Xəbərlər
Silahlı Qüvvələrin ali hərbi heyətinin Ali Baş Komandanla görüşü
Silahlı Qüvvələrin ali hərbi heyəti Ali Baş Komandan Həzrət Ayətullah Seyid Müctəba Xamenei ilə görüşüb. İnqilabın Rəhbəri bu görüşdə düşmənlərə qarşı qətiyyətlə mübarizə aparmaq üçün ağıllı döyüş hazırlığının maksimum çəkindiriciliyin əsas şərtlərindən biri olduğunu deyib.
General-mayor Rezainin Ali Rəhbərlə görüşü
Ali Milli Təhlükəsizlik Şurasının katibi general-mayor doktor Mohsen Rezai İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Xamenei ilə görüşüb.
Məhkəmə hakimiyyəti rəhbərinin İslam İnqilabının Ali Rəhbəri ilə görüşü
Məhkəmə hakimiyyətinin rəhbəri Höccətül-İslam vəl-müslimin Mohsini Ejei İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşüb söhbət edib.
İslami Şura Məclisinin sədrinin İslam İnqilabının Ali Rəhbəri ilə görüşü
İslami Şura Məclisinin sədri doktor Məhəmməd Baqir Qalibaf İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşüb söhbət edib.
Prezidentin İslam İnqilabının Ali Rəhbəri ilə görüşü
Prezident doktor Məsud Pezeşkian prezidentlik fəaliyyətinin üçüncü ilinin başlaması ilə eyni vaxtda Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşüb söhbət edib.
Təbriz və Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər saatlarında Təbriz və Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə coşğulu görüşdə bu ilin hadisələrlə dolu qəribə bir il olduğunu dedi.
İran xalqının 22 Bəhmən yürüşündəki qəhrəmanlığı münasibətilə telemüraciət
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta saatlarında (cümə axşamı) yayımlanan telemüraciətində milyonlarla insanın 22 Bəhmən günündəki izdihamının İslam Respublikasının başucalığı, qüdrət və izzətinin artmasına, habelə düşmənlərin İran xalqını təslim etmək ümidlərinin boşa çıxmasına səbəb olduğunu dedi.
22 Bəhmən münasibətilə telemüraciət
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər televiziya vasitəsilə etdiyi müraciətində 22 Bəhmənin İran xalqının güc və izzətinin nümayiş etdirildiyi gün olduğunu qeyd edərək vurğuladı ki, xalqın yürüşlərdə iştirakı və İslam Respublikasına sədaqətini izhar etməsi düşmənin İrana və milli mənafelərə qarşı tamahkarlığından geri çəkilməsinə səbəb olacaq: “22 bəhməndə öz iradə və müqavimətinizi göstərərək düşməni məyus edin”.
İslam İnqilabının 47-ci ildönümü münasibətilə əhalinin müxtəlif təbəqələrindən olan nümayəndələri ilə görüş
Mübarək “Fəcr Ongünlüyü”nün birinci günü İslam İnqilabının Ali Rəhbəri əhalinin müxtəlif təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə 12 bəhmənin (1 fevral) müstəsna və tarixi bir gün olduğunu buyurdu. O, Pəhləvi rejiminin avtoritar, diktator, anti-dini və asılı hakimiyyətinin ipmerialistlərin zorakılıqlarına qarşı müqavimət göstərən, dinə əsaslanan bir xalq hakimiyyətinə çevrilməsinə işarə edərək dedi: “Xalq son Amerika-Sionist fitnəsinin alovunu əvvəlki bütün məkrli planlarda olduğu kimi, külə çevirdi. Gələcəkdə də millət Rəbbin hidayəti ilə hər hansı bir hadisə qarşısında işi sona çatdıracaqdır”.
Müxtəlif təbəqələrdən olan minlərlə insanın Məbəs bayramı münasibətilə görüşü
İslam İnqilabının Ali Rəhbəri mübarək Məbəs bayramında müxtəlif təbəqələrdən olan minlərlə insanla görüşdə İslamın bugünkü insan cəmiyyətində - İslamın ilk dövrlərində olduğu kimi - bir təkamül yaratmaq, cəhalət, zülm, zorakılıq, qorxu və imperializmə məruz qalmış cəmiyyətləri islahat və xilasa nail olmuş şərəfli cəmiyyətlərə çevirə biləcək çox böyük bir potensiala malik olduğuna işarə edərək son fitnənin ayrı-ayrı yönləri, İslam Respublikasının bu amerikan fitnəsinin ssenari müəlliflərinə və təşviqatçılarına qarşı mövqeyinə aydınlıq gətirdi.
Qum şəhərinin minlərlə sakini ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər Qum əhalisinin 19 Dey 1356-cı ildə (09.01.1978) qələbə ilə başa çatmış tarixi qiyamının ildönümündə bu şəhərin minlərlə mömin sakini ilə görüşü zamanı qeyd etdi ki, çürük Pəhləvi rejimi və onun əsas havadarı, yəni ABŞ-ın yanlış hesablamaları onların İran xalqı qarşısında uğursuzluğu üçün əsas zəmindir.
12 günlük müharibə şəhidlərinin (İqtidar şəhidləri) ailələri ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər müvəhhidlərin öndəri Həzrət Əli bin Əbu Talibin (ə) mübarək mövludu və Sərdar Süleymaninin şəhadətinin altıncı ildönümü münasibətilə 12 günlük müharibə şəhidlərinin (İqtidar şəhidləri) möhtərəm ailələri ilə görüşdü. O qeyd etdi ki, Əmirəl-möminininin (ə) ədaləti və təqvası ölkə üçün lazım olan iki zirvə və cəmiyyəti idarə etmək üçün ən vacib xüsusiyyətlərdir.
Avropadakı Müsəlman Tələbə Təşkilatlarına müraciət
Həzrət Ayətullah Xamenei Avropadakı Müsəlman Tələbə Təşkilatları Alyansının əlli doqquzuncu qurultayına ünvanladığı müraciətdə İran İslam Respublikası gənclərinin təşəbbüsü, cəsarəti və fədakarlığı sayəsində ABŞ və onun üz qarası olan törəməsinin ordusunun regiondakı ağır hücumunun məğlubiyyətlə nəticələnməsinə işarə etdi.
Ayətullah Milaninin anım konqresi
İslam İnqilabının Ali Rəhbərinin Ayətullah Seyid Məhəmmədhadi Milaninin anım konqresinin təşkilat komitəsinin üzvləri ilə görüşdə verdiyi bəyanat İmam Rzanın (ə) pak hərəmində bu tədbirin təşkil edildiyi məkanda yayımlandı.
Əlborz vilayəti şəhidlərinin anım qurultayının təşkilatçıları ilə görüş
İslam İnqilabının Ali Rəhbərinin Əlborz vilayətinin 5580 şəhidinin anım qurultayının təşkilatçıları ilə görüşdə verdiyi bəyanat bu axşam Kərəcdə tədbirin təşkil edildiyi məkanda yayımlandı.
Minlərlə Əhli-beyt (ə) maddahı ilə görüş
İran İslam Respublikası bu gün Həzrət Fatimeyi-Zəhranın (s.ə) bərəkətli mövlud günü münasibətilə başdan-başa nur, sevinc və şadlığa qərq olmuşdu. Eyni münasibətlə İmam Xomeyni (r.ə) adına hüseyniyədə də İnqilabın Rəhbəri və minlərlə Əhli-beyt (ə) sevərin iştirakı ilə bütün dünya xanımlarının seyyidəsinə həsr edilmiş izdihamlı şeir və mədhiyyə mərasimi keçirildi.
Ölkə ictimaiyyətinin minlərlə qadın təmsilçiləri ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər ölkənin müxtəlif bölgələrindən gəlmiş minlərlə qadın təmsilçiləri ilə görüşdə Həzrət Fatimeyi-Zəhranın (s.ə) bütün sahələrdə ən ali xüsusiyyətlərlə bəzənmiş səmavi bir insan olduğunu dedi.
1404-cü ilin Şagirdlər Günü
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei 13 Aban - “Şagirdlər Günü və Qlobal İmperializmə Qarşı Milli Mübarizə Günü” - münasibətilə bu gün səhər minlərlə şagird, tələbə və 12 günlük məcburi müharibə şəhidlərinin ailələrindən bir qrupu ilə görüşdə İslam İnqilabına qarşı məkrli plan hazırlayan ABŞ səfirliyinin ələ keçirildiyi 13 aban 1358-ci il tarixini (04.11.1979-cu il) “Qürur və Qələbə Günü”, habelə “İmperialist ABŞ dövlətinin həqiqi kimliyinin aşkara çıxdığı gün” kimi qiymtələndirdi.
