Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
    • Hamilə və südverən qadın
    • Xəstəlik və həkimin qadağası
      Çap versiyası  ;  PDF
       
      Xəstəlik və həkimin qadağası

       

      Sual 748: Şəri məsələlərə əhəmiyyət verməyən bəzi həkimlər orucun zərəri olacağını əsas götürərək, oruc tutmağı xəstələrə qadağan edirlər. Belə həkimlərin sözü yetərli dəlil sayılırmı, yoxsa sayılmır?
      Cavab: Əgər həkim etibarlı şəxs olmazsa və onun sözü də xəstədə əminlik və zərər qorxusu yaratmazsa, yaxud xəstə orucun ona zərəri olmayacağını öz şəxsi təcrübəsi əsasında başa düşərsə, bu halda həkimin sözünü əsas götürmək olmaz. Bundan qeyri halda isə, mükəlləf oruc tutmamalıdır.

       

      Sual 749: Anam təxminən on üç il xəstə olmuşdur və buna görə də, oruc tuta bilməmişdir. Mən dəqiqliklə bilirəm ki, anam dərman içmək məcburiyyətində olduğu üçün oruc tuta bilməmişdir. Xahiş edirəm bizi məlumatlandırasınız ki, orucların qəzası ona vacibdirmi?
      Cavab: Əgər o, xəstəliyinə görə oruc tuta bilməmişdirsə, orucun qəzası yoxdur.

       

      Sual 750: Mən bədənimin zəifliyinə görə büluğ yaşından on iki yaşıma qədər oruc tutmamışam. İndi mənim vəzifəm nədir?
      Cavab: Mübarək ramazan ayında tutmadığınız orucların qəzasını tutmaq sizə vacibdir, çünki siz şəri vəzifə yaşına çatmışdınız. Əgər ramazan ayında orucu bilərəkdən, ixtiyari olaraq və heç bir şəri üzr olmadan iftar etmisinizsə, sizə kəffarə də vacib olur.

       

      Sual 751: Göz həkimi oruc tutmağı mənə qadağan etmiş və bildirmişdi ki, gözümün xəstəliyinə görə əsla oruc tutmamalıyam. Amma mən həkimin sözünə etina etməyib oruc tutdum və buna görə də, ramazan ayında xəstəliyimlə əlaqədar çətinliklərlə üzləşdim. Bəzi günlərdə əsr vaxtı gözümdə ağrılar yaranır və mən iki yol arasında qalıram ki, görəsən, orucumu açım, yoxsa qüruba qədər dözüb orucumu açmayım? Sualım budur ki, ümumiyyətlə, oruc tutmaq mənə vacibdirmi? Oruc tutduğum bəzi günlərdə orucu qüruba qədər davam etdirməyə gücümün çatıb-çatmayacağını bilmədikdə, orucumu davam etdirməliyəmmi? Mən necə niyyət etməliyəm?
      Cavab: Əgər dindar və etibarlı bir həkimin sözü ilə siz oruc tutmağın gözünüzə zərəri olduğuna yəqin etsəniz və ya sizdə zərər qorxusu yaransa, oruc tutmaq sizə vacib deyildir, hətta sizə oruc tutmaq olmaz. Zərər qorxusu olduğu təqdirdə, oruc niyyəti düzgün deyildir. Amma əgər zərər qorxusu olmazsa, oruc niyyəti etməyin maneəsi yoxdur. Amma orucun düzgün olması, oruc tutmağın həqiqətən sizə zərəri olmayacağına bağlıdır.

       

      Sual 752: Mən tibbi eynəkdən istifadə edirəm və hal-hazırda da gözlərim çox zəif görür. Həkimə müraciət edəndə o mənə dedi ki, əgər gözlərimin qüvvətlənməsi üçün səy göstərməsəm, daha da zəifləyəcəkdir. Beləliklə, əgər ramazan ayının orucunu tutmamaqda üzrlü olsam, mənim vəzifəm nədir?
      Cavab: Əgər oruc tutmağın sizin gözlərinizə zərəri varsa, oruc tutmağınız vacib deyildir, əksinə, iftar etməyiniz vacibdir. Əgər sizin xəstəliyiniz gələn ilin ramazan ayına qədər davam etsə, orucun qəzası da sizə vacib deyildir. Amma hər gün üçün bir müdd təam fəqirə verməyiniz vacibdir.

       

      Sual 753: Anam ağır xəstədir və atam da bədəninin qüvvətsizliyindən əziyyət çəkir. Buna baxmayaraq, onların hər ikisi oruc tutur və bəzən orucun onların xəstəliklərini ağırlaşdırdığı aydın görünür. Mən indiyədək onları razı sala bilməmişəm ki, heç olmasa, xəstəlikləri ağırlaşanda oruc tutmasınlar. Xahiş edirəm ki, onların oruclarının hökmünü mənə açıqlayasınız.
      Cavab: Xəstəliyin yaranması və ağırlaşmasına orucun təsir göstərdiyini, həmçinin oruc tutmağa bədənin qüvvəsinin çatmadığını oruc tutan şəxsin özü müəyyən etməlidir. Əgər o, orucun ona zərəri olduğunu bilsə və ya onda zərər qorxusu yaransa, eyni halda oruc tutmaq istəsə, oruc tutmaq ona haramdır.

       

      Sual 754: Ötən il mütəxəssis bir həkim mənim böyrəyimi cərrahiyyə əməliyyatı etdi. O, ömrümün axırınadək oruc tutmağı mənə qadağan etdi. Amma hal-hazırda mən özümdə heç bir ağrı və çətinlik hiss etmirəm, hətta normal şəkildə yemək yeyir və su içirəm. Özümdə xəstəliyin heç bir fəsadını da hiss etmirəm. Mənim vəzifəm nədir?
      Cavab: Əgər oruc tutmağın zərəri olacağından sizdə bir qorxu yaranmırsa və oruc tutmamağa şəri bir dəliliniz də yoxdursa, ramazan ayının orucunu tutmağınız vacibdir.

       

      Sual 755: Əgər həkim bir şəxsə oruc tutmağı qadağan etsə, bəzi həkimlərin şəri məsələləri bilmədiklərini nəzərə alaraq, həkimin sözünə əməl etmək vacibdirmi?
      Cavab: Əgər həkimin sözü əsasında orucun zərəri olacağına dair mükəlləfdə əminlik yaransa, yaxud həkimin sözü əsasında və ya başqa bir məntiqi əsasla orucun zərəri olacağına dair mükəlləfdə qorxu yaransa, oruc tutmaq ona vacib deyildir, hətta oruc tutmasına icazə verilmir.

       

      Sual 756: Mənim böyrəklərimə daş yığılır və bunun qarşısını almağın yeganə yolu davamlı surətdə maye qəbul etməkdir. Həkimlərin rəyinə görə, mən oruc tutmamalıyam. Ramazan ayının orucu barəsində mənim şəri vəzifəm nədir?
      Cavab: Əgər böyrək xəstəliyinin qarşısını almaq gün ərzində su və ya başqa mayelər qəbul etməyə bağlıdırsa, oruc tutmaq sizə vacib deyildir.

       

      Sual 757: Şəkər xəstəliyi olan şəxslər hər gün bir və ya iki dəfə insulin iynəsi vurmaq məcburiyyətindədirlər. Onların yeməkləri də gecikməməlidir, çünki bu, qanda şəkərin aşağı düşməsinə və nəticədə, qıcolma və huşdan getməyə səbəb olur. Buna görə də, bəzən həkimlər onlara gün ərzində dörd dəfə yemək yeməyi məsləhət görürlər. Xahiş edirəm ki, bu xəstələrin orucu barəsində öz nəzərinizi bəyan edəsiniz.
      Cavab: Əgər diabet xəstələri sübh azanından məğrib azanına qədər yeyib-içməməyin onlara zərəri olacağını bilsələr və ya zərəri olacağından qorxsalar, oruc tutmaq onlara vacib deyildir. Hətta oruc tutmalarına icazə verilmir.
    • Orucu pozan işlər
    • Cənabətli qalmaq
    • İstimna
    • Orucu batil edən işlərin hökmləri
    • Orucun kəffarəsi və onun miqdarı
    • Orucun qəzası
    • Orucun müxtəlif məsələləri
    • Hilalı görmək
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /