Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
      Çap versiyası  ;  PDF
       
      Xəzinə, mədən, harama qarışmış halal mal

       

      Sual 891: Bir şəxsin öz mülkündə tapdığı xəzinə barədə sizin nəzəriniz nədir?
      Cavab: Bu kimi məsələlərdə İslam hökumətinin qanunları meyar götürülür.

       

      Sual 892: Əgər yüz illər öncəyə aid olan bir miqdar gümüş sikkə bir şəxsin mülkü olan evin torpağı altından tapılsa, bu sikkələr onun indiki malikinə, məsələn, qanuni varisə və ya alıcıya aiddirmi, yoxsa yox?
      Cavab: Bu, xəzinə hökmündədir və onun hökmü bir qədər əvvəl açıqlandı.

       

      Sual 893: Biz belə bir sual ilə qarşılaşmışıq:
      Bildiyimiz kimi, istixrac olunan mədənlərin xümsünü vermək indiki zamanda da vacibdir, çünki mədənin xümsünün vacibliyi hörmətli fəqihlərin nəzərində aydın hökmlərdən biridir. Dövlət tərəfindən istixrac olunan mədənlərin hökmü nədir? Nəzərə almaq lazımdır ki, dövlətin mədənlərdən çıxardığı faydalı qazıntıları islam ölkəsinin müsəlmanları arasında paylaması, xümsün vacibliyinin qarşısını almır. Çünki mədənin istixrac olunması üç surətdə ola bilər:
      Ya birbaşa dövlət tərəfindən istixrac olunur və sonra millətin istifadəsinə verilir. Bu halda, dövlət, mədəni istixrac edib onu başqa bir şəxsə bağışlayan, ya hədiyyə verən, ya sədəqə verən şəxs qismində olur. Hər bir halda, xümsün dəlillərinin ümumiliyi bu surətə də şamil olur, çünki istisna hal üçün bir dəlil mövcud deyildir.
      Ya dövlət millətin vəkili qismində mədənləri istixrac edir. Bu halda, mədəni istixrac edən, əslində, millətin özüdür. Bu surətdə xüms vermək millətə vacibdir.
      Ya dövlət millətin başçısı qismində mədənləri istixrac edir. Bu halda, mədəni istixrac edən ya başçının özüdür, ya da millət tərəfindən onu istixrac edir ki, burada əslində, millət özü mədəni istixrac edir.
      Bir sözlə, mədənin “xümsün ümumiliyi”ndən çıxarılmasına (və istisna hal təşkil etməsinə) dair bir dəlil mövcud deyildir. Necə ki, mədənin özü əgər nisab həddinə çatarsa, ona xüms düşür. Mədən digər iş gəlirləri kimi deyildir ki, istifadə etmək və ya bağışlamaqla ilin məişət ehtiyaclarından hesab olunsun və xümsün vacibliyindən istisna edilsin. Bu mühüm məsələ barədə sizin nəzəriniz nədir?
      Cavab: Mədənə xümsün vacib olması şərtlərindən biri də budur ki, bir şəxs və ya şərik olan bir neçə şəxs mədəni istixrac etsinlər, onların hər birinin payı nisab həddinə çatsın və istixrac etdikləri faydalı qazıntı onların əmlakı hesab olunsun. Dövlətin istixrac etdiyi mədənlər bir və ya bir neçə şəxsin əmlakı olmadığına görə, əksinə, “cəhət əmlakı” olduğuna görə xümsün vacib olma şərtinə malik deyildir. Nəticədə, dövlətə xümsün vacib olmasından söz getməyəcəkdir. Bu isə, xümsün vacib olmasında mədənin istisna hal təşkil etdiyi anlamında deyildir. Bəli, bir şəxsin və ya şərik olan bir neçə şəxsin istixrac etdikləri mədənə xüms vacib olur. Bu şərtlə ki, şəxsin istixrac etdiyi faydalı qazıntı və ya şərik olan şəxslərin istixrac etdikləri faydalı qazıntıdan onların hər birinin payı, bu işə çəkilən xərclər və saflaşdırma xərcləri çıxıldıqdan sonra iyirmi qızıl dinarın dəyərinə bərabər olmalıdır.

       

      Sual 894: Əgər haram bir mal insanın malına qarışsa, o malın hökmü nədir və necə halal olar? Əgər insan malın haram olduğunu bilsə və ya bilməsə, onun vəzifəsi nədir?
      Cavab: Əgər insan onun malına haram mal qarışdığına əmin olsa, amma haram malın dəqiq miqdarını bilməsə və onun sahibini də tanımasa, malı halal etməyin yolu onun xümsünü verməkdir. Amma əgər insan onun malına haram mal qarışdığına şəkk etsə, onun öhdəsinə heç nə düşmür.

       

      Sual 895: Xüms ilimin sonu çatmamışdan öncə mən müəyyən məbləğ pulu bir şəxsə borc verdim. O şəxs bu pul ilə iş görmək və əldə edilən gəliri aramızda yarıbayarı bölmək niyyətində idi. Nəzərə alsaq ki, bu pul hal-hazırda mənim əlimdə deyildir və onun xümsünü də verməmişəm, sizin bu barədə nəzəriniz nədir?
      Cavab: Əgər siz o pulu borc vermisinizsə və xüms ilinizin sonunda onu geri ala bilməmisinizsə, hələlik onun xümsü sizə vacib deyildir. Siz bu pulu geri aldığınız zaman onun xümsü sizə vacib olacaq. Amma bunu da bilməlisiniz ki, borc alan şəxsin işdən əldə etdiyi gəlirdə sizin heç bir haqqınız yoxdur. Əgər ondan bir şey tələb etsəniz, ribadır (sələm) və haramdır. Amma əgər siz o pulu müzaribə sərmayəsi[1] ünvanında ona vermisinizsə, müqavilə əsasında sərmayənin gəlirində şəriksiniz. Bu pul sərmayə hesab olunduğuna görə, siz onun hamısının xümsünü verməlisiniz. Amma əgər bu pulun xümsünü verdiyiniz təqdirdə qalan pul ilə öz ictimai mövqeyinizə uyğun bir səviyyədə məişət xərclərinizi təmin edə bilməyəcəksinizsə, bu halda onun xümsünü vermək sizə vacib deyildir.

       

      Sual 896: Mən bankda işləyirəm. İşə başlamaq üçün icbari olaraq banka beş yüz min tümən depozit qoydum. Bu pul mənim adıma olan uzunmüddətli bir hesabdadır və hər ay onun faizi mənə ödənilir. Bank hesabında olan bu pulun xümsünü vermək vacibdirmi? Qeyd etməliyəm ki, bu pul dörd ildir banka qoyulubdur.
      Cavab: Əgər hal-hazırda bu pulu geri götürmək mümkün deyilsə, onu geri götürməyənədək bu pulun xümsü vacib deyildir. Amma onun illik faizinin ilin məişət ehtiyaclarından artıq qalanına xüms düşür.

       

      Sual 897: Depozit qoymaq üçün banklarda belə bir üsul vardır ki, onun əsasında pul heç vaxt istifadəçinin əlinə çatmır, amma bankda onun adına olan müəyyən saylı hesaba köçürülür. Bu pula xüms düşür, yoxsa düşmür?
      Cavab: Əgər banka qoyduğunuz depozit sizin iş gəlirinizdən olsa və xüms ili çatanda onu bankdan götürmək sizə mümkün olsa, xüms ilinin əvvəlində onun xümsünü vermək vacibdir.

       

      Sual 898: “İcarəçi şəxs”in (mustəcir) “icarəyə verən şəxs”ə (mucir) girov ünvanında verdiyi pulun xümsü icarəçi şəxsin öhdəsindədir, yoxsa icarəyə verən şəxsin?
      Cavab: Əgər bu pul “icarəçi şəxs”in iş gəlirindən olsa, bu pulu “icarəyə verən şəxs”dən geri aldıqdan sonra onun xümsünü verməlidir. Amma əgər icarəçi şəxsin evin icarəsini tam şəkildə verməyə maddi imkanı çatmırsa və ya icarəyə verən şəxs bunu qəbul etmirsə, icarəçi şəxs də pulun xümsünü verdiyi təqdirdə uyğun bir evin icarəsini ödəməyə maddi imkanı çatmırsa, bu pula xüms düşmür. Hər bir halda, icarəyə verən şəxs bu pulu borc ünvanında aldığı üçün pulun xümsünü vermək ona vacib olmur.
       
      Sual 899: Əgər dövlət müəssisələrində işləyən işçilərin aylıq maaşı dövlət tərəfindən bir neçə il gecikdirilsə, bu pulu alanda həmin ilin (yəni pulun alındığı ilin) gəlirindən hesab olunurmu və xüms ilinin əvvəli çatanda onun xümsünü hesablamaq vacibdirmi? Yoxsa bu pula heç xüms düşmür?
      Cavab: Gecikdirilmiş əmək haqqı, əmək haqqını aldığı ilin gəlirindən hesab olunur və həmin ilin xərclərindən artıq qalanına xüms vacibdir.
       

      [1] Müzaribə - sərmayə sahibi olan şəxs ilə iş görən şəxs arasında bağlanan bir müqavilədir ki, bu müqavilə əsasında iş görən şəxs sərmayə sahibinin sərmayəsi ilə ticarət edəcəyini və ticarətdən əldə edilən gəlirin müəyyən nisbətdə onların ikisi arasında bölüşdürüləcəyini öhdəsinə götürür.
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /