Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
    • Hədiyyə, bank mükafatı, mehriyyə, irs
    • Borc, aylıq maaş, sığorta, pensiya
    • Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı
      Çap versiyası  ;  PDF
       
      Ev, nəqliyyat vasitələri və torpaq sahəsinin satışı

       

      Sual 880: Xümsü verilməmiş pul ilə tikilən evə xüms düşürmü? Xüms düşdüyü təqdirdə, onun xümsü indiki qiymət əsasında hesablanmalıdır, yoxsa evin tikildiyi dövrün qiyməti əsasında hesablanmaldır?
      Cavab: Əgər ev il ərzindəki gəlirlə yaşayış üçün tikilibsə, ona xüms düşmür. Amma əgər “xüms ili başa çatan gəlir”lə tikilibsə, bu pulun xümsü qarşıda gələn ilk xüms ilinin əvvəlində verilməlidir. Əgər inflyasiya nəticəsində pulun dəyəri düşübsə, inflyasiya miqdarı da ödənilməlidir. Şəxs inflyasiyanın miqdarını bilmədikdə, şəri-hakimlə müsalihə etməlidir[1] (razılığa gəlməlidir).

       

      Sual 881: Bir müddət öncə öz yaşayış mənzilimi satdım. Bu alğı-satqı mənim xüms ilimlə eyni zamana təsadüf etdi. Şəri əmlak vergisini verməyi özümə vəzifə bildiyim üçün həyatımın xüsusi durumu nəticəsində bu sarıdan çətinliklə üzləşdim. Xahiş edirəm, bu barədə mənə yol göstərəsiniz.
      Cavab: Əgər satdığınız mənzili xümsü olmayan pul ilə, yaxud ilin gəliri ilə almışdınızsa, bu mənzilin satışından əldə edilən pulun hər bir halda xümsü yoxdur.

       

      Sual 882: Şəhərlərin birində yarımtikili bir evim vardır. Mən dövlət balansında olan binada yaşadığıma görə hal-hazırda bu yarımtikili evə ehtiyacım yoxdur. Ona görə də bu evi satmaq və pulu ilə şəxsi istifadə üçün avtomobil almaq istəyirəm. Bu evin satışından əldə edilən pula xüms düşürmü?
      Cavab: Əgər sözügedən evi ilin gəliri ilə və il ərzində yaşayış məqsədilə tikmiş və ya almısınızsa, sonra da elə həmin il onu satmısınızsa, evin satışından əldə etdiyiniz pulu həmin ilin məişət ehtiyaclarına sərf etdiyiniz təqdirdə, evin satışından əldə edilən pulun xümsü yoxdur. Həmçinin əgər onu sonrakı ildə satmısınızsa, evin satışından əldə edilən pulun xümsü yoxdur.

       

      Sual 883: Yaşadığım ev üçün bir neçə plastik qapı almışdım. Amma iki ildən sonra bu qapılardan istifadə etmək istəmədiyim üçün onları satdım və pulunu aliminium qapı-pəncərə düzəldən şirkətə ödədim ki, əvvəlki qapıların yerinə həmin qiymətə mənim üçün aliminium qapı düzəltsinlər. Bu pula xüms düşürmü?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, bu qapılardan istifadə edilmədiyinə görə onun satışından əldə edilən pula xüms düşür.

       

      Sual 884: Mən müəyyən məbləğ pulu bir idarəyə ödəmişəm ki, yaşayış evi tikmək üçün gələcəkdə mənə torpaq sahəsi verilsin. Bu məbləği ödədiyim vaxtdan bir il ötür. Digər tərəfdən də bu pulun bir hissəsi mənim öz pulum idi, amma bir hissəsini borc almışdım. İndi borcumdam bir qədərini də qaytarmışam. Bu pula xüms düşürmü? Xümsün miqdarı nə qədərdir?
      Cavab: Əgər yaşayış üçün ehtiyac olan evi tikməkdən ötrü torpaq sahəsi almaq pulun bir hissəsini öncədən ödəməyə bağlıdırsa, ödənilən pulun xümsü yoxdur. Hətta əgər bu pul sizin iş gəlirinizdən olsa belə.

       

      Sual 885: Əgər bir şəxs öz evini satsa və əldə etdiyi pulu bank faizlərindən bəhrələnmək üçün banka qoysa, sonra onun xüms ili çatsa, bu pulun hökmü nədir? Əgər bu pulu ev almaq üçün saxlamışdırsa, hökmü nədir?
      Cavab: Əgər evi ilin iş gəlirindən yaşayış üçün və ilin xərcləri hesabında tikmişdirsə və ya almışdırsa, daha sonra xüms ilindən sonra onu satmışdırsa, onun satışından əldə edilən pulun hər bir halda xümsü yoxdur.
       
      Sual 886: Ehtiyatda yığılan pula xüms düşürmü?
      Cavab: İş gəlirindən ehtiyatda yığılan pula xüms düşür. Amma əgər ehtimal edilən işlər üçün ehtiyatda yığılan pulun xümsü verildiyi təqdirdə, qalan pul kifayət etməyəcəksə və şəxsin nigarançılığı aradan getməyəcəksə, bu halda bu pula xüms düşmür.
       
      Sual 887: Mən bir neçə il bundan qabaq bir avtomobil almışdım və indi onun qiyməti bir neçə dəfə bahalaşıb. Mən bu avtomobili xümsü verilməmiş pul ilə almışdım. İndi isə onu satıb, pulu ilə özümə bir yaşayış evi almaq istəyirəm. Avtomobilin satışından əldə edəcəyim pulun hamısına xüms düşəcək, yoxsa yalnız bir neçə il öncə onu almağa xərclədiyim məbləğə xüms düşəcək? Qalan pul, yəni avtomobilin qiymətinin artması nəticəsində onun satışından əldə edilən artıq məbləğ avtomobilin satıldığı ilin gəlirindən hesab olunduğuna görə, əgər həmin ilin axırınadək məişət xərclərinə sərf edilməzsə, ona xüms düşəcəkmi?
      Cavab: Əgər avtomobil sizin məişət ehtiyaclarınızdan olubsa və onu il ərzindəki gəlir ilə məişətdə şəxsi istifadə üçün almısınızsa, onun satışından əldə edilən pula xüms düşmür. Amma əgər avtomobili iş gəliri ilə iş görmək üçün almısınızsa, avtomobilin alındığı xüms ilinin sonunda onun bazar qiymətinə xüms düşür. Amma satılmayanadək xümsü verilmir. Əlbəttə, avtomobil satıldığı zaman onun artan qiyməti – inflyasiya miqdarı çıxıldıqdan sonra – satış ilinin gəliri hesab olunur. Bu məbləğ xüms ilinin sonunadək məişət ehtiyaclarına sərf edilmədiyi təqdirdə, ona xüms düşəcəkdir.

       

      Sual 888: Mənim evim olduqca kiçikdir və bir sıra başqa səbəblərə də görə mən böyük bir ev almağı qərara aldım. Amma evin pulunu ödəmək üçün istifadə etdiyim avtomobili satmaq, həmçinin rayonun bankından pul krediti və şəhərimizin qərzul-həsənə büdcəsindən borc götürmək məcburuyyətində qaldım. Nəzərə alsaq ki, avtomobili xüms ilimin başlanma tarixindən qabaq satdım və əldə etdiyim pulu bəzi borclarımı ödəməyə sərf etdim, avtomobilin satışından əldə edilən pula xüms düşürmü, yoxsa düşmür?
      Cavab: Əgər avtomobili il ərzindəki gəlir ilə almısınızsa və xüms ili başa çatdıqdan sonra onu satmısınızsa, onun satışından əldə edilən pulun xümsü yoxdur.

       

      Sual 889: İlin gəliri ilə alınan və insanın özünün və ya ailəsinin ehtiyacı olan ev, avtomobil və bu kimi əşyalar əgər zərurətə görə və ya daha keyfiyyətli əşya almaqdan ötrü satılarsa, xüms baxımından hökmü nədir?
      Cavab: Məişət ehtiyaclarından olan əşyaların satışından əldə edilən pulun xümsü yoxdur.

       

      Sual 890: Əgər ev və ya avtomobil və ya məişət ehtiyaclarından olan başqa bir şey xümsü verilmiş pul ilə satmaq və ya ticarət məqsədilə deyil, şəxsi istifadə üçün alınarsa, sonra müəyyən səbəbə görə satılarsa, bazarda qiymətlərin artması ilə əlaqədar olaraq onun satşından əldə edilən artıq məbləğə xüms düşürmü?
      Cavab: Sualda deyilənləri nəzərə alaraq, onun satışından əldə edilən artıq məbləğə xüms düşmür.

      [1] Müsalihə etmək – yəni tərəflərin razılığa gəlmələri.
    • Xəzinə, mədən, harama qarışmış halal mal
    • Məişət ehtiyacları
    • Xümsün alınıb-qaytarılması, müsalihə, xümsün qeyri-xüms ilə qarışması
    • Sərmayə
    • Xümsü hesablamağın qaydası
    • Xüms ilinin müəəyən edilməsi
    • Xüms işlərini idarə edən şəxs
    • Seyidlər və seyid hesab olunmanın hökmü
    • Xümsün istifadə yerləri, icazə almaq, hədiyyə etmək, din elmləri tələbələrinin təqaüdü
    • Xümsün müxtəlif məsələləri
    • Ənfal (ümumi sərvət)
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /