Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
    • Hamilə və südverən qadın
    • Xəstəlik və həkimin qadağası
    • Orucu pozan işlər
    • Cənabətli qalmaq
    • İstimna
      Çap versiyası  ;  PDF
       
      İstimna[1]

       

      Sual 784: Ramazan ayında orucunu haram cinsi əlaqə ilə, yaxud istimna etməklə, yaxud da haram yemək və içki ilə pozan şəxsin hökmü nədir?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, o, altmış gün oruc tutmalı və ya altmış fəqirə təam verməlidir. Ehtiyat-müstəhəbə görə, hər ikisini yerinə yetirsin.

       

      Sual 785: Əgər mükəlləf istimnanın orucu pozduğunu bilsə, amma bilərəkdən bu işi etsə, ona “cəm kəffarə”[2] vacib olurmu?
      Cavab: Əgər bilərəkdən istimna etsə və ondan məni də xaric olsa, ona cəm kəffarə vacib olmur. Amma ehtiyat-müstəhəbə görə, cəm kəffarə versin.

       

      Sual 786: Mübarək ramazan ayında istimnaya səbəb olacaq heç bir iş görmədən, yalnız telefonda naməhrəm bir qadınla danışarkən məndə yaranan hisslər nəticəsində məndən məni xaric oldu. Nəzərə alsaq ki, bu qadınla danışmaqda məqsədim ləzzət almaq deyildi, mənim orucum pozulubdurmu? Əgər pozulubsa, orucun kəffarəsi də mənə vacib olurmu, yoxsa vacib olmur?
      Cavab: Əgər oruc tutan şəxsdən qeyri-ixtiyari olaraq məni xaric olarsa, oruc pozulmur.

       

      Sual 787: Bir şəxs illərdir istər ramazan ayında, istərsə də qeyri-vaxtlarda istimna etmişdir. Onun namaz və oruclarının hökmü nədir?
      Cavab: İstimna birmənalı olaraq haramdır. Əgər istimna edərkən məni xaric olarsa, cənabətə səbəb olur. Əgər bu iş ramazan ayının gündüzündə oruc halında görülərsə, bilərəkdən haramla iftar etmək hökmündədir. Əgər namaz və orucu cənabətli halda və qüsl və ya təyəmmüm etmədən yerinə yetiribsə, namaz və orucu düzgün deyildir, onların qəzasını yerinə yetirmək vacibdir.

       

      Sual 788: Həyat yoldaşı vasitəsilə edilən istimna haram istimna hökmündədirmi?
      Cavab: Bu iş haram istimna hallarından deyildir.

       

      Sual 789: Əgər həkim subay oğlandan analiz üçün məni verməsini istəsə və mənini xaric etməkdən ötrü istimnadan qeyri bir yol olmasa, o, istimna edə bilərmi?
      Cavab: Əgər müalicə buna bağlı olarsa, maneəsi yoxdur.

       

      Sual 790: Bəzi diaqnostika mərkəzlərində məninin analizi üçün kişidən istimna etməsini tələb edirlər ki, onun övlad sahibi olmağa qadir olub-olmadığı müəyyən edilsin. Bu kişi istimna edə bilərmi?
      Cavab: Hətta kişinin övlad sahibi olmağa qadir olub-olmadığını müəyyən etmək üçün olsa belə, istimna etməyə icazə verilmir. Yalnız zərurət tələb etdiyi halda buna icazə verilir.

       

      Sual 791: Ehtirası oyatmaq məqsədilə xəyallarda kimisə canlandırmağın aşağıdakı iki surətdə hökmü nədir?
      1- Həyat yoldaşını xəyallarda canlandırmaq;
      2- Naməhrəm qadını xəyallarda canlandırmaq.
      Cavab: Birinci surətdə, əgər haram bir iş ilə nəticələnməzsə, maneəsi yoxdur. İkinci surətdə isə, bu işi tərk etmək ehtiyata müvafiqdir.

       

      Sual 792: Bir şəxs şəri vəzifə yaşına yenicə çatdığı ildə oruc tutmuş, amma oruc ikən istimna edərək cənabətli olmuşdur. O, cənabətli halda bir neçə gün oruc tutmuş, amma oruc tutmaq üçün cənabət qüslü etməyin vacib olduğunu bilməmişdir. Həmin günlərin orucunun qəzasını tutmaq kifayət edirmi, yoxsa onun üzərində başqa vəzifə də vardır?
      Cavab: Əgər o, oruc ikən istimna edibsə və bu işin orucu pozduğunu bilibsə, bu halda həm orucun qəzası, həm də kəffarəsi ona vacib olur. Yox əgər bu işin orucu pozduğunu bilməyibsə, amma bu işin haram olduğunu bilibsə, orucun qəzasından əlavə, ehtiyat-vacibə görə, kəffarə də verməlidir. Amma sonrakı günlərə gəlincə, əgər oruc tutmaq üçün cənabət qüslü etməyin vacib olmadığına yəqinliyi olubsa, orucun qəzası və kəffarəsi vacib olmur. Baxmayaraq ki, ehtiyat edib orucun qəzasını tutmaq daha yaxşı olar.

       

      Sual 793: Ramazan ayında oruc tutmuş bir şəxs ehtirası oyadan bir səhnəyə baxmış və cənabətli olmuşdur. Buna görə onun orucu pozulurmu?
      Cavab: Əgər həmin səhnəyə baxmaqda onun məqsədi özündən məni xaric etmək olubsa, yaxud həmin səhnəyə baxdıqda cənabətli olacağını bilibsə, yaxud da belə səhnələrə baxdıqda, adətən, cənabətli olubdursa, amma buna baxmayaraq bilərəkdən belə səhnələrə baxıb cənabətli olubsa, bilərəkdən cənabətli olmaq hökmündədir. Yəni həm orucun qəzası, həm də kəffarəsi onun boynuna gəlir.

       

      Sual 794: Əgər oruc tutmuş şəxs orucu pozan işi gün ərzində bir dəfədən çox (yəni bir neçə dəfə) görsə, vəzifəsi nədir?
      Cavab: Ona təkcə bir kəffarə vacib olur. Bəli, əgər bu iş cinsi əlaqədə olmaq və ya istimna etmək olubsa, bu təqdirdə ehtiyat-vacibə görə, neçə dəfə cinsi əlaqədə olubsa və ya istimna edibsə, o qədər də kəffarə verməlidir.
       

      [1] İstimna etmək – insanın özü ilə məninin xaric olmasına səbəb olacaq bir iş görəməsidir.
      [2] Yəni kəffarənin hər ikisi – həm 60 gün oruc tutmaq, həm də 60 fəqiri yedirtmək.
    • Orucu batil edən işlərin hökmləri
    • Orucun kəffarəsi və onun miqdarı
    • Orucun qəzası
    • Orucun müxtəlif məsələləri
    • Hilalı görmək
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /