Xəbərlər

ABŞ-ın sanksiyalarına məruz qalmış dövlətlər bu silahı birlikdə məhv etməlidir İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Belarusiya Respublikasının prezidenti cənab Ale...

Ali Baş Komandan HHM və HHQ-nin yüzlərlə komandanı və şəxsi heyəti ilə görüşdü
Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin yüzlərlə komandanı və şəxsi heyəti 1357-ci ilin 19 bəhmən hadisəsi və Hərbi Hava Qüvvələrinin humafərlər dəstəsindən bir qrupunun İmam Xomeyni (r.ə) ilə görüşünün ildönümü münasibətilə bu gün Ali Baş Komandanla görüşdü.

İslam İnqilabının Rəhbəri istehsalçılar, sahibkarlar elm əsaslı sahələrin fəalları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər yüzlərlə istehsalçı, sahibkar və elm əsaslı sahələrin fəalları ilə görüşdə ölkənin parlaq gələcəyinin davamlı və sürətli inkişafa ehtiyaclı olduğunu dedi.

İnqilabın Rəhbəri İslam Təbliğatı İdarəsinin məsul şəxslərindən bir neçəsi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta İslam Təbliğatı İdarəsinin və İncəsənət Mərkəzinin müdirləri və rəhbər şəxslərindən bir qrupu ilə görüşdə yeni fikrə əsaslanan qiymətli məhsulların istehsalı, təbliğatın sosial və mədəni tələblərinin nəzərə alınmasının Allahın əzəməti qarşısında tam qorxunu ifadə etməklə yanaşı, mədəniyyət – təbliğat idarələrinin iki mühüm vəzifəsi olduğunu dedi.

İslam İnqilabının Rəhbəri Əhli-beyt (ə) şair və məddahlarından ibarət bir heyətlə görüşdü
İslam İnqilabının Rəhbəri Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludunun ildönümü ərəfəsində Əhli-beyt (ə) məddahlarından bir qrupu ilə görüşdə qeyd etdi ki, məddahlıq maarif, hisslər və rol oyununu ölkənin həssas mübarizə meydanlarına ötürən hibrid sənətdir.

İslam İnqilabının Rəhbəri 19 dey qiyamının ildönümü münasibətilə Qum əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər Qum əhalisinin 19 dey 1356-cı il (09.01.1978) tarixi qiyamının ildönümü münasibətilə bu şəhərdən olan bir qrup insanla görüşdə tarixin dönüş yaradan hadisələrinin dərs götürüləcək böyük təcrübələri və ya ilahi sünnəni ehtiva etdiyini dedi.

İslam İnqilabının Rəhbəri yüzlərlə təhsilli və aktiv qadınla görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər mədəni, elmi və sosial sahələrdə aktiv olan yüzlərlə təhsilli qadınla görüşdə cinsi və insani, hüquq və vəzifələr, fərdi və ailə məsuliyyətləri, sosial rol və vəzifələr sahələrində İslamın qadına olan mütərəqqi və ədalətli baxışından söz açaraq müasir Qərbin qadına vurduğu zərbələrin əsaslı və xəyanətkarcasına olduğunu vurğuladı: “Qadın həyat yoldaşı rolunda eşq və mənəvi rahatlığın məzhəri, ana rolunda isə həyat haqqı kimidir.

İnqilabın Rəhbəri Şahçıraq ziyarətgahında qətlə yetirilmiş şəhidlərin ailələri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) səhər Şahçıraq (ə) ziyarətgahında törədilmiş terror hadisəsində qətlə yetirilmiş şəhidlərin ailələri ilə görüşdə bu acı hadisənin qəlbləri yandırsa da, İranın tarixində əbədi qalacağını dedi.

İslam İnqilabının Rəhbəri Mədəni İnqilab Ali Şurasının sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra Mədəni İnqilab Ali Şurasının üzvləri ilə görüşdə ölkənin mədəni yönünün müəyyən edilməsində əsas rolun bu şuranın üzərinə düşdüyünü dedi.

Ali Rəhbər tərəfindən Sistan və Bəluçistana ezam edilmiş işçi qrupunun hesabatı
Baş vermiş son hadisələri araşdırmaq üçün Sistan və Bəluçistana ezam edilmiş işçi qrupu bu əyalətin əhalisinə ünvanladığı bəyanatda göstərdikləri lütfkarlığa görə əyalətin qeyrətli sakinlərinə təşəkkürünü bildirdi.

İnqilabın Ali Rəhbəri İraqın baş naziri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Məhəmməd Şiya əl-Sudani ilə görüşdə dedi: “İraqın inkişafı, layiq olduğu üstün və həqiqi mövqeyə nail olması İslam Respublikasının xeyrinədir. Biz inanırıq ki, zati-aliniz İraqın daxili işlərini və xarici əlaqələrini inkişaf etdirmək, dövləti layiq olduğu müstəqil tarixi və mədəni mövqeyinə çatdırmaq iqtidarındasınız”.

Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin bir neçə komandiri ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) İran İslam Respublikasının Hərbi Dniz Qüvvələrinin komandirlərindən bir neçəsi ilə görüşdə vurğuladı: “Dənizdən və onun malik olduğu imkanlardan istifadə ölkədə ümumi bir mədəniyyətə çevrilməlidir”.

İslam İnqilabının Ali Rəhbəri “Bəsic” günü münasibətilə bəsicilərlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (şənbə) səhər yüzlərlə bəsici ilə görüşdə Bəsicin yaradılmasının İmam Xomeyninin (r.ə) ən mühüm və ən böyük təşəbbüslərindən biri olduğunu dedi.

İslam İnqilabının Rəhbəri İsfahan əhalisinin yüzlərlə nümayəndəsi ilə görüşdü
Bu gün (şənbə) səhər İsfahan əhalisinin yüzlərlə nümayəndəsi ilə görüşdə İsfahanın tərifəlayiq elm, iman, incəsənət və cihad şəhəri olduğunu deyən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, günümüzün əsas problemi durğunluq, hərəkətsizlik və mürtəcelik qarşısında inkişafdır: “İmperializm iranofobiyanı daha da gücləndirərək İran xalqı qarşısında tutduğu mövqedə bütün imkanlarını xalqın, xüsusilə gənclərin beyninə ümidsizlik və çıxılmazlıq düşüncəsini yeritmək üçün səfərbər etmişdir.

İnqilabın Ali Rəhbəri Qum şəhidlərinə həsr edilmiş konqresin təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbərinin 8 aban 1401-ci il (30 oktyabr 2022) tarixində Qum şəhidlərinə həsr edilmiş konqresin təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün (çərşənbə) səhər sözügedən Qum konqresinin təşkil edildiyi məkanda yayımlandı.
