Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
    • Vəqfin şərtləri
    • Vəqf qəyyumunun şərtləri
    • Vəqf edilən əmlakın şərtləri
      Çap versiyası  ;  PDF
       
      Vəqf edilən əmlakın şərtləri

       

      Sual 2023: Əgər bir qrup şəxs xeyriyyəçilərdən pul toplasalar və hüseyniyyə açmaq məqsədilə bu pulla bir ev alsalar, bu iş üçün onların pul toplamaları bu evi hüseyniyyə ünvanında vəqf etmək haqqına malik olmalarına kifayət edirmi? Yoxsa bu iş üçün pulun sahibləri onları vəkil etməlidir? Nəzərə alsaq ki, əmlakın sahibi olmaq və ya sahib hökmündə olmaq vəqf edən şəxsin şərtlərindəndir, bu şəxslər isə pulun sahibi deyildirlər, bu pulu topladıqlarına görə, onlar “pulun sahibi” hesab olunurlarmı və vəqf etmək haqqına malik olurlarmı?
      Cavab: Əgər evi alıb hüseyniyyə ünvanında vəqf etməkdə xeyriyyəçi şəxslər tərəfindən vəkil olarlarsa, pulun sahiblərinin vəkili ünvanında onların etdikləri vəqf düzgündür.

       

      Sual 2024: Ənfal hesab olunan təbii meşələr və çöllüklər – belə ki, onların yaranmasında insanın müdaxiləsi olmamışdır – vəqf edilə bilərmi?
      Cavab: Vəqfin düzgün olmasında vəqf edən şəxsin “xüsusi şəri sahib” olması şərtdir. Ənfal və ümumi əmlak olan təbii meşələr və çöllüklər heç kəsin xüsusi mülkü olmadığına görə, onların kiminsə tərəfindən vəqf edilməsi düzgün deyildir.

       

      Sual 2025: Bir şəxs əkin sahəsinin müşa[1] şəklində şərikli olan bir hissəsini almış və bu mülkü rəsmi şəkildə oğlunun adına qeydiyyatdan keçirmişdir. Bu şəxs öz oğlu üçün aldığı bu torpaq sahəsini vəqf edə bilərmi?
      Cavab: Mülkün bir şəxsin adına rəsmi qeydiyyatdan keçməsi həmin şəxsin şəri sahibliyinə dair meyar deyildir. Beləliklə, əgər ata torpaq sahəsini aldıqdan və onu oğlunun adına rəsmi qeydiyyatdan keçirdikdən sonra bu torpaq sahəsini oğluna bağışlayarsa və hədiyyənin təhvil alınması düzgün şəkildə həyata keçərsə, bu halda atanın bu torpaq sahəsini vəqf etməyə haqqı yoxdur. Çünki o, bu torpaq sahəsinin sahibi deyildir. Amma əgər təkcə torpaq sahəsinin sənədini oğlunun adına keçiribdirsə və mülk onun öz mülkiyyətində qalıbdırsa, şəri baxımdan o, bu torpaq sahəsinin sahibidir və onu vəqf etməyə haqqı vardır.

       

      Sual 2026: Əgər Neft şirkəti və Şəhər Torpaq İdarəsinin məsulları şirkətin və ya idarənin ixtiyarında olan torpaq sahələrinin bir hissəsini məscidlərin və dini elmlər mədrəsələrinin tikintisinə ayırsalar, vəqfin xüsusi cümlələri oxunduqdan və vəqfi əmlak təhvil alındıqdan sonra bu torpaq sahələri vəqfi əmlak hesab olunurmu? Vəqfin şəri hökmləri onlara aid olurmu?
      Cavab: Əgər bu torpaq sahələri dövlətin ümumi əmlakından olarsa və onların xüsusi bir yerə istifadə edilməsi müəyyən edilibdirsə, bu torpaq sahələri vəqf edilə bilməz. Amma əgər heç kimin mülkü olmayan “ölü torpaqlar” olarsa və dövlətin, ya Neft Şirkətinin, ya Şəhər Torpaq İdarəsinin ixtiyarında olarsa, aidiyyatı məsulların icazəsi ilə bu torpaq sahələrinin məscid, mədrəsə və s. ünvanında istifadə edilməsinin maneəsi yoxdur.

       

      Sual 2027: Şəhər İcra Hakimiyyəti öz ixtiyarında olan əmlakdan ümumi mənfəəti olan işlərə vəqf etmək haqqına malikdirmi?
      Cavab: Bu məsələ, Şəhər İcra Hakimiyyətinin qanuni səlahiyyətlərinə və mülkün xüsusiyyətlərinə bağlıdır. Buna görə də, əgər bu mülk Şəhər İcra Hakimiyyətinin qanun əsasında ümumi mənfəəti olan işlərə - məsələn, klinikaların, xəstəxanaların, məscidlərin və s. tikintisinə - ayıra bilmək səlahiyyətinə malik olduğu mülkdən olarsa, bu halda onu vəqf etməsinin maneəsi yoxdur. Amma əgər İcra Hakimiyyətinə aid işlərə istifadə edilməsi üçün müəyyən edilən mülkdən olarsa, onu vəqf etmək haqqına malik deyildir.
       

      [1] Müşa mal-mülk – şərikli mal-mülkə deyilir ki, şəriklər onun hissəbəhissəsində şərikdirlər.
    • “Moqufun-ələyh”in şərtləri
    • Vəqf olunan şеyin şərtləri
    • Vəqfin hökmləri
    • Həbs
    • Vəqfin əmlakın satılması və ya vəqfin dəyişdirilməsi
  • Qəbiristanlığın hökmləri
700 /