Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
    • Əqdin şərtləri
    • Alıcı və satıcının şərtləri
    • Füzuli müamilə
    • Əmlakdan istifadə etmək zəminində qəyyumlar
    • Malın və onun əvəzinin şərtləri
      Çap versiyası  ;  PDF
       
      Malın və onun əvəzinin şərtləri

       

      Sual 1518: İnsan bəzi bədən üzvlərini (məsələn, böyrəyini) bu üzvə ehtiyacı olan bir şəxsə sata bilərmi?
      Cavab: Əgər bu üzvü bədəndən götürməyin insan üçün təhlükəsi və ya ciddi ziyanı olmazsa, bu işin maneəsi yoxdur.

       

      Sual 1519: İnsanların əksəriyyəti üçün faydası və əhəmiyyəti olmayan, amma xüsusi bir dəstə üçün dəyəri və əhəmiyyəti olan şeylər, məsələn, araşdırma mərkəzləri və universitetlər üçün araşdırma əhəmiyyətli həşəratlar, arılar və bu kimi şeylər “mal” hesab olunurmu? “Mal” hesab olunan şeylərin hökmləri, məsələn, mülkiyyət, alğı-satqı, zəmanət və s. hökmlər onlar barəsində icra olunurmu?
      Cavab: Halal xeyirlərinə görə ağıllı insanların, hətta onların bir dəstəsinin əhəmiyyət verdikləri hər bir şey “mal” hesab olunur və əmlakın bütün hökmləri və nəticələri, o cümlədən, mülkiyyət, alğı-satqı, zəmanət və s. onlara aid olur. Əlbəttə, bir sıra hökmlər və nəticələr istisna təşkil edə bilər, hansı ki, nəzərdə tutulan şeyə bunların aid olmadığına dair şəri baxımdan dəlil mövcuddur. Bununla belə, əhvət budur ki, arı və həşərat kimi şeylər mübadilə edilərkən “əvəz” “haqq”ın qarşılığında və bu əşyalardan istifadə haqqının aradan qalxması qarşılığında verilsin.

       

      Sual 1520: Satılan malın “şey, əşya” olmasının şərt olduğunu – belə ki, fəqihlərin çoxu bu əqidədədirlər – əsas götürərək, texniki elmlərin satışı düzgündürmü? Qeyd edək ki, indiki dövrdə bu elmlərin mübadiləsi barəsində dövlətlər arasında müqavilələr bağlanılır.
      Cavab: Müsalihə yolu ilə bu elmlərin mübadiləsinin maneəsi yoxdur.

       

      Sual 1521: Oğurluqda ad çıxaran şəxsə torpaq sahəsi və ya başqa bir mal satmağın hökmü nədir? Çünki aldığı malın qiyməti ünvanında satıcıya verdiyi pulun oğurluq olması ehtimalı vardır.
      Cavab: Əgər bu barədə yalnız ehtimal mövcud olarsa, haram yolla əmlak əldə etməkdə ad çıxaran şəxs ilə sövdələşmə etməyin maneəsi yoxdur. Yox əgər satıcının yəqinliyi olsa ki, alıcının ona verdiyi pul haram maldandır, bu pulu götürə bilməz.

       

      Sual 1522: Mənim bir əkin sahəm var idi və bu, mənim mehriyyəm idi. Təzəlikcə mən onu satmışam. İndi isə bir kişi iddia edir ki, həmin əkin sahəsi iki yüz ildən çox müddətdir ki, vəqfidir. Bu əkin sahəsinin satışı ilə bağlı mənim vəzifəm nədir? Bu əkin sahəsini mənə mehriyyə olaraq verən ərimin vəzifəsi nədir? Onu məndən alan alıcının vəzifəsi nədir?
      Cavab: Sözügedən əkin sahəsi üzərində baş tutan sövdələşmələrin hamısı düzgündür. Amma əgər həmin əkin sahəsinin vəqfi olduğunu iddia edən şəxs öz iddiasını şəri məhkəmədə sübuta yetirərsə, həmçinin bu vəqfi əmlakın satıla bilməyən əmlakdan olduğu sübuta yetərsə, bu təqdirdə bu əkin sahəsi üzərində baş tutan bütün sövdələşmələrin pozulduğuna hökm verilir. Bu vaxt siz alıcının verdiyi pulu ona geri qaytarmalısınız. Əkin sahəsi də vəqfi olaraq qalmalıdır. Əriniz də mehriyyənizə zamindir.

       

      Sual 1523: Fars körfəzi dövlətlərinin qonşuluğunda yerləşən İran ölkəsinə aid  adalardan qoyun və dördayaqlıların idxalı artmışdır. Tacirlər arasında bu söz geniş yayılmışdır ki, dördayaqlıların İran İslam Respublikasından ixracı qadağandır, amma qeyri-qanuni yollarla və qaçaqmalçılıq şəklində ixrac edilir. Elə isə, sözükeçən dövlətlərin bazarlarından bunların alışına icazə verilirmi?
      Cavab: Qoyun və başqa dördayaqlıların qeyri-qanuni yollarla və İran İslam Respublikasının qanunlarına zidd bir şəkildə xarici ölkələrə ixracı və aparılması şəri baxımdan qadağandır.

       

      Sual 1524: Atam özünün suvarma payından bir saatını və ona tabe torpaqları “torpaq islahatına dair qanun”a görə əkinçiyə satmışdır, belə ki, bu qanuna görə atamdan öz torpağını satmaq tələb olunurdu. Amma alıcının etirafına görə, atam bunun qarşılığında ondan heç nə almamışdır. Torpağı bağışlaması barəsində də atamdan heç bir söz eşitməmişlər. Biz onun pulunu alıcıdan tələb edə bilərikmi?
      Cavab: Ümumiyyətlə, əgər suvarma haqqı və ona tabe torpaqlar şəri baxımdan satıcının mülküdürsə, satıcının özünün və ya ölümündən sonra onun varislərinin satılan malın pulunu tələb etməyə haqqı vardır. Amma torpaq islahatına dair qanunun şamil olduğu torpaqların məsələsi İslam Şurası Məclisinin və Dövlət Məsləhət Şurasının qanuna tabedir.

       

      Sual 1525: Əgər bir şəxs bir mağaza üçün idxal və ya alış icazəsi alarsa, heç bir iş görmədən azad bazarda onu başqa bir şəxsə sata bilərmi?
      Cavab: Əgər İslam dövlətinin qanunlarına zidd olmazsa, bu işin öz-özlüyündə maneəsi yoxdur.

       

      Sual 1526: Vətəndaşların dövlətdən aldıqları ticarət lisenziyasını satmaq və ya icarəyə vermək olarmı?
      Cavab: İş lisenziyasından istifadə hüququnun başqa bir şəxsə əvəzsiz və ya əvəzli şəkildə ötürülməsi İslam dövlətinin qanunlarına bağlıdır.

       

      Sual 1527: Qanunun tələbinə görə açıq hərracda satılmalı olan bir mal əgər hərracda satışa çıxarılarsa, bu malı mütəxəssisin təyin etdiyi qiymətə satmaq mümkün olmadığı təqdirdə, aşağı qiymətə satmaq olarmı, yoxsa olmaz?
      Cavab: Mütəxəssisin təyin etdiyi qiymət, hərracda satış üçün meyar deyildir. Ona görə də, əgər bir mal hərracda şəri və qanuni baxımdan düzgün şəkildə satışa çıxarılarsa, hərracda ən yüksək qiyməti verən müştəriyə satılması düzgündür.

       

      Sual 1528: Sahibi məlum olmayan bir torpaq sahəsində yaşayış evi tikdik. Əgər alıcı bilsə ki, torpaq sahəsinin sahibi məlum deyildir və satıcı yalnız evin sahibidir, bununla belə onu almağa razı olsa, bu evi torpaq sahəsi ilə birlikdə alıcıya satmaq olarmı?
      Cavab: Əgər sahibi məlum olmayan torpaq sahəsində evin tikilməsi şəri-hakimin icazəsi ilə olarsa, evin sahibi yalnız evi sata bilər və torpaq sahəsini satmağa haqqı yoxdur.

       

      Sual 1529: Mən öz evimi bir şəxsə satdım və o da pulun bir hissəsi ünvanında mənə müəyyən məbləğ yazılan bir çek verdi. Amma indi onun bank hesabında pul mövcud olmadığına görə, çeki nağd pula çevirməkdən boyun qaçırır. İnflyasiyanı və zaman keçdikcə evin qiymətinin qalxdığını nəzərə alsaq, həmçinin nəzərə alsaq ki, məsələnin hüquqi yolla həll edilməsi və alıcının çekdə qeyd etdiyi pulu ödəməsi üçün məsuliyyətə cəlb edilməsi vaxt aparacaqdır, mənim yalnız çekdə qeyd edilən məbləği almağa haqqım vardır? Yoxsa çekdə qeyd edilən məbləği aldığım gün ilə satış günü arasındakı qiymət fərqini də tələb edə bilərəm?
      Cavab: Satıcının sövdələşmə zamanı satılan mal üçün təyin edilən qiymətdən artıq məbləği tələb etmək haqqı yoxdur. Amma əgər alıcı pulu ödəməkdə səhlənkarlıq göstərdiyinə görə satıcının alış qabiliyyəti və pulunun dəyəri aşağı düşərsə və buna görə də ziyana düşərsə, satıcı inflyasiya miqdarını alıcıdan tələb edə bilər.

       

      Sual 1530: Mən bir yaşayış evini bir şəxsdən almışam, bu şərtlə ki, müəyyən müddət ərzində bu evi mənə təhvil verəcəkdir. Sövdələşmə əqdi əsnasında da evin qiymətinin 15%-dək arta biləcəyi barəsində razılığa gəlmişik. Amma indi satıcı birtərəfli olaraq qiyməti 31%-dək artırmış və bildirmişdir ki, evin təhvil verilməsi həmin məbləğin ödənilməsinə bağlıdır. O, bu işi görə bilərmi?
      Cavab: Əgər sövdələşmə əqdi bağlanan zaman evin son və dəyişməz qiyməti müəyyən edilməyibsə, yaxud qiymətin müəyyən edilməsi evin təhvil veriləcəyi günün məzənnəsinə həvalə olunubsa, sövdələşmə düzgün deyildir. Satıcı sövdələşməni yerinə yetirməkdən imtina edə və istədiyi qiyməti müəyyən edə bilər. Alıcı və satıcının “satılan mal”ın təhvil veriləcəyi günün məzənnəsini nəzərə alaraq son qiyməti müəyyən edəcəklərinə dair razılığı, sövdələşmənin düzgünlüyü üçün kifayət etmir.

       

      Sual 1531: Mən plastik istehsalı zavodunun “müşa”[1] şəklində olan hissələrinin beşdə birini müəyyən qiymətə almışam. Pulun dörddə birini nağd şəkildə, dörddə üçünü isə üç pul çeki şəklində ödəmişəm, belə ki, hər pul çekində qiymətin dörddə bir məbləği qeyd edilmişdir. Amma zavod, nağd pul və pul çekləri satıcının əlindədir. Belə olduğu surətdə, sövdələşmə şəri baxımdan baş tutubdurmu və mənim satıcıdan zavodun gəlirindən öz payımı tələb etmək haqqım vardırmı?
      Cavab: Satılan malın alıcı tərəfindən təhvil alınması və malın pulunun hamısının satıcıya nağd şəkildə ödənilməsi sövdələşmə və alğı-satqının düzgünlüyündə şərt deyildir. Buna görə də, əgər zavodun beşdə bir hissəsi zavodun şəri sahibindən, yaxud onun vəkilindən, ya qəyyumundan şəri baxımdan düzgün şəkildə alınarsa, bu sövdələşmə nəticəsində həmin hissə alıcının mülkü hesab olunacaqdır və alıcının mülkiyyət hüququ bu hissəyə aid olacaqdır. Nəticədə, zavodun gəlirindən öz payını tələb etmək haqqı olacaqdır.
       

      [1] Müşa mal-mülk – şərikli mal-mülkə deyilir ki, şəriklər onun hissəbəhissəsində şərikdirlər.
    • Sövdələşmə əqdi əsnasında qoyulan şərtlər
    • Sövdələşmənin müxtəlif məsələləri
    • Müamiləni pozmaq ixtiyarının qisimləri və hökmləri
    • Satılan mala aid olan əşyalar
    • Malın təhvil verilməsi və pulunun ödənilməsi
    • Nağd və nisyə müamilə
    • Sələf müamiləsi
    • Qızıl, gümüş, pul alışı və satışı
    • Ticarətin müxtəlif məsələləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /