Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
      Çap versiyası  ;  PDF
       
      Hədiyyə, bank mükafatı, mehriyyə, irs

       

      Sual 851: Hədiyyəyə və bayram bəxşişinə (bayramlıq) xüms düşürmü?
      Cavab: Hədiyyə və bəxşişin xümsünü vermək vacib deyildir. Amma əhvət budur ki, ilin xərclərindən artıq qaldığı təqdirdə, xümsü verilsin.

       

      Sual 852: Bankın öz müştərilərinə və qərzul-həsənə[1] büdcəsinin öz üzvlərinə verdiyi mükafatlara xüms düşürmü, yoxsa düşmür?
      Cavab: Mükafat və hədiyyəyə xüms vacib deyildir.

       

      Sual 853: Şəhid fondunun hörmətli şəhid ailələrinə verdiyi vəsaitin ilin xərclərindən artıq qalanına xüms düşürmü?
      Cavab: Şəhid fondunun hörmətli şəhid ailələrinə hədiyyə etdiklərinin xümsü yoxdur.

       

      Sual 854: Bir şəxsin atasından və ya qardaşından və ya bir qohumundan aldığı dolanışıq xərci hədiyyə hesab olunurmu, yoxsa hesab olunmur? Əgər bu dolanışıq xərcini verən şəxs öz malının xümsünü verməyibsə, onu alan şəxsə aldığı xərcliyin xümsünü vermək vacibdirmi?
      Cavab: Bəxşiş və hədiyyə adının doğrulması, onu verənin niyyətinə bağlıdır. Sualda deyilənləri nəzərə alaraq, dolanışıq xərcini alan şəxsə aldığı xərcliyin xümsünü vermək vacib deyildir.

       

      Sual 855: Qızıma cehiz ünvanında bir mənzil bağışlamışam. Bu mənzilə xüms düşürmü?
      Cavab: Əgər qızınıza bağışladığınız mənzil bir bəxşiş olaraq ürfdə sizin şəninizə uyğun hesab olunursa və onu xüms ili əsnasında bağışlamısınızsa, onun xümsünü vermək vacib deyildir.

       

      Sual 856: Bir şəxs bir ili tamam olmayan malı öz həyat yoldaşına hədiyyə verə bilərmi? Amma o bilir ki, həyat yoldaşı ona hədiyyə verilən bu malı gələcəkdə ev almaq üçün və ya zəruri xərclər üçün ehtiyatda saxlayacaq?
      Cavab: Hədiyyə verə bilər. Əgər insanın öz həyat yoldaşına bağışladığı mal ürfə görə onun və onun kimi insanların şəninə uyğun hesab olunarsa, habelə bu bəxşiş formal olmazsa, ona xüms düşmür.
       
      Sual 857: Əmlakına xüms düşməsin deyə, ər və arvad xüms ili çatmamışdan qabaq öz illik gəlirlərini bir-birilərinə hədiyyə edirlər. Xahiş edirəm, bu əmlakın xüms hökmünü açıqlayın.
      Cavab: Formal olan belə hədiyyə nəticəsində vacib xüms onların boynundan götürülmür.

       

      Sual 858: Bir şəxs müstəhəb həccə getmək üçün müəyyən məbləğ pulu Həcc və Ziyarət İdarəsinin bank hesabına köçürmüşdür. Amma Allah evinin ziyarətinə getməmişdən qabaq vəfat etmişdir. Bu pulun hökmü nədir? Bu pulu mərhumun yerindən həcc ziyarəti yerinə yetirmək üçün sərf etmək vacibdirmi? Ona xüms düşürmü?
      Cavab: Həcc və Ziyarət İdarəsinin bank hesabına köçürülən pul müqabilində verilən həcc qəbzi indiki qiymətilə mərhumun irsindən hesab olunur. Əgər mərhumun boynunda həcc ziyarəti yoxdursa və həcc ziyarəti yerinə yetirməyi də vəsiyyət etməyibdirsə, onun yerindən həcc ziyarəti yerinə yetirmək vacib deyildir. Əgər bu pulun xümsü verilməyibsə, sualda deyilənləri nəzərə alaraq, onun xümsünü vermək vacibdir.

       

      Sual 859: Ata bağı bəxşiş və ya irs yolu ilə onun oğluna çatmışdır. Bu bağ oğula hədiyyə verildiyi zaman və ya ona irs qaldığı zaman onun qiyməti yüksək deyildi. Amma hal-hazırda satışda bu bağın qiyməti əvvəlki qiyməti ilə xeyli fərq etmişdir. Qiymət artımı nəticəsində arada yaranan fərqə xüms düşürmü?
      Cavab: İrs və hədiyyəyə, həmçinin onların satışından əldə edilən pula – hətta onların qiyməti artsa belə – xüms düşmür. Amma əgər onu ticarət və qiymətin artması məqsədilə saxlayıbsa, bu halda onu satdıqdan sonra ehtiyat-vacibə görə, artan dəyərdən inflyasiya miqdarı çıxılır və qalan məbləğ ilin gəliri hesab olunur. Bu məbləğ xüms ilinin sonunadək xərclənmədiyi və qaldığı təqdirdə, onun xümsünü verməlidir.

       

      Sual 860: Sığorta şirkəti müalicə xərclərinə görə mənə müəyyən məbləğ pul borcludur və yaxın günlərdə bu pulu mənə ödəməlidir. Bu pula xüms düşürmü?
      Cavab: Şəxsi gəlirdən müalicə və dərmanlar üçün çəkilən xərclər sonradan sığorta şirkəti tərəfindən qaytarıldıqda, bu pul “yeni gəlir” hesab edilmir, əksinə, həmin şəxsi gəlirdir. Bu pul xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, ona xüms düşəcək. Amma əgər bu pul xüms ili başa çatdıqdan sonra geri qaytarılarsa, onun xümsü dərhal verilməlidir.

       

      Sual 861: Gələcəkdə izdivac üçün lazım olan əşyaları almaq məqsədilə aylıq maaşımdan yığdığım pula xüms düşürmü?
      Cavab: Əgər aylıq maaş ünvanında aldığınız pulun özünü yığmısınızsa, xüms ilinin sonunda bu pulun xümsü verilməlidir. Amma əgər xüms günündən sonrakı bir neçə gün ərzində bu pulu izdivacın zəruri əşyalarını almaq üçün xərcləmək istəyirsinizsə, ona xüms düşmür.

       

      Sual 862: “Təhrirul-vəsilə” kitabında qeyd olunur ki, qadının mehriyyəsinə xüms düşmür və bu baxımdan müddətli və müddətsiz mehriyyə arasında fərq qoyulmamışdır. Xahiş edirəm, bu məsələni izah edəsiniz.
      Cavab: Mehriyyəyə xüms düşməməsi baxımından müddətli və ya müddətsiz mehriyyə, həmçinin nağd pul və ya mal arasında fərq yoxdur. (Yəni mehriyyə istər müddətli olsun, istərsə də müddətsiz, həmçinin istər nağd pul olsun, istərsə də mal, ona xüms düşmür.)

       

      Sual 863: Dövlət müəssisələrində işləyən işçilərə bayram günlərində dövlət tərəfindən bayramlıq adı ilə ərzaq verilir. Xüms ilinin sonunda bu ərzaqdan bir miqdar artıq qalmışdır. İşçilərə verilən bayramlığa xüms düşmədiyini bilirik, amma qeyd etməliyik ki, biz bu ərzağa görə müəyyən məbləğ pul ödəmişik. Buna görə də, bizə verilən ərzaq tam mənada hədiyyə deyildir, əksinə, ucuz qiymətə verilən maldır. Bu ərzağın yalnız pul ödənilən hissəsinin xümsü verilməlidirmi? Yoxsa onun bazar qiyməti hesablanıb, xümsü verilməlidir? Yaxud da bayramlıq olduğuna görə ona ümumiyyətlə xüms düşmür?
      Cavab: Suala əsasən, bu ərzağın bir hissəsi, əslində, dövlət tərəfindən işçiyə pulsuz verildiyinə və bir hissəsinin isə qarşılığında pul alındığına görə, əgər xüms ilinin sonunda artıq qalan ərzaq dövlətin yardım ünvanında verdiyi ərzaq miqdarında olarsa, ona xüms düşməyəcək. Amma əgər bu miqdardan artıq olarsa, yanız artıq olan hissə günün qiymətilə dəyərləndirilməli və onun xümsü verilməlidir.

       

       

      Sual 864: Dünyasını dəyişən bir şəxs həyatda ikən öz xüms borcunu dəftərinə qeyd etmiş və onu ödəmək niyyətində olmuşdur. İndi isə onun bir qızı istisna olmaqla, bütün ailə üzvləri xümsü ödəməkdən boyun qaçırmış və mərhumun irsindən həm onun, həm də özlərinin xərcinə sərf edirlər. Xahiş edirəm, aşağıdakı məsələlər barədə öz nəzərinizi açıqlayın:
      1) Mərhumun daşınan və daşınmaz əmlakından onun yeznəsinin və ya varislərdən birinin istifadə etməsinin hökmü nədir?
      2) Yeznənin və ya varislərdən birinin mərhumun evində yemək yeməsinin hökmü nədir?
      3) Bu şəxslərin mərhumun əmlakından istifadə etdikləri pul və malın, yedikləri yeməyin hökmü nədir?
      Cavab: Əgər əmlakının müəyyən miqdarının xüms olaraq verilməsinə dair mərhumun vəsiyyəti olsa, yaxud mərhumun müəyyən miqdar xüms borcu olduğuna varislərin yəqinliyi olsa, mərhumun vəsiyyətinə əməl etməyənədək və ya onun xüms borcunu verməyənədək varislər irsdən istifadə edə bilməzlər. Yalnız o halda istifadə edə bilərlər ki, xümsü ödəməyi boyunlarına götürsünlər və xümsü ödəməyi və səhlənkarlıq göstərmədən vəsiyyətə əməl etməyi ciddi surətdə qərara alsınlar. Mərhumun vəsiyyətinə əməl etməmiş və ya onun xüms borcunu verməmiş varislərin irsdən istifadə etdikləri pul-mal vəsiyyət və ya borc nisbətində qəsb hökmündədir. Varislər buna zamindirlər (yəni bu məbləği borcludurlar).

      [1] Qərzul-həsənə - Qurandan götürülən ifadədir və “gözəl borc” deməkdir. Sələmsiz və minnətsiz borc gözəl borcun nümunələrindəndir. Müt.
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /