Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

Böyük Dini Rəhbərin həyat və fəaliyyəti

  • BÖYÜK DİNİ RƏHBƏRİN HƏYAT VƏ FƏALİYYƏTİ
    • Ön söz
    • BİRİNCİ FƏSİL – GÜNƏŞİN DOĞMASI
    • İKİNCİ FƏSİL – İDRAKIN AÇARI
      • Xidmət göstərməyin iftixarı
      • “1323-cü il – bizim məktəbə getdiyimiz ilk günlər”
      • “Yazıq, könlünü xoş edirdi”
      • “Bizi ibtidai məktəbə apardıqları ilk gün”
      • “Anam bizim əmmaməmizi sarıyırdı”
      • “İbtidai məktəbin II-III sinfindən başımıza əmmamə qoydular”
      • “İbtidai məktəbdə istifadə etdiyim kitablar”
      • “O qədər mütaliə edirdim ki, azan səsini də eşitmirdim”
      • “Qəflətən özümü qorxutdum”
      • Bədii zövq və onun tənqidi
      • Arpa çörəyi
      • İki anadan səkkiz bacı və qardaş
      • Ata ocağı
      • “Atamın köhnə paltarları”
      • Minbəri yamsılama
      • Ata xətrinə Allahla sövdələşmə
      • “Həyatımın unudulmayan günü”
      • “Məni elə məsxərəyə qoydular ki, dostum da xəcalət çəkdi”
      • Feyziyyə hekayəti
      • “Bunlar gedəcəklər, siz isə qalacaqsınız”
      • Xalqın münasibəti
      • “Pis olmadı, xeyli vaxt idi ki, çənəmi görməmişdim”
      • “Təhqir etmək üçün onların üzünə sillə vururdular”
      • Yanlış və ağılsız bir təhlil
      • “Adamlar mənim adımı İmam Xomeyninin adı ilə qarışdırır və deyirdilər: İmam Xomeyni gəlib...”
      • “Özümüz son gecə bölərik”
      • “Gözlə, onun dövlətinin sabahı açılsın...”
      • Məşhəddə İmam Həsən Muctəba (ə) məscidində imamlıq
      • Məşhədin Kəramət məscidində imamlıq etmə
      • Kəramət məscidi Ceyrofta sürgündən sonra əsas fəaliyyət mərkəzi idi
      • Həmin hadisələr inqilab günlərinin tarixini yaradırdı
      • Adamlar 50 kalibrli güllələrə tuş gəldilər
      • Tehran universitetindəki bəstə girmə Məşhəddəki bəstin nəticəsi idi
      • Yetmiş tümən, velosiped və ya kostyum
      • “Mən heç kimə söz vermədim, istefa verməsə, qəbul etmərəm”
      • “Tehranlıların Allahu-Əkbər fəryadını eşitdim”
      • “Gərək Tehrana gedəm”
      • On beş ildən sonra yürüş
        Çap versiyası  ;  PDF
        On beş ildən sonra yürüş
        İkinci Xomeyni 1357-ci ilin on üçüncü gecəsi ilə bağlı xatirələrində birinci Xomeyni haqqında buyurur:
        – Mənim ən maraqlı xatirələrimdən biri həmin ilk gecə haqqındadır ki, o gecə İmam Tehrana gəlmişdi. Bu, bəhmən ayının on ikinci günü idi, ola bilsin ki, məlumatınız vardır. Yəqin bilirsiniz ki, İmam gələn kimi “Behişti-Zəhra”ya getdi və orada bir nitq söylədi, sonra isə vertalyotla qalxıb getdi.
        Bir neçə saat camaat İmamın haraya getdiyindən xəbər tutmadı. Səbəbi də bu idi ki, vertalyotla İmamı kifayət qədər məxfi saxlanılan bir yerə aparmışdılar. Çünki əgər istəsəydi ki, vertalyot camaat olan yerdə yerə ensin, o zaman camaat onun yanına axışacaqdı və imkan verməyəcəkdilər ki, istirahət etsin. Hamı istəyirdi ki, İmamın başına yığılsın.
        Vertalyot Tehran şəhərinin qərbinə tərəf uçdu və oturdu, sonra isə İmamı avtomobilə mindirib apardılar. Cənab Natiq Nurinin maşını var idi və o, İmamı avtomobilə mindirdi. Mərhum Hacı Əhmədağa da orada idi. İmam buyurur: “Məni Vəliye əsr  küçəsinə apardılar, orada qohumlardan birinin evi var idi”.
        Evin yerini də dəqiq bilmirdilər, gedə-gedə adamlardan soruşur və ünvanı götürürdülər. Nəhayət, tapırlar: İmamın qohumlarından birinin mənzili idi. İmam ev sahibinə xəbər vermədən mənzilə daxil olur.
        İmam hələ namazını da qılmamışdı, axşam idi. Sübh ikən gəlməsinə baxmayaraq, axşamadək “Behişti-Zəhra”da olmuşdu, nə nahar etmişdi, nə də namaz qılmışdı. İstirahət də edə bilməmişdi. Artıq heç kimlə görüşmür, yəni hara gedirsə, heç kimlə ünsiyyət yaratmırdı. İndi əməliyyat qərargahlarında oturan adamlar çox böyük narahatçılıq keçirirdilər. Nə isə, bu qalsın sonraya, heç kimin İmamdan xəbəri yox idi. Sonra məlumat verdilər ki, bəli, İmam filankəsin evindədir və özü gələcəkdir, heç kim onun dalınca getməsin.
        Həmin vaxt mən Rifah mədrəsəsində idim və əməliyyat mərkəzi İmamın qarşılaşmasını həyata keçirməliydi. İran küçəsində yerləşən həmin qızlar oxuyan Rifah ibtidai məktəbində, ola bilsin ki, sizdə tanıyırsınız, mənim öhdəmə götürdüyüm işləri həyata keçirirdik. Ora iki-üç otaqdan ibarət idi. Biz gündəlik qəzet də buraxırdıq. İmamı gözlədiyimiz həmin günlərdə qəzetin üç-dörd nömrəsini çap etdirmişdik.
        Bir qrup adam burada qalmışdı və biz özümüzə aid olan işlərlə məşğul idik. Axırıncı gecə, yəni saat 2030-da, yaxud 10-da hamı yorulmuşdu, çünki çox ağır gün keçirmişdilər və tədricən adamlar seyrəlirdilər. Mən işlədiyim otaqda oturub işlə məşğul idim. Qəflətən gördüm ki, həyətdən səs gəlir. Rifah  mədrəsəsinin binasının ön tərəfində kiçik bir həyət var idi və bura gediş-gəliş yeri deyildi. Gördüm ki, həmin həyətdən söhbət səsləri eşidilir. Deyəsən, kimsə gəldi və getdi. Ayağa qalxdım və həyətdə nə baş verdiyini öyrənmək istədim. Birdən gördüm ki, İmam küçədən tək-tənha binaya tərəf gəlir. Mənim üçün bu mənzərə son dərəcə maraqlı və həyəcanlı idi. Uzun illərdən sonra mən onu görürdüm. Artıq on beş il olardı ki, onu sürgün etmişdilər və biz bundan sonra onu görməmişdik. Ani olaraq sanki binaya vəlvələ düşdü. Otaqlardan çoxlu adam, təxminən iyirmi, otuz nəfər çıxıb elə oradaca dayanmışdılar. Hamı bir yerə toplaşmışdı. O, binaya daxil olanda adamlar onu dövrəyə alıb əlindən öpməyə başladılar. Bəziləri isə deyirdi ki, İmama əziyyət verməyin, o, çox yorğundur.
        Yuxarıdakı mərtəbədə onun üçün bir otaq ayrılmışdı. Fikrimcə, Rifah mədrəsəsində indi də həmin otağı böyük ehtiramla qoruyub saxlayırlar, 12 bəhməndə baş verən hadisələri səmшmiyyətlə yad edirlər. İmam yuxarıdakı otağa qalxmaq üçün pilləkənlərə çatanda dayanıb bizə tərəf döndü və pilləkənin üstündə oturdu. Məlum olurdu ki, o da burada dayanmış iyirmi-otuz nəfəri buraxıb öz otağına çəkilmək və istirahət etmək istəmirdi. Təxminən beş dəqiqə pilləkənin üstündə oturub bizimlə söhbət etdi. İndi onun nə danışdığı dəqiqliklə yadımda deyil.
        Hər halda yorulmayasınız deyib, bizdə gələcəyə böyük ümid yaratdı. Sonra isə öz otağına gedib istirahət etdi. Əlbəttə, həmin günün səhərisi, ayın on üçündə İmam Rifah mədrəsəsinin qonşuluğunda olan 1№-li Ələvi mədrəsəsinə deyil, İran küçəsində yerləşən 2№-li Ələvi mədrəsəsinə getdi. Bundan sonra bütün işlərimiz yalnız həmin mədrəsə ilə bağlı idi. Bax, bunlar yadımda qalmışdır.1

        1 İnqilabın əziz rəhbərinin bir qrup yeniyetmə və gənclə səmimi görüşü, 14/XI-76

      • “Mənim heç bir otaqda xüsusi stulum olmayıb”
      • “Mən çay dəmləməyi yaxşı bacarıram”
      • “Əksər gecələrimiz həyəcanlı olurdu”
      • İmamın (r) vaxtında qəbul etdiyi qərar
      • Bura İran İslam inqilabının radiosudur
      • İlk qələbədən sonra
      • Bir enlikürək ordu generalı daxil oldu
      • Baş nazir kim olsun?
      • Böyük dini rəhbərin ABŞ-a münasibətdə tutduğu mövqe
      • Nə üçün xalq “Amerikaya ölüm!” ifadəsindən əl çəkmir?
      • “Həft tir” meydanında baş verən böyük nümayiş
      • Müvəqqəti hökumət ABŞ-ın mənafeyini açıq şəkildə müdafiə edirdi
      • “Mənim üçün çox təəccüblü idi”
      • İmamın xəttini davam etdirən tələbələrin ABŞ-ın casusluq yuvasının ələ keçirilməsində inqilabi addımı
      • “Tələbələr təklif etdilər ki, mən həmin şəxs olum”
      • İkinci inqilab
      • “Liberallar deyinə-deyinə həmin yaraya əlac axtarırdılar”
      • “İnqilab Şurasında həmin tələbələrin addımını müdafiə edirdik”
      • Amerika hər şeyi əldən verdi
      • Sadəlövhlük məsələsi və Amerika ilə müzakirə
      • “Mən Amerika ilə müzakirənin əleyhinəyəm”
      • “Amerikadan qorxmadığınızı bilirik, bizi özünüzlə müqayisə etməyin”
      • Şəhid Nujə meydanında çevriliş macərası
      • İnqilabın böyük fədaisi
      • “Mən həmişə istəmişəm ki, siz (fədailər) ən yaxşılardan olasınız”
      • İslam inqilabının rəhbəri 7 tir hadisəsi haqda
      • Döyünən ürək
      • “Bura İslamın mərkəzidir”
      • “Siz yaşayın”
      • “Həyatımızın ən ağır məqamları”
      • Gecə saat 10:20-də
      • İmamın gördüyü hər bir iş Allah qiyamı məqsədi daşıyırdı
      • İmamın “Kumeyl” duası və şəban munacatına bağlılığı
      • İran nümayəndə heyətində İmamı görür və onun ətrini alırdı
      • “Əqidə qoruyucuları ona diqqət yetirməlidirlər”
      • “Bu, mənim etiqadımdır”
      • “Çalışın ki, dinin şöləsi aşağı düşməsin”
      • “Gördün, bu uşaqlar nə etdilər?”
      • Sevincin təsiri
      • “Mən özüm işləri görər və ağır yükləri öz çiynimə götürərəm”
      • “Minbərdə oturduğu ilk gün ağladı”
      • “İlahi bir qüvvə bizə yardım edir”
      • İmamın verdiyi böyük dərs
      • “Hər bir şey bizim borcumuz idi”
      • “Bizim həyatımız bu şeylərə uyğunlaşmamışdı”
      • “Əgər düyü yoxdursa, düyü yemərik”
      • Hacıxanımın sağlamlığı üçün salavat
      • “Bu bahalıqda bananı mənə almısan?”
      • Çörəkxanada başqalarının hüququna riayət etmə
      • “Evin fasadını düzəltməyə ehtiyac yoxdur”
      • “Voleybolu çox xoşlayırdım”
      • Məhəbbətdən yaranan göz yaşları
      • “Ölkəmiz müharibə vəziyyətindədir”
      • Həmin əvvəlki məhəbbət və əvvəlki həvəs
      • “Səni cəddimə and verirəm, bir söz də demə”
      • “Mənim o ağadan heç bir şikayətim yoxdur”
      • “Mən sizdən xahiş edirəm”
      • Qənaət
      • “Namazımın vaxtını ötürmək istəmirəm”
      • “Elə ağlayırdı ki, çiyinləri də tərpənirdi”
      • İmamın (r) böyük dini rəhbərə xüsusi qayğı göstərməsi
      • Azan səsi ruhdan düşmüş könülləri ruhlandırır
      • İstixarə
      • Müqəddəs Cəmkəran məscidi
      • Ağa və şəhidlər
      • İdman
      • Şəhid ailəsi ilə görüş
      • Əmmamənin mənəvi çəkisi çox böyükdür
      • “İslam sisteminin qılınc və qamçısının olmadığını düşünənlər səhv edirlər”
      • Novruz – bəşər tarixində yeni gün
      • “Gedin və həmin döşənəcəkləri gətirin”
      • Sadə yaşama tərzi
      • Mayasız fətirdir
      • Şagird müəlliminin nökəri kimi olmalıdır
      • Məntiqsiz və sadəlövhlüklə irəli sürülən arqument bəladır
      • “Radio və televiziyada ayıq olun ki, aşağıdakı üç eybdən qoruna biləsiniz”
      • “Çox qeyri-adi dualardır”
      • “Pərvərdigara, sənə təvəkkül edirəm”
    • ÜÇÜNCÜ FƏSİL – DOST SÖZÜ
    • DÖRDÜNCÜ FƏSİL – USTADIN HÜZURUNDA
    • BEŞİNCİ FƏSİL – ŞƏRİƏT ELMİNDƏ YÜKSƏK SƏVİYYƏYƏ ÇATMA
    • İstifadə olunan ədəbiyyat
700 /