-fəqih” məsələsi, hər bir dövrdə şiə məzhəbinin prinsiplərindən olub və “imamət” inancından qaynaqlanır. Əgər bir şəxs dəlil-sübut əsasında bu məsələyə etiqad etməyin vacib olmaması qənaətinə gələrsə, üzrlü hesab olunur. Amma o, müsəlmanlar arasında ixtilaf və ikitirəlik yarada bilməz.

       

      Sual 62: Vəliyyi-fəqihin əmrlərinə bütün müsəlmanlar əməl etməlidirlər, yoxsa təkcə vəliyyi-fəqihə təqlid edənlər onun əmrlərinə əməl etməlidirlər? Mütləq vilayəti-fəqihə etiqadı olmayan bir mərcəyi-təqlidə təqlid edən şəxsə vəliyyi-fəqihin əmrlərinə əməl etmək vacibdirmi, yoxsa yox?
      Cavab: Şiə məzhəbinə görə, bütün müsəlmanlar vəliyyi-fəqihin hökumət əmrlərinə əməl etməli, onun göstərişlərinə və qadağalarına tabe olmalıdırlar. Bu hökm mərcəyi-təqlidlərə də aiddir, odur ki, onların müqəllidlərinə də aid olacaqdır. Bizim nəzərimizə görə, “vilayəti-fəqih”i qəbul etmək İslamı və Məsum İmamların (ə) rəhbərliyini qəbul etməkdən ayrı bir məsələ deyildir.

       

      Sual 63: “Mütləq vilayət” ifadəsi Həzrət Peyğəmbərin (s) dövründə bu mənanı bildirirdi ki, əgər o həzrət bir şəxsə müəyyən bir işi yerinə yetirməyi əmr etsəydi, hətta həmin iş çox çətin bir iş olsaydı belə, bu şəxsin onu yerinə yetirməsi vacib idi. Məsələn, əgər Həzrət Peyğəmbər (s) bir şəxsə intihar etməyi əmr etsəydi, həmin şəxs intihar etməli idi. Sualım budur ki, “vilayəti-fəqih” ifadəsi bizim dövrümüzdə də Həzrət Peyğəmbərin (s) dövründəki mənanı bildirirmi? Nəzərə almaq lazımdır ki, Həzrət Peyğəmbər (s) məsum idi, amma bizim dövrümüzdə məsum canişin yoxdur?
      Cavab: Sonuncu səmavi din olan və qanunları Qiyamətədək qüvvədə olan İslam dini cəmiyyətin idarə olunmasını zəruri bilir. Odur ki, müsəlman cəmiyyətinin başında bir rəhbər olmalıdır. Bu rəhbərin üzərinə düşən vəzifə isə, islam ümmətini düşmənlərin şərindən qorumaq, islam hökumətini qoruyub saxlamaq, cəmiyyyətdə ədaləti icra etmək, zülmün, haqsızlığın və güclünün zəifə təcavüzünün qarşısını almaq, habelə mədəni, siyasi və ictimai inkişafı təmin etməkdir. Bu vəzifəni yerinə yetirmək bəzi şəxslərin istək, mənafe və azadlıqları ilə ziddiyyət təşkil edə bilər. Amma müsəlmanların rəhbəri böyük əhəmiyyət daşıyan rəhbərlik vəzifəsini şəri meyarlar əsasında üzərinə götürdükdən sonra lazım bildiyi məqamlarda islam fiqhi əsasında qərarlar almalı və lazımi göstərişləri verməlidir.

       

      Sual 64: Fəqihlərin fətvasına əsasən, dünyasını dəyişmiş müctəhidin təqlidində qalmaq həyatda olan müctəhidin icazəsi əsasında olmalıdır. Dünyasını dəyişmiş rəhbərin hökumət əmrlərinin qüvvədə qalması da həyatda olan rəhbərin izacəsinə bağlıdırmı? Yoxsa həyatda olan rəhbərin icazəsi olmadan belə bu əmrlər öz-özlüyündə qüvvədə qalır?
      Cavab: Əgər vəliyyi-fəqihin hökumət əmrləri və təyinatları müvəqqəti olmamışdırsa, qüvvədə qalır. Amma əgər sonrakı vəliyyi-fəqih bu əmrləri və təyinatları ləğv etməyi məqsədəuyğun bilərsə, ləğv edə bilər.

       

      Sual 65: İran İslam Respublikasında yaşayan və “mütləq vilayəti-fəqih”ə etiqadı olmayan bir fəqihə hazırkı vəliyyi-vəqihin əmrlərinə tabe olmaq vacibdirmi? Əgər o, vəliyyi-fəqihin əmrlərinə qarşı çıxarsa, fasiqdirmi? Əgər bir fəqihin “mütləq vilayəti-fəqih”ə etiqadı olsa, amma o özünü hazırkı vəliyyi-fəqihdən bu məqama daha layiqli bilsə və onun əmrlərinə qarşı çıxsa, fasiqdirmi?
      Cavab: Vəliyyi-fəqihin hökumət əmrlərinə tabe olmaq hər bir mükəlləfə, hətta fəqih olsa belə, vacibdir. Heç kim vəliyyi-fəqih mənsəbinə özünün daha layiqli olduğunu əsas tutub, hazırkı vəliyyi-fəqihin əmrlərinə qarşı çıxa bilməz. Bu o təqdirdədir ki, hazırkı vəliyyi-fəqih təsdiqlənmiş qanuni yollarla bu məqama təyin edilmişdir. Əks təqdirdə, məsələ kökündən fərq edəcəkdir.

       

      Sual 66: Qeyb dövründə camiuş-şərait müctəhid cəza ölçülərinin icrası səlahiyyətinə malikdirmi?
      Cavab: Qeyb dövrüdə də cəza ölçüləri icra edilməlidir və bu səlahiyyət yalnız vəliyyi-fəqihə aiddir.

       

      Sual 67: Vilayəti-fəqih məsələsi təqlidi məsələdir, yoxsa etiqadi məsələdir? Bu məsələyə etiqadı olmayan şəxsin hökmü nədir?
      Cavab: Vilayəti-fəqih məsələsi məzhəbin əqidə əsaslarından olan “imamət” prinsipindən qaynaqlanır. Lakin vilayəti-fəqih məsələsinə aid hökmlər digər fiqhi hökmlər kimi şəri dəlillərdən əldə olunur və hər kim dəlil-sübut əsasında öz nəzərinə görə, bu məsələyə etiqadın vacib olmaması qənaətinə gələrsə, üzrlü hesab olunur.

       

      Sual 68: Bəzi vaxtlar bəzi məsulların “vilayəti-idari” adlı bir məsələdən bəhs etdiklərini eşidirik. Vilayəti-idari - özündən yuxarı vəzifədə olan şəxsin göstərişlərinə etiraz etmədən tabe olmaqdır. Sizin bu barədə nəzəriniz nədir? Bizim şəri vəzifəmiz nədir?
      Cavab: İdarənin qanunları əsasında verilən göstərişlərə qarşı çıxmağa icazə verilmir. Amma dini anlayışlarda “vilayəti-idari” adlı bir anlayış mövcud deyildir.

       

      Sual 69: Vəliyyi-fəqihin nümayəndəsinin öz səlahiyyətləri çərçivəsində verdiyi göstərişlərinə tabe olmaq vacibdirmi?
      Cavab: Əgər vəliyyi-fəqihin nümayəndəsinin verdiyi göstərişlər vəliyyi-fəqih tərəfindən ona verilən səlahiyyətlər çərçivəsində olarsa, bu göstərişlərə qarşı çıxmağa icazə verilmir.
       

      [1] Yəni şəriətin dəlil-sübut istənilmədən yerinə yetirilən hökmləri.
      [2] Şəriət sahibi bu işlərin tərk edilməsinə razı deyildir və bu işləri vəliyyi-fəqih və ya onun nümayəndəsi idarə edir, məsələn, yetimlərin malının istifadəsinə nəzarət.
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /