Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
      Çap versiyası  ;  PDF
       
      Xümsün alınıb-qaytarılması[1], müsalihə, xümsün qeyri-xüms ilə qarışması

       

      Sual 925: Bəzi şəxslərə xüms vacib olsa da, onlar indiyədək xüms verməmişlər. Hal-hazırda isə xüms verməyə imkanları yoxdur və ya xüms vermək onlar üçün olduqca çətindir. Bu halda onların hökmü nədir?
      Cavab: Maddi imkanın olmaması və ya xüms verməyin çətin olması mükəlləfin boynundan bu şəri vəzifənin götürülməsinə səbəb olmur, əksinə, mümkün olduğu qədər bu şəri vəzifə yerinə yetirilməlidir. Belə şəxslər xüms işlərini idarə edən şəxsdən və ya onun vəkilindən (nümayəndəsi) möhlət alaraq, məbləğ və zaman baxımından imkanları çatdığı qədər xümsü tədricən ödəyə bilərlər.

       

      Sual 926: Mənim bir evim vardır ki, borc edib onu almışam və borcun kreditlərini ödəyirəm. Həmçinin bir ticarət obyektim vardır ki, orada ticarətlə məşğulam. Şəri vəzifəmə əməl etmək üçün özümə xüms ili təyin etmişəm. Xahiş edirəm ki, lütfkarlıq edib məni evin xümsü verməkdən azad edəsiniz. Amma ticarət obyektinin xümsünü kredit şəklində verməyə imkanım çatır.
      Cavab: Yaşadığınız ev, sualda deyilənlərə əsasən, nisyə alındığına görə xümsü yoxdur. Amma ticarət obyektinin xümsünü vermək vacibdir. Amma əgər onun xümsünü verdikdə qalan məbləğ ilə işləmək sizin məişət xərclərinizə kifayət etməyəcəksə, yaxud qalan məbləğ ilə işləmək sizin ürfi şəninizə uyğun deyilsə, xümsü yoxdur.

       

      Sual 927: Xarici ölkədə yaşayan bir şəxs əmlakının xümsünü verməmişdir. O, xümsü verilməmiş pul ilə bir ev almışdır və hal-hazırda onun xümsünü vermək üçün kifayət qədər pulu yoxdur. Amma hər il həmin ilin xümsündən əlavə, bir qədər artıq məbləği borclu qaldığı xümsə görə verir. Onun bu işi düzgündürmü, yoxsa yox?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, bu şəxs boynunda olan xüms borcunu hesablamalı və xüms işlərini idarə edən şəxsdən və ya onun vəkilindən möhlət almalı, sonra onu tədricən verməlidir. İndiyədək ödədiyi məbləğə görə isə, bizim vəkillərdən (nümayəndə) birinə müraciət etsin.

       

      Sual 928: Bir şəxs neçə ildir ki, illik gəlirinin xümsünü verməmişdir. İndi buna görə nə qədər borcu olduğunu bilmir. O, hal-hazırda boynundakı xüms borcundan necə çıxa bilər?
      Cavab: Xüms düşən bütün əmlakı hesablamalı və onun xümsünü verməlidir. Xümsün düşüb-düşmədiyinə tərəddüd etdiyi əmlak barəsində isə xüms işlərini idarə edən şəxs və ya onun vəkili ilə müsalihə etməlidir.

       

      Sual 929: Mən ailəmlə yaşayan bir gəncəm. Atam xümsünü və zəkatını vermir. Hətta evi riba pulu ilə tikmişdir. Evdə yediyim yeməyin haram olması aydın məsələdir. Mən hələ ailəmdən ayrıla və ayrı yaşaya bilmirəm. Xahiş edirəm, bu barədə mənim vəzifəmi açıqlayasınız.
      Cavab: Atanızın malının ribaya qarışdığına və ya atanızın xüms-zəkat vermədiyinə yəqinliyinizin olması, onun istifadə etdiyi şeyin və ya onun malından sizin istifadə etdiyiniz şeyin haram olduğuna yəqinliyin olması anlamına gəlmir. Bu malın haram olduğuna yəqinliyiniz olmayanadək, ondan istifadə etməyinizin maneəsi yoxdur. Əlbəttə, əgər atanızın malından istifadə etdiyiniz şeyin haram olduğuna yəqinliyiniz olsa, ondan istifadə etməyinizə icazə verilmir. Amma əgər ailədən ayrılmağın və onlarla əlaqəni kəsməyin sizə böyük çətinliyi olarsa, bu təqdirdə onların harama qarışmış malından istifadə etməyinizin maneəsi yoxdur. Amma istifadə etdiyiniz şeydə mövcud olan “özgə malı”na zaminsiniz.

       

      Sual 930: Mən əminəm ki, atam xümsünü və zəkatını vermir. Bunu ona xatırladanda deyir ki, bizə xüms və zəkat verilməlidir, xüms və zəkat bizə vacib deyildir. Bu məsələnin hökmü nədir?
      Cavab: Əgər atanızın xüms və zəkat düşən bir malı yoxdursa, ona xüms və zəkat vermək, sizə də bu barədə araşdırma aparmaq vacib deyildir.

       

      Sual 931: Biz xüms verməyən və ilin hesabını aparmayan insanlarla ünsiyyətdə oluruq: onlarla alış-veriş edirik, onların görüşünə gedirik, onlarla bir süfrədə yemək yeyirik. Bu məsələnin hökmü nədir?
      Cavab: Onların malından istifadə etməyinizin maneəsi yoxdur.
       
      Sual 932: Əgər bir şəxs xümsü verilməmiş bir malı məscidə bağışlasa, bu malı ondan almağa icazə verilirmi?
      Cavab: Onu almağın maneəsi yoxdur.

       

      Sual 933: Dini məsələlərə, xüsusilə, namaza və xümsə əhəmiyyət verməyən müsəlmanlarla əlaqə qurmağın hökmü nədir? Onların evində yemək yeməyin maneəsi varmı? Maneəsi olduğu təqdirdə, bu işi bir neçə dəfə edən şəxsin hökmü nədir?
      Cavab: Əgər onlarla əlaqə qurmaq onların dini məsələlərə əhəmiyyət verməmələrini dəstəkləməzsə, maneəsi yoxdur. Amma əgər onlarla əlaqəni kəsmək onların dini məsələlərə əhəmiyyət vermələrində təsirli olarsa, bu təqdirdə “pis işlərdən çəkindirmək” məqsədilə müvəqqəti olaraq onlarla əlaqəni kəsmək vacibdir. Amma onların malından (məsələn, yemək və bu kimi şeylərdən) istifadə etməyin maneəsi yoxdur.

       

      Sual 934: Dostlarımdan biri məni tez-tez yeməyə dəvət edir. Təzəlikcə bilmişəm ki, onun əri xüms vermir. Xüms verməyən bir şəxsin yeməyini yeyə bilərəmmi?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 935: Bir şəxs ilk dəfə olaraq öz əmlakının xümsünü vermək istəyir. Əgər o, yaşadığı evi hansı pul ilə aldığını xatırlamırsa, hökmü nədir? Əgər bu evi bir neçə il yığdığı pul ilə aldığını bilərsə, hökmü nədir?
      Cavab: Əgər o, yaşadığı evi və ya digər məişət əşyalarını şəriətə görə xüms düşməyən pul ilə (məsələn, irs və ya hədiyyə ilə) aldığını ehtimal edirsə, bu əşyaların xümsü baxımından ona heç bir şey vacib olmur. Yox əgər onları öz iş gəliri ilə aldığını yəqin bilirsə, amma iş gəlirini il əsnasında, yoxsa il tamamlanandan sonra və gəlirin xümsünü verməmişdən qabaq bunları almağa sərf etdiyini bilmirsə, ehtiyata görə, bizim nümayəndələrdən biri ilə müsalihə etməlidir. Əgər yaşadığı evi iş gəlirindən bir neçə il ərzində yığdığı, amma xümsünü vermədiyi pul ilə aldığını yəqin bilirsə, yığdığı bu pulun xümsünü verməlidir. Pulun dəyərdən düşməsini də (inflyasiya miqdarını) hesablamalıdır.

       

      Sual 936: Bir alim şəhərlərin birində müəyyən məbləğ pulu xüms ünvanında almışdır. Amma bu pulun özünü sizə və ya sizin idarənizə çatdırmaq onun üçün çətindir. Bu pulu bank vasitəsilə sizə təhvil verə bilərmi? Amma nəzərə almaq lazımdır ki, bankdan təhvil alınan pul, həmin şəhərdə banka verilən pulun özü deyildir.
      Cavab: Xüms və başqa şəri əmlak vergilərini bank vasitəsilə təhvil verməyin maneəsi yoxdur.

       

      Sual 937: Əgər torpaq sahəsini xümsü verilməmiş pul ilə alsam, həmin yerdə namaz qılmaq olar, yoxsa yox?
      Cavab: Orada namaz qılmağın maneəsi yoxdur.

       

      Sual 938: Əgər alıcı aldığı mala xüms düşdüyünü, amma satıcının onun xümsünü vermədiyini bilsə, həmin maldan istifadə edə bilərmi?
      Cavab: Maneəsi yoxdur.

       

      Sual 939: Əgər mağaza sahibi onunla alış-veriş edən bir müştərinin öz malının xümsünü verib-vermədiyini bilməsə, müştərinin verdiyi pulun xümsünü vermək ona vacibdirmi?
      Cavab: Mağaza sahibinin öhdəsinə heç nə düşmür və araşdırma aparmaq baxımdan da üzərinə vəzifə gəlmir.

       

      Sual 940: Əgər dörd nəfər şərikli olaraq yüz min tüməni bir istehsal işinə sərmayə qoysalar və onlardan biri xüms verməsə, onunla şərik olmaq düzgündürmü, yoxsa yox? Digər şəriklər xüms verməyən şəxsin pulunu qərzul-həsənə ünvanında ondan alıb işlədə bilərmi? Ümumiyyətlə, əgər bir neçə nəfər şərik olsalar, onlardan hər biri müstəqil şəkildə öz gəlirinin xümsünü verməlidir, yoxsa xüms müştərək büdcədən verilməlidir?
      Cavab: Sərmayəsinə xüms düşən, amma onu verməyən şəxs ilə şərik olmağın öz-özlüyündə maneəsi yoxdur.

       

      Sual 941: Əgər mənim şəriklərimin xüms ili hesabatları yoxdursa, mənim vəzifəm nədir?
      Cavab: Hər bir şərik öz payının şəri əmlak vergisini ödəməlidir. Əgər digər şəriklər onu ödəmirsə, onlarla şərikliyi davam etdirməyinizə icazə verilir.
       

      [1] Bəzən xüms verən şəxsin imkansızlığı nəzərə alınır və xüms işlərini idarə edən şəxs və ya onun vəkili xümsü alıb, borc ünvanında yenidən onun özünə qaytarır və ya ona bağışlayır. Buna “xümsün alınıb-qaytarılması” (dəstgərdan) deyilir.
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /