Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
    • Vəqfin şərtləri
    • Vəqf qəyyumunun şərtləri
    • Vəqf edilən əmlakın şərtləri
    • “Moqufun-ələyh”in şərtləri
    • Vəqf olunan şеyin şərtləri
    • Vəqfin hökmləri
    • Həbs
    • Vəqfin əmlakın satılması və ya vəqfin dəyişdirilməsi
      Çap versiyası  ;  PDF
       
      Vəqfin əmlakın satılması və ya vəqfin dəyişdirilməsi

       

      Sual 2088: Bir şəxs sahibi olduğu bir torpaq sahəsini hüseyniyyənin tikintisinə vəqf etmiş və bu hüseyniyyə tikilib istifadəyə verilmişdir. Amma əhalinin bir qrupu hüseyniyyənin bir hissəsini məscidə çevirmiş və hal-hazırda orada məscid ünvanında camaat namazı qılırlar. Əhalinin hüseyniyyəni məscidə çevirmələri düzgündürmü? Hüseyniyyənin bu hissəsinə məscidin hökmləri aid olurmu?
      Cavab: Nə vəqf edən şəxsin, nə də başqa bir şəxsin hüseyniyyə ünvanında vəqf edilən hüseyniyyəni məscidə çevirməyə haqqı yoxdur. Zahirən bu işi görsələr belə, hüseyniyyə məscidə çevrilmir və məscidin hökmləri ona aid olmur. Amma orada camaat namazı qılmağın maneəsi yoxdur.

       

      Sual 2089: Əgər bir şəxs ona irs çatan torpaq sahəsini bir neçə il öncə “lazım sövdələşmə” şəklində satarsa və sonradan bu torpağın vəqfi olduğu məlum olarsa, bu sövdələşmə düzgün deyildir? Düzgün olmadığı təqdirdə, satıcı bu torpaq sahəsinin hazırkı qiymətini alıcıya ödəməlidir, yoxsa satış zamanı alıcıdan aldığı pulu ona geri qaytarmalıdır?
      Cavab: Satılan torpaq sahəsinin vəqfi olduğu və satıcının onu satmağa haqqı olmadığı məlum olduqda, alğı-satqı düzgün deyildir və torpaq sahəsi vəqf vəziyyətinə geri qaytarılmalıdır. Satıcı torpaq sahəsini satarkən alıcıdan aldığı pulu (inflyasiya miqdarını da hesablayaraq) alıcıya geri qaytarmalıdır.

       

      Sual 2090: Bir şəxs təxminən yüz ildir ki, öz mülkünü oğlan övladlarına vəqf etmişdir. O, vəqfnamədə qeyd etmişdir ki, əgər onun oğlan övladlarından biri yoxsul və ehtiyaclı olsa, öz payını digər varislərə satmağa şəri baxımdan haqqı vardır. Bir neçə il öncə onun oğlan övladlarından bəziləri öz paylarını digər varislərə (moqufun ələyhim) satmışlar. Təzəlikcə deyirlər ki, ortada vəqf məsələsi olduğuna görə, vəqf edən şəxsin qeyd etdiyi şərtlər düzgün deyilmiş və bu mülkün alğı-satqısı düzgün deyildir. Bu mülkün ümumi vəqf deyil, xüsusi vəqf olduğunu nəzərə alaraq, vəqf edən şəxsin vəqfnamədə qeyd etdiyi qaydada bu mülkün alğı-satqısına icazə verilirmi?

       

      Cavab: Əgər vəqf edən şəxsin vəqf əqdində belə bir şərti – yəni “moqufun ələyhim”dən biri yoxsul və ehtiyaclı olduqda, öz payını digər varislərdən birinə sata bilər - qoyduğu sübuta yetsə, yoxsul və ehtiyaclı olduğuna görə varisin vəqfdən olan payını satmasının maneəsi yoxdur və bu halda onun sövdələşməsi düzgündür.

       

      Sual 2091: Mən bir torpaq sahəsini məktəb tikintisi üçün Təhsil Nazirliyinə hədiyyə etdim. Amma məsləhətləşmələrdən və bu torpaq sahəsinin pulu ilə şəhərin başqa məntəqələrində bir neçə məktəb tikdirməyin mümkün olduğunu bildikdən sonra, bu torpaq sahəsinin Təhsil Nazirliyinin nəzarəti altında satışı və onun pulu ilə şəhərin cənub məntəqəsində, yaxud məktəbə ehtiyac duyulan başqa məntəqələrdə bir neçə məktəbin tikinitisi üçün bu nazirliyə müraciət etdim. Mən bu işi görə bilərəmmi?
      Cavab: Vəqf əqdi bağlandıqdan və torpaq sahəsi Təhsil Nazirliyinə vəqf qəyyumu ünvanında təhvil verildikdən sonra sizin bu torpaq sahəsini geri almağa, ondan istifadə etməyə və ona aid işlərə müdaxilə etməyə haqqınız yoxdur. Amma əgər vəqf əqdi – hətta ərəb dilində deyil, öz dilinizdə olsa belə – bağlanmayıbdırsa, yaxud Təhsil Nazirliyinə təhvil verilməyibdirsə, bu təqdirdə torpaq sahəsi sizin mülkiyyətinizdədir və onun ixtiyarı sizin əlinizdədir.

       

      Sual 2092: Bir imamzadənin (ə) ziyarətgahının gümbəzində bir-birinə birləşmiş üç qübbə şəklində üç kiloqram qızıl vardır. Bu qızıl indiyədək iki dəfə oğurlanmış, sonra tapılıb öz yerinə qoyulmuşdur. Bu qızılın təhlükədə olduğunu və oğurlana biləcəyini nəzərə alaraq, onu satmaq və pulunu ziyarətgahın genişləndirilməsinə və təmirinə sərf etmək olarmı?
      Cavab: Bu qızılın təhlükədə olması və oğurlanma ehtimalı, onun satılmasına və vəqfin dəyişdirilməsinə şəri əsas deyildir. Amma əgər vəqfin şəri qəyyumu sübutlar və şahidlər əsasında ciddi ehtimal versə ki, bu qızıl ziyarətgahın təmiri və ehtiyaclarının təmini üçün ehtiyatda saxlanmışdır, yaxud ziyarətgahın təmirə zəruri ehtiyacı vardır və bunun xərclərini başqa bir yolla təmin etmək mümkün deyildir, bu təqdirdə qızılı satmaq və pulunu ziyarətgahın zəruri təmirinə sərf etməyin maneəsi yoxdur. Yaxşı olar ki, bu işə Vəqf İdarəsi nəzarət etsin.

       

      Sual 2093: Bir şəxs bir əkin sahəsini və onun su payını oğullarına vəqf etmişdir. Amma övladların sayı çox olduğuna, həmçinin əkin işlərinin ağır, məhsulun isə az olduğuna görə heç kim bu torpaqda əkinçilik etməyə meyil göstərmir. Bu səbəbdən, vəqfi mülk yaxın gələcəkdə xarab olub yararsız vəziyyətə düşəcəkdir. Sözügedən torpaq və su bu səbəbə görə satıla və pulu xeyir işlərə sərf edilə bilərmi?
      Cavab: Vəqfi əmlak vəqfin məqsədinə istifadə edilməyə yararlı olduğu təqdirdə – hətta onu “moqufun ələyhim”dən bəzilərinə, yaxud başqa bir şəxsə icarəyə verib, icarə pulunu vəqfin məqsədinə sərf etməklə olsa belə - yaxud ondan istifadə növü dəyişdiyi təqdirdə, onu satmaq və ya vəqfi dəyişdirmək olmaz. Amma heç bir vəchlə istifadəyə yararlı olmazsa, onu satmağa icazə verilir. Amma bu halda satışdan əldə edilən pul ilə başqa bir mülk almaq və onun gəlirini vəqfin məqsədinə sərf etmək vacibdir.

       

      Sual 2094: Bir minbər məscidə vəqf edilibdir, amma çox hündür olduğuna görə istifadəyə yararlı deyildir. Onun formasını dəyişib uyğun bir formada minbər düzəltmək olarmı?
      Cavab: Əgər bu minbər indiki formasında bu məsciddə və ya başqa məscidlərdə istifadəyə yararlı deyildirsə, onun formasını dəyişməyin maneəsi yoxdur.

       

      Sual 2095: “Xüsusi vəqf” olan torpaqların satışına icazə verilirmi? Belə ki, vəqf edən şəxs bu torpaqlara “torpaq islahatı qanunu”nun icrası nəticəsində sahiblənmişdir?
      Cavab: Əgər vəqf edən şəxs vəqf zamanı vəqf etdiyi əmlakın şəri sahibi olubdursa və vəqf onun tərəfindən şəri qaydada həyata keçibdirsə, xüsusi vəqf olsa belə, bu vəqfi əmlakın alğı-satqısı və ya vəqfin dəyişdirilməsi düzgün deyildir. Yalnız bir sıra istisna hallarda şəri baxımdan vəqfi əmlakın alğı-satqısına və vəqfin dəyişdirilməsinə icazə verilir.

       

      Sual 2096: Atam xurma ağacları olan bir torpaq sahəsini Aşurada və Qədr gecələrində təam verilməsi üçün vəqf etmişdir. Hal-hazırda bu ağacların ömründən təxminən yüz il ötür və istifadəyə yararsızdırlar (yəni daha bar vermirlər). Mən atamın boyük oğlu, onun vəkili və vəsisiyəm. Mən bu torpaq sahəsini sata və atam üçün “qalıcı sədəqə” olsun deyə, onun pulu ilə məktəb və ya hüseyniyyə tikdirə bilərəmmi?
      Cavab: Əgər torpaq sahəsinin özü də vəqfi olarsa, bar verməyən ağacların bu torpaqdan çıxarılması ilə bu torpağın satılması və ya vəqfin dəyişdirilməsi icazəli olmur. Əksinə, imkan olduğu təqdirdə, bar verməyən həmin ağacların yerinə - hətta pul xərcləmək lazım gəlsə belə - yeni xurma ağacları əkmək və onun gəlirlərini vəqfin məqsədinə sərf etmək vacibdir. Bundan qeyri halda, vəqfi torpaq sahəsindən başqa bir şəkildə istifadə olunmalıdır, məsələn, əkinçilik üçün icarəyə verilə, yaxud orada ev və bu kimi obyekt tikdirib icarəyə verilə bilər. Buradan əldə edilən gəlirlər də vəqfin məqsədinə sərf edilməlidir. Ümumiyyətlə, vəqfi mülkdən hər hansı bir şəkildə istifadə etmək mümkün olduğu təqdirdə, onun alğı-satqısına və ya vəqfin dəyişdirilməsinə icazə verilmir. Amma xurma ağacları bar vermədiyi təqdirdə, onları satmağın maneəsi yoxdur. Mümkün olduğu təqdirdə, onun pulu yeni ağacların əkilməsinə sərf edilməlidir. Mümkün olmadığı təqdirdə isə, vəqfin məqsədinə sərf edilməlidir.

       

      Sual 2097: Bir şəxs müəyyən yerdə məscid tikintisinə bir qədər dəmir və qaynaq materialları hədiyyə etmişdir. Məscidin tikintisi tamamlandıqdan sonra bu materiallardan bir qədər artıq qalmışdır. Tikinti xərclərinə görə məscidin borcu olduğunu nəzərə alaraq, artıq qalan bu materialları satmaq və onun pulu ilə məscidin borcunu ödəmək, məscidin başqa ehtiyaclarını qarşılamaq olarmı?
      Cavab: Əgər xeyriyyəçi şəxs bu materialları məscidin tikintisi üçün vermişdirsə və bu materialları məhz bu işin görülməsi üçün öz mülkiyyətindən xaric etmişdirsə, bu təqdirdə bu materiallardan hansı biri istifadə oluna bilərsə - hətta başqa məscidlərdə olsa belə - onları satmağa icazə verilmir. Əksinə, başqa məscidlərin təmiri üçün istifadə olunmalıdır. Yox əgər xeyriyyəçi şəxs bu materiallardan məscidin tikintisində istifadə edilməsinə icazə veribdirsə, bu təqdirdə artıq qalan materiallar xeyriyyəçinin əmlakıdır və bu materialların ixtiyarı onun əlindədir.

       

      Sual 2098: Bir şəxs öz kitabxanasını oğlan övladlarına vəqf etmişdir. Amma onun övladlarından və nəvələrindən heç biri dini elmləri təhsil almağa müvəffəq ola bilməmişdir. Buna görə də kitabxanadan istifadə etmirlər. Qarışqalar da kitabların bəzisini zədələmişdir, qalan kitablar da məhv olmaq üzrədir. Bu kitabları sata bilərlərmi?
      Cavab: Əgər kitabxananın övladlara vəqf edilməsində övladların dini elmləri təhsil almaları və din alimi sinfinə daxil olmaları şərt qoyulubdursa, belə bir şərt mövcud olduğuna görə vəqf kökdən düzgün deyildir. Yox əgər istifadə etsinlər deyə, kitabxananı onlara vəqf edibdirsə, amma hal-hazırda bu kitabxanadan istifadə edə biləcək bir şəxs onların arasında mövcud deyildirsə və gələcəkdə də belə bir şəxsin olacağına ümid yoxdursa, bu təqdirdə bu vəqf düzgündür. Övladlar bu kitabxananı, kitabxanadan istifadə edə bilən başqa şəxslərin istifadəsinə verə bilərlər. Həmçinin əgər kitabxana, ondan istifadə edə bilən şəxslərə vəqf edilibdirsə və vəqfi əmlaka qəyyumluq vəzifəsi bu şəxsin övladlarının öhdəsindədirsə, onlar bu kitabxananı həmin şəxslərin istifadəsinə verməlidirlər. Hər bir halda, kitabları satmağa haqları yoxdur və vəqfin şəri qəyyumuna uyğun bir şəkildə vəqfi kitabların zədələnməsinin və məhv olmasının qarşısını almaq vacibdir.

       

      Sual 2099: Vəqfi bir əkin sahəsinin səthi ətrafdakı torpaqların səthindən hündürdə yerləşir. Buna görə də, bu torpağın suvarılması mümkün deyildir. Bir müddət olar ki, bu torpaq sahəsinin səthinin ətrafdakı toparların səthinin səviyyəsinə gətirilməsi işi başa çatmış və yerdən qazılıb götürülən torpaqlar bu torpaq sahəsinin ortasında qalaqlanmışdır. Bu da əkinçilik işlərinin görülməsinə mane olur. Yerdən qazılıb götürülən torpağı satmaq və pulunu bu torpaq sahəsinin yaxınlığında yerləşən bir imamzadənin (ə) hərəminə sərf etmək olarmı?
      Cavab: Əgər bu artıq torpaq vəqfi torpaq sahəsindən istifadə etməyə mane olursa, onu bu yerdən götürüb satmaq və pulunu vəqfin məqsədinə sərf etməyin maneəsi yoxdur.

       

      Sual 2100: Vəqfi torpaq sahəsində tikilən bir neçə vəqfi ticarət obyekti icarəyə verilmişdir, amma obyektlərin sərqufli haqqı icarəçi şəxslərə satılmamışdır. Bu obyektləri icarəyə götürən şəxslər onların sərqufli haqqını başqa bir şəxsə sata və pulunu ala bilərlərmi? Bu işə icazə verildiyi təqdirdə, sərquflinin pulu icarəçi şəxsin əmlakıdır, yoxsa vəqfi əmlakın gəlirlərindən sayılır və vəqfin məqsədinə sərf edilməlidir?
      Cavab: Əgər vəqf qəyyumu vəqfin xeyrini nəzərə alaraq, sərquflinin satılmasına icazə versə, sərquflinin satışından əldə edilən pul vəqfi əmlakın gəlirlərindən hesab olunur və vəqfin məqsədinə sərf edilməlidir. Yox əgər vəqf qəyyumu sərquflinin satılmasına icazə verməzsə, sövdələşmə düzgün deyildir və satıcı alıcıdan aldığı pulu ona qaytarmalıdır. Hər bir halda, sərqufli haqqına malik olmayan, amma bununla belə, sərquflini sonrakı icarəçi şəxsə satan icarəçi şəxsin sərquflinin satışından əldə edilən pulda heç bir haqqı yoxdur.

       

  • Qəbiristanlığın hökmləri
700 /