Xəbərlər
Ali Məqamlı Rəhbərin 1405-ci ildə Parlamentə ünvanladığı müraciəti
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 7 Xordad ilk Parlamentin təsis edilməsinin ildönümü münasibətilə ünvanladığı müraciətdə deputatların, xüsusilə də hörmətli Parlament sədrinin ölkənin tərəqqisi yolundakı səylərini yüksək qiymətləndirərək millətin həqiqi nümayəndəsinin xalqın içindən çıxan və ona layiq şəxslər olduğunu bildirdi.
Ali Məqamlı Rəhbərin Xidmət Şəhidlərinin ildönümü münasibətilə müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei “Ordibeheşt uçuşu” şəhidlərinin, xüsusilə də şəhid Prezident Höccətül-İslam vəl-müslimin Rəisinin xatirəsinin anım ildönümü münasibətilə müraciət ünvanlayıb.
Ali Məqamlı Rəhbərin bir qrup vətəndaş cəmiyyətinin fəallarının məktubuna cavabı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei demoqrafiya sahəsində çalışan bir qrup vətəndaş cəmiyyətinin fəallarının İslam İnqilabının Əzəmətli Rəhbərinin (Allah onun pak ruhunu müqəddəs etsin) şəhid olması münasibətilə göndərdiyi başsağlığı və sevgi dolu məktubuna cavab verib.
Ali Məqamlı Rəhbərin Fars Dilinin Qorunması Günü münasibətilə müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei böyük mütəfəkkir Əbülqasim Firdovsinin anım və Fars Dilinin Qorunması günü münasibətilə müraciət ünvanlayıb.
Ali Məqamlı Rəhbər Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Zəhmətkeşlər və Müəllimlər Günü münasibətilə müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 11 və 12 Ordibeheşt tarixinə təsadüf edən Zəhmətkeşlər və Müəllimlər Günü münasibətilə ünvanladığı müraciətində mühüm, effektiv və aparıcı rola malik olan bu iki təbəqəni mədəniyyət və iqtisadiyyat sahəsinin “onurğa sütunu” adlandırıb.
Kəşfiyyat nazirinin şəhadəti münasibətilə müraciət
İslam İnqilabının Rəhbəri Höccətül-İslam Seyid İsmayıl Xətibin şəhadəti münasibətilə müraciət ünvanladı.
1405-ci ilin Novruz müraciəti
İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 1405-ci ilin başlanması münasibətilə xalqa ünvanladığı müraciətdə bu ili “Milli vəhdət və milli təhlükəsizliyin sayəsində müqavimət iqtisadiyyatı” adlandırdı.
Doktor Əli Laricaninin şəhadəti münasibətilə müraciət
İslam İnqilabının Rəhbəri Milli Təhlükəsizlik Ali Şurasının katibi doktor Əli Laricani, onun oğlu və həmkarlarının şəhadəti münasibətilə müraciət ünvanladı.
General Qulamrza Süleymaninin şəhadəti münasibətilə başsağlığı müraciəti
İslam İnqilabının Rəhbəri Bəsic Təşkilatının sədri general Qulamrza Süleymaninin şəhadəti ilə bağlı müraciət ünvanladı.
Şəhid Rəhbərin hökmlərinin növbəti bildirişədək qüvvədə qalması
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei rəsmi bir məktubda Şəhid Rəhbər tərəfindən birbaşa təyin edilmiş rəhbər və məsul şəxslərin xidmətlərini davam etdirməli olduqlarını vurğulayıb.
İslam İnqilabının Rəhbəri Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin şəhadətinin elanı
Böyük İran xalqının və İslam ümmətinin rəhbəri İmam Xamenei mübarək Ramazan ayında şəhadət şərbətini içərək əbədiyyətə qovuşdu.
İnqilabının Rəhbərinin bu gün 12/01/2026 tarixində İran xalqına kütləvi yürüşün ardından ünvanladığı təşəkkür mesajı
Ayətullah Xamenei əzəmətli İran xalqının bu gün həyata keçirtdiyi nümayişi və yaratdığı bu tarixi günü təqdir edərək vurğuladı: “İran xalqı özünü, əzmini və kimliyini düşmənlərə nümayiş etdirdi və bu, Amerika siyasətçilərinə öz məkrlərindən əl çəkmək və xain muzdurlara arxalanmamaq üçün bir xəbərdarlıqdır.
İran xalqına telemüraciət
Bu axşam İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei əziz İran xalqına ünvanladığı telemüraciətdə Bəsicin böyük bir sərvət, ümumilli hərəkət və milli gücün artmasına səbəb olan amil kimi gücləndirilməsi və bir-birini əvəzləyən nəsillər arasında qüdrətli şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayaraq bildirdi ki, ABŞ və sionist rejimin İrana hücum planında qarşıya qoyduqları məqsədlərin heç birinə çata bilməmələri onların qəti məğlubiyyətindən xəbər verir.
Əllamə Mirzə Naini (r.ə) Beynəlxalq Konfransının təşkilatçıları ilə görüş
İslam İnqilabının Ali Rəhbərinin Əllamə Mirzə Naini (r.ə) Beynəlxalq Konfransının təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu gün səhər Qum şəhərində konfransın keçirildiyi məkanda yayımlandı.
XXXII Ümumrespublika Namaz Konfransına Müraciət
Həzrət Ayətullah Xamenei XXXII Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə mənalı və həyatverici bir ibadət olan namazın insanın dünya və axirət taleyindəki roluna işarə edərək vurğulayıb: “Namazın təbliği və təlimi, batini incəliklərinin izahı və ona ciddi şəkildə əhəmiyyət verilməsi dinin təbliği ilə məşğul olan qurumların, din xadimlərinin və dindar şəxslərin qəti vəzifəsidir.
Müqəddəs Müdafiə Həftəsi münasibətilə müraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Həftəsi və “Lalələrin Qonaqlığı” günü münasibətilə etdiyi müraciətdə qeyd etdi ki, şəhidlik cihadın mükafatıdır. O vurğuladı ki, xalqlar bu cihadlarla inkişaf edir, bu şəhadətlərlə parlayır və ucalırlar.
İslam İnqilabının Rəhbərinin İran xalqına telemüraciəti
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu axşam televiziya vasitəsilə xalqa ünvanladığı müraciətində İran xalqının davamlı vəhdəti və birliyinin düşmənin başına endirilmiş polad bir yumruq olduğunu vurğuladı.
Həmvətənlər, ləyaqətli hərbi komandirlər və görkəmli nüvə alimlərinin şəhadətinin 40-cı günü münasibətilə müraciət
Həzrət Ayətullah Xamenei həmvətənlər, ləyaqətli hərbi komandirlər və görkəmli nüvə alimlərinin xəbis və cinayətkar sionist rejim tərəfindən şəhid edilməsinin qırxıncı günü münasibətilə müraciət ünvanladı.
