Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • TƏQLİD MƏSƏLƏLƏRİ
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • İhtikar və israf
  • Alğı-satqı və müamilənin ehkamı
    • Əqdin şərtləri
      Çap versiyası  ;  PDF
       
      Əqdin şərtləri
       
      Sual 1470: İstər alğı-satqıda, istər başqa müamilələrdə olan “muatat müamiləsi”nə[1] “əqd müamiləsi” kimi əməl olunmalıdırmı?
      Cavab: Müamiləyə əməl etmək baxımından “əqd müamiləsi” ilə “muatat müamiləsi” arasında fərq yoxdur.
       
      Sual 1471: Əgər torpaq sahəsi və ev ailə üzvləri arasında “müamilə” və ya “müsalihə”[2] yolu ilə əlyazma olan adi bir sənədlə, rəsmi qeydiyyata salınmadan və bir din alimi tərəfindən müamilənin xüsusi cümlələri oxunmadan satılıb-alınarsa, bu müamilə şəriət və qanun baxımından dügündürmü?
      Cavab: Müamilə şəri qaydada baş tutduqda düzgün sayılır və ona əməl olunmalıdır. Müamilənin rəsmi qeydiyyata salınmaması və xüsusi cümlələrin oxunmaması onun düzgünlüyünə xələl gətirmir.
       
      Sual 1472: Rəsmi sənədi olan bir mülkü adi sənədlə, habelə, bu mülkün rəsmi sənədini alıcının adına qeydiyyata salmadan almağa şəri baxımdan icazə verilirmi?
      Cavab: Alğı-satqının reallaşmasında rəsmi sənədin tənzimlənməsi və qeydiyyata salınması şərt deyildir. Meyar, şəri baxımdan düzgün olan şəkildə malın mal sahibi, ya onun vəkili, ya qəyyumu tərəfindən alıcıya ötürülməsidir, baxmayaraq ki, bu barədə ümumiyyətlə bir sənəd tənzimlənməmişdir.
       
      Sual 1473: Satıcı və alıcı arasında sadəcə adi bir sənədin tənzimlənməsi müamilənin reallaşması üçün kifayət edirmi və onun sənədi sayılırmı? Müamilə müqaviləsini yerinə yetirməkdə tərəflərin niyyətli olması, habelə, satıcının rəsmi sənəd tənzimləməsi və satılan malı alıcıya təhvil verməsi öhdəliyi müamilənin reallaşması üçün kifayət edirmi?
      Cavab: Sadəcə müamilə niyyətində olmaq və ya bu barədə adi bir sənədin tənzimlənməsi müamilənin reallaşması və satılan malın mülkiyyət hüququnun alıcıya keçməsi üçün kifayət etmir. Müamilə şəri baxımdan düzgün qaydada baş tutmayana qədər, alıcının adına rəsmi sənədin tənzimlənməsinə və mal sahibi tərəfindən malın təhvil alınması barəsində tələbinə lüzum yoxdur.
       
      Sual 1474: İki nəfər bir müamilə barəsində söhbətləşir və razılığa gəlirlər. Alıcı müəyyən məbləğ pulu beh ünvanında satıcıya verir və bu müamilə barəsində yazılı sənəd tənzimləyirlər. Bu sənəddə şərt olaraq qeyd edirlər ki, əgər onlardan biri müamiləni başa çatdırmaqdan boyun qaçırsa, müəyyən məbləğ pulu qarşı tərəfə verməlidir. Bu sənəd təklikdə müamilə sənədi hesab olunurmu? Başqa sözlə, müamilə barəsində tərəflərin sadəcə razılığı və istəyi müamilənin və onun nəticələrinin reallaşması üçün kifayət edirmi? Beləliklə də, onlardan biri müamiləni başa çatdırmaqdan boyun qaçırdığı təqdirdə, qarşı tərəf onu sözügedən şərtə əməl etməyə məcbur etmək hüququna malik olurmu?
      Cavab: Sadəcə müamilə niyyətində olmaq və ya bu barədə razılığa gəlmək və ya bunu yerinə yetirməyi vəd etmək müamilə hesab olunmur və onun reallaşması üçün kifayət etmir, baxmayaraq ki, tərəflər bu barədə yazılı sənəd tənzimləmişlər. Əgər hər hansı bir şərt əqd və müamilə əsnasında qeyd edilməzsə, yaxud əqd bu şərt əsasında bağlanmazsa, bu şərtin heç bir etibarı yoxdur. Buna görə də, əgər müamilə və malın alıcıya ötürülməsi şəri baxımdan düzgün qaydada baş tutmasa, müamilə barəsində razılığa gəlmək və ya müamiləni vəd etmək baxımından tərəflərdən heç birinin digəri üzərində haqq-hüququ olmayacaqdır.

      [1] Bu növ müamilədə tərəflər müamilənin xüsusi cümlələrini oxumadan biri öz malını digərinə verir.
      [2] Müsalihə etmək - yəni tərəflərin razılığa gəlmələri.
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
    • Müamilənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /