Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
    • Hamilə və südverən qadın
    • Xəstəlik və həkimin qadağası
    • Orucu pozan işlər
    • Cənabətli qalmaq
    • İstimna
    • Orucu batil edən işlərin hökmləri
    • Orucun kəffarəsi və onun miqdarı
    • Orucun qəzası
    • Orucun müxtəlif məsələləri
      Çap versiyası  ;  PDF
       
      Orucun müxtəlif məsələləri

       

      Sual 824: Əgər qadın “günü müəyyən olan nəzir orucu”nu tutduğu halda heyz olarsa, vəzifəsi nədir?
      Cavab: Heyz olmaqla onun orucu pozulur. Heyzdən paklandıqdan sonra həmin günün orucunun qəzasını tutmalıdır.

       

      Sual 825: Bir şəxs ramazan ayının əvvəlindən iyirmi yeddisinədək öz vətənində (Bəndər-Dəyyirdə) oruc tutmuş və iyirmi səkkizinci günün sübhündə Dubaya səfər etmişdir. Ayın iyirmi doqquzuncu günü Dubaya çatmış və orada bayram elan edildiyini görmüşdür. İndi o öz vətəninə qayıtmışdır. Tutmadığı orucların qəzası ona vacibdirmi? Əgər o, bir gün qəza orucu tutsa, ramazan ayı onun üçün iyirmi səkkiz gün olacaqdır. Əgər o, iki gün qəza orucu tutmaq istəsə, nəzərə alınmalıdır ki, ayın iyirmi doqquzuncu günü bayram elan edilən bir bölgədə olmuşdur. Bu şəxsin hökmü nədir?
      Cavab: Əgər həmin bölgədə ayın iyirmi doqquzuncu günü Fitr bayramının elan edilməsi şəri qaydada və düzgün olubdursa, həmin günün orucunun qəzası bu şəxsə vacib deyildir. Amma əgər iki bölgənin (bu şəxsin vətəni olan bölgə ilə səfər etdiyi bölgənin) üfüqünün eyni olması nəzəri mövcud olarsa, bu halda məlum olur ki, o, ayın əvvəlindən bir gün oruc tutmamışdır. Odur ki, iki günün orucunun qəzasını tutmalıdır.

       

      Sual 826: Əgər oruc tutmuş şəxs şəri məğrib vaxtı bir ölkədə iftar etsə və sonra (təyyarə ilə) başqa bir ölkəyə səfər etsə, amma səfər etdiyi ölkəyə çatdıqda orada hələ şəri məğrib vaxtı daxil olmamış olsa, həmin günün orucunun hökmü nədir? O, həmin ölkədə şəri məğribdən qabaq yeyib-içə bilərmi?
      Cavab: Onun orucu düzgündür. Şəri məğrib vaxtı öz ölkəsində iftar etdiyini nəzərə alaraq, o, səfər etdiyi ölkədə şəri məğribdən qabaq yeyib-içə bilər.

       

      Sual 827: Bir şəhid öz dostlarından birinə vəsiyyət etmişdir ki, ehtiyat ünvanında onun tərəfindən bir neçə gün qəza orucu tutsun. Amma şəhidin varisləri bu məsələlərə əhəmiyyət vermirlər və onun vəsiyyətini varislərə demək də mümkün deyildir. Digər tərəfdən şəhidin dostuna oruc tutmağın böyük əziyyət və çətinliyi vardır. Başqa bir həll yolu varmı?

      Cavab: Əgər şəhid şəxsən dostunun onun üçün oruc tutmasını ona vəsiyyət edibsə, bu xüsusda onun varislərinin üzərinə bir vəzifə gəlmir. Əgər şəhid tərəfindən oruc tutmağın onun dostuna böyük əziyyət və çətinliyi varsa, onun da üzərindən vəzifə götürülür.

       

      Sual 828: Mən çox şəkk edirəm, daha dəqiq desək, çox vəsvəsə olunuram. Dini məsələlərdə, xüsusilə də, ibadi məsələlərdə çox şəkk edirəm. Məsələn, ötən ramazan ayında şəkk etdim ki, görəsən, ağzıma daxil olan qatı tozu uddum, yoxsa udmadım? Yaxud ağzıma aldığım suyu ağzımdan xaric etdim, yoxsa etmədim? Sonra da şəkk edirəm ki, görəsən, mənim orucum düzgündür, yoxsa yox?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, sizin orucunuz düzgün hökmündədir və bu şəklərə etina olunmur.

       

      Sual 829: Xanım Fatimə-Zəhradan (s.ə) nəql olunan “Kisa” hədisi mötəbər hədisdirmi? Oruc halında bu hədisi Xanım Fatimə-Zəhraya (s.ə) nisbət vermək olarmı?
      Cavab: Əgər “Kisa” hədisini nəql edən kitablara istinadən bu hədisi nəql edərək Xanıma (s.ə) nisbət versəniz, maneəsi yoxdur.

       

      Sual 830: Bəzi alimlərdən və qeyri-alimlərdən eşitmişik ki, əgər müstəhəb oruc tutan bir şəxsi kimsə yeməyə dəvət edərsə, bu şəxs dəvəti qəbul edib bir qədər yemək yeyə bilər və onun orucu pozulmur, əksinə, savabı vardır. Xahiş edirəm, bu barədə öz nəzərinizi söyləyin.
      Cavab: Əgər mömin bir şəxs müstəhəb oruc tutan bir şəxsi yeməyə dəvət edərsə, onun dəvətini qəbul etmək şəriət baxımından bəyənilir. Amma bu dəvəti qəbul edib yemək yedikdə, oruc pozulur.

       

      Sual 831: Hədis mənbələrində “Ramazan ayının hər gününün duası” nəql olunmuşdur. Əgər bir şəxs bu duaların düzgünlüyünə (yəni Məsumlardan (ə) nəql olunub-olunmadığına) şəkk edərsə, onları oxumasının hökmü nədir?
      Cavab: Əgər bu dualar onların Məsumlardan (ə) nəql olunduğu və şəriət sahibi tərəfindən bəyənilən əməl olduğu ümidilə oxunarsa, maneəsi yoxdur.

       

      Sual 832: Bir şəxs oruc tutmaq niyyətində olmuşdur, amma sahur yemək üçün oyana bilməmiş, buna görə də, oruc tuta bilməmişdir. Oruc tutmamasının günahı onun öz boynunadır, yoxsa onu sahur yeməyinə oyatmayan şəxsin boynunadır? Əgər bir şəxs sahur yemədən oruc tutsa, orucu düzgündürmü?
      Cavab: Bu xüsusda başqalarının heç bir günahı yoxdur. Sahur yemədən də oruc tutmaq düzgündür.

       

      Sual 833: Məscidul-həramda etikafın üçüncü gününün orucunun hökmü nədir?
      Cavab: Əgər etikaf edən şəxs müsafir olsa və Məkkədə on gün qalmağı qərar versə, yaxud səfərdə oruc tutacağını nəzir etmiş olsa, etikafın iki gününü oruc tutduqdan sonra üçüncü gününü də oruc tutub etikafını tamamlamalıdır. Amma əgər Məkkədə on gün qalmağa qərar verməyibsə, yaxud səfərdə oruc tutacağını nəzir etməyibsə, səfərdə onun orucu düzgün deyildir. Oruc düzgün olmadığı təqdirdə, etikaf da düzgün deyildir.

       

    • Hilalı görmək
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /