Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
    • Hamilə və südverən qadın
    • Xəstəlik və həkimin qadağası
    • Orucu pozan işlər
    • Cənabətli qalmaq
      Çap versiyası  ;  PDF
       
      Cənabətli qalmaq

       

      Sual 772: Əgər bir şəxs bəzi çətinliklərə görə sübh azanına qədər cənabətli qalsa, həmin gün oruc tuta bilərmi?
      Cavab: Ramazan ayının orucu və ramazan ayının orucunun qəzası istisna olmaqla, digər oruclarda bunun maneəsi yoxdur. Amma ramazan ayının orucu və ramazan ayının orucunun qəzasına gəlincə, əgər mükəlləf qüsl etməkdə üzrlüdürsə, təyəmmüm etmək ona vacibdir. Əgər o, təyəmmüm etməzsə, orucu düzgün deyildir. Amma eyni zamanda, ramazan ayında məğrib azanınadək orucu pozan işlərdən çəkinməlidir.

       

      Sual 773: Əgər bir şəxs cənabətli vəziyyətdə bir neçə gün oruc tutubsa və cənabətdən paklanmağın orucun düzgünlüyü şərti olduğunu bilməyibsə, cənabətli vəziyyətdə tutduğu orucların kəffarəsi ona vacibdirmi, yoxsa təkcə orucun qəzası kifayət edir?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, orucun qəzası kifayət edir.

       

      Sual 774: Cənabətli şəxs sübh azanından sonra cənabət qüslü edib, qəza orucu və ya müstəhəb oruc tuta bilərmi?
      Cavab: Əgər bilərəkdən sübh azanınadək cənabətli qalarsa, ramazan ayının orucu və ramazan ayının orucunun qəzası düzgün deyildir. Amma müstəhəb orucda bunun iradı yoxdur.

       

      Sual 775: Bir şəxs ramazan ayında gecəni bir evdə qonaq qalır və gecə yarısı möhtəlim olur. Qonaq olduğu və özü ilə paltar götürmədiyi üçün orucdan qaçmaq məqsədilə sübh azanından dərhal sonra səfərə çıxacağını gecə vaxtı qərara alır. Buna görə də, sübh azanından sonra heç nə yeyib-içmədən səfər etmək məqsədilə yola düşür. Sual budur ki, bu şəxsin səfər etməyi qərara alması onun boynundan kəffarənin götürülməsinə səbəb olurmu, yoxsa səbəb olmur?
      Cavab: Əgər o, cənabətli vəziyyətdə yuxudan oyanarsa və boynuna cənabət qüslü gəldiyini bildiyi bir halda sübh azanından qabaq qüsl və ya təyəmmüm etməmişdirsə, sübh olan kimi səfərə çıxacağını gecə vaxtı qərara alması və ya gündüz vaxtı səfərə çıxması kəffarənin onun boynundan götürülməsi üçün kifayət etmir.

       

      Sual 776: İxtiyarında su olmadığına görə, yaxud başqa üzrlərə görə (vaxtın darlığı istisna olmaqla) cənabət qüslü edə bilməyən bir şəxs mübarək ramazan ayının gecələrində halal yol ilə özünü cənabətli edə bilərmi?
      Cavab: Əgər onun vəzifəsi təyəmmüm etməkdirsə və boynuna cənabət qüslü gəldikdən sonra təyəmmüm etmək üçün kifayət qədər vaxt olarsa, bu işi görməsinə icazə verilir.

       

      Sual 777: Əgər bir şəxs mübarək ramazan ayında sübh azanından qabaq yuxudan oyansa və möhtəlim olduğunu başa düşməsə, sonra yenidən yatıb sübh azanı əsnasında yuxudan oyansa və cənabətli olduğunu başa düşsə, eyni halda sübh azanından qabaq möhtəlim olduğuna əmin olsa, onun orucunun hökmü nədir?
      Cavab: Əgər o, möhtəlim olduğunu sübh azanından qabaq başa düşməzsə, orucu düzgündür.

       

      Sual 778: Əgər ramazan ayının gecəsində mükəlləf sübh azanından qabaq yuxudan oyansa və möhtəlim olduğunu görsə, sonra qüsl etmək üçün oyanacağını ümid edib sübh azanından qabaq yenidən yatsa və sübh azanından sonraya qədər yatıb qalsa, oyandıqdan sonra da qüslünü zöhr azanına qədər təxirə salsa və zöhr azanından sonra qüsl edib zöhr və əsr namazlarını qılsa, həmin günün orucunun hökmü nədir?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, “birinci yuxu” olduğuna görə orucu düzgündür. Amma əgər o, yenidən yatıb sübhə qədər yuxudan oyanmazsa, həmin günün orucunun qəzasını tutmalıdır.

       

      Sual 779: Əgər ramazan ayının gecəsində sübh azanından qabaq mükəlləf möhtəlim olub-olmadığına şəkk etsə, amma öz şəkkinə etina etməyib yenidən yatsa və sübh azanından sonra oyanıb sübh azanından qabaq möhtəlim olduğunu başa düşsə, orucunun hökmü nədir?
      Cavab: Əgər o, birinci dəfə yuxudan oyandıqda özündə möhtəlimlikdən bir əsər-əlamət görməzsə, möhtəlim olduğunu yalnız ehtimal verərsə və onun üçün bir əlamət aşkarlanmazsa, beləcə, sübh azanından sonra yuxudan oyanarsa, onun orucu düzgündür. Baxmayaraq ki, sübh azanından qabaq möhtəlim olduğu sonradan məlum olmuşdur.

       

      Sual 780: Əgər bir şəxs mübarək ramazan ayında napak su ilə qüsl etsə və bir həftədən sonra qüsl üçün istifadə etdiyi suyun napak olduğunu başa düşsə, onun bu müddət ərzində qıldığı namazlar və tutduğu orucların hökmü nədir?
      Cavab: Namazları düzgün deyildir və qəzasını qılmaq vacibdir. Amma tutduğu oruclar düzgün hökmündədir.

       

      Sual 781: Xəstəliklə əlaqədar olaraq bir şəxsdən müəyyən müddət ərzində sidik damlaları davamlı surətdə xaric olur. Yəni sidik ifraz etdikdən sonra bir saat və ya daha çox müddət ərzində ondan sidik damlaları xaric olur. O, ramazan ayının bəzi gecələrində cənabətli olur. Bəzən sübh azanından bir saat əvvəl yuxudan oyanır və sübh azanından sonra məninin sidik damlaları ilə birlikdə xaric olacağını ehtimal edir. Bu şəxsin oruc barəsində vəzifəsi nədir? Oruc vaxtına təharətli daxil olmaq üçün onun vəzifəsi nədir?
      Cavab: Əgər o, sübh azanından qabaq cənabət qüslü etsə və ya qüsl əvəzinə təyəmmüm etsə, orucu düzgündür, baxmayaraq ki, sübh azanından sonra ondan qeyri-ixtiyari olaraq məni xaric olur.

       

      Sual 782: Əgər bir şəxs sübh azanından qabaq və ya sonra yuxuda cənabətli olsa və sübh azanından sonra yuxudan oyansa, qüsl etmək üçün nə qədər vaxtı vardır?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, yuxuda cənabətli olması həmin günün orucuna xələl gətirmir. Amma namaz qılmaq üçün qüsl etməlidir və namaz vaxtına qədər qüslü təxirə sala bilər.

       

      Sual 783: Əgər mükəlləf ramazan ayının orucu və ya başqa oruclar üçün cənabət qüslü etməyi unudarsa və qüsl etməli olduğu gündüz əsnasında yadına düşərsə, onun orucunun hökmü nədir?
      Cavab: Əgər mükəlləf ramazan ayında cənabət qüslü etməyi unudarsa və cənabətli halda sübhə daxil olarsa, həmin günün orucu düzgündür. Amma əgər bu unutqanlıq bir neçə gün davam edərsə, həmin günlərin orucunun qəzasını tutmalıdır. Namazlar isə, istənilən halda düzgün deyildir.

       

    • İstimna
    • Orucu batil edən işlərin hökmləri
    • Orucun kəffarəsi və onun miqdarı
    • Orucun qəzası
    • Orucun müxtəlif məsələləri
    • Hilalı görmək
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /