Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
    • Hamilə və südverən qadın
    • Xəstəlik və həkimin qadağası
    • Orucu pozan işlər
    • Cənabətli qalmaq
    • İstimna
    • Orucu batil edən işlərin hökmləri
    • Orucun kəffarəsi və onun miqdarı
      Çap versiyası  ;  PDF
       
      Orucun kəffarəsi və onun miqdarı

       

      Sual 801: Özünə yemək alsın deyə, fəqirə bir müdd təamın pulunu vermək kifayət edirmi?
      Cavab: Əgər kəffarə verən şəxs əmin olsa ki, fəqir onun tərəfindən təam alıb, sonra onu kəffarə ünvanında qəbul edəcəkdir, maneəsi yoxdur.

       

      Sual 802: Əgər bir şəxs bir neçə fəqirə yemək vermək üçün vəkil olsa, o, kəffarə ünvanında ona verilən maldan gördüyü işin və yemək bişirməyin zəhmət haqqını götürə bilərmi?
      Cavab: O, işin və yemək bişirməyin zəhmət haqqını tələb edə bilər, amma onu kəffarə ünvanında hesab edə bilməz və ya kəffarə ünvanında fəqirlərə verilməli olan maldan zəhmət haqqı götürə bilməz.

       

      Sual 803: Hamilə bir qadının doğuş vaxtı yaxınlaşdığına görə oruc tuta bilmir. O, bu orucların qəzasını doğuşdan sonra və gələn ilin ramazan ayına qədər tutmalı olduğunu bilir. Əgər bilərəkdən və ya bilmədən bu qəza oruclarını bir neçə il tutmasa, təkcə həmin ilin kəffarəsi ona vacibdir, yoxsa orucu təxirə saldığı bütün illərin kəffarəsi ona vacibdir?
      Cavab: Ramazan ayının orucunun qəzası bir neçə il təxirə salınsa belə, təxir fidyəsi bir dəfə vacibdir və bu fidyə hər gün üçün bir müdd təamdan ibarətdir. Fidyə isə, ramazan ayının orucunun qəzası gələn ilin ramazan ayına qədər səhlənkarlıq və şəri bir üzr olmadan təxirə salındığı təqdirdə vacib olur. Amma əgər orucun düzgünlüyünə maneə olan şəri bir üzrə görə təxirə salınsa, fidyəsi yoxdur.

       

      Sual 804: Bir qadın xəstə olduğuna görə oruc tutmaqda üzrlüdür və gələn ilin ramazan ayına qədər onların qəzasını da tutmağa qadir deyildir. Belə olduğu təqdirdə, kəffarə onun özünə vacibdir, yoxsa onun ərinə vacibdir?
      Cavab: Əgər ramazan ayının orucunu xəstəliyə görə iftar edibsə və xəstəliyi davam etdiyinə görə də orucun qəzasını təxirə salıbsa, hər gün üçün bir müdd təam vermək qadının özünə vacibdir və ərinin öhdəsinə heç nə düşmür.

       

      Sual 805: Bir şəxsin on gün qəza orucu vardır və o, şaban ayının iyirmisindən etibarən oruc tutmağa başlayır. Bu təqdirdə o, orucunu şəri zöhrdən qabaq və ya sonra bilərəkdən iftar edə bilərmi? Şəri zöhrdən qabaq və ya sonra orucunu iftar etdiyi təqdirdə, kəffarəsi nə qədərdir?
      Cavab: Sualda deyilənlərə əsasən, bu şəxs orucunu bilərəkdən iftar edə bilməz. Amma orucunu bilərəkdən iftar etdiyi təqdirdə, əgər şəri zöhrdən qabaq iftar etsə, kəffarə ona vacib olmur. Əgər şəri zöhrdən sonra iftar etsə, kəffarə ona vacib olur. Bu kəffarə on fəqirə təam verməkdən ibarətdir. Buna maddi imkanı olmadığı təqdirdə, üç gün oruc tutmalıdır.

       

      Sual 806: Bir qadın iki il ardıcıl olaraq mübarək ramazan ayında hamilə olmuşdur və həmin günlərdə oruc tutmağa qadir olmamışdır. Amma indi oruc tutmağa qadirdir. Onun hökmü nədir? Ona cəm kəffarəsi vacibdir, yoxsa təkcə orucun qəzasını tutmalıdır? Orucun qəzasını yubatmasının hökmü nədir?
      Cavab: Əgər doğumu yaxın olan hamilə bir qadın orucun onun bətnindəki uşağa və ya onun özünə zərəri olacağından qorxarsa, oruc tutmaq ona vacib deyildir. Birinci surətdə, yəni orucun onun bətnindəki uşağa zərəri olacağından qorxduğu təqdirdə, hər gün üçün bir müdd təam, yəni 750 qram buğda, arpa və bu kimi ərzaqlardan birini fidyə ünvanında fəqirə verməlidir. Ramazan ayından sonra da orucun qəzasını tutmalıdır. İkinci surətdə, yəni orucun onun özünə zərəri olacağından qorxduğu təqdirdə, tutmadığı orucların qəzasını tutmalı və ehtiyata görə, fidyə də verməlidir. Doğumu yaxın olmayan hamilə qadın isə, ehtiyat-vacibə görə fidyə verməlidir.
      Əgər süd verən qadın (istər körpənin anası olsun, istərsə də dayəsi olsun, həmçinin dayə istər pul qarşılığında uşağa süd versin, istərsə də pul almadan süd versin) qorxsa ki, oruc tutacağı halda südü azalacaq və ya quruyacaq və bunun da körpəyə zərəri olacaq, oruc tutmaq ona vacib deyildir. O, hər gün üçün fidyə verməli və sonradan orucun qəzasını tutmalıdır. Amma əgər oruc tutmağın bu qadının özünə zərəri olarsa, fidyə ehtiyata görə vacib olur.

      Yuxarıdakı iki məsələdə əgər qadın qarşıda gələn ramazan ayınadək orucun qəzasını tutmasa, səhlənkarlıq etdiyi təqdirdə, qəzadan əlavə, “təxir kəffarəsi” də ona vacib olur. Amma əgər müəyyən bir üzrə görə orucun qəzasını tutmasa, “təxir kəffarəsi” vacib olmur. Əgər bu üzr, orucun onun övladına zərəri olacağına dair bir qorxudursa, orucların qəzasını tutmağa qadir olduğu zaman onları tutmalıdır. Amma əgər bu üzr, orucun onun özünə zərəri olacağına dair bir qorxudursa, orucun qəzası onun boynundan götürülür və hər gün üçün bir müdd təam fidyə verəcək.

       

      Sual 807: Orucun kəffarəsində qəza və kəffarə arasında tərtibə riayət etmək vacibdirmi, yoxsa vacib deyildir?

      Cavab: Vacib deyildir.

       

    • Orucun qəzası
    • Orucun müxtəlif məsələləri
    • Hilalı görmək
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /