Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
      Çap versiyası  ;  PDF
       
      Ənfal (ümumi sərvət)

       

      Sual 1039: Ölkə torpaq qanunvericiliyinə əsasən:
      1- İşlənməmiş xam torpaqlar “ənfal”dan, yəni “ümumi sərvət”dən hesab olunur və İslam dövlətinin idarəetməsi altındadır.
      2- İstər işlənməmiş xam torpaqlar, istər işlənmiş abad torpaqlar əgər xüsusi mülk olarsa, dövlətin və Rayon (Şəhər) İcra Hakimiyyətinin bu torpaqlara ehtiyacı olduğu təqdirdə, həmin bölgənin qiymətlərinə müvafiq bir qiymətə onları öz sahibindən alıb, dövlət əmlakı edə bilər.
      Mənim suallarım isə bunlardır:
      1- Bir şəxs işlənməmiş torpaq sahəsinin rəsmi sənədlə sahibidir, amma hazırkı dövrdə ölkə torpaq qanunvericiliyinə əsasən bu sənəd etibardan düşmüşdür. Bu şəxs bu torpaq sahəsini imam payı və seyid payı ünvanında verə bilərmi?
      2- Əgər həm işlənməmiş, həm də işlənmiş torpaq sahələrinin sahibi olan bir şəxs dövlət və ya yerli İcra Hakimiyyəti tərəfindən qanun əsasında bu torpaq sahələrini satmağa vadar edilərsə, amma o, bu torpaq sahələrini imam payı və seyid payı ünvanında verərsə, hökmü nədir?
      Cavab: Ölü torpaqlar hesab olunan və rəsmi sənədi olan şəxsin şəri baxımdan mülkü hesab olunmayan torpaq sahələrini xüms ünvanında vermək və xüms borcu yerinə hesab etmək düzgün deyildir. Həmçinin bir şəxsin mülkü olan, amma dövlət və ya yerli İcra Hakimiyyəti tərəfindən qanun əsasında ödənişli və ya ödənişsiz şəkildə öz sahibindən alına bilən torpaq sahələri xüms ünvanında verilə və xüms borcu yerinə hesab edilə bilməz.

       

      Sual 1040: Əgər bir şəxs kərpic zavodlarının kənarında torpağını satmaq məqsədilə ərazi alarsa, bu ərazi ənfaldan hesab olunurmu? Əgər ənfaldan hesab olunmazsa, on faiz nisbətində şəhər İcra Hakimiyyətinə vergi verildiyini nəzərə alaraq, dövlətin də bu torpaq üçün vergi tələb etməyə haqqı varmı?
      Cavab: Satılan torpaq sahəsi əgər abad olarsa və şəri baxımdan satıcının xüsusi mülkü hesab olunarsa, baxmayaraq ki, alğı-satqı nəticəsində bu torpaq sahəsi alıcının xüsusi mülkü olur və ənfaldan hesab olunmur, amma əgər oranın torpağının satılmasından əldə edilən gəlirin vergisini ödəmək (İranda) İslam Şurası Məclisinin təsdiq etdiyi qanuna əsaslanarsa və bu qanun Konstitusiyanın Mühafizə Şurası tərəfindən təsdiqlənmiş olarsa, bu vergi ödənməlidir və dövlətin onu tələb etməyə haqqı vardır.

       

      Sual 1041: Yerli İcra Hakimiyyəti çayların yatağındakı qumlardan şəhərin təmir və tikinti işləri və başqa işlər üçün istifadə etməkdə özəl hüquqa malikdirmi? Belə bir hüquqa malik olduğu təqdirdə, əgər bir şəxs çay yatağının onun xüsusi mülki olduğunu iddia edərsə, onun iddiası dinlənilməlidir, yoxsa yox?
      Cavab: İcra hakimiyyətləri bu işi görə bilər. Amma böyük və ümumi çayların yatağının özlərinin xüsusi mülkü olduğunu iddia edən şəxslərin iddiası qəbul edilmir.

       

      Sual 1042: Əgər köçəri tayfalar heyvanlarının otlaq sahələrindən köç etsələr, amma yenidən ora qayıtmaq fikrində olsalar, bu otlaq sahələrindən istifadə etməkdə onların birincilik haqqı aradan gedirmi? Nəzərə almaq lazımdır ki, köç etmək həmişə olub və yenə də davam edir.
      Cavab: Heyvanlarının otlaq sahələrindən köç etdikdən sonra bu otlaq sahələri barəsində onlar üçün şəri baxımdan birincilik haqqının qalması məhəlli-işkaldır və bu barədə ehtiyat etmək yaxşıdır.

       

      Sual 1043: Bir kənd otlaq və əkin sahələri baxımından sıxıntıdadır və kənd əhalisinin dolanışığı əsasən bu otlaqların otunu satmaqla təmin olunur. Bu vəziyyət İslam İnqilabından sonra da indiyədək davam edir. Amma məsul şəxslər kənd əhalisinə bu işi qadağan ediblər. Kənd əhalisinin maddi baxımdan yoxsul olduğunu və bu otlaqların da işlənməmiş torpaqlar olduğunu nəzərə alaraq, kənd şurasının əhaliyə otlaqların otunu satmağı qadağan etmək haqqı varmı və o, bu otların satışından əldə edilən gəlirin kəndin ümumi xərclərinə sərf edə bilərmi?
      Cavab: Təbii ümumi otlaqların otları əvvəlcədən kimsənin xüsusi mülkü olmadığına görə, indi də kimsənin xüsusi mülkü deyildir və kimsənin onları satmasına icazə verilmir. Amma dövlət tərəfindən kənd işlərinə təyin edilən məsul şəxs bu otlaqlarda öz heyvanlarını otarmağa icazəsi olan şəxslərdən kəndin ümumi xərcləri üçün müəyyən məbləğ ala bilər.

       

      Sual 1044: Köçəri tayfalar on illərcə get-gəl etdikləri yaylaq və qışlaq otlaqlarını özlərinin xüsusi mülkü edə bilərlərmi?
      Cavab: Təbii otlaqlar əvvəlcədən kimsənin xüsusi mülkü olmamışdır və buna görə də, bu otlaqlar “ənfal”dan, yəni “ümumi əmlak”dan hesab olunur və müsəlmanların vəliyyi-əmrinin ixtiyarındadır. Köçəri tayfaların bu otlaqlara get-gəl etmələri bu ərazilərin onların mülkiyyətinə çevrilməsinə səbəb olmur.

       

      Sual 1045: Köçəri tayfaların otlaqlarının alğı-satqısı nə zaman düzgündür və nə zaman düzgün deyildir?
      Cavab: Xüsusi mülk olmayan və ənfal (ümumi əmlak) hesab olunan otlaqların alğı-satqısı heç bir halda düzgün deyildir.

       

      Sual 1046: Bizim peşəmiz heyvandarlıqdır və öz heyvanlarımızı meşələrin birində otladırıq. Əlli ildən çoxdur ki, bu işlə məşğuluq. Əlimizdə olan bir sənəd dəlalət edir ki, biz irs yolu ilə bu meşənin şəri sahibiyik. Bu sənəd rəsmi və qanuni bir sənəddir. Bundan əlavə, bu meşələr Əmirəl-mömininə (ə), Seyyidüş-şühədaya (ə) və Əbulfəzl Abbasa (ə) vəqf edilibdir. Heyvandarlar illərdir ki, bu meşələrdə yaşayırlar və burada onların yaşayış evləri, əkin sahələri və bostanları vardır. Təzəlikcə meşə qoruyucuları bizi buradan çıxarmağı və bu əraziləri öz ixtiyarlarına keçirməyi qərara alıblar. Onların bizi bu meşədən çıxarmaq haqqı varmı?
      Cavab: Vəqfin düzgün olması “şəri mülkiyyət”ə bağlıdır, yəni vəqf edilən hansısa bir ərazi əvvəllər vəqf edən şəxsin şəri baxımdan mülkü olmalıdır. Həmçinin mülkün varislərə irs qalması da mərhumun “şəri mülkiyyət”inə bağlıdır, yəni mərhum həmin mülkün şəri baxımdan sahibi olmalıdır. Təbii meşələr və otlaqlar indiyədək kimsənin xüsusi mülkü olmadığına və orada abadlaşdırma işləri görülmədiyinə görə, kimsənin xüsusi mülkü hesab olunmur. Ona görə də, oranın vəfq edilməsi düzgün deyildir və kimsəyə də irs qalmır. Amma şəri və qanuni icazə əsasında meşənin əkin sahələrinə, yaşayış yerlərinə və s. çevrilən və abad edilən əraziləri şəri baxımdan xüsusi mülk hesab olunur. Əgər bu ərazilər vəqf edilibsə, oradan istifadə etmək haqqı vəqfin şəri qəyyumuna aiddir. Əgər vəqf edilməyibsə, oradan istifadə etmək haqqı oranın sahibinə aiddir. Amma meşənin və otlaqların “təbii meşə” və “təbii otlaq” olaraq qaldığı əraziləri “ənfal”dan (ümumi əmlak və sərvətdən) hesab olunur və qanun əsasında İslam dövlətinin ixtiyarındadır.

       

      Sual 1047: Əkin sahələrinin kənarındakı otlaqlarda öz heyvanlarını otarmaq icazəsi olan heyvandarlar heyvanların su içməsi üçün əkin sahələrinin sahibinin icazəsi olmadan ora daxil ola bilərlərmi? Qeyd edək ki, bu əkin sahələri xüsusi mülk sayılır.
      Cavab: Xüsusi mülk sayılan əkin sahələrinin kənarındakı otlaqlarda heyvanları otarmaq icazəsinə malik olmaq, başqasının mülkünə daxil olub oranın suyundan istifadə etməyin icazəli olması üçün kifayət etmir. Bu əkin sahələrinin sahibinin icazəsi olmadan heyvandarların bu işi görmələrinə icazə verilmir.

       

  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /